Əməliyyatdan əvvəlki dövr: Əməliyyatdan əvvəlki dövrdə uşağın ümumi vəziyyətinə nəzər yetirmək lazımdır. Əgər uşağın çəkisi artmırsa və ümumi vəziyyəti qənaətbəxş deyilsə əməliyyatı təxirə salmaq lazımıdr. Xəstənin pediatrı ilə daimi əlaqə saxlamaq lazımdır və əməliyyatın aparılma zamanını bir yerdə təyin etmək lazımdır. Xəstə əməliyyata hazır olduqdan sonra, əməliyyatdan 48 saat əvvəl xəstəxanaya gətirilməlidir. Qanın ümumi analizi, laxtalanma və koaqulyasiya müddətləri, sidiyin analizi dəqiq yoxlanmalı və fiziki müayinələrdən keçməlidir. Həmin müayinələr damaq yarıqları üçün də aparılmalıdır. Ancaq damaq yarıqlarında nazofaringeal selik, yaxud irinli selik əməliyyat üçün problem yaratmamalıdır.