Azərbaycan respublikasi təHSİl naziRLİYİ odlar yurdu universiteti



Yüklə 0,52 Mb.
səhifə7/10
tarix14.11.2022
ölçüsü0,52 Mb.
#119452
1   2   3   4   5   6   7   8   9   10
Fizika Əliquliyeva X .Fənn proqramı

Mövzunun qısa məzmunu:
Məlumdur ki, elektrik yüklərinin sahənin təsirindən istiqamətlənmiş hərəkəti elektrik cərəyanı adlanır. Buradan belə çıxır ki, cərəyan axan hər bir naqil öz ətrafında maqnit sahəsi yaradır. Cərəyanlı naqilin öz ətrafında maqnit sahəsi yaratmasını 1820-ci ildə Ersted kəşf etmişdir. O, mü­əyyən et­mişdir ki, cərəyanlı naqilin yaxınlığında qoyulmuş maqnit əqrəbi meyl edir. Bu onu göstərir ki, cərəyanlı naqil öz ətrafında maqnit sahəsi yaradır. Cərəyanlı naqilin yaxınlığında yerləşmiş maqnit əq­rəbi o vaxta qədər dönür ki, əqrəb qüvvə xətlərinə paralel yerləşmiş olsun. Sabit maqnitin qütübləri arasında yerləşmiş cərəyanlı naqil isə həm maqnit qüvvə xətlərinə, həm də naqilə perpendikulyar istiqamətdə meyl edir. Bu hadisələr sübut edir ki, maqnit sahəsində cərəyana qüvvə təsir edir. Ona Amper qüv­vəsi deyilir. Amper qüvvəsinin qiyməti maqnit sahəsinin induksiyasından, cərəyan şiddətindən və naqilin maqnit sahəsin­dəki uzunluğundan asılıdır.Maqnit sahəsinin dəyişməsi nəticəsində elektrik cərəyanı yaranması hadisəsi elektromaqnit induksiyası, bu zaman əmələ gələn elektrik hərəkət qüvvəsi induksiya e.h.q.-si adlanır.Konturun əhatə etdiyi maqnit induksiya selini müxtəlif yollarla dəyişdirmək olar. Bunlardan biri konturdan axan cərəyanı dəyişdirməkdir. Konturdan axan cərəyanı artırıb, azaltdıqda onun əhatə etdiyi maqnit seli də dəyişir və bunun nəticəsində konturda induksiya cərəyanı əmələ gəlir. Bu hadisə öz-özünə induksiya hadisəsi adlanır.


Mövzu № . 10. İşıq seli. Əsas fotometrik kəmiyyətlər. Optikanın əsas qanunları. Tam daxili qayıtma. Linzalarda xəyalların qurulması. İşığın interferensiyası. İnterferometrlər.


Mövzunun qısa məzmunu:
Optika – işığn xassələrini, onun təbiətini və maddələrlə qarşılıqlı təsirini öyrənən elmdir.Fizikanın optika hissəsi elmin inkişafında çox böyük rol oynamışdır. İnsan ətraf aləmdən aldığı informasiyanın böyük bir hissəsini işıq vasitəsi ilə qəbul edir. Optikanın qədim elmlərdən biri olmasına baxmayaraq işığın təbiəti haqqında ardıcıl müşahidə və çoxsaylı təcrübələrə əsaslanan ilk elmi nəzəriyyə XVII əsrin axırlarında İ. Nyuton və X. Hüygens tərəfindən verilmişdir. Fotometrik kəmiyyətlərin ölçülməsi ilə məşğul olan bölmə fotometriya adlanır. Başlıca fotometrik kəmiyyətlər aşağıdakılardır. İşıq mənbəyini əhatə edən qapalı səthdən vahid zamanda yayılan işıq enerjisinin miqdarı həmin mənbənin tam işıq seli adlanır.İşıq mənbəyini xarakterizə etmək üçün işıq şiddəti adlanan fotometrik kəmiyyətdən istifadə olunur. Nöqtəvi işıq mənbəyinin vahid cisim bucağı daxilində şüalandırdığı işıq selinə işıq şiddəti deyilir.


Mövzu №. 11. İşığın difraksiyası. Hüygens – Frenel prinsipi. Frenel zonaları. Bir yarıqdan difraksiya. Difraksiya qəfəsi. Rentgen şüalarının difraksiyası. Təbii və polyarlaşmış işıq. Polyarlaşma müstəvisinin fırlanması. İşığın dispersiyası.



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin