Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,88 Mb.
səhifə12/21
tarix17.11.2018
ölçüsü1,88 Mb.
#82731
növüXülasə
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

Xülasə

Dastanlarda ən çox rast gəlinən motivlərdən biri də qiyafətdəyişdirmə motividir. Əsər iş­ti­rak­çıları, xüsusilə qəhrəmanlar bəzi problemlərin həlli və tanınmamaq üçün qiyafət də­yi­şir­lər. Bu motiv “Ko­roğ­lu” dastanının Azərbaycan və Türkiyə variantlarının hamısında özünü qa­ba­rıq şəkildə göstə­rir.

Variantlarda çətin bir vəziyyətdən çıxmaq, əsirlikdən birini xilas etmək, məlumat top­la­maq və s. məqsədilə qiyafət dəyişdirilir. İstər Koroğlu, istərsə də dəliləri təbdili-qiyafət edərək bir çox çə­tinliyin öhdəsindən gəlməyi bacarırlar. Bu məqalədə “Koroğlu” dastanının tədqiqata cəlb etdi­yi­miz variant­larında təsbit edilən qiyafətdəyişdirmə motivi və bu motivin funksiyaları araş­dırılır.

Açar sözlər: Koroğlu, Çənlibel/Çamlıbel, qiyafətdəyişdirmə, dərviş, bəzirgan, aşıq



THE MOTİF OF DISGUISE IN “KOROGHLU” EPOS

(Based on Azerbaijani and Turkish versions)
Summary

In Azerbaijani and Turkish versions of Koroglu epos, which belongs to all Turkic na­tions, the motif of disguising, which prevented the main heroes from being recognized is obvious. This camouflage was necessary for many reasons: unrecognized by their enemies, the main heroes of “Koroghlu” could obtain various kinds of information, rescue their men from being taken captives as well as staying safe and sound themselves. That is why they had to al­ways change their image so that nobody would find out who they really were. The article investigates what particular clothes were chosen to help them achieve their goals in respective situations, and to survive for the sake of their great deed.



Key words: Koroghlu, Chenlibel/Chamlibel, disguise, dervish, trader, ashug
МОТИВ ПЕРЕОДЕВАНИЯ В ЭПОСЕ «КЕРОГЛУ»

(На основе азербайджанской и турецкой версиях)
Резюме

Одна из наиболее распространенных причин переодевания главных героев эпоса – это вынужденная необходимость выдавать себя за других людей. Данный мотив ясно прос­­ле­жи­ва­ет­ся в азербайджанской и турецкой версиях эпоса «Кероглу», при­над­ле­жащего всем тюркским нациям.

В различных версиях произведения одежда помогала скрывать истинных героев-участников событий, которые, будучи неузнанными, имели возможность выходить из труд­ных ситуаций, вызволять кого-либо из плена или получать необходимые им све­де­ния. И сам Кероглу, и преданные ему люди переодевались в разные одежды в соот­ветствии с обстоятельствами, в которые они были вовлечены. Одежда воспринималась как некий сигнал для понимания обс­та­нов­ки в целом, а также для начала действий опре­де­ленного характера.

Ключевые слова: Кероглу, Ченлибель/Чамлибель, переодевание, дервиш, тор­го­вец, ашуг
Giriş. Türk dünyasının ən məşhur dastanlarından biri də “Koroğ­lu”dur. “Ko­­roğ­lu” dasta­nında qiyafətdəyişdirmə motivi əhəmiyyətli bir yer tutur. Belə ki, dastan qəhrəmanı Koroğlu zaman-zaman ağlagəlməz hiylə və kələk işlət­mək­lə, tez-tez paltar dəyişməklə, kimliyini giz­lətməklə çətin vəziyyətlərdən xi­las olur və güclü düşmənlərini dəfələrlə məğlub edir.

Dastanın Vəli Xuluflu nəşrində Koroğlunun bir sıra özünəməxsus xü­su­siy­yət­lə­ri qeyd olunur: Koroğlu başına yığdığı adamların hərəsini bir hilə, kə­lək və zor ilə gə­tirmişdi... Ko­roğlu iyit, qoçaq, şair olmaqla barabar, həm də çox ağıllı və fəndgir (fəndli) bir adam imiş. Qılınc ilə iş aşmayan zaman söz ilə və ya paltarlarını dəyişib, el aşığı sifətinə düşməklə və qeyri cür donlara gir­mək­lə həmişə qalib gələrmiş [11, 22].

Koroğlunun kələkbazlığı barədə bir sıra fikirlər söylənilmişdir. Pertev Naili Bo­ratav “Kö­roğlu destanı” adlı kitabında dastanda Koroğlunun və dəli­lə­ri­nin qüv­və­tin keçmədiyi yerlərdə hiylə işlətdiklərinə və onların çox güclü düş­mə­nə rast gə­lər­kən qaçmalarına az rast gəlindiyi­ni göstərir. Bu kələkbazlıqlarla bir­likdə, qəhrə­man­ları idarə edən bir mərdlik məfhumunun olduğunu, Koroğlu və qəhrəmanları­nın mərdliyinin ön plana çıxdığını da vurğulayır: Köroğ­lu`nun ve kahramanla­rı­nın, kuv­­ve­tin geçmediği yerlerde hileye muracaat etmelerine, düş­ma­nın çok oldu­ğu yer­lerde kaçmalarına pek az tesadüf ediyoruz. Bilakis en müş­kil mevkilerde ka­lan Kö­roğ­lu`nun mertlik gösterdiğini, tek başına har­betti­ğini çok defa görüyoruz [5, 101].

Muxtar Kazımoğlu “Xalq gülüşünün poetikası” adlı kitabında Koroğluya xas xüsusiyyət­lərdən birinin kələkbazlıq olduğunu, bahadırlıqla yanaşı, kələk­baz­lığı da özündə birləşdirdi­yini, onun hiyləgərlik və kələkbazlıqdan bir silah ki­mi istifadə etdiyini, Koroğlunun öz ağlı, dərrakəsi ilə ən çətin vəziyyətdən çıx­mağı da bacardığını qeyd edir [6, 210-211]. Libas dəyiş­dirməyi, özünü giz­lə­dib cilddən-cildə, dondan-dona girməyi kələkbazlığın ən səciyyəvi gös­təricisi he­sab edir [6, 212]. Müəllif Koroğlunun kələkbazlığını mərd adamın kələk­baz­lığı ki­mi səciyyələndirir və fikirlərini belə açıqlayır: “Amma nəzərə alınmalıdır ki, Koroğlunun ye­nilməzliyi mərd adamın yenil­məzliyi olduğu kimi, Ko­roğ­lu­nun kələkbazlığı mərd adamın kə­ləkbazlığıdır. Koroğlunun qılınc çalıb, qan tök­məyini müxənnətin arxadan zərbə vur­mağına tay tutmaq mümkün olmadığı ki­mi, Koroğlunun fənd-fel işlətməyini də mü­xən­nətin mərdə tor qurub, quyu qaz­mağına tay tutmaq olmaz” [6, 245].

Cəlil Nağıyev “Koroğlu”nun Çin qaynaqları” adlı kitabında Koroğlu və adam­­la­rının bir çətinliklə qarşılaşanda qiyafət dəyişdirdiklərini, cilddən-cildə düş­məyi ba­cardıqlarını, lazım gələrsə, qaçdıqlarını diqqətə çatdırır. Müəllif bü­tün bunların Koroğlu və dəlilərinin qəhrə­manlıqlarına heç bir xələl gətir­mə­di­yi­ni də bildirir: Hamıya yaxşı məlumdur ki, Koroğlu bir səfərə gedəndə, əgər lazım gələrsə, gah bəzirgan olur, gah aşıq, çətinliyə düşərsə, cilddən-cildə düş­mə­yi bacarır, lazım gəldikdə “igidlik ondur, doqquzu qaçmaq” deyərək düş­mə­nin qabağından da qaçır və bütün bunlar onun igidliyinə, qəhrəmanlığına xələl gə­tirmir, əksinə onun şöhrəti günü-gündən daha da artır və o, hökm etməyi də, yal­varmağı da eyni səviyyədə bacarır” [15, 58].

Göründüyü kimi, dastanda qəhrəmanlıqla hiyləgərlik, fənd-fel işlətmək Koroğlunun xa­rak­terik xüsusiyyətlərini təşkil edir. Mərdlik və hiyləgərlik onun xa­rakteri­nin fərq­lən­dirici əla­­mət­lərindən biridir. Koroğluya xas bu funksiyanı aşağıdakı nümunələrdən də gör­mək mümkündür: Mehtər Murtuz dedi: – Yox. Düz­dü, Koroğlu çox fənd-fel adamdı. Amma hər nədisə, mərddi. Onda na­mərd­lik olmaz. Necə ki deyib, elə də eləyəcək ... Bolu bəy, mən bu yer­ləri tanıyıram. Bun­dan o yana Çənlibeldi. İndi biz gərək burda düşüb səhəri gözləyək. Ko­roğ­lunun fənd-felindən baş açmaq olmaz [9, 250].

Qeyd edək ki, “Koroğlu” dastanında gücün bir göstəricisinin qəh­rə­man­lıq, bir göstəricisi­nin də ağıl, kələk, hiylə olduğu xüsusi bir diqqət və ustalıqla təs­vir edilmişdir.

Dastanla bağlı yuxarıdakı fikirlərdən də göründüyü kimi, Koroğlu das­tan­da qorxmaz, igid, cəsur bir qəhrəman kimi təsvir olunur. Ancaq o, yeri gəl­dik­cə güc­dən çox, ağlı, zəkası ilə iş görür. Dəfələrlə girə bilməyəcəyi yerlərə, məc­lislərə baş­­qa qiyafətdə, əlində sazı bir aşıq, bir dərviş və ya bir kürd kimi gi­­rir. Müəyyən hiylə və fəndlərin köməyi ilə qarşısına qoyduğu məqsədinə nail olur: Koroğlu Nigarı Çam­lı­belə gətirmək üçün Dağıstana doğru yol alır: Güne bir menzil, gece gündüz, başladı gitmeye; ama hem gidiyor, hem düşünüyor. Ne­yi düşü­nüyor? Çün­kü, bir tek adam, bir vilayete ateş olsa, bile, na ya­pa­bi­lir? Köroğlu, bunu dü­şü­nüyor ki, “Hem can var, hem sevda var. Hem candan ola­­cağım, hem sevdadan. Ben şimdi, bu güzeli, nasıl yerine gideyim, bu güzeli ner­­de göreyim, beni kim tanır, kim­bilir? Eğer Kö­roğlu olduğumu bilseler pare pa­re ederler beni”. O zaman, Kö­roğlu hakikat hal demiş ki, “yigitlik dokuz, se­kizi fent; daima fent ile dolan”[14, 83].

“Koroğlu” dastanında kimliyini gizlətmək, tam fərqli ad altında tanınmaq üçün qiyafət dəyişdirilir. Muxtar Kazımoğlu “Folklorda obrazın ikiləşməsi” ad­lı əsərində Ko­roğlunun özünün tanınmasını istəmədiyi məqamlarda paltar də­yiş­­diyini və bu li­bas­­dəyişmənin dastan boyu müşahidə edilən bir cəhət oldu­ğu­nu diqqətə çatdırır: Ko­roğlunun hiyləgərliyinə gəlincə, qeyd edilməlidir ki, hər­fi və məcazi mənada libas də­yiş­mək Koroğlunun da təsadüfi yox, dastan boyu mü­şahidə edilən bir cəhətidir [7, 12].

窗体顶端


Nedim Bakırcının “Köroğlu destanlarında Köroğlu ve Binitinin kıyafet (şe­kil) değiştirme­si” [3] adlı məqaləsinə istinad edərək dastandakı qiya­fət­də­yiş­dir­mə motivinin səbəblərini aşa­ğıdakı kimi qruplaşdıra bilərik:

1. Əsir düşəni (düşənləri) qurtarmaq/tapmaq üçün.

2. İstənilən çətin vəziyyətdən çıxmaq üçün.

3. Hər hansı bir məlumat toplamaq üçün.

4. Verilən tapşırığı yerinə yetirmək üçün.

5. Gözəlliyini eşitdiyi bir qızı gedib gətirmək üçün.

6. Padşahların öz ölkəsindəki vəziyyəti yoxlaması üçün.

Bu sayı xeyli artırmaq mümkündür. Dastanın Azərbaycan və Türkiyə va­riant­­larında qəh­rəmanlar çətin yolçuluqları və qarşıya çıxan əngəlləri qiyafət də­yiş­­dir­məklə dəf edirlər. Onlar çətinliyə düşəndə tanınmamaları üçün fərqli pal­­tarlar geyin­məklə təhlükəli vəziyyəti, maneə­ni aşmağı bacarırlar.

Qeyd etmək lazımdır ki, Stith Thompson “Motif-index of folk-literature” (Xalq ədəbiy­yatının motiv-indeksi) adlı kataloqunun dördüncü cildində qiya­fət­dəyişdirmə, kimliyin gizlə­dilməsi motivinə də yer vermişdir. Bu cildin K maddəsi Deceptions/Aldatmalar baş­lığı ilə verilir. Bu başlıqda verilən əsas bö­lü­­­­mün K1800-K1899 nömrəli alt bölümü Decep­tions by disguise or illusion/Qiya­fət­dəyişərək və ya illüziya ilə aldatmaq adlanır. Bu alt nöm­rə­lən­dir­­mələrdən bə­zi­lərini diqqətinizə çatdı­rı­rıq:

K 1810. Deception by disguise / Qiyafətdəyişdirmə yolu ilə aldatma [17, 428].

K 1810.1. Disguise by putting on clothes / Qiyafət geyinərək gizlənmək [17, 428].

K 1812. King in disguise / Qiyafətini dəyişmiş kral [17, 430].

K 1817.1. Disguise as beggar (pauper) / Dilənçi (kasıb) qiyafətində giz­lən­­mək [17, 434].

K 1834. Multiple disguise: one person disguising successively seems to be many / Birdən çox qiyafətdəyişdirmə: bir insan sıra ilə fərqli insanların qi­ya­­fəsinə girir [17, 439].

K 1836. Disguise of man in woman`s dress / Kişinin qadın qiyafətində giz­­lən­mə­si [17, 439].

K 1837. Disguise of woman in man`s clothes / Qadının kişi qiyafətində giz­­­lən­məsi [17, 440].

K 1837.6. Disguise of woman as a soldier / Qadının əsgər/döyüşçü qi­ya­fə­ti ilə giz­lənməsi [17, 440] və s.

S.Thomsonun “Motif-index of folk-literature” kataloqundan verdiyimiz bu ör­nək motiv­lər “Koroğlu” dastanının tədqiqata cəlb etdiyimiz variantlarında da öz ək­si­ni tapmışdır. Qeyd etmək lazımdır ki, “Koroğlu” dastanında qi­ya­fət­də­yişdirmə cin­siy­yətlərə görə fərqli bir şə­kildə qarşımıza çıxır. Dastanda kişi­lər­­lə birlikdə, qadın­la­rın da qiyafət dəyişdirərək döyüş meydanına atıldıqlarına və düşmən üzərində qələbə çaldıqlarına yer verilmişdir:



1. Kişinin başqa bir kişi qiyafəti geyinməsi

Azərbaycan və Türkiyə variantlarında Koroğlu və dəliləri təhlükəli və­ziyyət­dən çıx­maq üçün çoban, aşıq, dərviş, ilxıçı (seyis) və s. qiyafətlərinə bü­rü­­­nürlər. Təh­masib nəşrinin “Ey­vazın Çənlibelə gətirilməsi” qolunda Koroğlu Ey­vazı Təkə-Türk­mandan gətirmək üçün yolda çobanla paltarını dəyişir və qo­yun taciri qılığına girir: Koroğlu öz-özünə fikir eləyib dedi: Mən obaya bu pal­tarla getsəm, tanıyarlar. Yax­şısı budur ki, paltarımı bu çobanla dəyişdi­rim. ...Qərəz, Koroğlu çobanın paltarını alıb geyindi, çomağını da əlinə alıb obaya tə­rəf yol­landı [9, 110].

Maraş rəvayətində Koroğlu sərxoş vəziyyətdə Bolu bəyinin adamları tə­rə­findən əsir gö­türülən igidlərinə çox hirslənir. Onları əsirlikdən qurtarmaq üçün qi­yafət də­yiş­dirərək Bolu bəyinin yanına gedir. Koroğlu sazı əlinə alır, Bo­lu bə­yindən əvvəlcə Ayvazı azad etməsini istəyir [1, 331-331].

2. Kişinin qadın qiyafəti geyinməsi

“Koroğluynan Aypara” qolunda İstanbul paşası Xəlil paşanın qızı Aypara xa­­nım adaxlısı Osman paşanın qoşunu ilə Koroğlunun üstünə gəldiyini görür. Bu za­man Aypara xanım yal­vararaq Koroğlunu vuruşmaq fikrindən daşındırır, Os­man pa­şanın onu tanımaması üçün Ko­roğluya qadın qiyafəti geyindirir: Ay­pa­ra xanım yal­­varıb qoymadı. Durub gəldilər evə. Aypa­ra xanım Koroğluya bir dəst arvad paltarı geyindirib bu biri qapıdan yola saldı [12, 153].

Antep rəvayətinin “Düğün emri” qolunda Dağıstanlı Hasan atası Ko­roğ­lu­nun sirr otağında rəsmini gördüyü Qara vəzirin qızı Gülizar xanımı tapmaq üçün Çinə gedir, üç gün bir qarının evində qalır. Qarı Hasanın Çinə gəlişinin sə­bəbini öyrən­dik­dən sonra ona qadın qiyafəti geyindirərək Gülizar xanımın sa­­rayına gətirir: Koca gari çarşıya getti, bir çar­şaf aldı. Bir de sarı mor püs­kül­lü edik aldı, eve geldi. Hasan`a aldığı çarşafla ediği geydirdi... Ve Dağıstanlı Ha­san`ı yanı başına düşürüp, Kara Vezirin sarayının bakca kapısının önü­ne ge­tirdi [4, 302-303].

3. Qadının kişi qiyafəti geyinməsi

Diqqət yetirilməli incəliklərdən biri də dastanlardakı qadın obrazlarıdır. Bil­diyimiz kimi, Türk dastançılıq ənənəsində döyüşkən, qəhrəman qadın­la­rı­mız da çoxdur. Bu qadınlar gözəllikləri ilə bərabər, yaxşı at minər, yaxşı ox atar və qılınc oynadarlar. Eyni zamanda, onlar kişilərlə yarışa və güləşə biləcək hü­nər və gücə də sahibdirlər. “Dədə Qorqud” dastanında adı çəkilən Selcan xa­tun və Banıçiçək kimi döyüşçü qadın tiplərinə “Koroğlu” dastanında da rast gə­li­rik.

“Koroğlu” dastanında düşmənlə döyüşlərdə qadınlar da silah götürüb sa­va­şır və ərlərinə, sevgililərinə yoldaşlıq edirlər. Bu cəsur qadınlardan Azər­bay­can varian­tında Nigar xanım və Telli xanım, Türkiyə variantında isə Dana xa­nım, Dönə xanım və Güllüzar xanımın ön planda olduğunu görürük.

Anadolu variantının “Köse Kenan - Dana Hanım” qolunda Dana xanım gü­­cü, cəsarəti ilə seçilir. Qolda göstərilir ki, günün bir günündə Ərzurum di­ya­rı­­nın Tek­man kəndində Adov bə­yin qızı Dana xanım özünə ər ola biləcək kişini gülə­şərək müəyyənləşdirəcəyini elan edir. Bu xəbəri eşidən Kosa Kənan dəmir don geyinib Çamlıbeldən Tekmana gəlir. Dana xanım kis­pətlə (pəhləvan pal­ta­rı), Ko­sa Kənan isə belindən yuxarısı çılpaq və kispətsiz olaraq meydana çı­xır. Gü­ləşin ilk həmləsində Dana xanım məğlub olur, dediyi sözün üstündə durur [14,73].

Qolda Dana xanımın meydanda güləş səhnəsi çox məharətlə təsvir olun­muş­­dur. Buradakı pəhləvan meydanı “Dədə Qorqud” dastanının “Qam Börənin oğ­lu Bamsı Beyrək boyu”nu xatırladır. Dana xanım da Banıçiçək kimi, kişi­lərdən heç də geri qalmır; at minir, ox atır və meydanda pəhləvanlarla güləşir.

Təhmasib nəşrinin “Koroğlunun Ərzurum səfəri” qolunda Cəfər paşanın ba­cısı Telli xanım öz qəhrəmanlığı, pəhləvanlığı ilə seçilir. Qolda Telli xanım pəh­ləvan paltarı geyinərək Cəfər paşa tə­rəfindən zindana salınmış Aşıq Cü­nu­nu Koroğlu adı ilə xilas edir və dalda küçələrlə öz mənzilinə gətirir. Aşıq Cü­nun onu zindandan azad edənin Telli xanım olduğunu indi bilir: Aşıq Cünun bax­dı ki, bu Telli xanım imiş. Onun bu igidliyinə mat-məəttəl qaldı [9, 97].

“Bənövşə xanımın Çənlibelə gəlməsi” qolunda Zəncir Həmidin sevgilisi Bə­növşə xanımı Çənlibelə gətirmək üçün dəlilərlə birlikdə, Nigar xanım və Hü­rü xanım da kişi paltarı geyinə­rək Qubaya gedirlər. Koroğlunun tapşırığı ilə Də­mirçi Mirzənin evində rahatlanan bu iki xa­nımı Əjdər bəy Koroğlu və Eyvaz sa­nır, onların üzərinə qoşun göndərir. Bu xanımlar kişi pal­tarında Əjdər bəyin qo­şunu ilə vuruşurlar: Xanımlar yerindən dik qalxıb yan otağa keçdilər. Bir su içimində yaraqlandılar. Elə yenicə bayıra çıxmaq istəyirdilər ki, evə dalbadal yed­di-səkkiz nəfər doluşdu. Xanımlar o saat onları yarı böldülər [2, 128].

“Hasan paşanın Çənlibelə gəlməsi” qolunda qadınlar da paltar dəyişərək də­lilərlə birlikdə Çənlibelin müdafiəsinə qalxırlar: Çənlibel dəydi bir-birinə. Ey­vaz hay vurdu, iki min dəli belə ayrıldı. Dəmirçioğlu hay vurdu, iki min dəli be­lə ayrıldı. İşi belə görəndə xanımlar da qalxdı­lar ayağa, soyunub tökdülər ye­rə. Qılınc götürdülər, qalxan götürdülər, altdan geyinib üst­dən qıfıllandılar, üst­dən geyinib altdan qıfıllandılar. Eyvaza qoşulub bəndərgahlara çıxdı­lar... [9, 310].

Maraş rəvayətində Dönə savaşan bir qadın kimi də təsvir olunur: Çin sa­va­şındakı məğlu­biyyətdən sonra Çamlıbel yas içindədir. Bu vaxt bir tacir (Firenk) Çamlıbelə gəlir. Dönə yol bacı vermək istəməyən Firenklə vuruşur: Şi­rin Döne derler benim adıma/Şimdi seni çeğnedirim atıma/Hiç bir yiğit çı­ka­ma­­dı karşıma Alırım yolların bacını şimdi. Bu rəvayətdə sonradan Dönə­nin bir bəzirganla savaşı da göstərilir [5, 160-161].

­Maraş ağzı variantının “Turna teli” qolunda durna teli üçün Bağdada ge­dən Koroğlunun doqquz igidi ilə şahın əsgərləri arasındakı döyüşdə Hasan ölümcül yaralanır, adlı igidi Dəli Xoylu isə öldürülür. Dəmirçioğlu Güdüməni Çam­lıbelə göndərərək Koroğludan yardım is­təyir. Koroğlu Qırata minib Bağ­da­da yol alır. Yedəyinə at alan Koroğlunun ardınca gedir, bu anda Çamlıbeldə yal­­­nız kişi qi­ya­fəti geyinmiş qadınlar qalırlar: Çamlıbel`de kalan kızlar, düş­man­­ların kendilerini erkek sanmaları için birer erkek elbisesi giymiş, surların üs­tünde nö­bet bekli­yor­du. Uzaktan bir toz bulutu görünce kaygı ile beklemeye baş­ladılar... [16, 343].

Anadolu variantında göstərilir ki, Kiziroğlu öz qoçaqları ilə Çamlıbelə gə­­lir. Bu zaman Koroğlu min doqquz yüz doxsan doqquz dəlisi ilə əsir gö­tü­rülmüş igidlərini qurtarmaq üçün Bağdada getmişdir. Bu səbəbdən, Ki­zir­oğ­lu­nun qarşısına döyüş paltarında Hasan bəyin sev­gilisi Telli Nigar çıxır: Dana Ha­nım Han Nigar`ın elini bir daha öperek, etekleri sıktırdı beli­ne, yüzüne bir ni­kab taktı. Hemen koşarak, elbiselerin üzerinden bir hilat giyip, genç, kılıcı ku­şandı derife atlının atlısından bir at binip, elli iki derife atlıyı da kattı peşine. Kı­lıcı kından sıyırıp, oynatarak gelen Kiziroğlu Mustafa Bey`e karşı var­dı. Te­pe­den aşağı Çırpıcı Çayır­ları`na Kiziroğlu inerken, bu taraftan Telli Nigar Ki­zir­oğlu, Alapaça atı karşıladı [14, 336].

Antep rəvayətinin “Düğün emri” qolunda qəhrəman qız Ərəbzəngi ti­pi­nin gözəl bir örnə­yi qarşımıza çıxır. Rəvayətdə Hasan atası Koroğlunun sirr ota­ğında tapdığı bir qız şəklinə baxarkən huşunu itirib yıxılır. Yuxusunda bir pir ona həmin qızı göstərir və bu pirin vasitəsilə bir-birinin əlindən dolu (eşq ba­dəsi) içirlər. Da­ğıstanlı Hasana bu qızın Çin padşahının vəziri­nin qızı Gü­li­zar olduğu deyilir. Ha­san qızı tapmaq üçün Çinə gedir və qızı qaçırır. Gülizar xa­tun (bu ada “Şah İs­mayıl” dastanında da rast gəlinir) arxalarınca gələn qo­şun­la döyüşür, üç qardaşını öldürür. O, döyüşkən, qəhrəman bir qız kimi təsvir olu­nur: Üç kardaşı var, her biri bir kişiye bedel. Öyle olmuşken Gülizar Hatın bu üç kardaşından kılıç oyununda, at oynatma­da, cirit oyununda gendi üstün. Yü­zünü nikablar, eline eldiven geyer, ayağına çizmesini çeker, yağız ata biner; meydana girince heç kimse karşısına çıkamaz. Hem silahşör hem de tabib­lerin en iyisi... [4, 302]. Daha sonra Hasanla birlikdə çiyin-çiyinə vuruşur, atasının gön­dərdiyi əsgərləri öldürür və sağ qalanları geri qaytarır. Hasan savaşda yara­la­nır, Koroğlu yetişərək Hasanı qurtarır.

Bu epizoda “Dədə Qorqud” dastanının “Qanlı Qoca oğlu Qanturalı bo­yu”nda da rast gəli­rik. Belə ki, Qanturalı Selcan xatunla ata yurduna qa­yı­dar­kən yolda dincəlir və yuxulayır. Selcan xatunun peşman olmuş atası onların ar­xa­­­sınca altı yüz kafir göndərir. Selcan xatun alt­dan yaraqlanıb üstdən geyinir, sün­­­­güsünü əlinə alır. Qanturalını oyadır və düşmən üzərinə hücum edir. Dö­yüş­də Qanturalı yaralanır, qız vuruşu davam etdirir, igidliklər göstərir. Sonra Qan­tu­­­ralı və Selcan xatun birlikdə vuruşaraq qələbə çalırlar.

“Dədə Qorqud” eposunda olduğu kimi, “Koroğlu” dastanında da qadınlar ide­al sevgili tipi yanında, dözümlü, igid, cəsarətli və sədaqətli bir qadın tipi ki­mi də göstərilirlər. Bu qa­dınlar lazım gəldikdə əyninə döyüş paltarı geyinir və Çən­­libel uğrunda düşmənlə ölüm-dirim savaşına girirlər.

Yeri gəlmişkən qeyd edək ki, keçmişdə döyüşçülər tanınmamaq, qo­run­maq və üzünün gözəlliyini gizlətmək üçün üz zirehindən, yəni niqabdan is­ti­fa­də edərdilər. Oğuzda dörd igid – Beyrək, Qanturalı, Qaraçəkür, oğlu Qırqqınuq üzü niqablı gəzər­di. Eyni zamanda, Beyrək hekayəsində (Anadolu rəvayəti) Ağ­­qovaq qı­zının üzünün niqabla örtülü olduğu göstərilir. “Şah İsmayıl” das­ta­nın­­da kim­li­yi­ni niqabla gizləyən Ərəbzəngi bir qəhrəman qadın tipi kimi diqqəti çəkir. Qa­dın­ların üzü niqablı gəzdik­ləri faktına “Koroğlu” dastanında da rast gəlirik. Yu­xa­rıdakı örnəklərdən göründüyü kimi, döyüş zamanı Gülizar xa­­nım (Antep rə­va­yə­ti) və Dana xanım (Anadolu rəva­yəti) meydana üzü ni­qablı çıxırlar.

Dastanda adı çəkilən digər qadınlar hadisələr içərisində aktiv iştirak etmirlər. Ümumi­likdə, bu qadınlar namuslu, ərlərinə sadiq, onlara hörmət və sevgi bəsləyən qadın kimi təqdim olunurlar.

Dastanın Azərbaycan və Türkiyə variantlarında Koroğlu və digərlərinin han­sı qi­ya­fətə büründüklərini belə qruplaşdıra bilərik:


  1. Koroğlu aşıq qiyafətində

Aşıq sənətinə və müqəddəs saza tarix boyu xalq arasında böyük hörmət gös­­tə­rilmiş və yüksək qiymət verilmişdir. Bu xüsusu çox yaxşı bilən qəhrə­man­lar aşıq pal­ta­rında icazəsiz hər yerə girib çıxırlar. Bunun ən gözəl nü­mu­nə­sini “Koroğlu” das­tanında da görürük. Dastan qəhrəmanı özünün aşıq olduğunu bir neçə yerdə dilə gə­ti­rir. Örnək üçün: Axçasız, pulsuz aşığam,/Pulum yoxdu, alam səni [8, 15].

V.Xuluflu nəşrinin ikinci hissəsində (“Gürcüstan türklərindən Koroğlu”) Də­­mir­çioğlu Cavahir paşanın qızı Telli xanımı (Təhmasib nəşrində Cəfər pa­şa­nın qızı) Çamlibelə gətir­mək üçün Ərzuruma gedir və paşanın əsgərləri tə­rə­fin­dən kəməndlə tutulur. Koroğlu Dəmirçioğlunu əsirlikdən xilas etmək üçün də­li­lə­rindən də götürüb aşıq qiyafətində köməyə gəlir: Koroğlu saz gətirib aşıx qi­ya­fətinə girmişdi, gedəndə tapşırmışdı ki, Qırat hayqırdıqca mən qavğa edi­rim. Qırat ayaq dögdükcə siz gəliniz [11, 157], [9, 91].

Təhmasib nəşrinin “Durna teli” / ”Bağdad səfəri” qolunda Koroğlu Bağ­da­­­da dur­na teli ar­dınca gedən Eyvaz, Dəmirçioğlu və Bəlli Əhmədi Aslan pa­şa­nın adam­larının tutması xəbə­rini eşidir və onları azad etmək üçün aşıq paltarı ge­­yinir: Koroğlu sözünü qurtardı. Ondan paltarlarının üstündən bir aşıq pal­ta­rı geyindi, çiyninə də bir saz salıb yola düşdü... Elə bu dəmdə Koroğlu özünü sal­­dı meydana. Aslan paşa gör­dü, budu, bir aşıq çiynində saz girdi or­talığa [9, 134-135].

V.Xuluflu nəşrinin “Bağdad səfəri” qolunda da bu epizoda rast gəlinir: Pa­şa­lardan birisi dedi, təfavütü yoxdu. Eyvazı qoyun axıra qalsın. Əvvəlcə iri­ləri öldürün, sonra bunu. Bu halda Koroğlu sazı çiynində özünü meydanın or­ta­sına atdı [11, 80].

Tiflis nüsxəsinin altıncı məclisində Hələb paşası Əhməd paşanın qızı Şə­rə­fin arxasınca gedən Eyvəz tutulur, Koroğlu aşıq qiyafətində məclisə gəlir.

Paris nüsxəsinin altıncı məclisində Xunis elinin paşası Həsən paşanın əmri ilə Keçəl Həmzə Qıratı aparmaq üçün Çəmlibelə gəlir və onu hiylə ilə qa­çır­­dır. Koroğlu atı gətirmək üçün Xunis elinə aşıq paltarında gəlir: Koroğlu aşıq paltarını geyib sazını götürdü, Nigar xa­nımla vidalaşıb Xunis elinə doğru yo­la düşdü. Mənzilbə­mənzil ötüb günlərin bir günü Dona çayı kənarındakı Xu­nis elinə çatdı [10, 88]. Bu epizoda Təhmasib nəşrində də rast gəlinir. Təh­ma­sib nəşrində Hasan paşa Toqat paşası kimi göstərilir.

Paris (doqquzuncu məclis) və Tiflis (dördüncü məclis) nüsxələrində Ko­roğ­lu, Giziroğlu Mustafa bəyin istəyi ilə, Eyvaz, Bəlli Əhməd, Dəmirçioğlu və Kü­yüm­çüoğlunu durna, ördək, qaz ovlamaq üçün Toqata (Tiflis nüsxəsində Ba­­yazid – Qazlı göl – Həsən Paşa) göndərir. Dəlilər Toqat paşasının adamları tə­­rə­findən tutulub zin­da­na atılırlar. Əsirlər Xacə Yaqub vasitəsilə Çəmlibelə xə­bər göndərirlər. Koroğlu dəlilərindən də götürüb aşıq qiyafətində Ha­san pa­şa­­nın məclisinə gəlir. Bir az oxu­duqdan sonra vuruş olur, Həsən paşa öldürülür, dörd dəli isə əsirlikdən azad edilir.

Koroğluynan Aypara” qolunda Koroğlu aşıq paltarı geyinərək İstanbula ge­dir. O, küçə­ləri gəzərkən İstanbul paşası Xəlil paşanın qızı Ayparanı eyvanda gö­rür və onu bəyənir, Ay­para da ona meyil göstərir.

Antep rəvayətində Koroğlu Gürcüstana səfəri zamanı yolda Harmandalı aşi­­­rə­tindən beş qıza rast gəlir. Qızlardan su istəyir və özünü qızlara Aşıq Alı ki­mi tanıdır:



Aşık Alı der nedelim/Bu işi bir baş edelim/Beşini de al gedelim/Yeşili ile alı ile [4, 136].

Dastanın Azərbaycan variantında özünün tanınmasını istəmədiyi hallarda Ko­­roğ­lunun ən çox aşıq paltarı geyindiyinin şahidi oluruq. Örnəklərdən də gö­rün­düyü kimi, Toqat, İstanbul, Ərzurum, Bağdad, Van ... və Qarsa səfər edər­kən Koroğlu özünü bir aşıq kimi tanıdır. Ma­raqlıdır ki, qəhrəman Koroğlu düş­mən qarşısında kimliyini gizlətmədən, qorxmadan dayanır, aşıq paltarı ge­yin­dikdə isə hiyləgərlik planını işə salır.



Yüklə 1,88 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin