Fibroplastik faza. İltihabın sonlarına doğru əksər yad agentlərin ağ kürələr tərəfindən uzaqlaşdırılması ilə yara sağalmasının digər dövləri başlayır. Yaranın dərinliklərinə keçən fibroblastlar başda kollagen olmaqla birləşdirici toxuma sintezinə başlayırlar. Çapıq toxuması formalaşmasının bu dövrü fibroplaziya adlanır.
Fibroplaziya mərhələsində yara nahiyəsi mikroskopik olaraq qranulyasiya toxumasından ibarət olur. Endotelial düyüncüklərdən inkişaf edən xarakterik damarlanma bu toxumanın qırmızı rəngini əks etdirir. Yaranın daxilində qranulyasiya toxuması inkişafı, fibrin torunun əriməsi ilə birlikdə baş verir. Fibroblastların yaraya hansı formada daxil olmaları tam dəqiqləşdirilməmişdir, , bu hüceyrələrin ətraf toxumalardakı dəyişilməmiş mezenximal hüceyrələrdən qaynaqlandığı və yara daxilində proliferasiya ilə çoxaldıqları güman edilir. Fibroblastlar yara bərpası üçün başlanğıcda birləşdirici toxmanın əsas tərkib hissələri olan qlikoprotein və mukopolisaxaridləri, sonra da kollagenləri əmələ gətirirlər. Yara daxilindəki kollagenin miqdarı artdıqda qlikoprotein və mukopolisaxaridin miqdarı azalır.