Xronik şüa dermatiti. Şüa dermatiti tük follikullarının itirilməsi, quruluq, teleangiektaziya və dəyişmiş piqmentasiya ilə dərinin atrofik vəziyyətidir.
Patoloji anatomiyasında koaqulyasiya, atrofiya, kiçik arteriolaların endarteriti, kompensasion teleangiektaziya və dilatasiya olmuş damarların pıxtalaşması müşahidə olunur. Bunlar “soyuq ləkə” kimi tanınan müstəqil bir törəmə yaradırlar. Bunları təmizləmək üçün epitelial aktivlik yaranır, keratoz, xora və sonda xronik bir yara inkişaf edir. Bu isə karsinoma inkişafını stimulyasiya edilir. Xərçəngin inkişafı 5-30 il müddətində baş verir, lakin proqressiv inkişaf edir. Fibrosarkoma və rabdomiosarkoma da inkişaf edə bilər.
Müalicəsi eksiziya və qreftləmədir. Bəd xassəli olduqda geniş eksiziya edilir.
Dostları ilə paylaş: |