Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə42/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   38   39   40   41   42   43   44   45   ...   266
45. HƏR KƏSİN ÖZ ŞƏXSİYYƏTİ VAR
Bir dəfə Musa peyğəmbər Tura gedəndə Allah-tala deyir:

– Ya Musa, gələn dəfə bura gələndə özünnən alçax nəyi bilirsən onu gətirərsən bura.

Gələn dəfə gedəndə nə qədər fikirrəşir ki, mən nə aparım Allah-talanın yanına. Heş bir şey tapa bilmir. Yolun qırağında çox pis vəziyyətdə heyvan varmış. Deyir ki, elə bunu aparım da. İpi çı­xardır ki, bağlıya bunun boğazına, sürüyə-sürüyə apara. Birdən ağ­lına gəlir ki, bunu da Allah yaradıf, mən bunu nətər özümnən aşağı hesab eliyim. Açır buraxır. Deyir:

– Yox ey, boş gedəjəm.

Gedir. Bütün hak-hesabdan sora deyir ki, ya Musa, mən saa nə demişdim. Deyir:

– Xudavəndi-aləm, and olsun vəhdaniyətinə ki, nə qədər fikirrəşdim, özümnən aşağı bir şey tapa bilmədim. Birin gətirməh isdiyirdim, onu da rəva bilmədim.

Deyir:

– Ya Musa, and olsun vəhdaniyyətimə, əgər sən onu ipə bağlıyıf bura gətirsəydin, səni peyğəmbərlihdən azad eliyəjeydim. Hər kəsin öz şəxsiyyəti var.



46. HƏREYLAN
Orda (Hacı Hüseynli kəndinin yaxınlığındakı qəbirstanlıqda – top.) canım qurban olan Əli gavırnan dava eli­yirmiş. Orda Əli oları qırıf qutarıf. Sohra ilanı yolluyuf ki, get gör or­da qalanı var, yoxsa qırılıf, qaçıf gedif? Gavırların da qalanı deyiflər ki, durun baxın, görün Əli gəlir, gəlmir? Baxan gəlif, geri qayıdıf deyif ki, Əli gəlmir. Gələn hələ ilandı. Onun adı Hələ ilandı. İndi camaat Hərey­lan deyir, amma həylə deyil. Eşitdiyim varianta görə belə oluf.
47. ƏLİNİN ANDI
Deyir, Həzrət Əli and içif ki, deməh, qan Düldülün üzəngisinə çıxıncan qılış vırajam, yəni bı camaatın gözünü qırım ki, dönsünnər müsəlmana. Deyir, camaatı çəkif qılınca. Allah-talıya ağahdı day­na. Görüf kü, ə, bı hirsdənif, qoymur camaat qala. Canım qurban olan görüf kü, bı andınnan dönmür. Höküm eliyif, bir gürşad sel düşüf. Sel qalxıf, bı qanı da qaldırıf Düldülün üzəngisinə. Onnan sohra o qılıncı qoyuf yerə.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin