Hava və su keçirməyən bir damaq-udlaq qapaq formalaşdırmaq. Yəni damaq-udlaq tarazlığını saxlamaq. Bu, 1) levator əzələnin rekonstruksiyası ilə damağın bağlanması, 2) damağın V-Y advencement ilə geri çəkilməsi və 3) damaq və ilkin farengeal flebin eyni zamanda bağlanmasını icra etməklə mümkündür.
Eşitmənin qorunması.
Üzün böyüməsini qorumaq.
Funksional okluziyanı və damaq qövsünü estetik bərpa etmək.
Əməliyyat zamanı. Əməliyyatın vaxtının seçilməsi nitq funksiyası ilə sıx bağlıdır. Çünki tın-tın danışmanı sonralar bərpa etmək çətin olur. Damaq yarığı olmayan uşaqlarda nitq həyatın 18-ci ayında formalaşır. Bu müddətdə maksilla inkişaf etmək potensialını saxlayır. Bir ildən tez əməliyyat ediləcək strukturlar lazımi qədər inkişaf etmirlər. Periostal fleblərin hazırlanmasında fleb, nazik və sərhədli olmadıqda ikincili olaraq maksilla deformasiyaları inkişaf edir. Bundan əlavə, əməliyyat vaxtı kiçik yaşlı uşaqlar üçün qan itkisini və anesteziyaya müqavimətini nəzərdə saxlamaq lazımdır. Beləliklə, əməliyyat üçün ən uyğun vaxt həyatın 12-18-ci ayları arasıdır.