Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 58,99 Kb.
səhifə11/12
tarix07.11.2022
ölçüsü58,99 Kb.
#119065
1   ...   4   5   6   7   8   9   10   11   12
Əsgərli Aytac 230eko Biosfer sərbəst iş

Coğazçay su anbarı — Azərbaycan və Ermənistan sərhəddində yerləşir. Coğazçay üzərində tikilib və 1988-ci ildə istismara verilmişdir. Su anbarının bir hissəsi Ermənistanın İcevan rayonun ərazisində qalan hissəsi Qazax rayonu ərazisində yerləşir. Hündürlüyü 41m, bəndin uzunluğu 855m və su anbarının ümumi həcmi 26mln.m³-dir.
Nohurqışlaq su anbarı — Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ilə kimi təbii göl kimi mövcud olan Nohur gölünün ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq, mərkəzi hissəsindəki dərin çuxurluqda isə sarı-yaşıl rəngdə suyu olan göl yerləşirdi. 1949-cu ildə bu gölün cənub hissəsində — Güllü burun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8–10 m, eni 4–6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılmışdır. Su anbarının hazırda uzunluğu 1925 m eni 1355 metr, sahəsi 240 hektardır. Maksimum dərinliyi 24 m-ə, suyunun həcmi isə 16 milyon m³-ə çatır.Nohurqışlaq su anbarına Dəmiraparan (70%) və Vəndam (30%) çaylarının suyu axıdılır. Nohurqşılaq su anbarı qeyd olunan çayların suyunu tənzimləməklə yanaşı Qəbələ, Ağdaş, Göyçay və Ucar rayonlarının təsərrüfatlarının suya olan təlabatını ödəmək məqsədi daşımasına görə mühüm əhəmiyyət kəsb edir. Digər tərəfədən əhalinin sıx məsgunlaşıdığı bölgə, Qəbələ İsmayıllı – Bakı avtomabil yolunun kənarında yerləşən bu sututar yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Nohurqışlaq su anbarından göl balıqçılarının (akvakultura) və idmanın (avarçəkmə) inkişaf etdirməsi baxımından da əhəmiyyəti böyükdür. Hazırda su anbarının şimal, cənubi qərb və şərq sahillərində istirahət zonaları fəaliyyət göstərir.Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır. 1953-cü ilin qışında gölün səthindəki buz örtüyünün qalınlığı 40–50 sm.-ə çatırdı. Bundan istifadə edən yaxınlıqdakı Nohurqışlaq kəndinin əhalisi canlı qüvvə və texnikanın gücü ilə üzərindən keçməklə gölün şimalındakı göy dağdan oduncaq və tikinti materialları daşıyıb gətirmişlər. Nohurqışlaq su anbarının səthinin tamamilə buzla örtülməsi halı 2007–2008-ci ilin qışında da təkrar olunmuşdur

Yüklə 58,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin