Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə267/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   263   264   265   266   267   268   269   270   ...   300
XIII mətn

Aşığ Abbas nağara çalıf. Ana babası öləndə uşaxları ağlıyıf ki, belə də dədə olar, belə də dədə olar? Yəni niyə rəhmətə getdi. Deyif, bala, dədə belə olar da. Qırx gündü varını bölüf qutaram­mırsız. Amma bizə dədəmizdən bir dənə cır nağara qalıf.


XIV mətn

İmkannı bir şəxs oluf. Bunun ilxısı, qoyunu, malı oluf. Özü də Sultan bəynən təpə-təpəyə gələn adam oluf. Bu ölmüşümüş, bunun övlatdarı “Allah, belə də dədə olarmı, belə də dədə olarmı” deyif ağ­lıyırmış. Aşığ Abbasın oğlu Mütəllim deyif ki, dədə belə olar da. Qo­yunu var, malı var, ilxısı var, böləjehsiz. Mənim dədəmin səkgiz oğ­lu var, bir nağarası. O nağaranın üsdündə biz bir-birimizi qırajeyih.
XV mətn

Atası deyif ki, tənbəkim qutarıf. Başıma hava gələr bala, gedif onu gətirməsən. Abbas duruf tezdən evə də demədən Şuşaya gedif. Biz­dən Şuşaya piyada yol heç olmasa qırx kilometirdi. Gedif qayıt­max həştad kilometirdi. Səhər tezdən çıxıf. Alatoran olanda Mıxtö­kəni aşır Şuşa üzə. Bir fır kəkliyi qalxır ayağının altınnan. Dayan­dol­durumnan vurur. Qismətə bax, kəklik düşür. Görür halal quşdu, amma heç adın bilmir. Gəlif bu Şuşaya çatanda tacirrər bazarba­şın­da duruf söhbət eliyirmişdər. Görüllər ki, bir dənə dağlı balası gəlir. Deyillər, gəl görək, a dağlı balası, nəyin var, nədi bu belə? Bular da yaşdı, təcrübəli adamlardı. Baxan kimi deyillər, ə, bu fır kəkliyidi, bunu hər adam görə bilməz, hər adam ata bilməz. Biri deyir, tükü tilsimlidi, biri deyir, uğur gətirir. O qədər buna tərif vuruflar. De­yillər, bunu satmazsan? Abbas deyif ki, əşi, ayıb döyülmü, satmax nədi, al bağışdıyım sənə. Hamı bir-birinin üzünə baxıf ki, bunu ba­ğışdıyallar? Deyif, doğurdan deyirsən? Deyif, hə, verdim sənə, ha­lal-xoşun olsun. İsdiyif yön ala, deyif, bala, dayan. Belə pay olmaz. Ə, bu kişiyə siftə verin hamınız. Kimin qulpunnan nə çıxıfsa, veriflər buna. İsdiyif ki, gedə, həmin şəxs deyif, hara gedirsən, hələ əsası durur. Əlin salıf çuxasın civinə, deyif, əli bura gətir. Bu da bir əlin irəli uzadanda deyif, yox ey, iki əli gətir. Gümüş pulu tökür bunun ovcuna. And içir ki, hesablıyıf bir öküzün pulu vardı orda.

Biri deyif ki, qismətə bax ey. Bir atım barıta gör nə qazandı, camahat bunu bir ildə qazanammır. Bu qalalı deyif ki, niyə heylə deyirsiz? Bu adam o boyda ərazidən keçif gəlif. Ağır tüfənk çiy­nin­də gəlif, orda vuruf onu kəsif, üsdünə qan axa-axa, tər davanınnan çıxa-çıxa gətirif, burda da halallıxnan bağışdıyır bizə. Deyif, siz bunun qismətin deyirsiz, görün mənim qismətim necə hasat doğufdu. Məndə heç belə fərasət də yoxuydu. Bir az onnan-bunnan nisyə mal aldım. Apardım satdım, xırda-xırda yedim, qazanç gəti­rəm­mədim. Bir gün borşdar gəldi kəsdi qapını. Bir gün belə, iki gün belə, qaçıf girmişdim bir xəndəyə. Arvadıma söyüllər, dalaşıl­lar, qışqırıllar, mən də laçın qovmuş sona kimi sıxılmışam ora. Bir də gördüm nəsə zincir görsənir. Belə-belə eşdim, gördüm bir küpə var. Ağzını açan kimi gördüm içi dolu qızıldı. Axşamı saldım, küpləri çıxartdım gördüm yeddi küpə qızıldı. Bax, o daxma orda durur, həyətimə salmışam. Orda imarət tikmişəm, amma o daxma­ma dəymirəm. Allah adama verəndə verir.

Nəysə, Abbas tənbəkini alıf qayıdıf. Alı Abbasın səsin eşidif deyif, oğul, tənbəki almağa getmədin? Deyif, dədə, getdim də, gəl­dim də. Deyif, oğul, səni görüm dizində ağ tük bitsin. Səni dokquz oğulnan birlikdə süfrəyə əl uzat. Abbasın dokquz oğlu oluf.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin