Bir neçə söz I fəsil. DÜNya diLLƏRİNİn qohumluğu monogenez problemi



Yüklə 2,67 Mb.
səhifə56/76
tarix05.01.2022
ölçüsü2,67 Mb.
#111493
1   ...   52   53   54   55   56   57   58   59   ...   76
Tamamlıq. Dilçilikdə cümlənin ikinci dərəcəli üzvü kimi nəzərdə tutulan tamamlığın müasir strukturunda olan bütün xüsusiyyətlər «Dədə Qorqud»un dilində də vardır. Lakin fərqli cəhətlər də mövcuddur. Fərqlər min ildən artıq bir dövr ərzində indiki quruluşun sabitləşməsi, təkmilləşməsi prosesində tədricən yaranmışdır.

Tamamlığın ifadə vasitələri eynidir: isim, əvəzlik, məsdər, ismi birləşmələr, isimləşmiş nitq hissələri və söz birləşmələri; məs.: Qaravaşa ton geyirsən, qadın olmaz. (31) Qara eşək başına üyən ursan, qatır olmaz. (31) Ac görsən, toyurğıl! Yalıncıq görsən, tonatğıl! Baba malından nə faidə, başda dövlət olmasa. (31) Getdikdə yerin otlaqların keyik bilür. (32) Varıb Bayburd hasarı bəginə xəbər verdi. (57) Təkəbbürlük eyləyəni tənri sevməz. (31) ...oğlı-qızı olmuyanı tənri-təala qarğayıbdır. (34) Beyrəkdən sonra başına bu hal gəlcəgin bilürdin. (65)

Bu misallarda qaravaşa, ton, üyən, başda sözləri isimlə, ac, yalıncıq sözləri isimləşmiş sifətlə, eşək başına, baba malından, yerin otlaqların - ismi birləşmələrlə, təkəbbürlük eyləyəni, oğlı-qızı olmuyanı, Beyrəkdən sonra başına bu hal gəlcəgin isimləşmiş fe’li sifət və fe’li sifət tərkibləri ilə ifadə olunmuş tamamlıqlardır.

Vasitəsiz tamamlığın müasir ədəbi norma hesab olunan tə’sirlik hal şəkilçili müəyyənlik bildirən və hal şəkilçisiz qeyri-müəyyənlik bildirən növləri dastanların dilində də normal şəkildə işlənmişdir; məs.: Dəpə kibi ət yığ, göl kibi qımız sağdır! (35) Altun başlu ban ev vergil bu oğlana! (36)

Yarımasun-yarçımasun, kafərin casusu bunları casusladı.(57) Başındağı tulğulğanı nə ögərsən, mərə kafər? (43) Qırq yigidlən oğlum Uruzı gətürüb durursan, qulun olsun! (48)

Misallarda ət, qımız, ev sözləri qeyri-müəyyənlik, bunları, tulğulğanı, Uruzı sözləri müəyyənlik bildirən vasitəsiz tamamlıqlardır. Ə.Dəmirçizadə bunları - bu sonrakı tamamlıqları «tam şəkilçili tamamlıqlar» adlandırmışdır. Bu ifadə onunla əlaqədardır ki, tə’sirlik hal şəkilçisinin ixtisar olunduğu və ya müəyyən elementinin saxlandığı vasitəsiz tamamlıqlar da vardır və belələri dastanların dilində daha çox işlənmişdir. Bu cür tamamlıqlar yalnız yiyəlik birləşmələri ilə (yanaşma-uzlaşma və ya uzlaşma-idarə əlaqəli birləşmələrlə) ifadə olunmuşdur; məs.: Ayru-ayru yollar izin dəvə bilür. Yedi dərə qoxuların dilkü bilür. Ğafil başın ağrısın beyin bilür. Ağır yüklər zəhmin qatır bilür.(32)

Yollar izin, dərə qoxuların, başın ağrısın, yüklər zəhmin birləşmələri vasitəsiz tamamlıqlardır. Bunlar da müəyyənlik bildirən vasitəsiz tamamlıqlar sayılır. Bu birləşmələrin başlanğıc forması ‘yollar izi’, ‘dərə qoxusu’, ‘başın ağrısı’, ‘yüklər zəhmi’dir. Birləşmələrin sonunda işlənən «n» tə’sirlik hal şəkilçisinin qalığıdır. Bu cəhəti nəzərə alaraq Ə.Dəmirçizadə vasitəsiz tamamlığın bu növünü «şəkilçili müxtəsər tamamlıq» adlandırmışdır. (24; 123) Lakin bu, əslində, tamamlığın deyil, tə’sirlik halın müxtəsər forması sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, müxtəsər tə’sirlik halda olan vasitəsiz tamamlıqların yiyəlik hal şəkilçili birinci tərəfinin işlənməsi həmişə vacib olmamışdır; birinci tərəfin buraxıldığı hallar da çoxdur: Vardılar. Bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqud birin bindi, birin yetdi (55) - cümləsində «atın bir-i-(n)i» əvəzinə, «bir-i(n)» işlənmişdir.

Mənsubiyyət şəkilçisindən sonra «n» elementi özünü yiyəlik birləşməsinin tərəfləri III şəxsdə olduqda göstərir. I və II şəxslərdə mənsubiyyət şəkilçisi samitlə bitdiyindən (-im,-in) tə’sirlik hal şəkilçisinin qalığına ehtiyac olmur, lakin vasitəsiz tamamlıqda mə’na müəyyənliyi yenə qalır; məs.: Baq, baq, mərə dəli qavat. Mənim birligim bilməz.(79) Qafillicə sənin başın mən kəsəyinmi? (92)

Qeyd edilən birləşmələrin başlanğıc forması «mən-im birlig-im», «sən-in baş-ın» şəklindədir və burada tə’sirlik hal şəkilçisinin heç bir qalığı yoxdur. Bu cür tamamlıqların da yiyəlik halda olan birinci tərəfi «yeni»ni bildirmədikdə ixtisar edilmişdir: Qadın ana! Bağrımla yürəgim nə dağlarsan? Ağır xəzinəm, bol aqçam götürüb durarsan, sana xərclıq olsun! (48) Qara polat uz qılıcın vergil mana! Sadağında səksən oqın vergil mana! Ağ tozluca qatı yayın vergil mana! (46) Mərə, qolça qopuzım çalun, ögin məni! (89) Tavla-tavla şahbaz atların, qatar-qatar dəvələrin gətürmişiz, bizimdir. (49)- cümlələrində yürəgim, xəzinəm, aqçam, qılıcın, oqın, yayın, qopuzım, atların, dəvələrin - birləşmə keyfiyyətini itirərək mənsubiyyət şəkilçili sözlərlə ifadə olunmuş vasitəsiz tamamlıqlardır.


Yiyəlik birləşməsinin həm bütöv işləndiyi, həm də birinci tərəfinin ixtisar olunduğu hallarda müasir normalara uyğun olaraq tə’sirlik hal şəkilçisindən də istifadə edilmişdir: Keçmiş mənim günim-i nə andırarsan? (47) Ərəbi atlar olan yerdə bir qulun-ı olmazmı olur? (47) Dünligi altun ban evlərim-i gətürüb durarsan, sana kölgə olsun! (48)
Bu cür misallar göstərir ki, ədəbi dilimizdə indi işlək olan bütün formalar ilkin orta əsrlərdə də mövcud olmuşdur, lakin o dövrdə daha fəal olan «şəkilçili müxtəsər tamamlıqlar» sonralar fəallığını itirmiş, özünü canlı danışıq dilində saxlamışdır.

Tarixi inkişaf prosesində dil bə’zən öz ilkin daha düzgün ifadə tərzini dəyişmişdir. Üzərində iş icra olunan obyekti bildirən sözlər sonrakı inkişaf prosesində qeyri-müstəqim obyekt kimi çıxış etməyə başlamışdır. Sazı oda urdular (66) - cümləsində fikir düzgün ifadə olunmuşdur: Sazı (qamışı, qamışlığı) oda urdular, oda tutdular. İş obyekt üzərində icra olunur və nəticədə obyekt tam dəyişikliyə uğrayır, məhv olur. Lakin indi biz bu cür cümlələri «Qamışa od vurdular» şəklində işlədirik. Əslində, od vasitədir, alətdir, üzərində iş icra olunan obyekt saz’dır. İndiki şəkildə ifadə tərzinin səbəbi, yəqin ki, od vurmaq sözlərinin yandırmaq mə’nasında sabit birləşməyə çevrilməsidir.

Müasir dildə olduğu kimi, dastanların dilində də qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar ümumi isimlərlə, apelyativ sözlərlə ifadə olunmuşdur. Lakin bir cümlədə, əgər texniki qüsur deyilsə, xüsusi isim də həmin vəzifədə müşahidə olunur: Dəpəgöz sıçradı baqdı, Basat gördi, əlin əlinə çaldı, qas-qas güldi.(101) Buradakı Basat gördü - ‘Basatı gördü’ deməkdir və dastanların 1988-ci il çapında beləcə də işlənmişdir (1962-ci il çapında Basatı şəklindədir, s.117).
Dastanların dilində vasitəli tamamlıqlar da normalaşmış şəkildədir. Vasitəli tamamlıqların aktuallaşma prosesində xəbərdən sonra işləndiyi hallar da vardır: İmarətlər yapayım sənin

Tə’yin. İkinci dərəcəli üzvlərdən tə’yin müasir normalara müvafiq olaraq tə’yinlənən sözlərdən əvvəl işlənmişdir; məs.: Acı tırnaq ağ yüzinə aldı- çaldı. Küz alması kibi al yanağını yırtdı. (58) Qamın aqan yügrək sudan Bir oğul uçurdunsa, degil mana. (73) Ağ saqallu atanı, ağ birçəklü ananı sorar olsan, sağdır, Bamsı! (59) Apul-apul yürişindən, Aslan kibi turışından, Qanrıluban baqışından Ağam Beyrəgə bənzədürəm, ozan, səni! (62)

Son misalda müasir ədəbi dilimizdə müşahidə edilməyən arxaik forma vardır: fe’li bağlama fe’l əsaslı düzəltmə ismə aid olmuşdur - Qanrıluban baqışından. Bu hal göstərir ki, baqış (baxış) sözü müasir dilimizdəki bu cür düzəltmə isimlərdən fərqli olaraq, ‘qanrılıban baxmağından’ ifadəsinə uyğun şəkildə məsdər məqamında çıxış edən söz olmuşdur.

Ə.Dəmirçizadə hamıdan əvvəl müşahidə etmişdir ki, «Hətta bugünkü Azərbaycan dilində müstəsna hal olaraq tə’yinolunandan sonra gələn ictimai rütbə (titul) bildirən «ağa», «xan», «dədə» sözləri də «Kitabi-Dədə Qorqud» dastanlarında əsasən ümumi qanuna uyğun olaraq, tə’yinolunandan əvvəl yerləşmişdir». (24; 127) Məs.: Bəli, xan Qazan, məsləhətdir. Ağam Qazan, məsləhətdir. Dədə Qorqud gəlür oldu və s,
Müasir dildə uzlaşma-idarə əlaqəli birləşmələrin tərəfləri arasında işlənərək ikinci tərəfə aid olan tə’yinlər «Dədə Qorqud»un dilində birləşmənin əvvəlində işlənmişdir; məs.: Ağca mənim köksüm basub qondı. (81) Tatlu mənim canımı alur oldu. (82) Bu cür hallarda fikrin düzgün ifadəsi intonasiya ilə nizamlanır.

Şahbaz-şahbaz atlar Qarıyubdur, qulun verməz. Qızıl-qızıl dəvələr Qarıyubdur, köşək verməz (49) - tipli cümlələrdə sözlərin təkrarından ibarət olan mürəkkəb sözlə ifadə olunmuş tə’yinlər poetikliyə də xidmət edir. Bu üsulun ən qədim mənbəyi şumer dilidir.

Dilimizdə olan mühüm bir qayda - cümlədə müxtəlif nitq hissələri və söz birləşmələri ilə ifadə olunan mürəkkəb tə’yinlərdə əvvəl fe’li birləşmənin, sonra müxtəlif söz birləşmələri və nitq hissələrinin yerləşməsi qaydası ilkin formada «Dədə Qorqud»un dil sistemində özünü göstərir; məs.: Qarşu yatan qarlı qara tağlar Qarıyıbdur, otı bitməz. (49) Qamın aqan görklü suyın qurumasun! (51)

Qeyri-müəyyənlik bildirən bir sözü tə’yinlə tə’yinlənən arasında deyil, tə’yindən əvvəl işlənmişdir: ...tənri-təala bizə bir yetiman oğıl verməz, nədəndir? (35) Mənim dəxi içində bir əqli şaşmış, Biligi yetmiş qoca babam var.(41)




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin