Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Dədəsi ölənə kəfənə gedib



Yüklə 2,22 Mb.
səhifə28/92
tarix07.01.2022
ölçüsü2,22 Mb.
#83325
1   ...   24   25   26   27   28   29   30   31   ...   92
Dədəsi ölənə kəfənə gedib
Bir ailədə ata dünyadan gedir. Qohum-qardaş yığışıb hər şeydən əvvəl kişinin böyük oğlunu yollayırlar kəfən dalısınca. Ta ölü çox yerdə qalmasın. O ölənin oğlu gedir elə başı qarışır ki, hər şey yaddan çıxır. Aylar, illər keçir, günlərin bir günündə oğlanın dədəsinin ölməsi yadına düşüb, tez bir kəfən alıb üz qoyur evlərinə sarı. Gedir yetişir, dizinə vura-vura qapını döyür. Bu oğlanın ─ vay atam, vay dədəm ─ səsinə camaat tökülür ora. Camaat uyuxub bundan soruşurlar:

─ Ay balam, nə olub, niyə belə ağlayırsan?

Oğlan deyir:

─ Dədəm ölüb, kəfənin gətirmişəm.

Xalq bunun bu sözünü eşidib deyir:

─ Ay kişi, olmaya ağlını əldən vermisən, sənin atan yeddi il bundan əvvəl ölüb, indi sən kəfən gətirirsən?

İndi o zamandan bəri öz işlərinə fikir verməyən və ya xalqın tapşırıqına ürəkdən can yandırmayan adamlara belə deyirlər:

─ Dədəsinə kəfənə gedib, ya dədəsi ölənə kəfənə gedib.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin