Abraziya (sıyrıq). Abraziyaları yüngül və qıcıqlandırmayan sabunlarla yumaqla ən sadə formada müalicə olunur. Abraziyaları açıq saxlamaq lazımdır. Əgər ağrı olsa, hava ilə təması kəsmək üçün nazik antibiotikli məlhəm sürtülməlidir. Bu tip zədələnmələr derma qatına qədər getmirsə və infeksiyalaşmırlarsa, heç bir iz qoymadan sağala bilər.
Travmatik döymə (accidental tattoo). Abraziyalarda dermanın daxilinə girən kiçik hissəciklərin çıxarılması vacibdir. Əks halda bunlar 12 saat ərzində toxumalara fiksasiya olunur. Əgər sahəni lokal anesteziya ilə keyləşdirmək mümkün deyilsə, ümumi anesteziya tətbiq edilməlidir.
Yumşaq sabunlar və steril sərt fırçalar travmatik döymə əmələ gətirən yad cisimlərin bir hissəsini erkən dövrdə xaric etmək üçün kifayətdir. Yara içərisində və ətrafında sürtgü və ya maşın yağları mövcud olarsa bunları, efir, aseton və ya ksilol ilə təmizləmək mümkündür. Yad cisimlər toxumalara fiksasiya olduqda onları ancaq cərrahi abraziya ilə kənarlaşdırmaq mümkündür. Sahə böyükdürsə, ümumi anesteziya lazımdır. Fırçalama da daxil olmaqla bütün abraziya metodlarında dərin dermal təbəqələri zədələməmək lazımdır. Travmatik döymələr müalicə edilməzsə, dəridə xoşagəlməyən dəyişiklik əmələ gətirir.
Dostları ilə paylaş: |