Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə275/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   271   272   273   274   275   276   277   278   ...   300
XXV mətn

Abbas bir də deyif balalarım, babalım boynuza, arvada sirr verməyin. Nə qədər yaxşı dosd olsa, qardaşınızın namın verməyin. Günnərin bir günü biri deyir, gətirin arvada sirr verək, o kişi bizə babal yıxıb, görək bu gerçəhdi, yoxsa səyf. Gedif paccahın bir ceyranın oğurruyur. Elə bil gətirir verir Gümüşə ki, bunu saxla, so­ra gəlif götürejəm. Gedif bir başqasınnan pulnan ceyran alıf, gətirif kəsir. Deyir, ay arvad, bunu bir sən bil, bir də mən. Paccah canımızı yığmışdı boğazımıza. Ceyranın kəsmişəm, yeyax yansın tökülsün, amma aşma ha. Deyir, yaxşı.



Nəysə, elə oler ki, bir on günnən, iyirmi günnən sora bu, arva­dı döyür. Çığırıf qalxır ayağa, tərpənir paccahın üsdünə. Deyir, paccah-aləm sağ olsun, ceyranını tapdın? Deyir, yox. Deyir, bəs mənim ərim sənin ceyranını kəsif yeyif. Paccah bunun ərini çağırt­dırır. Deyir ki, mənim ceyranımı niyə kəsdin yedin? Deyir, paccah-aləm sağ olsun, nəysə kəsdim da. Deyir, onu çəkin dar ağacına. Bunu çəkillər dar ağacına. Yetirən mərmər qayalar atır, bu heş səsini çıxarmır. Biri çıkqılı daş atanda bu çığırır. Paccah deyir, onu açın, gəlsin görüm bir heylə daşdara niyə dinmədi, bu çıkqılı daşa çığırdı. Deyir, paccah-aləm sağ olsun, maa mərmər qayalar atan­na­rın inəyin oğurramışam, onnarın atdığı daş məni yandırmadı. Amma çıkqılı daş atan surfamın başında oturuf yeyif, onçun onun daşı maa dəydi. Deyif, bə ceyranı neynədin? Deyir, ceyranı vermi­şəm filankəsin qapısındadı, arvadı sınayırdım. Deyir, hə, Abbasın bu sözü düz çıxdı.

Gedir bir qoyunu öldürür, bükür bir ağa. Gedir dosdarının qa­pısına ki, bəs salva atdım, qonşunun uşağını öldürmüşəm. Bunu gizdə. Deyir:

– Ə, sürü çıx get əynə. Mən sənin qanını gizdiyəmmərəm.

Axır toçqada gəlir qardaşının üsdünə. Neçə il də küsülüdü. Deyir:

– Ə qardaş, sən hara, bura hara? Məni dindirmirsən, danış­dır­mırsan. Buraya niyə gəlmisən?

Deyir:


– Ay qardaş, belə bir qana düşmüşəm, özü də neçə ildi küsü­lü­yük, görürsən üsdünə gəlmişəm. Bəs qonşunun uşağına salva atdım öldü, götürüf qaşmışam üsdünə.

Deyir:


– Ə, yaxşı eləmisən, əlin içinnən gəlif.

Girif pəyənin içində qəbri qazır. Atı da çəkir pəyəyə. İsdiyir meyidi götürə gizdiyə görür erkək qoyundu. Deyir:

– Ay qardaş, niyə maa deyirsən ki meyitdi?

Deyir:


– Qardaş, üzə ağ olmuşamsa, qələt qırmışam. Dosdara yedirt­mişəm, saa yedirtməmişəm. Babam maa bir məsləhət verdi, mən onu sınamışam.

İndi nə aylə, nə zad, qardaşın yerin heş nə vermir.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin