Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə111/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   107   108   109   110   111   112   113   114   ...   303
Odontogen şişlər:

Bu neoplazmlar ektodermal odontogen toxuma, mezodermal odontogen toxuma və ikisinin qarışığından başlanğıc götürür. Xoş xassəlidirlər.

  1. Follikulyar kista. Kistalar inkişaf etməkdə olan dişin dental səhifəsindən və ya mina epitelindən formalaşır. Kista çıxmamış bir dişi hər tərəfdən əhatə edir ki, bunu rentgenoqrafik olaraq da görmək olar. Müalicə zamanı intraoral yolla kistanı zirvəsindən açaraq bütün divarının membranı eksiziya edilir.

  2. Radikulyar kist: Dental pulpanın infeksiyasından sonra inkişaf edir. Diş kökünün ətrafında qılafdan epitelial qalıqlar qalırsa, dental qranuloma inkişaf edir. İnfeksiyalaşmış dişin apeksində mərkəzi mənfəzi əhatə edərək epitelial toxuma proliferasiyası başlayır. Müalicə dişin çəkilməsi və kistanın divarı ilə birlikdə eksizyasıdır.

  3. Ameloblastoma - nadir şişlərdəndir. Çənənin tək şişlərindən ən çox rast gələnidir. Adətən, çənə cismi və şaxəsini əhatə edir. İnkişafı ləng və simptomsuz keçir, amma böyümüş şiş baş və boyun toxumalarını distorsiyaya uğradır. Şiş histoloji olaraq xoş xassəlidir, lakin klinikasına görə bəd xassəlilik müşahidə olunur. Müalicə şişin 1-2 sm ətrafından sağlam sümük toxuması ilə birlikdə rezeksiyasından ıbarətdir. Əks halda residiv inkişaf edir. Qonşuluqdakı yumşaq toxumaların rezeksiyası lazım gəlmir. Eyni seansda sümük və ya qabırğa qrefti ilə çənə rekonstruksiyası icra edilə bilər.


  1. Yüklə 0,54 Mb.

    Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin