117
Tezaurus
Təlimin məzmunu – şəxsiyyətin formalaşmasına yönəlmiş bacarıqlar şəklində
ifadə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.
Təlim nəticəsi – müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək
üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.
Məzmun standartı – təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş
dövlət tələbidir.
Qiymətləndirmə standartı – təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.
Dostları ilə paylaş: