Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə271/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   267   268   269   270   271   272   273   274   ...   300
XIX mətn

Haçan axar bozbulannıx sellərin,

Ağır obaların, uzax ellərin,

Qüdrətdən bağların, əlvan otaxların,

......................................yadıma düşdü.

Abbas bu şeiri oxuyanda Paşa bəy də deyif, Abbas, öz ara­mız­dı, ikimiz də oranı gəzmişik. Orda qüdrətdən bağ nə gəzir? Bə­ziyir­sən, yaxşı eliyirsən, yerin-yurdundu. Orda əlvan otax vardı? Abbas deyir ki, bəy, doğurdan yoxuydu? Paşa bəy deyir, ə, qara dam yoxuydu orda, filankəsin damı idi. Əlvan otax harda idi? Deyir, mən onu demirəm ki. Yadındadı, ordan gələndə Qırxqızın meydan üzündə biz bir kahada qaldıx. O kahanın adı nə idi?

Dedi:

– Allah evi.



  • Qar yağdımı çölə gejə. İçəri bir damcı düşmədi ki? Üşü­mədik ki? Orda ləmpə qoymağa yer vardı, filan yer vardı, filan yer vardı. Nə dədəm düzəldif, nə nənəm düzəldif, qüdrətdən yaranıf da. Onu deyirəm da. Keçək o biri tərəfə. Qarağat yedik, morux yedik, əzgil yedik, alma yedik. Yadındadı, getdin filan yerdə tirəki43 ye­din. Mən onu nəzərdə tuturam da.

XX mətn

Bir həci gəlif Suvada. Dini söhbətdər eliyirmiş ki, belə olajax, camahata belə can yandırajeyih. Abbas da deyif ki, əgər Ballı Məmməd ağzına bal dürməyi vuranda dili dolaşmasa, sən deyənə inanarıx. Abbas da ayı dərisinnən kürk geymişmiş. Bu söhbət gedif ona çatanda deyiflər, bu sözü sənə kim dedi? Deyir, orda bir qıllı kişi vardı, o dedi. Abbası çağırıflar ora. Abbas rəhmətdih gedif ora. Kürkü çıxardıf deyif, mənim qılım bu kürkdədi. Amma sənin qolu­nun güzəmi əlin üsdünə düşür, qıllı sənsən. Orda deyir:

Məkgəyə getməknən həci olmaz hər ayı.

Sözü doğru deyərəm, söyləmərəm əffayı,

Sözün kəsir ki, Abbas, sən məni həcv eləsən, səni Qalağayına, Göyçaya qoburnatın yanına aparmasam, mənnən pis adam yoxdu. Deyir:

Dilinə çox gətirmə Qalağayın, Göyçayı

Onnar da tüpürəcək, olsa xəbərdar üzünə.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin