Bəxtiyar Tuncay


Qədər və qəzanın göy cisimləri və onların hərəkəti əsasında izahı



Yüklə 1,11 Mb.
səhifə24/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   20   21   22   23   24   25   26   27   ...   96
Qədər və qəzanın göy cisimləri və onların hərəkəti əsasında izahı

Ər-Rəhman surəsinin 5-ci ayəsində söylənilənlərdən belə aydın olur ki, Allah-Təala bütün göy cisimləri, o cümlədən Günəş və Ay üçün bir qədər təyin etmişdir. Bu qədərə onların orbitlərinin ölçüləri, kütlələri, diametrləri, digər göy cisimlərindən uzaqlığı, bir-birilərinə təsir gücünün göstəriciləri və s daxildir.

Kosmosda yerləşən və əlçatmaz olan göy cisimlərinə və ya astronomik obyektlərə kometlər, planetlər, meteoritlər, asteroidlər, ulduzlar və digər bu kimi obyektlər aid edilir. Onların ölçüsü müxtəlifdir. Bu cisimlər arasında nəhəng, eləcə də çox kiçik ölçülərə malik olanlar var. Ən böyük ölçülərə malik olanlar ulduzlar, ən kiçikləri isə meteoritlərdir. Göy cisimlərini xüsusiyyətlərinə görə müxtəlif sistemlərdə birləşdirirlər.



Vahid cazibə mərkəzi ətrafında dövr edən nəhəng ulduzlar, ulduz qalıqları, ulduzlararası qaz, toz və qara materiya qallaktikaları təşkil edir. Ulduzlar arası məsafə çox böyükdür. 300000 km/san sürətlə hərəkət edən işığın ən yaxın ulduzdan gəlib bizə çatması üçün 4,27 il lazımdır.

Bizim şimal yarımkürəsində adi gözlə görünən yeganə qalaktika Andromeda dumanlığıdır. Onu M 31 və ya NGC 224 kimi də kataloqlarda işarə edirlər.  Sb tip spiral quruluşa malikdir. Andromeda dumanlığı Kassiopey bürcü istiqamətində yerləşir. Ona qədər məsafə 2,2 milyon işıq ilidir. İnsanlar qayalarda müxtəlif canlıların şəklini çəkməyi öyənəndə həmin dumalıqdan gələn işıq bizə qədər olan yolunun 98-99% -ni qət etmişdi.

Belə hesb edilir ki, təkamülünün ilkin mərhələsində, yəni temperaturun 4000 K-dan böyük olduğu vaxtda kainat elementar zərrəciklər  və güclü şüalanmanın qarışığı olan plazma mühitindən ibarət olmuşdur. Bu vaxt şüalanma enerjisi maddə zərrəciklərində toplanan enerjidən çox idi.

Bütün bunlar Allahın əzəldən müəyyən etdiyi qədər idi.

Astrofiziklərin dözlərinə görə, 4000 K-dan aşağı temperaturlarda enerjinin əsas hissəsi maddə zərrəciklərində toplanır. Maddənin qalaktikalar və ulduzlar şəklində təşəkkül tapması, nüvələr tərəfindən elektronların tutulması və atomların yaranması ilə başlayır. Kainat temperaturunun 3000 K-ya qədər soyuması hidrogen və helium atomlarının əmələ gəlməsi üçün şəraitin başlanğıcı olur. Bu vaxt hidrogen və helium nüvələrinin nisbəti uyğun olaraq, 73% və 27% idi. Sərbəst elektronların azalması hesabına kainat şəffaflaşır, şüalanma isə maneəsiz və itkisiz çox uzaq məsafələrə qədər yayılmağa başlayır. Kainatın quruluşunun ilk əlamətləri də bircinsli şüalanma fonunda sıxlığın fluktuasiyaları şəklində peyda olur. Bu isə artıq qəzadır.

Kainatın təkcə bizim Qalaktadan ibarət olmaması və başqa qalaktikaların da mövcud olduğu kəşf edilmiş oldu. Hazırda belə hesab olunur ki, Kainatımıza təxminən 200 milyarda yaxın müxtəlif forma və ölçüyə malik qalaktika daxildir.

Bu Allahın əzəldən təyin və təqdir etdiyi qədərdir.

Üzərində yaşadığımız Yer kürəsinin də daxil olduğu Günəş sisteminə Günəş və onun cazibə qüvvəsinin təsirində olan səkkiz planetlə onların bilinən 166 təbii peyki, beş cırtdan planetlə onların bilinən altı təbii peyki və milyardlarla kiçik göy cisimlərindən ibarətdir. Kiçik göy cisimləri qrupuna asteroidlər, Koyper qarışığındakı cismlər, kometlər, meteorlar və planetlərarası toz daxildir.

Günəşdən olan uzaqlıqlarına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptundur. Bu səkkiz planetin altısının ətrafında dönən təbii peykləri vardır. Bundan başqa xarici planetlərin ətrafında dönən toz və digər kiçik hissəciklərdən ibarət olan halqaları vardır. Cırtdan planetlərdən olan Serera Asteroid qurşağında yerləşir və burada yerləşən ən böyük cisimdir. Erida məlum olan ən böyük cırtdan planetdir.

Bunlar, Allahın qədəridir və onların yerləşdikləri məkan (orbit), yəni məkan ölçüləri də qədərə daxildir.

Belə hesab edilir ki, Günəş sistemində Yerdən on dəfələrlə böyük olan doqquzuncu planet də vardır.

24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı planet anlayışının dəqiq təsvirini verərək Plutonu səsvermə ilə planetlər sırasından çıxartmış və cırtdan planetlər sırasına daxil etmişdir. Plutonla birlikdə Serera, Erida, Haumea və Makemake də yeni anlayış olan cırtdan planetlər sırasına qatılmışdır. Cırtdan planetlər Günəşin ətrafında hərəkət edən, özlərinə kürə forması verə biləcək kütləsi olan, ancaq orbitlərindəki digər göy cismlərini təmizləyə bilməyən göy cismlərinə deyilir. Vesta, Pallas, Haygiya və Xaron Günəş sistemindəki cırtdan planet olmağa namizədlərdir.



Günəş sistemindəki məsafələri Astronomik Vahidlə (AV) ölçürlər. 1 AV Günəş ilə Yer arasındakı uzaqlığa bərabərdir. Hal-hazırda qəbul olunan dəyəri 149 597 870 691 ± 30 metrdir. Ulduzlararası məsafə ölçü vahidi olan İşıq ili təqribən 63240 AV-yə bərabərdir. Bu da Allahın qoyduğu qədərdir.

Günəş sisteminin mərkəzində sistemin bilinən kütləsinin 99,86%-ni təşkil edən və cazibə qüvvəsi ilə sistemi ətrafında saxlayan G2V tipli bir sarı cırtdan ulduz olan Günəş  yerləşir. Sistemin qalan kütləsinin 90%-ni isə Günəşin ətrafında hərəkət edən ən böyük iki cism olan Yupiter və Saturn təşkil edir. Bu da Allahın öncədən təyin və təqdir etdiyi qədərdir.

Günəşin ətrafında hərəkət edən böyük göy cismlərinin orbitlərinin çoxu Yerin orbitinin ekliptik adlanan müstəvisində yerləşir. Planetlər ekliptikə çox yaxın olduqda kometlər və Kopyer qurşağındakı göy cismləri ekliptikin çevrəsi ilə böyük bucaqlar yaradır. Bu da Allahın qoyduğu qədərdir.

Günəş sistemindəki göy cismləri Günəşin ətrafında Kepler qaydalarına uyğun olaraq hərəkət edirlər. Hər göy cismi Günəşin ətrafında təqribən ellipsvari orbitlə hərəkət edirlər. Günəşə daha yaxın olan göy cismləri daha sürətlə hərəkət edirlər. Planetlərin orbitlərinin quruluşu dairəyə daha yaxın olsa da, çoxlu komet, asteroid və Koyper qurşağındakı cismlər olduqca dartılmış ellips orbitə sahibdirlər. Əzəldən təyin edilmiş təqdir belədir.

Günəş sistemindəki uzaq məsafələri təsvir etməyin çətinliyi səbəbindən orbitlər əsasən bərabər uzaqlıqda göstərilir. Reallıqda isə bir neçə istisnadan başqa bir planet və ya qurşağın Günəşdən olan məsafəsi artdıqca özündən əvvəlki orbitlə arasında olan məsafə də artır. Buna örnək olaraq Venera Merkuridən 0,33 AV məsafədə yerləşirsə, Saturn və Yupiter arasındakı məsafə 4,3 AV-yə bərabərdir. Neptun da Urandan 10,5 AV daha uzaqda yerləşir.

Kopyer qurşağı da qədim dövrlərdən qalmışdır. Asteroid qurşağına oxşar şəkildə dağıntılardan ibarət olan halqadır, ancaq əsasən buzdan meydana gəlmişdir. Günəşdən 30-50 AV uzaqlıqda yerləşir. Bu bölgənin qısa dövrə sahib olan kometlərinin meydana gəldiyi yer olduğu düşünülür. Koyper qurşağındakı cismlər əsasən kiçikölçülüdür. Buna baxmayaraq 50000 Quaoar, 20000 Varuna,  (136108) 2003 EL61, (136472) 2005 FY9 və Ork kimi Koyper qurşağının ən böyük cismləri cırtdan planet olaraq yenidən təsnif oluna bilərlər. Ölçüsü 50 kilometrdən daha çox olan 100 mindən artıq Kopyer qurşağı cisminin olduğu təxmin olunur. Buna baxmayaraq onların ümumi kütləsinin Yerin kütləsinin onda biri, hətta yüzdə biri qədər belə olduğu düşünülür. Bir çox Koyper qurşağı cisminin birdən artıq təbii peyki vardır. Koyper qurşağındakı cismlərin çoxunun orbitləri ekliptikdən kənara çıxır.

Bunlar da əzəldən təqdir edilmiş qədərdir.

Kopyer qurşağı rezonans qurşaq və klassik qurşaq olaraq iki yerə bölünür. Rezonans qurşaq orbitləri Neptunun orbitlərinə bağlı olan cismlərdən meydana gəlmişdir. Buna örnək olaraq Neptunun hər üç dönüşündə iki dəfə dönən, ya da Neptunun hər iki dönüşündə bir dəfə dönən cismləri göstərmək olar. Klassik qurşaqda isə orbitləri Neptunla bağlı olmayan cismlər yerləşir. Klassik qurşaqdakı cismlər Günəşdən 39,4-47,7 AV uzaqlıqda yerləşirlər. 

Günəşə on işıq ili qədər uzaqlıqdakı sahələrdə nisbətən az ulduz vardır. Bunlardan ən yaxını Günəşə 4,4 işıq ili uzaqlıqda yerləşən Alfa üçlü ulduz sistemidir. Alfa Kentavr A, Alfa Kentavr B ulduzları Günəşə oxşayan bir-birinə yaxın cüt ulduzlardır. Proksima Kentavr olaraq da tanınan qırmızı cırtdan tipli Alfa Kentavr C bu cüt ulduza 0,2 işıq ili uzaqlıqdakı orbitdə hərəkət edir. Bunlardan başqa 5,9 işıq ili uzaqlıqda qırmızı cırtdan tipli Barnard, 7,8 işıq ili uzaqlıqda qırmızı cırtdan olan Volf 359 və 8,3 işıq ili uzaqlıqda qırmızı cırtdan olan Leond 21185 ulduzları yerləşir. Günəşə on işıq ili məsafədən daha yaxın olan ən böyük ulduz, ondan iki dəfə çox kütləyə sahib olan Sirusdur. Bu ulduzun orbitində Sirus B adlı ağ cırtdan tipli ulduz dönür. Bunlardan başqa Günəşdən 8,7 işıq ili məsafədə ikili qırmızı cırtdan tipli ulduz sistemi olan Laytn 726-8 və 9,7 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtan tipli ulduz olan Poss 154 ulduzunu göstərmək olar. Günəşə oxşayan ən yaxın ulduz 11,9 işıq ili uzaqlıqda yerləşən Tau Ceti ulduzudur. Kütləsi Günəşin kütləsinin 80%-i, parlaqlığı isə Günəşin parlaqlığının 60%-i qədərdir. Günəşə ən yaxın planet sisteminə sahib olan ulduz 10,5 işıq ili uzaqlıqda yerləşən Günəşdən daha az parlaq və daha qırmızı olan Epsilon Eridani ulduz sistemidir. Varlığı sübut olunan tək planeti Epsilon Eridani B-nin kütləsi təqribən Yupiterin 1,5 qatı qədərdir. Epsilon Eridani B öz ulduzu ətrafında tam dövrəni 6,9 ilə başa vurur.

Bunlar da Allah tərəfindən əzəldən təyin və təqdir edilmiş qədərdir.

Qallaktikamızın elmə məlum olan təqribən 200 milyard ulduzundan biri olan və sarı cırtdan ulduzlar kateqoriyasına daxil olan Günəş, bir qədər öncə haqqında bəhs etdsiyimiz Günəş sisteminin mərkəzində yerləşir və bu sistemdəki bütün cisimlərin ümumi kütləsinin 99,8%-ni təşkil edir. Günəşdən radiasiya formasında yayılan enerji Yerdəkii həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir.

Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Onun sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 C°, nüvəsinin istiliyi isə 15,6 milyon C°-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır. Qalan enerji boşluqda yox olur. Günəşin şüaları 8,44 dəqiqəyə Yerə çatır. Günəş Yerə ən yaxın ulduzdur. Günəşin cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən 28 dəfə çoxdur.

Günəşin nüvəsi mərkəzindən 0,2 Günəş radiusuna qədər davam edir. Nüvənin sıxlığı təqribən 150000 kq/m³ (Yerin sıxlığından 150 dəfə çox), istiliyi isə 15,6 milyon °C-dir. SOHO (Solar and Heliospheric Observatory) missiyasından əldə olunan məlumatlara görə nüvə şüalanma zonasına nəzərən daha sürətlə fırlanır. Günəşin enerjisi nüvə birləşməsi reaksiyası səbəbindən hidrogenin heliuma çevrilməsi nəticəsində yaranır. Nüvədə gedən reaksiya səbəbindən burada yüksək dərəcədə istilik yaranır. Günəşin digər qatları nüvədən ayrılan istilik nəticəsində isinir. Günəşin mərkəzindən ayrılan istilik qatları keçərək səthə çatır və buradan Günəş işığı və hissəciklərin kinetik enerjisi şəklində boşluğa yayılır.

Günəşdə sərbəst şəkildə mövcud olan təqribən 8.9×1056 proton  (Hidrogen nüvəsi) hər saniyə təqribən 3,4×1038 helium nüvəsinə çevrilir. Bu çevrilmə səbəbindən saniyədə 384,6 yottawatt (3,846×1026 W) ya da 9,1192×1010 meqaton TNT enerji meydana çıxır.

Bütün bu deyilənlər Allahın qoyduğu ölçülər, başqa sözlə, təyin və təqdir etdiyi qədərdir.

Bənzər qədər üzərində yaşadığımız Yer kürəsi üçün də təyin edilmişdir. O, Günəşə yaxınlığına görə üçüncü planet və həyatın mövcud olduğu yeganə göy cisnidir. Onun cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. 365,256 gün ərzində Yer Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365,256 dəfə fırlanır.

O, Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin ən böyüyü və ən ağırıdır.

Bunlar Allahın təqdir və təyin etdiyi qədərdir.



Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi okeanlarda qabarma və çəkilmələrə səbəb olur.

Fəsillərin yaranması, eləcə də qabarma və çəkilmələr təqdir edilmiş qəzanın nəticəsi olan qəzalar, yəni hadisələrdir.

Yer kürəsinin gözlənilən uzunmüddətli gələcəyi, başqa sözlə qədəri Günəşin gələcəyi, yəni qədəri ilə əlaqələndirilir. Belə hesab edilir ki, sonrakı 1,1 milyard il, günəş parlaqlığı 10% və sonrakı 3,5 milyard il isə 40% artacaq. Yerin artan səth istiliyi təxminən 100-900 milyon il ərzində qeyri-üzvi karbon dövranını sürətləndirərək, karbon nisbətini bitkilər üçün ölümcül aşağı səviyyəyə gətirəcəkdir. Bitki örtüyünün olmaması atmosferdə oksigen itkisi ilə nəticələnəcək, heyvanlar üçün həyat qeyri-mümkün olacaqdır. Təxminən bir milyard il sonra bütün səth suları yoxa çıxacaqdır və orta qlobal temperatur 70 °C (158 °F)-ə çatacaqdır. Yerdə fotosintezin sonuna qədər təxminən 500 milyon il daha yaşana biləcəyi gözlənilir, ancaq atmosferdən azot çıxarılarsa, bu gündən 2.3 milyard il sonra nəzarətdən kənar istixana effekti yaranana qədər həyat davam edə bilər. Antropogen emissiyalar cari günəş işığında nəzarətsiz istixana effektinə səbəb olmaq üçün ehtimal ki, kifayət deyil. Günəş əbədi və sabit olsa belə, müasir okeanlarda suyun 27%-i orta okean silsilələrindən atmosferə buxar axınının azalması səbəbindən bir milyard ildə mantiyaya enəcəkdir.

Mütəxəssislərin fikrincə, Günəş təxminən 5 milyard ildə qırmızı nəhəngə çevriləcək. Modellər Günəşin indiki radiusunun təxminən 250 qatı, 1 astronomik vahid (150×106 km; 93×106 mil) qədər genişlənəcəyini proqnozlaşdırır. Yerin taleyi daha az aydındır. Qırmızı bir nəhəng olaraq Günəş kütləsinin təxminən 30%-ni itirəcək, beləliklə, ulduz maksimum radiusuna çatdıqda, Yer indiki orbitindən dalğa təsiri olmadan 1.7 astronomik vahid (250×106 km; 160×106 mil) orbitə keçəcəkdir. Hamısı olmasa da, qalan həyatın çox hissəsi Günəşin artan parlaqlığı (indiki səviyyəsindən təxminən 5000 dəfə çox) ilə məhv ediləcəkdir.  Bu vaxta qədər Yerin səthi əriyəcək, çünki temperatur 1370°C-ə çatacaqdır. Həmçinin Yer atmosferinin qırmızı nəhəngin yaydığı güclü günəş küləyi tərəfindən qoparılacağı düşünülür. Günəş Yer səthindən bucaq ölçüsü təxminən 160° olan nəhəng qırmızı bir dairə kimi görünəcək və bununla da səmanın çox hissəsini tutacaqdır. Nəhəngin asimpotik qoluna çatan Günəşin diametri müasir ölçülərə nisbətən 213 dəfə artacaq. Təxminən 75.000 il (digər mənbələrə görə 400.000) sonra Günəşin qabığı parçalanacaq və nəticədə qırmızı nəhəngin yalnız kiçik mərkəzi nüvəsi — kiçik, isti, lakin çox sıx bir cisim olan ağ cırtdan qalacaqdır. Əgər Yer, Günəşin qırmızı nəhəng fazasında ikən təsirindən qoruna bilərsə, onda Kainat mövcud olduğu müddətcə daha milyardlarla (və hətta trilyonlarla) il mövcud olacaq, ancaq Yer üzündə həyatın yenidən yaranması şərtləri bir daha olmayacaqdır.



Doğrusunu, əlbəttə ki, Allah bilir. Amma fakt budur ki, Günəşin də, Günəş sisteminin də, planetlərin də, yerin də, ulduzların da, qallaktikaların da bir doğuş və bir ölüm tarixi və bu tarixlər arasındakı dövrü əhatə edən bəlli bir qədəri vardır. Kainatın bir gün yox ediləcəyi, yəni onun qədərində bu kimi bir qəzanın da baş verəcəyini Qurani-Kərim təsdiqləməkdədir. Quranda kainatın yaradılması və sondə məhv edilərək, başqa bir kainatla əvəz ediləcəyi söylənilir. Həmin ayələrdən bəzilərini nəzərdən keçirək.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin