40. MƏNƏ RƏHM ELİYƏN, ALLAH SƏNƏ
ZÜLM ELƏSİN
Deyir, bir gün tacirrər alverə gedillərmiş. Alverə gedəndə bıların qabağını quldurrar kəsir. Təmiz mallarınnan, hər şeylərinnən bıları məhrum eliyillər, əllərinnən alıllar. Bı tacirin birinin qoçax bir nökəri, qulu varmış. Bı, tacirə deyir ki, icazə ver mən o malı, mülkü, döyləti qaytarım. Amma şərikih ha, yarı sənindi, yarı mənim.
Deyir:
– Baş üsdə, qaytar.
Nökər bırdan vırır, ordan çıxır, ordan vırır, bırdan çıxır. Bı var-döyləti qaytarır. Qaytaranda deyir:
– Tacir, indi yatax. Sən yat, mən keşih çəkim.
Bir vaxt görür tay təntiyif:
– Ay tacir, dur indi sən keşih çəh, mən yatım.
Yatır. Yatanda bı əvi yıxılmış tacir deyir: "Ə, bı qədər varın-döylətin yarısını bı nökərə verəjəm?" Bının başına bir daş salır, nökərin ha. Daşı salır, nökər də ölür. Elə onda dünya-aləm qarışır. Yer-göy gurulduyur. Gurultu qopur. Bının gözdərinin ikisi də tutulur. Dəvə, mal, qoyun hara gedir, hardan gəlir heş bilmir. Yolnan ötən, keçən bını gətirir şəhərə çıxarır.
Deyir, bı dilənirmiş şəhərdə. Padşah vəzirnən şəhərə çıxıfmış. Bını görüllər. Padşah deyir:
– Ay vəzir, bı, yaman yaxşı, mərifətdi adama oxşuyur. Apar onun torbasına bir az qızıl tök.
Aparır. Qızılı tökəndə deyir:
– Ey qızıl tökən, Allah saa zülüm eləsin, Allah zülüm versin, – deyəndə padşahın buna yaman ajığı tutur. Deyir:
– Ə, bının boynunu qılışnan vırın.
Deyir, belə deyəndə vəzir deyir:
– Ay padşah, bında bir sirr var yəqin, ona görə bı sözü işdətdi.
Gəlillər:
– Ə, niyə o sözü dedin?
Deyir:
– Ə, mən özüm özümə eləmişəm.
Mən sizə söylədiyim kimi padşaha heylə söylüyür. Bax, mən belə elədim, heylə elədim, Allah da maa bı zülmü elədi. Siz maa nahax köməh eliyirsiz. İndi çox şeylər var. Maa gərəh Allah rəhm eləsin.
Dostları ilə paylaş: |