Bəxtiyar Tuncay


أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا



Yüklə 1,11 Mb.
səhifə25/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   21   22   23   24   25   26   27   28   ...   96
أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا

وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا
Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz? Ayı bir nur, günəşi də çıraq etmişdir (Nuh surəsi, 15-16 – cı ayələr).
Əz-Zəriyyət surəsinin 47-ci ayəsində də kainatın Allah tərəfindən yaradıldığı qeyd edilir və üstəlik də alimlərin yalnız XX əsrdə təsbit etdikləri bir hal, yəni onun genişlənməkdə olması halı barədə məlumat verilir:
وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

İbrahim surəsinin 48-ci ayəsində isə kainatımızın məhv edilərək, başqa bir kainatla əvəz ediləcəyi, həyatın, o cümlədən insanların yeni məkana köçürüləcəyi bildirilməkdədir:

يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ ۖ وَبَرَزُوا لِلَّهِ

الْوَاحِدِ الْقَهَّارِ
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar.

Maraqlıdır ki, kainatın, başqa sözlə göy və yerin yenisi ilə əvəz ediləcəyi “Əhdi-Cədidə” daxil olan “Vəhy” kitabının “21-ci vəhy” bölümünün ən əvvəlində də vurğulanmaqdadır:

Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi”.

"Genişləyən dünya" fərziyyəsi XX əsrdə qitələrin hərəkətini açıqlamaq üçün irəli sürülmüş görüşdür. Fakt budur ki, Günəş sistemimindəki bütün digər planetar cisimlər kimi Yer də süxurlarının və tozun toplanması yolu ilə daim kütlə qazanır. NASA-nın məlumatına görə, "hər gün təxminən 100 ton meteoroid — toz və çınqıl parçaları və bəzən daha böyük süxurlar Yer atmosferinə daxil olur." Bu hissəciklərin əksəriyyəti atmosferdə yanır və Yer səthinə toz halında çatır. Bu situasiya, genişlənən Yer fərziyyəsinin irəli sürdüyü kütlə artımının yalnız bir bənzərliyidir.

Bütün bu deyilənlər Allahın qoyduğu ölçülər, başqa sözlə, təyin və təqdir etdiyi qədər və qəzadır.

Bənzər qədər, təbii ki, Yerinkindən fərqli bir qədər onun yeganə təbbi peyki olan Ay üçün də təyin edilmişdir. İnsanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cism olan Ay Güneş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir.

Günəşdən Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Yerdən görünən ən parlaq ikinci kosmik cism olan Ayın səthi əslində tutqundur. Onun Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur.



Artıq qeyd etdiyimiz kimi, Ayın cazibə qüvvəsinin təsirindən Yerdə qabarma və çəkilmə hadisəsi baş verir və günün uzunluğu cüzi də olsa artır. Ay ölçülərinə görə Günəşdən çox kiçik olsa da, Yerlə müqayisədə hər iki cismin uzaqlıq fərqi səbəbindən Günəş tutulması adlanan Ay diskinin Günəş diskini tam örtməsi hadisəsi baş verir. Ay tədricən Yerdən uzaqlaşdığı üçün uzaq gələcəkdə Yerdən görünən ölçüsü kiçiləcək və tam Günəş tutulması baş verməyəcəkdir.

Ay sabit ulduzlara nəzərən Yerin ətrafında 27,3 günə (siderik dövr) dövr edir. Yer eyni zamanda Günəş ətrafında hərəkət edir və bu səbəbdən də Ayın Yerdən görünən sinodik dövr müddəti 29,5 günə bərabərdir. Digər planetlərin peyklərindən fərqli olaraq Ay Yerin ekvator müstəvisinə yox, ekliptikin müstəvisinə uyğun olan orbitdə dövr edir. Ay həm öz oxu ətrafında, həm Yerin ətrafında, həm də Yerlə birlikdə Günəşin ətrafında hərəkət edir. Ay Yerdən orta hesabla 384399 km (0,00257 AV) məsafədə yerləşir. Ayın Yerdən ən uzaq məsafəsi 405400 km, Yerdən ən yaxın məsafəsi isə 362600 km-ə, onun Yer ətrafındakı orbital sürəti 1022 km/saniyəyə bərabərdir.) Ayın orbitində ekliptiklə şərti kəsişmə nöqtələri vardır. Bu nöqtələr Ay düyünləri adlanır və Ayın bu düyünlər ətrafında dövr etməsi 27 gün 5 saat 5 dəqiqəyə başa gəlir. Düyünlər arasında şərti xətt çəkilsə, Ayın tədricən hərəkət istiqamətinə tərəf dönməsi müşahidə oluna bilər. 18,6 il ərzində Ay düyünləri tam dövr edir.

Yer və Ay sistemi arasındakı əlaqə bəzi astronomlar tərəfindən planet-peyk olaraq yox, ikili planet sistemi şəklində qiymətləndirilir. Bunun səbəbi Ayın ətrafında ətrafında döndüyü planetin ölçülərinə nəzərən Günəş sistemində ən böyük peyk olmasıdır. Ayın diametri Yerin diametrinin 1/4-i, kütləsi isə onun kütləsinin 1/81-i, səthinin sahəsi Yerin ümumi səthinin sahəsinin təqribən 1/10-u, quru səthinin sahəsinin isə təqribən 1/4-ü qədərdir. Buna baxmayaraq sistemin orta kütlə mərkəzi 1700 kilometrdən, yəni Yerin radiusunun 1/4-dən daha az göstəriciyə sahib olduğu üçün bu yanaşma bəzi astronomlar tərəfindən təndiq olunmuşdur.

Ay sinxronizə olunmuş şəkildə hərəkət edir, yəni öz oxu ətrafında dönmə müddəti ilə Yer ətrafında dönmə müddəti bir-birinə bərabərdir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni üzünü görür. Ay formalaşmasının ilkin dövrlərində daha sürətlə hərəkət edirdi. Zamanla bu sürət yavaşladı və Yerlə sinxronizə olacaq nisbətdə sabitləşdi. Bu sinxronizə olunmuş hərəkət səbəbindən Ayın Yerdən görünən üzü və Yerdən görünməyən üzü anlayışları formalaşmışdır. Ayın Yerdən görünməyən üzü adətən qaranlıq üz olaraq da adlandırılır. Buna baxmayaraq Ayın Yerdən görünməyən üzü də Günəş tərəfindən işıqlandırılır. Yeni Ay fazasında olarkən Ayın Yerdən görünən üzü tamamilə qaranlıq olur.

Bunlar Allahın Ay üçün əzəldən təyin və təqdir etdiyi ölçülər, yəni qədərdir.

Ay orbitində hərəkət edərkən bəzən Yerin kölgəsindən keçir. Bu proses Ay tutulması adlanır. Ay tutulması Bədirlənmiş Ay fazasında ya da Ay düyün nöqtələrinə yaxın olduğu vaxt baş verir. Ay Yerin kölgəsinə daxil olarkən, üzərinə Günəş tərəfindən birbaşa olaraq işığın düşməsinin qarşısı alınır. Ay tutulmasının vaxtı təqribən 40 dəqiqə ilə 1 saat arasında dəyişir. Tutulma Ayın üfüq xəttindən yüksəkdə olduğu nöqtələrdən müşahidə oluna bilir. Ayın Yerin kölgəsinə daxil olmasına baxmayaraq, Günəş işığı Yerin atmosferində qırılaraq Ayın səthinə düşür və Ay bu səbəbdən Yerdən görülə bilir. İşıq Yer atmosferində qırıldığı üçün göy işıq udulur və Ayın səthinə qırmızı işıq çatır. Bu səbəbdən də Ay tutulma zamanı Yerdən üzərinə qırmızı kölgə düşmüş kimi görülür. Müşahidə yerindən asılı olaraq tutulma tam və ya qismən müşahidə oluna bilir. Əsasən ildə iki dəfə Ay tutulması müşahidə oluna bilir. Buna baxmayaraq Ay tutulmasının müşahidə olunmadığı ya da ildə üç dəfə müşahidə olunduğu dövrlər də ola bilər.

Günəş tutulması Ayın Yerlə Günəşin arasına girməsi səbəbindən baş verir. Tutulmanın baş verməsi üçün Ayın bədirlənmiş fazada olması lazımdır. Bir il ərzində Ayın Yer ətrafında 12 dəfə dönməsinə baxmayaraq, Ayın orbit müstəvisi ilə Yerin orbit müstəvisi arasında 5° fərq olması səbəbindən Ay hər dəfə Günəşin önündən tam keçmir və kəsişmə seyrək şəkildə meydana gəlir. Bu səbəbdən də ildə 2-5 dəfə Günəş tutulması müşahidə olunur. Bunlardan ən çox ikisi tam tutulma ola bilər. Günəş tutulması Yer üzərində hər dəfə çox məhdud yerlərdən görünür və hansısa bölgədə tam Günəş tutulmasının görünməsi nadir hadisədir.

Ay və Günəş tutulmaları bu göy cizimləri üçün Allah tərəfindən əzəldən cızılmış qədərdən doğan hadisələr, başqa sözlə, qəzalardır.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin