Azərbaycan şifahi xalq ədəbiyyatına


Atalar sözlərindən istifadə



Yüklə 1,18 Mb.
səhifə43/128
tarix01.01.2022
ölçüsü1,18 Mb.
#104207
1   ...   39   40   41   42   43   44   45   46   ...   128
Atalar sözlərindən istifadə. Aşıq Şəmşirin yaradıcılığında atalar sözü və zərb məsəllərə tez-tez rast gəlinir. Aşığın poetik irsinin araşdırıcısı S.İsayeva bu barədə geniş elmi təhlil aparmışdır (4, 226-230). Biz burada təhlilə cəlb edilməyən bir neçə nümunə qeyd etdik:

“Mərd ata – mərd oğul” – el misalıdı (1, 52);

Pay ver, pay alarsan – atalar deyib(1, 89);

Bir məsəldir elə oddan kül törər (1, 95);

İgid sonu gözlər, köhlən qabağı (1, 116).

Bəzi atalar sözləri yeni çalarda, yeni formada təqdim olunur:

Ürkək atın, səy arvadın əlindən

Kişinin başına daş düşər, düşər (1, 178).

Qarğa vətənində tülək tərlandı,

İgid qürbət eldə bel bükər, ağlar (1, 189).



Məcazlar. Aşığın yüksək sənətkarlığı məcazlardan istifadə edərkən özünü bir daha təsdiq edir:

Necə cavab verim, səni soruşur,

Suala çağırır lalalar məni.

Deyir, hayandadı şeirin ustadı? –

Dindirir al-əlvan talalar məni (1, 42).

Soruşmaq, dinləmək insana xas olan xüsusiyyətdir, lakin burada lalələrin, talaların üzərinə köçürülərək obrazlılıq yaradılmışdır.



Bədii təyin:

Cəvahir kəlməli, nitqi mirvari (1, 33);

Ey mina gərdənli, boyu tamaşa (1, 88).

Metafora:

Buludlar kişnədi, yer silkələndi,

Suların aynası çiliklənmişdi (1, 67).

Buludlar karvanı dağdan aşanda,

Sellər köpüklənib qucaqlaşanda (1, 237).

Metonimiya:

Nizami yurdunun yadigarısan,

Minnətdarıq sənətkara, bir də gəl!(1, 37)

İstiarə:

Alışıb oduna pərvanə kimi,

Kabab olum, köz başına dolanım (1, 64).

Kalağay təhəri, cuna misalı,

Çən yatıb çölləri gərdəkləmişdi (1, 67).

Ellər aşiqiyəm, gəzdim mahalı,

Mərifəttək dür görmədim bahalı( 1, 171).


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin