Azərbaycan respublikasi əlyazması hüququnda Mİkro və makro mətnləRDƏ semantiK Əlaqə TİPLƏRİ



Yüklə 158,25 Kb.
səhifə29/32
tarix10.01.2022
ölçüsü158,25 Kb.
#110515
1   ...   24   25   26   27   28   29   30   31   32
3.3.Kontinium
Mətn dilçiliyinin meydana gəlməsi nitqimizin çox mühüm məqamlarını üzə çıxartdı. Xüsusilə mətnin struktur-semantik qurulması, onun komponentləri arasında əlaqələndirici vasitələr, kontinium və s. kimi məsələlər həm ayrıca götürülmüş dillər, həm də tipoloji aspektdə tədqiq olunur. Məsələnin belə geniş aspekti dilçilikdə koqnitivizmin meydana gəlməsi ilə sıx bağlıdır. Çünki kommunikasiyanın əsas vahidi olan mətnin qurulması insanların dərin idraki proseslərinin nəticəsidir. Həyatda hər hansı hadisə müəyyən zaman və məkan daxilində baş verir. Bu anlayışlar təkcə fəlsəfi kateqoriya olmaqla bitmir, həm də nitqin-bədii mətnin qurulmasında da linqvistik kateqoriyalar kimi fəaliyyət göstərir. Bildiyimiz kimi, zaman və məkan bu kontekstdə bir-birini şərtləndirən ayrılmaz kateqoriyalardır, yəni süjet boyu təsvir olunan hadisələr hansısa zamanda və ona müvafiq məkanda baş verir. Qeyd olunan anlayışların bədii mətndə filoloji tərəfi onların süjet zamanı və məkanı ilə bağlanmasıdır. Xüsusən linqvistik tərəfi isə onların mətnin qurulmasında əlaqələndirici və törədici xüsusiyyətə malik olmasıdır. Əlaqələndirici tərəf mətndə hadisələrin bir-biri ilə səbəb və nəticə əlaqəsi ilə bağlanmasını ifadə edir, törədici isə əsərdə qeyd olunan bir hadisədən digərinin törəməsi ilə bağlıdır. Məsələyə aydınlıq gətirmək üçün M.Cəlalın “Dost görüşü” hekayəsini nəzərdən keçirək. Bu əsərdə əsas iki məkan – şəhər və kənd təsvir olunur, hadisələr bu məkanlarda cərəyan edir. Buna müvafiq olaraq iki subyekt – yazıçı (şəhər məkanında) və onun dostu Fətulla (kənd məkanında) təsvir olunur. Mətn bu məkanlara uyğun olaraq indi və keçmiş zamanlar üzrə qurulub. Məsələn:

Məzuniyyətdə idim. Cibim dolu, kefim saz idi. On-on beş günümü şəhərdə keçirtdim. Sonra duydum ki, darıxdım. Əziz dostlarımdan biri, uşaqlıqdan məktəb yoldaşım olan Fətulla yadıma düşdü.



Onun şəhərə yaxın kəndlərdən birində kök saldığını, müəllimliklə məşğul olduğunu bilirdim. Bazar ağzına çıxıb, maşınların birinə oturdum” [47, s.431].

Hadisə şəhər məkanında baş verir. Bu sonrakı hadisələr üçün səbəbdir, çünki hekayə nəqlçisi sevimli dostunu uzun müddət görmədiyi üçün kəndə getməyi qərara alır. Burada subyekt və məkan münasibətləri bir-biri ilə çox sıx bağlanır və mətnin davamlı inkişafı üçün başlanğıc verir. Qərar anı isə verdiyimiz parçada keçmişlə (uşaqlıq dövrü ilə) əlaqələnir; həmin hissələrdə zaman keçmiş zamanla bağlanır, çünki hekayə nəqlisi olmuş hadisəni həmin anda yox, ondan bir qədər keçəndən sonra nəql edir. Ona görə də mətndə hadisələr şühudi zaman üzərində qurulur. Hətta məkan dəyişəndə də hekayə əvvəldə olduğu kimi, keçmiş zamanda baş verir:

Maşın məni xəzəlli, əyrim-üyrüm yollarla gətirib Çanaqçı kəndinə gətirib çıxartdı. Bir kəndlidən soruşdum ki, Fətulla müəllimin evi haradadır? Göstərdi. Çay qırağında, alçaqdivarlı, taydarvazalı bir həyət idi. İçində meyvə ağacları da var idi. Maşını yola salıb, dar küçə ilə ora yanaşdım, qapını döydüm”[47, s.432].

Müəllif mətni qurarkən hadisələr fonunda məkan və zamanın məntiqi əlaqəsini tam təmin edir. Çünki ola bilərdi ki, hadisələr həmin məkanda indi baş verəydi. Elə olan halda şübhəsiz ki, indiki zaman aparıcı olmalı idi. Bu mənada, bədii mətnlərdə məkan və zamanın əlaqəsi hadisələrin təsvir anından asılı olaraq müəyyənləşir. “Hadisələrin zamanından və məkanından asılı olmayaraq ardıcıl şəkildə baş verməsi həmin mətnin kontiniumunu təmin edir. Kontinium fasiləsiz inkişaf deməkdir” [86, s.52]. İstənilən bədii əsər yazıçı təxəyyülünün məhsuludur; orada verilən zaman və məkan hadisələr fonunda yazıçı tərəfindən müəyyənləşdirilir. Zaman və məkanın süjetin inkişafı boyu bir-birini əvəz etməsi determinativ və deyktik vahidlərin fəallığı ilə müşahidə olunur. “Kontinium bədii mətnin semantik bütövlüyünü təmin edir və kommunikasiya üçün bitkin informasiyanın verilməsinə şərait yaradır” [78]. Məsələn: “Söyüd kölgəsi” hekayəsində hadisələr üç məkanda – bostan, bulaq və zəmidə baş verir. Onların hekayə boyu ardıcıllığı bostan, bulaq və söyüd kölgəsi üzrədir. Zaman baxımından isə indiki zamanın hekayəti və keçmiş zaman üstünlük təşkil edir. Hadisələr hekayədə, demək olar ki, xətti şəkildə baş verir; əkilmiş söyüdün hekayəti ardıcıl şəkildə baş verir. Ora baş çəkənlərin söyüdə münasibəti hekayəçinin nəzarəti altındadır, onu müşahidə edir. Beləliklə, mətndə sadə şəkildə süjet zirvəyə doğru inkişaf edir. Mətndə təsvir olunanlar MSB-lər çərçivəsində hissələrə, kiçik informasiya parçalarına bölünür: onların ardıcıl düzümü makromətnin ifadə edəcəyi informasiyanı şərtləndirir, onun bütövlüyünü təmin edir. Hadisələrin zaman və məkan kontekstində belə nizamlanması verilən informasiyanın kontiniumunu-ardıcıllığını yaradır. Adətən, hekayələr struktur-semantik cəhətdən roman və povestlərə nəzərən sadə quruluşlu olur, hadisələrin kiçik informasiya parçalarına doğru çoxlu sayda xırdalanması müşahidə olunmur. Düzdür, kontinium bədii mətnlərdə ümumən fasiləsiz inkişafla müşahidə olunur, lakin hekayənin nisbətən sadə quruluşu süjetin özünün sadəliyindən doğur. “Söyüd kölgəsi” hekayəsində süjet bostanın yaxınlığında söyüd ağacının əkilməsi ideyası və əkilməsi ilə başlayır. Əsərin sonuna doğru buna insanların reaksiyası müəyyənləşir və bununla da əsər sona yetir. Mahiyyətcə çox da mürəkkəb olmayan bu süjet mürəkkəb retrospektiv əməliyyatlara ehtiyac hiss etmir. Qeyd olunan informasiyada MSB-lərin ardıcıl olaraq fasiləsiz düzümü onun hərəkətini göstərir, makromətnin dinamizmini üzə çıxarır. Dinamizm makromətnin təşkilinin əsas şərtlərindən biridir. Kontiniumda hadisələrin məkan və zaman ardıcıllığı makromətni bölündüyü MSB-lər çərçivəsində də gözlənilir. Onlar arasındakı dinamik əlaqə mətnin koheziyasına şərait yaradır. Zaman kontiniumu haqqında bəhs etdiyimiz hekayədə aşağıdakı şəkildə davam edir:

Birinci MSB-də (Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdibirinci cümlədə -ar ümumi zamanın göstəricisidir, ikinci cümlədə isə -məz qeyri-müəyyən gələcək zamanın inkarının hekayə formasındadır. Belə başlanğıc ümumi, giriş xarakterindədir. Sonrakı MSB isə bu zaman üzərində köklənir, əsasən, indiki zamanın hekayəti ilə verilir. Deməli, hər iki MSB-də zamanların hekayə forması mətnin zaman kontiniumunu yaradır:

Daşlıca azı kənddən beş verst kənarda, bağ-bağat yollarının ayrıcında bir yer idi. Ətraf əkin yeri idi. Ancaq nədənsə bir kölgəlik yox idi. Salman əminin bostan yerinə yaxın Saz bulaq deyilən bir balaca bulaq var idi. Yolçular yay günü bu bulaqdan su içməmiş, əl-üzünü yumamış ötməzdilər. Di gəl ki, günün istisindən yayınmağa, bir hovur oturub nəfəs dərməyə daş kölgəsi də yox idi”.

Verilən nümunədə “idi”-lər yığını hadisələri zaman baxımından keçmişlə bağlayır, onu eyni not üzərində kökləyir. Ondan sonrakı MSB-də şühudi keçmiş və indiki zaman işlənsə də, yenə hekayə notu saxlanılır. Bu xüsusiyyət müəllifin təhkiyə dili ilə bağlıdır. O, zaman kontiniumunu bu cür əlaqələndirir, hekayənin zaman baxımından dinamikasını bu şəkildə formalaşdırır.

Zaman kontiniumuna nəzərən məkan nisbətən konkretdir. Çünki bədii mətnlərdə süjet zamanı məkan kontiniumu ilə müqayisədə abstraktdır; onun müəyyənləşdirici faktoru mətndir. Keçmişdə baş vermiş hadisənin indiki və ya gələcək zamanda verilməsi qeyd etdiyimiz kimi situativ xarakter daşıyır. Bədii mətnlərdə məkan konkretliyi oxucunu konkret bir məkana yönəldir, onların əsər boyu bir-birini əvəz etməsi əsərdə məkan və zaman dinamizmini yaradır. Məkan dinamizmini hekayə kontekstində nəzərdən keçirək.

Söyüd kölgəsi” hekayəsində üç məkan verilir. Onlar bostandan Saz bulağa, oradan da söyüd kölgəsinə doğru inkişaf edir. Bu ardıcıllıq hekayə süjetinə müvafiq olaraq sıralanır və məkan dinamizmi də onun üzərində qurulur”. “Dost görüşü” hekayəsində isə məkan daha ümumidir: şəhər və kənd. Şəhərdə bazar məkanı, kənddə isə ev məkan kontiniumunun ifadəçiləridir. Göründüyü kimi, məkan kontiniumu da mətnin bütövlüyünü şərtləndirən amillərdən biridir. Məkan kontiniumunu vermək üçün bədii mətn yaradıcısı real məkanlara müraciət etdiyi kimi, xəyali məkanlar da yarada bilər. Bu zaman o, bədii mətnin ümumi prinsiplərinə müvafiq olaraq məkan dinamizmini yaradır. Deməli, məkan və zaman dinamizmi bir-biri ilə əlaqəli şəkildə mətnin təşkilində bütün bədii mətnlər üçün ümumi olan vahid təşkilolunma xüsusiyyətlərinə malikdir. “Məkan və zaman kontiniumu real hadisələrin və ya yazıçının xəyalən yaratdığı hadisələrin kotiniumudur. Oxucu onun vasitəsi ilə mətni dərk edir, bəhs olunanlar barədə tam təsəvvür yaradır” [144]. Mətndə məkan kontiniumunun ifadə vasitələrinə real və ya xəyali məkan adları daxildirsə, zaman kontiniumuna isə determinativlər, zaman şəkilçiləri, eləcə də zaman məzmunlu leksik vahidlər aiddir.

Mətndə kontinium retrospektiv və ya prospektiv formada da özünü göstərə bilər. Onları nəzərdən keçirək. Adından göründüyü kimi, retrospeksiya mətndə geriyə qayıtmadır, bu vaxt hadisələrin rəvan axını pozulur, səbəb-nəticə əlaqəsinə görə baş verən hadisənin köklərini açmaq üçün əvvələ qayıdılır. Bu, məntiqi baxımdan xüsusi əhəmiyyət daşıyır. Mətn semantikasının təşkilində retrospeksiya mühüm rol oynayır. Retrospeksiya diskontiniumdur, yaddaşımızda olan nəyəsə müraciət etməkdir, bəzən bunsuz hadisə və ya predmeti izah etmək mümkün deyil. Çünki oxucunun əvvəldə olmuş hadisəyə dönüşü məqsədli xarakter daşıyır. “Retrospeksiya qrammatik kateqoriyadır və o, iki halda təzahür edir:




Yüklə 158,25 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin