Халг йарадыъылыьынын ъяфакеш тядгигатчысы

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 255.29 Kb.
tarix24.05.2018
ölçüsü255.29 Kb.

Məhəm­mə­də­li Fər­za­nə
XALQ YARADICILIĞININ CƏFAKEŞ TƏDQİQATÇISI
Mə­həm­mə­də­li Əkbər oğlu Fər­za­nə (fər­za­nə çox bi­lik­li, mə­lu­mat­lı, sa­vad­lı de­mək­dir-E.F.) be­lə ağır bir za­man­da – 1923-cü il­də Təb­riz­in Çayqırağı məhəlləsində, ço­xu­şaq­lı əmək­çi ai­lə­sin­də dün­ya­ya gəlib... O, ilk təh­si­li­ni fars di­lin­də al­ıb. Mədrəsədə oxuduğu illərdə ana dilində oxumağa və yazmağa da həvəs göstərib. Xüsusən, XVII yüzillikdə yaşamış Əlican Qövsi Təbrizinin yaradıcılığına böyük maraq göstərib. Gənclik illərində hətta “Qövsi” təxəllüsü ilə şeirlər də yazmağa başlayıb. Daha sonra Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars di­lin­də davam etdirib. Lap gənc yaşlarından həyatda və sənətdə tutduğu çox önəmli mövqeyilə təsdiqləyib ki, onun si­ma­sın­da öz sə­si, nə­fə­si, sö­zü ilə sənət dünyasındakı qə­ləm­daş­la­rı ara­sın­da se­çi­lən, dön­məz əqi­də­yə malik da­ha bir Azər­bay­can­ türkü dün­ya­ya göz aç­ıb. Və ulu yaradan tərəfindən seçilən bu gənc elə gəncəcik yaşlarından həm­və­tən­lə­ri­nin dö­zül­məz tə­qib və zin­dan­lar­la mü­şa­yi­ət olu­nan məh­bəs hə­ya­tı ya­şa­ma­sı­nın şa­hi­di ol­ub. Ana di­lin­də çap olun­muş ki­tab, jur­nal və qə­zet­lə­rin ton­qal­lar­da yan­dı­rıl­dığı­nı, mək­təb­lər­də, iş yer­lə­rin­də, kü­çə­lər­də, mey­dan­lar­da, məc­lis­lər­də və s. ic­ti­mai yer­lər­də Azər­bay­can türk­cəsində da­nış­mağın belə ya­saq­landığını, dil­lə­rə qı­fıl vu­rul­­duğunu gör­üb... Bütün bu məhrumiyyətlər, milli aşağılanmalar, basqılar onun həyat, yaşamaq, millətinə, xalqına yararlı olmaq, gərəkli xidmətlər göstərmək eşqilə tutuşub yanan ürəyində doğma torpağına, ana dilinə və bu dildə ulularımızın yaratdığı möhtəşəm bir ədəbiyyata, böyük söz xəzinəsinə dərin sevgi ocağı çatıb. An­caq doğma dilində məktəb təhsili ala bilməsə də, ata oca­ğı, Çobanilər nəslindən olan sinədəftər anasının lay­la və ox­şa­ma­ları, əfsanə, na­ğıl və das­tan­la­rı onun ilk mək­təbi, yaradıcılığının il­ham qaynağı ol­ub. Özü­nün söylədiyi­nə görə, ana­sı elm və təh­sil­dən, mək­təb və ki­tab­lar­dan uzaq bir kənd qı­zı ol­du­ğu hal­da, si­nə­si san­ki zən­gin xə­zi­nə idi. Xalq das­tan­la­rı­nı, əf­sa­nə və na­ğıl­la­rı, xalq mahnı­la­rı­nı, lə­ti­fə və tap­ma­ca­la­rı ürə­yə­ya­tan, tu­tum­lu səs­lə, avaz­la öv­lad­la­rı­na söy­lə­yən bu cə­fa­keş in­san heç özü də bil­mə­dən onla­rı­n dün­ya­gö­rü­şü­nü for­ma­laş­dır­ır, ana di­li, folklor və şi­fa­hi xalq in­ci­lə­ri ru­hun­da kök­lə­yir­di... Mə­nə­vi dün­ya­sının zənginliyinə və bu zənginliyin açdığı cığırla gedərək həyatda, ədəbi aləmdə önəmli möv­qe­ tutmasına görə ana­sı­na son nəfəsinədək min­nət­dar olan Mə­həm­mə­də­li Fər­za­nə bu fədakar insanı şükranlıq duy­ğu­su ilə xa­tır­la­yaraq yazırdı: –Anam ağır ya­şa­yı­şı­mız­dan, çə­tin gün-gü­zə­ran­dan bə­zən be­zi­kər­di. Bu üzün­tü­lə­ri oxu­duğu ba­ya­tı, ağı, xalq mah­nı­la­rına ­da çö­kər­di... Biz onun kə­dər­li səs­lə oxu­du­ğu be­lə nəğ­mə və ba­ya­tı­la­rı kənddə ya­şa­yan qo­hum-əq­rə­ba­sın­dan, ai­lə üzvlə­rin­dən göz­lə­nil­məz, qə­fil xə­bər­lər alan­da da eşi­dər­dik. Bə­zən on­dan so­ru­şar­dım ki, bu qə­dər sö­zü-söh­bə­ti sən ha­ra­dan, kim­dən öy­rən­mi­sən? Mə­na­lı-mə­na­lı ba­xar və de­yər­di:
Aç­dım, aç­dım gül ol­dum,

Boy at­dım sün­bül ol­dum.

Bir dil­bil­məz quş idim,

Oxu­dum bül­bül ol­dum.
­li, ­tün təh­si­li­mi fars di­lin­ al­­ğım hal­da, anam­dan öy­rən­di­yim folklor in­ci­­ri mən­ lap ki­çik yaş­la­rım­dan ana di­li­mi­ ­rin sev­gi ma­raq oyat­.1

Bu sev­gi son­ra­ il­lər­ Fər­za­­nin təh­sil al­­ğı pe­da­qo­ji məd­­­, ca­ma­at ara­sın­da, əmək ­əs­si­­­rin­, kar­xa­na­lar­da öy­rən­di­yi ye­ni-ye­ni at­ma­ca, tam­pa­ca, ­ti­ xalq mah­­la­ ilə da­ha da ­rin­ləş­ib, bütün ru­hu­nu çul­ğayıb. Özü­ dərk edəndən məhz İranda Azərbaycan milli mənliyini yaşadan, var qüvvəsini qədim ədəbiyyat və mədəniyyətimizin, milli-mənəvi köklərimizin öyrənilməsi və təbliği işinə sərf edən söz sənəti və əqidə mücahidlərindən biri kimi özünü təsdiqləyən müdrik ziyalı bu yolda atası Əkbər kişinin də böyük rolunu unutmurdu: «Ana ­­ni­, doğ­ma di­li­ olan ­həb­­ti­min, dün­ya­­­şü­mün for­ma­laş­ma­sın­da ­ya­tın ağır ­naq­la­rın­dan çıx­mış, Məş­ru­ in­qi­la­bın­da bir ­ca­hid ki­mi ­ti­rak et­miş ata­mın da ro­lu az ol­ma­yıb. Hər­­rəf­li dün­ya­­­şü­, zən­gin təc­­­ ma­lik olan atam «Hop­­hop­na­»nin bir çox şeir­­ri­ni əz­bər­dən oxu­yar, bu­nun­la da ­ya­ta, ha­di­­­ in­san­la­ra ­na­si­­ti­ni bil­di­rər­di». Qeyd edək ki, Əkbər kişi Güney Azərbaycanda 1905-1911-ci illərdə baş vermiş məşhur Məşrutə hərəkatının iştirakçısı olub. O, oğlunun milli ruhda böyüməsi, vətənsevər bir şəxsiyyət kimi yetişməsi üçün çox çalışıb. Təsadüfi deyil ki, məhz milli ruha, soykökünə, xalqın keşməkeşli taleyinə ürəkdən bağlanması Fərzanəni 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaranmış Milli Hökumətin ideoloqlarından biri olmasına gətirib çıxarıb və bir ideoloq kimi o, xalq hərəkatı nəticəsində qazanılmış qələbənin, müstəqilliyin əbədi yaşaması üçün gecə-gündüz çalışıb. Güney Azərbaycanda yasaq və qadağaların hökm sürdüyü bir mühitdə yetişən, bu üzdən də or­ta təh­si­li­ni qi­ya­bi pe­da­qo­ji məd­­­ni fars dilində bi­ti­rən ­həm­­­li Fər­za­ ilk əmək ­a­liy­­ti­ 1942-ci ildə, 19 yaş­ın­da ikən «Təbriz mil­li ki­tab­xa­na­sı”nda baş­la­yıb. Ey­ni za­man­da, oxuduğu məd­­­ ­əl­lim ki­mi qa­lıb ­­mək tək­li­fi alıb. Ki­tab­xa­na­da ­­cəyin qeyrətli folklorşünas alimi bir ­ra ana­dil­li ki­tab­la­ oxu­maq, ­dii ədə­biy­yat­la da­ha ya­xın ­mas­da ol­maq im­ka­ qa­za­nıb şəx­si ­ta­liəsi sa­­sin­ bi­lik ­viy­­si­ni, dün­ya­­­şü­nü, elmi səviyyəsini in­ki­şaf et­di­rib. «Təbriz mil­li ki­tab­xa­na­sı”nda sonsuz maraq və həvəslə Azərbaycan türkcəsində yaradılmış söz xəzinəsi incilərini-türkdilli abidə kitabları, divan, təzkirə və əlyazmaları öyrənməyə başlayıb. Təsadüfən əlinə keçən və üstündə «Batil (məhv olacaq) kitablar» yazılmış bağlama isə ona sanki dünyanı bağışlayıb. İndiyədək açılmamış sirli bir aləmlə tanış olan Fərzanənin bağlamada XX əsrin 15-20-ci illərində nəşr olunmuş, millətsevər alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı və bəlkə də bütün İranda yeganə nüsxə olan «Kitabi Dədə Qorqud» dastanı və Mahmud Kaşğarlının “Divani-lüğət it-türk” kitabı daha çox diqqətini çəkir. İlk yazılı türk abidəsi, türkdilli ədəbiyyatın, türk təfəkkürü-nün ana kitabı olan «Dədə Qorqud» dastanını dərindən oxuyub mənimsə-dikdən sonra, o, yaşamının istiqamətini müəyyənləşdirir, artıq özünü, mənalı ömrünü büsbütün qədim Azərbaycan mədəniyyətinin öyrənilməsinə və xalqa çatdırılmasına, bətnindən qopduğu xalqına onun necə böyük, möhtəşəm bir ədəbiyyata sahib olduğunu göstərməyə həsr edir. Bu, müqəddəs iş həyatının mənasına, omrünün məzmu­nu­na çevrilir. Fədakar gənc tədqiqatçı dastanla bağlı ciddi araşdırma­lara başlayır. O, dastanın tarixi köklərini araşdırıb və mənbə olaraq Azərbay­can, Türkiyə və Avropada, həmçinin Orta Asiyada «Dədə Qorqud» dastanı haq-qında yazılmış məqalə və kitabları götürür.

1945-46-ci illərdə Güney Azərbaycanda yeni inqilab dalğası kükrəyir və 21 Azər - 12 dekabr hərəkatı baş verir. İnqilab qalibiyyətlə nəticələnir. Güney Azərbaycanda Mil­li hö­ku­mə­t qurulur. Mil­li hö­ku­mə­tin qu­rul­ma­sı, de­mok­ra­tik mət­bu­a­tın güc­lən­mə­si Əli Kəmali, Məhəmmədəli Fərzanə, M.Ə.Qöv­si, M.B.Niknam kimi dil, yurd, vətən təəssübkeş­lərini də ana dilində sürətlə, vaxt itirmədən yazıb-yaratmağa, zəngin klassik irsimizi araşdırmağa, folklor nümunələrini topla­mağa və xalqa çatdırmağa ruhlandırır. Bu dövrdə M.Fərza-nə «Kitabi-Dədə Qorqud» dastanının boylarını, top­la­dı­ğı el bayatılarını «Azər­baycan» qəzetində dərc etdirir, eyni zamanda, qəzetin səhifə­lə­rin­dən oxu­culara müraciət edərək onları, həm də qəzetin əməkdaşlarını folklor incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini toplamağa çağırır. Təəssübkeş tədqi­qatçı çap etdirdiyi fol­klor nümunələrinin dil xüsusiyyətlərini, özəllik­lərini olduğu kimi saxlayırdı. Bu isə xalqın marağına səbəb olur, Azər­baycan milli varlığına-özünə qayıdışı, milli özünüdərki sürət­lən­dirirdi. Kəs­kin qa­da­ğa­lar şə­ra­i­tin­də farsca yaz­maq məc­bu­riy­yə­tin­də qa­lan M.Fər­za­nə 21 Azər hərəkatı – 1945-46-cı illər inqilabının qələbə çalma­sından və İranda Rza Şah diktaturası devril-dikdən sonra, böyük coşğunluqla Azər­bay­can türkcə­sin­də ya­zıb-ya­rat­ma­ğa baş­la­yır. Doğ­ma dil­də ilk ya­zı­la­rı – «Fü­zu­li­yə ye­ni bir ba­xış», və «Di­va­ni-lü­ğət-it-türk»də olan ata­lar söz­lə­ri və mə­səl­lər» «Və­tən yo­lun­da» qə­ze­tin­də dərc olu­nur.



Azərbaycan şifahi xalq ədəbiyyatı, folklor mə­sə­lə­lə­ri üzə­rin­də yorulmadan, ardıcıl təd­qi­qat­lar apa­ran ədib «Azər­bay­can mil­li das­tan­la­rı» adı ilə sil­si­lə mə­qa­lə­lər ya­za­raq “Vətən yolunda” qəzetinin 1945-ci il saylarında nəşr et­di­rir. Xalq yaradıcılığının cəfakeş tədqiqatçısı bu məqalələrində təbii ki, əsasən “Kitabi-Dədə Qorqud”, sonra isə “Koroğlu”, “Qaçaq Nəbi”, “Aşıq Qərib” dastanları haqqında məlumat verir, onların süjet xəttini, mövzu dairəsini, baş qəhrəmanlarının xarakterik xüsusiyyətlərini geniş təhlil edir. Bu istiqamət artıq onun həyatının mənasına, məqsədinə çevrilir. Ədibin milli məfkurəyə, milli düşüncəyə, xalq ruhuna sıx tellərlə bağlılığı, xalq yaradıcı-lığına dərindən bələdliyi aydın görünən bu sanballı məqalələr yüksək elmi məziyyət­lərinə görə onu səriştəli folklorşünas alim kimi tanıdır. Azərbaycan türkcəsində təhsilin qadağan olunduğu bir məmləkətdə dilimizə qarşı bu səviyyədə qərəzli münasibətə dözməyən Fər­za­nə doğma türkcənin ən fəal müdafiəçisinə çevrilir. Həm 40-cı illərdə, həm də inqilabın yatırılması, milli hökumətin süquta uğradılmasından sonra başlanan irtica illərində, eləcə də 1978-79-cu illər İran İslam İnqilabı dövründə Güney Azərbaycanda ana dilinə, milli ədəbiyyata olan münasibət Məhəmmədəli Fərzanənin bütün yaradıcılığı boyu izlədiyi və ardıcıl olaraq problemlərinə toxunduğu əsas məsələlərdən olmuşdur. Ancaq 40-cı illərdə, 1978-79-cu illər İran İslam İnqilabından sonrakı dövrdə alimin Azərbaycan milli varlığının və ana dilinin təsdiqi istiqamətindəki çabaları elmi-ədəbi, naşirlik və mətnşünaslıq fəaliyyətində daha intensiv və ardıcıl şəkildə olmuşdur. “Ana dilimiz və milli varlığımız uğrunda” adı altında silsilə məqalələr yazır və “Və­tən yo­lun­da” qə­ze­tin­də çapına nail olur. Alim məhz 1945-46-cı illərdə Cüney Azərbaycanda ana dilində müxtəlif elm sahələrini əhatə edən dərsliklərin yazılıb çapa hazırlanmasında fəal iştirak edir. Qeyd etdiyimiz kimi, o, öz ya­zı­la­rın­da in­ti­bah abi­də­miz “Ki­ta­bi-Də­də Qor­qud”dan geniş bəhs edir və das­tan boy­la­rın­dan ardıcıl olaraq seçmə nü­mu­nə­lər ve­rirdi. Fədakar alim müsahi­bə­lə­rinin birində deyirdi: “Heç şüb­hə­siz, bu nü­mu­nə­lə­ri oxu­yan­lar ara­sın­da se­vi­nən­lər də vardı, ra­hat­lı­ğı po­zu­lan­lar da. Ar­tıq ədə­biy­yat­şü­nas­lıq­da Də­də Qor­qud mü­ba­hi­sə­li mə­sə­lə­yə çev­ril­miş­di. Də­də Qor­qud boy­la­rı üzə­rin­də ədə­biy­yat­şü­nas­lıq­da mü­ba­hi­sə­lə­rin da­vam et­di­yi gün­lə­rin bi­rin­də si­nə­si söz­lü-söh­bət­li ana­ma “Bu­ğac bo­yu”nu oxu­dum və de­dim ki, söz­lə­rə diq­qət­lə qu­laq ver, an­la­şıl­maz söz­lər var­sa, söy­lə. Anam axı­ra­dək din­lə­yə­rək ca­vab ver­di: Oğ­lum, bur­da an­la­şıl­maz nə var ki, boy da bi­zim­dir, soy da bi­zim­dir, söz də bi­zim­dir, qan da bi­zim...”3

Mə­həm­mə­də­li Fər­za­nə əsl tədqiqatçı, həqiqi alim kimi fars dilində çıxan ədəbiyyatı, həm də dünya ədəbiyyatını paralel olaraq oxuyub öyrənir, araşdırmalarında farsdilli İran mənbələrindən və dünya ədəbiyyatı nümunələ-rindən ustalıqla istifadə edirdi. O, Quzey Azərbaycanda kiril əlifbasında yayımlanan ədəbiy­yatı da unutmur, özəlliklə buradakı elmi-ədəbi və bədii ədəbiyyatı diqqətlə oxuyub mənimsəyir və fars dilinə çevirirdi. Bu yöndə Mə­həm­mə­də­li Fər­za­nə hələ ki, ilk addımlarını atır, güney ədəbiyya­tında yeni bir cığır açırdı. Beləliklə də fədakar tədqiqatçı V.Q.Belinskinin Güneyin ümid qapısı olan Bakıda kiril əlifbasında çıxmış “Seçilmiş əsərləri” əsasında altı məqalə yazaraq bir-birinin ardınca “Ümidi-İran­” adlı fars dillində yayımlanan dərgidə dərc etdirir. Daha sonra A.P.Çexovun və M.Qorkinin bəzi hekayələrini, həmçinin F.Kafka və R.Rollan kimi Avropa klassiklərinin yaradıcılığından seçmə nümunələri yenə də Bakı nəşrləri əsasında fars dilinə çevirir və nəşrinə nail olur (60-cı illər). Ədib qardaş Türkiyə ədəbiyyatını da diqqətdən kənarda qoymur. Eyni məqsəd və amalla görkəmli türk satirik yazıçısı Əziz Nesinin “Belə gəlib, belə getməz” adlı hekayələr kitabından yeddi hekayəni fars dilinə mükəmməl şəkildə tərcümə edərək İran oxucularına çatdırır. “Türkiyə mühitindəki bürokratizmin, yaltaqlığın, saxta ziyalıcığazlı­ğın tənqidi və bədii ifşasından ibarət olan Əziz Nesin nəsri tipik Şərq monarxiya ölkəsi olan İran üçün də mənalı və aktual idi. Fərzanənin müasir Türkiyə ədəbiyyatına müraciəti təsadüfi xarakter daşımırdı və onun ədəbi fəaliyyətinin ümumi fikri və estetik istiqamətini tamamlayırdı”4 Lakin Cüney Azərbaycanda 1945-46-cı illərdə baş vermiş və Fərzanə kimi ziyalıların böyük ruh yüksəkliyilə çalışıb ana Vətənə xidmət etmələri üçün münbit şərait yaratmış milli istiqlal uğrunda hərəkat məğlubiyyətə uğradılır. S.C.Pişəvərinin rəhbərliyilə geniş vüsət almış və xalqın qələbəsi ilə nəticələnmiş böyük inqilab qan dənizində boğulduqdan sonra başlanan kütləvi qırğın, həbs və təzyiqlərdən canını qurtaran bir çox aydın ölkədən mühacirət edir. Şahın səlahiyyətli məmurları Milli hökumətin bütün yaradıcılıq sahələrində izini silmək üçün onunla bağlı hər şeyi məhv edirdilər. Azərbaycan türkcəsində yazılmış kitablar, qəzet və jurnallar, sənədlər, qiymətli əlyazmalar tonqallarda yandırılır, ziyalılar ciddi təqib olunur, kütləvi şəkildə işdən çıxarılır, sorğu-sualsız zindanlara atılırçox vaxtlarda isə öldürülürdü. Məhəmmədəli Fərzanə də kitabхanadakı işindən çıxarılır. Fərzanənin əqidə və məslək dostlarının bir çoxu öldürülmüş, zindanlara atılmış, ən yaxşı halda isə Sovet Azərbaycanına mühacirət etmək məcburiyyətində qalmışdılar. O isə həyatının təhlükədə olduğunu bildiyi halda, ölümü gözə alır və Vətəni tərk etmir. Gizli fəaliyyətə keçir və elmi-ədəbi istiqa­mətdə həyata keçirdiyi işlərini davam etdirir. Öncə “Təbriz” qəzetində ədəbi-tənqidi yazılarla çıxış edir. Bu yazılarında o, (məsələn, Təbriz Universitetinin əsərləri haqqında yazdğı məqalədə) klassik ədəbiyyatın özəlliklərini, xüsusilə bədii xüsusiyyətlərini diqqət mərkəzinə gətirir. Quzey Azərbaycanda yayımlanmış və elmi prinsiplər əsasında sovet dövrü Azərbaycan ədəbiyyatı tarixini sistemləşdir­mək istiqa­mətində ilk təşəbbüslərdən olan “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabı ilə də həmin illərdə tanış olan tədqiqatçı nəşr haqqında müxtəsər məlumat xarakterli rəy yazır. Həmin rəyi 1947-ci ildə “Şəfəq” dərgisində dərc etdirən Fərzanə Cüney Azərbaycanda yetişmiş bir ziyalı-tədqiqatçı mövqeyindən yanaşaraq qədim və zəngin ədəbiyyatımızın müqtədir nümayəndələrindən bəhs edilmiş bu nəşrin tanıtım xarakterinə görə də əhəmiyyətini xüsusi vurğulayır, klassik ədəbiyyatımızın korifey sənətkarla­­rın­dan – Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli və başqalarından fərəhlə, böyük sevgilə söz açır. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabından sonrakı ədəbi yazılarında da bəhrələnir. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” kitabında Nizami və Füzuli haqda verilmiş oçerklər ilkin mənbə kimi çox köməyinə gəlir və ədib dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılı-ğına dair sanballı elmi məqalələr yazır. Nizami Gəncəvinin yaradıcılığından fars dilinə çevirdiyi qəzəllərdən ibarət «Ni­za­mi­dən 30 qə­zəl» adlı kitab da hazırlayır və “Nizami yaradıcılığına bir baxış” müqəddiməsini yazaraq nəşr etdirir. O, bu istiqamətdəki bütün yazıları, əvəzsiz çabaları ilə Cüney Azərbaycanda yaşayan soydaşlarına klassik və çağdaş Azərbaycan ədəbiyyatını tanıdır, onları bu qutsal yolla tarixi yaddaşına, milli kimliyinə qovuşdururdu. Məhəmməd Füzulinin zəngin bədii irsinə dərin məhəbbətlə qələmə aldığı «Fü­zu­liyə yeni bir nəzər» adlı elmi məqaləsində Məhəmmədəli Fərzanə Gü­ney oxucularını ölməz şairin həyat və yaradıcılı­ğının bəzi məqamları ilə tanış edir. Azərbaycan xalqının hiss və həyə­can­larını, duyğu və düşüncələrini tərənnüm edən Füzulini dünyaya səs salan cahanşümul bir şair kimi qiymətləndirir və «Şikayətnamə»yə xüsusi həssaslıqla yanaşır: «Bu əsər şairin müsaib zamanlarda söylədiyi şikayətlərin bədii, şairanə nümayişidir. Füzuli bəzi açıq danışan adamlar kimi, sözün ixtiyarını əldən verməmiş, bəlkə də həyatının bütün acılarına, həqarətlərə qarşı bir ədib gülüşü ilə amadə et­miş­dir». Fərzanə «Vətən yolunda» qəzeti oxucularının, eləcə də xalqının nəzərinə çatdırır ki, dahi Füzuli Azərbaycan ədəbiyyatı tarixində ilk qüvvətli mərsiyələr yazan şairdir, onun təkrarsız nəsri isə səlis və rəvandır». Lakin Füzulinin dövründə yazılan əsər­lərin çoxu «sərfəlbiyat və təəssüf doğurduğundan indiyədək məşhur olmamışdır. Ancaq dahi Füzuli­nin əsərləri, əşarı qədimdən bəri böyük bir iştəva (məhəbbət) və rəğbətə qabil olduğundan dəfələrlə tabe və təmsil (nəşr) edilmiş, dilimizə aşina olan xalqlar tərəfindən də oxunmuş və sevilmişdir». Ölməz şairin ədəbi dairəsinə, ədəbiyyat tari­xin­də tutduğu mövqeyinə, əsərlərinin sevilə-sevilə oxu­naraq göz üstündə saxlandığına, yaşadığı dövrün, mənsub olduğu «qövmün gördüyü və eşitdiyi vəqain ayinəsi» oldu­ğuna diqqəti yönəldən Fərzanə Füzulini ədəbi məktəb yaradan sənətkarlardan sayır.

Tədqiqatçının fikrincə, şairin və şeirin, sözün ucuz tu­tul­duğu, qiymətlən-di­ril­mədiyi bir zamanda, onu Rumi Bağ­da­diyə Bir dövrdə gəldik bu fani aləmə biz kim, Asari-Kərəm var nə bəşərdə, nə mələkdə, - beytini yazmağa vadar edən bir dövrdə Füzuli ədəbiyyat, söz sənəti və Azərbaycan xalqı qarşısında «mühüm vəzifə­lə­rini anlaya-anlaya, sevə-sevə öz prinsiplərinə kəsalət gətirmədi, kimsədən rəğbət və məhəbbət görmədiyi halda, tutduğu yoldan dönmədi. Tutduğu yolun doğruluğuna əminliklə yazdı ki:
Dövran istər ki, xar nəzm,

Biizzəti etibar ola nəzm,

Mən möntəzərəm, berəm rəvacin

Bimar isə eyləyəm əlacin. 5
M.Fərzanə vurğulayır ki, dahi söz ustası öz şeirlərini «rüs­xəti-ədəb» olması arzusu ilə qələmə almışdır. Çünki Füzuli şeir yazmağa başla­mazdan əvvəl mükəmməl təhsil almağa çalışıb. Əlində, könlündə olan ağıllı və nağıllı elmləri öyrənib. “Həm alim olub, həm şair, çünki o, elmsiz şairi əsası yox divar sanıb, əsassız divar isə bietibar». Alimin qənaətinə görə, Füzulinin 15 yaşından şeirə həvəs göstərməsi onun təbiətinin cilasını bildirir: “Füzulinin şeiriyyət səbəbi üsulu-bənddən əvvəl şairanə həzin əfkarıdır. Öz əsərlərini doğma Azərbaycan dilində yazan bu dahi sənətkar tazə Azərbaycan ədəbi dilinin əsasını qoymuşdur.6

Güney Azərbaycanda baş verən ictimai-siyasi hadisələr burulğanının düz mərkəzində olan Fər­za­­nin qis­­ti­ məh­bəs ­ya­ ya­şa­maq düş­ür. La­kin is­te­dad­ alim məh­bəs­ ya­şa­­ğı əzab­ 5 il­ ­a­liy­­ti­ni da­yan­dır­mır məh­kum­lar ara­sın­da «Ana di­li­ni öy­­nən­lər qru­pu» ya­ra­da­raq ­mir bar­maq­lıq­lar ara­sın­da doğ­ma ana di­li­ni təb­liğ təd­ris edir. Həbsdən azad olunduqdan sonra da davam edən təqiblər üzündən o, 1953-cü ildə doğma Təbrızdən Tehrana köçməli olur.

Çünki 1953-cü il­də İran­da ye­ni ha­ki­miy­yət də­yi­şik­li­yi nəticəsində ir­ti­ca ye­ni­dən tüğ­yan eləməyə başladı. Hər tərəfə yenidən zül­mət çök­dü, dil­lə­rə qı­fıl vuruldu. Belə mürəkkəb, çətin za­man­da Təb­riz­də sanki bir işıq par­la­dı və

donmuş ürək­lə­ri, buz bağlamış be­yin­lə­ri ay­dın­lat­dı, bağlı dillərin qıfıllarını açdı. Bu işığı ədəbi aləmdə Azər­bay­ca­nın dahi söz us­ta­dı Məhəmmədhüseyn Şəh­ri­ya­rın «Hey­dər­ba­ba­ya sa­lam» mən­zu­mə­sinin ərsəyə gəlməsi yandırmışdı. Əsə­rin əl­yaz­ma­sı­ Təb­riz­dən Teh­ra­na da gə­ti­rib çı­xar­ı­lır və poema Teh­ran­da da bö­yük ruh yük­sək­li­yi və hə­yə­ca­nla qarşılan­ır. 1992-ci ildə “Şəhriyar” qəzetinə verdiyi müsahibəsində xəyalən o illərə qayıdan Fərzanə əsərin əlyazmasının surətini («Hey­dər­ba­ba­ya sa­lam» mən­zu­mə­si hələ kütləvi tirajla çap olunmamışdan öncə, 1951-ci ildən əlyazmasının üzü çıxarılaraq yayılmağa başlanmışdı) ona Hüseynqulu Coşğun Katibinin gizlicə Təbrizə gedərək oradan gətirdiyini və sonsuz sevinclə cibindən çıxarıb verdiyini söyləyir. O zaman Təbrizə yolu bağlanmış, Tehranda yaşamaq məcburiyyətində qalmış Fərzanə əsəri göz yaşları içərisində oxuyur və sevincini çox sevdiyi, yaradıcılığı haqqında ciddi tədqiqat apardığı Bulud Qaraçorlu Səhəndlə bölüşür. Əsəri oxuduqdan sonra Səhənd də eyni hissləri yaşayır və sevinclə kədər qarışıq hissdən doğan göz yaşları içərisində dostunun boynuna sarılır. Fərzanə o gündən sonra Səhəndin nisbi dincliyinin pozulduğunu, hətta hakim rejim tərəfindən həbsə atılarkən belə, zindanda da bu barədə düşündüyünü, “Araz” və “Xatirə”, həbsdən sonra isə “Sazımın sözü” poemala­rını da məhz «Heydərbabaya salam» poemasından ilham alaraq yazdığını vurğulayır: ”Səhənddə bir ruh yüksəkliyi yaranır. Gecələr yatmır, siqaret çəkir və yazır. “Sazı-mın sözü”nün I cildi yaranmağa başlayır.” 7

Fərzanə bu əsəri möcüzə səviyyəsində dəyərləndirdiyindən «Heydərba­ba­ya salam» poemasına həsr olunmuş nə­zi­rə­ləri, şairə ünvanlanmış məktubla-rı bir kita­bda toplayır və «Heydərbabaya salam» mənzuməsinin özünəməx-sus­luğu, bədii dil xüsu­siyyətləri, yüksək şeiriyyəti və orijinallığın­dan bəhs edən müqəddimə yazaraq 1969-cu ildə «Şəhriyar və Heydərbaba (farsca)» adı ilə nəşr etdirir.

O, əsl vətəndaş ziyalı kimi müxtəlif dövrlərdə baş vermiş önəmli hadisələri, milli azadlıq uğ­runda mubarizələri, xalq təfəkkür və mədəniyyətinin təkamül yollarının, inkişaf istiqamətlərinin tədqiqində şifahi xalq ədəbiyyatı nümunələrinin böyük elmi, bədii və tarixi əhəmiyyətə malik olduğunu dərindən dərk edirdi. Ardıcıl olaraq apardığı folklor araşdırmalarında məhz Azərbaycan xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatımız arasında sıx əlaqənin, qarşılıqlı təsirin tarixən mövcud olduğunu bu əlaqənin mövcudluğunda aşıqların mühüm rol oynadığını diqqət mərkəzinə çəkirdi. Fərzanə yazırdı: “Azərbaycan xalq ədəbiyyatı ilə yazılı ədəbiyyatı arasında sıx əlaqə, qarışılıqlı təsir və biri–birinə nüfuz göstərmə xüsusiyyəti vardır. Yazıçı və şairlərin şifahi ədə­biyyatın məzmun, fikir, vəzn və ifadə vasitələrindən faydalandıqlari kimi, xalq ədə­biy­yatının ifaçısı olan aşıqlar və habelə xalq kütlələri özləri də bu sənətkarların əsərlərindən istifadə etmiş və şifahi xalq ədəbiyyatı xəzinəsini zənginləşdirmişlər.”8

Bütün həyatı, çoxşaxəli fəaliyyəti boyu Güney Azərbaycanda yaranmış şifahi xalq yaradıcılığı, folklor nümunələrini, zəngin şifahi söz sənəti incilərini ardıcıl olaraq toplayıb nəşr etdirən və inadkar alim qətiyyəti ilə araşdıran, bununla da Güney Azərbaycan folklorşünaslığının təməlini qoyan ədibi Şəhriyarın anadilli şeir dili ilə xalqın folklor təfəkkürü arasındakı güclü bağlılıq, sıx əlaqə, üslubundakı orijinallıq heyran edir. Ona görə də fədakar tədqiqatçı qələmə aldığı «Hey­dər­ba­banın bədii xüsusiyyətləri» adlı məqaləsində «Hey­dər­ba­ba­ya sa­lam» mən­zu­mə­sinin bədii dil xüsusiyyətlərinin, poetikasının təhlili­nə geniş yer verir. Şəhriyarın anadilli şeir dili ilə folklor təfəkkürünün əlaqələrini konkret misallar əsasında təhlil edir, dil və üslub məsələlərini araşdırır. Fərzanənin Şəhriyarın anadilli şeir dili ilə bağlı gəldiyi qənaət olduqca maraqlıdır. O, Şəhriyar

dilinin qeyri-adiliyinin və bütün türk elləri ədəbiyyatına böyük ədəbi təsirinin sirrini onun folklor və yazılı poeziya dili zəminində pərvəriş tapması ilə əlaqələndirməklə kifayətlənmir, şairin qeyri-adi şeir dilini əfsanəvi bir dil, möcüzə sayır: “Bu dil ana dili Azərbaycan dili olan fars dilli bir dahi şairin ucalığıdır, istedadının möcüzəsidir.”9

Ustad Şəhriyar da Fərzanənin misilsiz xidmətlərini unutmamış, “Dərya elədim” qəzəlində şəxsiyyətini və böyük əməllərini təqdir edərək onun haqqında aşağıdakı beyti yazmışdır:


Bax ki, Tehranda nə Fərzanələr olmuş Valeh,
Bax ki, Təbrizdə nə şairləri Şeyda elədim.

“Zəbani dəstur zəbane Azərbaycan (farsca)”, “Gozidehayi əz Təranehaye (farsca tərcumə)”, “Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”, “Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil Məmmədquluzadə (farsca)”, “Şəhriyar və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qramma­tikası)”, “Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca)”, “Rəsul Rzanın şerlərinin farsca tərcüməsi (farsca)”, “Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası, farsca)”, “Fərhənge Loğate Azərbaycan (farsca)” kimi əsərləri fars dilinə tərcümə edərək çap etdirən və bundan böyük qürur hissi yaşayan Mə­həm­mə­də­li Fər­za­nə həmin nəşrlər vasitəsilə milli varlığımızı, milli mənsub-luğumuzu, kimliyimizi üzə çıxarmaq, başqa xalqlara möhtəşəm Azərbaycan ədəbiyyatını, böyük mədəniyyət abidələrimizi tanıtmaq missiyasını həyata keçirir, eyni zamanda, doğma türkcəmizin yasaqlandığı bir mühitdə onu fars dilində elə farsların özünə qürurla təbliğ edirdi. Xalqının işıqlı sabahını düşünən və bu işıqlı sabahın qurucuları olacaq uşaqların milli ruhda, vətənsevər böyümələri üçün uşaq folkloru nümunələrinin son dərəcə mühüm əhəmiyyət daşıdığını qeyrətli, vicdanlı alim kimi dərindən dərk edirdi. Buna görə, həm də incə bir sənət kimi dəyərləndir­diyi uşaq folkloru nümunələrini səylə toplayır və nəşr etdirirdi. “Uşaq folkloru nümunələrini necə toplamalı” adlı məqaləsində ürək yanğısı ilə uşaq folkloru nümunələrini toplamağın yollarını həmkarlarına, bu müqəddəs işə maraq göstərənlərə başa salır, gərəkliliyinə diqqəti yönəldirdi: “Sabah artıq çox gec olacaq, biz bu gün və elə bu gün körpələrimizin mənəvi tərbiyəsi xatirinə, mənliyimizi və kimliyimizi uşaqlara aşılamaq xatirinə laylalarımıza, nazlamalarımıza, nağıllarımıza qayıtmalı və bunları böyük milli-mənəvi bir miras kimi qorumalıyıq. Uşaq folklorumuz bütün əlvanlıqları, pedaqoji və psixoloji dəyərləri ilə bərabər ümumi folklor və xalq ədəbiyyatımızın ayrılmaz bir hissəsi sayılır.”10


«Heydərbabaya salam» mənzuməsi məhz Azər­bay­can di­li­ndə Təbriz şivəsinin şirinliyində qələmə alındığından, Azər­bay­can milli koloritini, milli psixologiyasını­n özəlliklərini, xalqın duyğu və düşüncələrinin bədii-poetik əksi olduğuna görə qısa müddətdə bütün İranda və türk xalqları yaşayan ərazilərdə, Türküstan ellərində geniş şəkildə yayılır. Teh­ran­da tezliklə «Hey­dər­ba­ba» dər­nə­yi yaran­ır. O zaman «Hey­dər­ba­ba» dər­nə­yinin üzvlə­rin­dən Sə­hənd, M.Fərzanə, C.Bax­ça­ban, Dok­tor Hüseynqulu Ka­ti­bi-Coş­qun, Mə­həm­mə­də­li Azə­ri, Gən­cə­li Sə­ba­hi, Mir­meh­di Eti­mad, N.F.Atəş­bak, Əli Təb­ri­zi, Dok­tor Sa­la­mul­lah Ca­vid və b. ke­çir­dik­lə­ri ic­las­lar­da ye­ni şeir və nəsr nü­mu­nə­lə­ri­ni oxu­maq­la bə­ra­bər ye­ni ki­tab­lar yaz­maq ba­rə­də də dü­şü­nür­dülər. N.F.Atəş­ba­kın «Ya­de əz-Hey­dər ba­ba», Dok­tor Ca­va­d Heyətin “Folklor nü­mu­nə­lə­ri”, Sə­hən­din «Sa­zı­mın sö­zü», Fər­za­nə­nin «Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı», «Ba­ya­tı­lar mə­cəl­lə­si» və s. ki­tab­la­rın tə­məl daş­la­rı bu dər­nək­də qo­yul­muş­dur.

Son­ra­dan Həbib Sa­hir, Həsən Məcidzadə Sa­va­lan, Kərim Məş­ru­tə­çi Sönməz, Dok­tor Həmid Nit­qi və baş­qa­la­rı da «Hey­dər­ba­ba» dər­nə­yi­nə üzv ol­du­lar. Dər­nək ən ağır şə­ra­it­də be­lə öz var­lı­ğı­nı sax­la­yır, fə­a­liy­yə­ti­ni da­vam et­di­rir­di. Folklor, şi­fa­hi ədə­biy­yat qay­naq­la­rı­na ru­hən və mə­nən bağ­la­nan M.Fər­za­nə bu müd­dət­də öz dəyərli təd­qi­qat­la­rı­nı da­ha da də­rin­ləş­di­rir­di. Ədi­bin 5 illik həbsxana həyatını yaşadığı dövrdə qələmə aldığı dəyərli elmi əsəri Güneydə Azərbaycan dilinin qrammatikasına aid ilk nəşr olan «Azər­bay­can di­li­nin qram­ma­ti­ka­sı» kitabı (2 cilddə) dörd də­fə çap olunmuş, uzun illər Azərbaycan dilini böyük bir xalqın sərbəst, müstəqil dili deyil, ləhcə, şivə kimi təfəkkürlərə zorla yeridən fars şovinistlərinin apar­dıqları ayrı-seçkilik, türk dilini unutdurma siyasətinə tutarlı elmi cavab oldu. Elə bu cəhətinə görə də kitab mövcud re­jim tərəfindən qadağan olunmuş, yayılmasının qarşısı alın­mışdır. Lakin bu qadağalara rəğmən, «Azərbaycan di­li­nin qrammatikası» kitabının sorağı Quzey Azərbaycan, Türkiyə və Avropaya da gedib çatdı. Azərbaycan Milli Elmlər Akademiyasının da müsbət rəy verdiyi "Azərbaycan türkcəsinin qrammatikasının əsasları" kitabı Avropanın qabaqcıl təhsil ocaqlarında mühün elmi hadisə kimi qiymətləndirildi. «Almaniyada Köln Univer­si­tetinin professoru, məşhur şərqşünas alim Drofer bu kitabla tanış­lıq­dan sonra ona müsbət rəy verərək almancaya çe­virdi. Bu gün həmin kitab Köln Universitetinin şərq­şünaslıq fakültə­sin­də dərs vəsaiti kimi işlənir. Həcmcə çox da böyük olmayan bu iki cildlik kitabın dəyəri onun özündən sonra Azər­baycan dilçiliyinə aid onlarla elmi kitabların yazıl­ma­sına örnək ola bilməsindədir».11

1977-ci ildə M.Fərzanə qardaşı Yusif bəylə birlikdə «Fərzanə yayım evi»ni yaradaraq bir çox kitabların ana dilində nəşrini həyata keçirmişdir. Burada təkcə 10 il ərzində 50-dən artıq dərslik, ədəbiyyat və tarix kitabları çap olun­muş­dur. Özünün Milli Hökumət dövründə yazdığı “Ədəbi qiraət” adlı dərslik kitabı, S.C.Pişəvərinin məqalə və nitqləri, M.Ə.Sabirin “Hophopnamə”si, III cildlik “Klassik şeirlərdən seçmələr”, “Səməd Vurğun”, Ə.Babayevanın “Haradasan dost, harada”, N.Axundovun “Azərbayacan satirik ruznamələri” bu dəyərli kitabların sırasındadır. O, İran İslam İnqilabını “folklor araşdırma-ları tarixində mərhələ sayır və göstərir ki, yeni inqilabi İran Konstitusiyası

Bütün xalqların hüquq bərabərliyini və öz dil və mədəniyyət­lərini inkişaf

et­dirmək hüququnu təsdiq etmiş oldu.”12 Lakin bu təsdiqin öz xalqına,

Azər­bay­can türklərinə şamil edilməməsi, türkdilli xalqların yaşadığı geniş ərazilərdə “nə bu dildə dərs keçmək, nə universitetlərdə bu dilin özü və ədəbiyyatı üçün fakültə yaratmaq, nə də radio və televiziya kimi ümumi vasitələrdə bu dil və onun zəngin folkloru barədə sağlam və öyədici proqramlar yerləşdirmək sahəsində məsul orqanlar tərəfindən heç bir işin görülməməsi” və belə halların get-gedə güclü assimilyasiya siyasətinə çevrilməsi təəssübkeş ziyalının mənliyinə toxunurdu. O, çıxış yolunu doğma dilə və bu dildə yaradılmış möhtəşəm mili-mədəni irsə, folklor xəzinəsinə sahib çıxmaqda, Güney folklorunu bütünlüklə toplayıb nəşr etməkdə, elmi tədqiqata cəlb olunmasında görürdü...



Azərbaycan söz sənətinin həqiqi aşiqi olan alimin İran­da folklor­la bağ­lı dərc olun­muş əsər­lər ara­sın­da ti­ra­jı­na gö­rə 1-ci ye­ri tu­tan «Ba­ya­tı­lar mə­cəl­lə­si» 1979-cu il İslam İnqilabından sonra 8 də­fə nəşr olun­muş­dur. Da­ha son­ra «Də­də Qor­qud boy­la­rı» (mü­qəd­di­mə və mətn), «Hey­dər­ba­ba və Şəh­ri­yar (nə­zi­rə­lər və mək­tub­lar)», «Mol­la Nəs­rəd­din lə­ti­fə­lə­ri» (mü­qəd­di­mə və mətn), «Azər­bay­can folklor an­to­lo­gi­ya­sı», «Azər­bay­can klas­sik şeirin­dən mü­a­sir şeiri­nə qə­dər», «Azər­bay­can xalq mah­nı­la­rı», «İran xalq mah­nı­la­rı Azər­bay­can di­li­nə şeir tər­cü­mə­lə­ri ilə», «Ni­za­mi­dən 30 qə­zəl», «Azər­bay­can folklor dəf­tər­lə­ri, ata­lar söz­lə­ri və mə­səl­lə­ri», «Azər­bay­can di­li­nin fo­ne­tik lü­ğə­ti», «Azər­bay­can di­lin­dən fars di­li­nə tər­cü­mə­lər», «Azərbaycan söz inciləri» (3 cilddə) və b. ki­tab­la­rı tər­tib et­miş, ön söz, el­mi mə­­qa­lə və mü­qəd­di­mələrlə, şərh və izah­lar­la çap etdirmişdir.

Azərbaycan ədəbiyyatının, şifahi söz sənətinin fədakar bilicisi və mübariz keşikçisi olan M.Fərzanənin görkəmli yazıçı və şairlər, həmçinin Azərbaycan dili və tarixi haq­qında 100-dən çox elmi məqaləsi, «Ana dilimiz və milli varlığımız haqqında xatirələr» silsiləsindən 25 yazısı 1979-cu ildən Tehranda nəşrə başlayan «Varlıq» məcəlləsində dərc olunmuşdur. Məhəm-mədəli Fərzanə “Varlıq” jurnalında həm naşir, həm də dilçi alim kimi ciddi fəaliyyət göstərirdi.


«Varlıq» məcəlləsində dərc edilmiş bu məqalələrdə vətəndaş yazıçı Azərbaycan xal­qının tarixən üzləşdiyi haqsızlıq, milli zülm və ədalət­siz­liklər, ana dilinin qadağan olunması ucbatından çəkdiyi əzab­ları təhqiramiz həyatı, ziyalı təbəqənin milli dil, elm, təhsil uğrunda apardığı ölüm-dirim mübarizəsini xati­rə­lə­ri­nin işığında qələmə almışdır. Azərbaycan dili və ədəbiyyatının, zəngin mədəni irsimizin cəfakeş tədqiqatçısının səylə fars və ərəb qrafikasında tərtib etdiyi “Azərbaycan dilinin səsli fonetika lüğəti”, “Mahnılar” kimi kitabları, eləcə də digər əsərləri arxivində çap olunmamış qalır və öz xeyirxah naşirini, Fərzanə kimi Vətən, millət və mədəniyyətimizin yeni fədaisini gözləyir.

Tədqiqatçı Aqşin Ağkəmərli Fərzanənin çoxşaxəli fəaliyyətinin, hərtərəfli yaradıcılığının səbəblərini konkret olaraq belə əsaslandırır və dəqiq dəyərlən-dirmələr aparır: "Güneyli ziyalıların durumu ilə Quzeyli ziyalıların durumu arasın-da fərq çoxdur. Quzey Azərbaycanda hər kəs konkret öz işi ilə məşğuldur. Məsələn, tarixçi daha çox öz peşəsi ilə məşğuldur, nadir hallarda ədəbiyyatçılıqla məşğul ola bilər. Ancaq Güneydə şair tarixçi, ədəbiyyatçı, tədqiqatçı, folklorçu olmalı, hətta daxili və xarici siyasəti gözəl bilməlidir. O, prinsipcə buna məcbur-dur. Çünki Güneydə məsələ başqa cür formalaşıb. Burada nə iş görsən, ilk növbədə siyasi anlama, kimlik məsələsinə dayanır. Bizim məqsədimiz odur ki, millətimiz öz kimliyinə, tarixi taleyinə sahib dursun. Millət öz kimliyini tanımadığı dərəcədə başqalarının köləsi olacaq. Millət özünü tanıdığı dərəcədə böyük, yüksək olur. Millətimizin kimliyi bu gün onun dilində, folklorunda, Dədə Qorqudluğunda, Babəkliyində, Koroğluluğundadır. Millətin yetişməsi üçün bu və başqa mənəvi sərvətlərə sahib durmağımız lazımdır. Millətimizin azadlığı, haqq savaşı uğrunda döyüşmək vicdan işimizdir, milli borcumuzdur. Millətimizin bizə etibar etdiyi ruh yaddaşını, adət-ənənəni, folklorunu qoruyub-saxlamalı, sabaha çatdırmalıyıq. Güney Azərbaycanda millətimizin milli kimliyinin, mənəvi sərvətlərinin tanıdılmasında Fərzanənin mühüm xidmətləri var".13

Azərbaycançılığın, milli şüu­run, milli məfkurənin, milli ruhun mübariz keşikçisi, tədqiqatçısı və alovlu təbliğatçısı olan M.Fərzanə səhhətində, daha doğrusu illərlə doğma yurdunun, dilinin və xalqının əsir taleyinin dərd yükünü daşıyan ürəyində yaranmış problemlərin aradan qaldırılması və xəstəliyinin müalicəsi ilə əla­qədar olaraq bir müddət Almaniyada, sonra isə İsveçin Höteburq şəhərində yaşamışdır. İxtiyar yaşlarında yenidən qürbət həyatı yaşamalı olan nisgilli ədib burada da ədəbi-elmi fəaliyyətini davam etdirmişdir. Ürək xəstəliyindən əziyyət çəkən görkəmli ziyalı 2006-ci il yanvar ayının 17-də vəfat etmişdir.


Nəşr olunmuş kitabları:
“Bayatılar”, “Dədəmin kitabı”, “Mirzə Baqir Hacizadədən çap olunmuş xatirələr”, “Azərbaycan el mahnıları”, “Azərbaycan uşaq folkloru”, “Molla Nəsrəddin lətifələri”, “Azərbaycan el sözlərı”, “Təmsillər və məsəllər”, “Azərbaycan aşıqları antologiyası”, “Məqalələr”, “Ana dilimiz və milli varlığımız haqqında xatirələr”.

Fars dilinə tərcümələri
“Zəbani dəstur zəbane Azərbaycan (farsca)”, “Gozidehayi əz Təranehaye (farsca tərcumə)”, “Çenin bud əmma çenin nəxahəd bud (farsca tərcumə)”, “Guşehayi əz Xaterat və çənd dastan əz-Cəlil Məmmədquluzadə (farsca)”, “Şəhriyar və Heydər Baba (farsca)”, “Azərbaycan dilinin qirameri (qram-matikası)”, “Vajenameye Avazi (Azərbaycan dili barəsində, farsca), Rəsul Rzanın şerlərinin farsca tərcüməsi”, “Torkane Parsiquy (farsca şeir yazmış türk şairlərinin antologiyası, farsca), “Fərhənge Loğate Azərbaycan (farsca)”

İstifadə olunmuş ədəbiyyat
. «İlk müəllimim anam olub», «Respublika» qəzeti, 27 noyabr 1999-cu il.

2. Yenə orada.

3. Yenə də orada.

4. R.Əliyev. Taleyin sözü, “MBM” nəşriyyatı, 2008, s.323.

5. «Vətən yolunda» qəzeti, Təbriz, № 1946.

6. «Vətən yolunda» qəzeti, Təbriz, № 1946.

7.“Şəhriyar” qəzeti, “Heydərbabanın izi ilə”, 22 oktyabr 1992-ci il.

8. Fərzanə Məhəmmədəli, Məqalələr, Riza Həmraz, 1384(2005)-cü il, s.193-194.

9.“Şəhriyar” qəzeti, “Heydərbabanın izi ilə”, 22 oktyabr 1992-ci il.

10. “Varlıq” jurnalının 1994-cü il 2-ci sayı, s. 31.



11. Ş.Tağıyeva, Ə.Rəhimli. Güney Azərbaycan, Bakı, 2000, s.397.

12. R.Əliyev. Taleyin sözü, “MBM” nəşriyyatı, 2008, s.329.

13.“Ulu Türk yurdu Borçalı, Noyabr 2008-ci il.


1






Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə