34. ZƏHMƏTİN QƏDRİ
Bir müsülman kəndində bir yahudi yaşayırmış. Onun üş-dört dənə uşağı varmış. Bu yahudi babat dolanırmış. Heş nəyə ehtiyacı-zadı yoxmuş. Amma burda yaşayan müsülmanlar yaman korrux çəkərmişdər. Ona görə də yahudinin paxıllığını edərmişlər. Müsülmannar deyir ki, ə, nətər oldu, bizim içimizdə bu yahudi bizdən yaxşı dolanır. O təh, biz çox. O dolanır, biz yox.
Vaxtı çatanda peyğəmbər gedif həmişə Allahnan görüşərmiş, bəndələrin giley-güzarını ona çatdırırmış. Bir gün müsülmannar peyğəmbərə deyillər ki, o qurban olduğumuza bizim ərzimizi çatdır. De ki, bu nə məsələdi, bir belə müsülmanın içində bir yahudi dolanır, amma bizdər korrux çəkirik. Niyə biz dolanammırıx? Bizim bu xayışımızı Allah-talaya yetir.
Peyğəmbər gedif Allahnan görüşüf müsülmannarın giley-güzarını birjə-birjə Allah-talaya deyir. Allah peyğəmbəri eşidif deyir ki, mən burdan hər şeyi görürəm. O yahudi həm yaxşı qazanır, həm də ki qazancının qədrini bilir. Onun hərəkətində pis bir şey hiss etmirəm ki, bir az çörəyini kəsim. Mən bəndələrimin hamısına bir göznən baxıram. O ki qaldı fərasətdərinə, hərədə bir cür olur. Sora Allah peyğəmbərə deyir ki, sən get o yahudiyə de ki, buyünnən çörəhlərini ayağüsdə yesinnər. Bəlkə o vax çörəyin qırıx-quruğunnan bir-ikisi yerə düşər, onda mahna tapıf bir az onnarın çörəyinnən kəsif müsülmannara verərəm.
Peyğəmbər gəlif Allahın sözdərini yahudiyə çatdırır. Yahudi deyir ki, noolar, buyrux Allahdandırsa, bizim qabulumuzdu. Biz onun sözünnən çıxa bilmərik. Qoy müsülmannar sırfada oturuf yesinnər, biz ayax üstə də keçinərik. Yahudi külfətini başına tofluyuf deyir ki, bəs Allahdan buyrux gəlif ki, biz buyünnən sora çörəyi, yeməyi ayaxüstdə yeyəjəyik. Arvad, adama bir döşdüh tik, asax boynumuza, yeməh yeyəndə çörəh nə üsdümüzə düşsün, nə də ayaxlarımızın altına. Yahudinin arvadı döşdüyü tikif verir onnara. Oturuf yeyəndə hərəsi özünkünü taxır boyunnarına, doyunca yeyillər. Bir qırıx belə yerə düşmür.
Müsülmannar gənə gileylənif peyğəmbəri Allahın yanına göndərirlər. Peyğəmbər yerdə gördüklərini gedif Allaha danışır. Allah deyir ki, mən hər şeyi burdan görürəm. İsdədim ki, bir az yahudinin qazancınnan kəsif müsülmannara verim. Amma görürsən mümkün deyil. Ollar zəhmətdərinin qədrini bilillər. Gördün ku, bir qırığı belə çölə atmıllar. İndi get müsülmannara de ki, nə qədər öz zəhmətlərinin qədrini bilmiyəjəklər, onda həmşə qaraöyünnü* korrux çəkəjəklər. Urzaları da daşdan, kömürdən çıxajax.
Dostları ilə paylaş: |