BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə13/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

AYƏ 39:


﴿ وَالَّذِينَ كَذَّبُواْ بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ مَن يَشَإِ اللّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾

TƏRCÜMƏ:


«Bizim ayə nişanələrimizi təkzib edənlər (cəhl küfr) zülmətlər(in) olan karlar lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar

TƏFSİR:


Hidayət və zəlalətin Allahın izninə bağlı olmasına baxmayaraq, insanın iradəsi və onun daxilində mövcud olan şəraitlər də bu işdə təsirlidir. Allahın bütün işləri də hikmət üzündəndir: Allah yolunda cihad etmək Onun yoluna hidayət olunmağa zəmin yaradır, insanlara zülm və haqsızlıq etmək isə azğınlığa səbəb olur. Buna əsasən, küfr və inadkarlıq eynilə insanın əbədi qurtuluşdan məhrum olmasına səbəb olan zülmət və qaranlıqdan ibarətdir. Haqqın gizlədilməsi lallıq, haqqın eşidilməməsi karlıq, haqqı təkzib etməyin nəticəsi yoldan azma və ilahi qəzəbdir. Bir sözlə, düz yolda hərəkət etmək eşidən qulağı, haqqı deyən dili və insanın batinində bir aydınlığın olmasını tələb edir.

AYƏ 40:


﴿ قُلْ أَرَأَيْتُكُم إِنْ أَتَاكُمْ عَذَابُ اللّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللّهِ تَدْعُونَ إِن كُنتُمْ صَادِقِينَ ﴾

TƏRCÜMƏ:


«De: “Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!”»

TƏFSİR:


Bu ayədə bir daha müşriklərə xitab edilir və başqa bir yolla tövhid və yeganəpərəstliklə əlaqədar dəlil-sübut gətirilir. Belə ki, həyatda qarşılaşdıqları son dərəcə ağır anları onlara xatırladır, onların ümidlərinin Allahdan başqa bütün şeylərdən kəsildiyi bu kimi ağır anlarda kimdən kömək istəmələri ilə əlaqədar yatmış vicdanlarını oyadır və buyurulur ki, ey Peyğəmbər, onlara de: Əgər Allahın dərdli əzabı sizə doğru gəlsə, yaxud Qiyamət özünün bu qədər həyəcanlı və vəhşətli hadisələri ilə birlikdə bərqərar olsa deyin görək, bu şiddətli hadisələri aradan qaldırmaq üçün Allahdan başqa bir kəsi çağırarsınızmı?

Şoşagəlməz və acı hadisələr baş verdikdə bu ayənin mənəvi ruhu təkcə müşriklər üçün deyil, hər bir şəxs üçün asanlıqla dərk olunur. İnsanın adi və əhəmiyyətsiz hadisələrdə Allahdan başqasına pənah aparması mümkündür. Amma son dərəcə şiddətli hadisələr baş verdikdə hər bir şeyi unudur, elə həmin halda öz qəlbinin dərinliklərində naməlum və sirli bir mənbədən qaynaqlanan nicata bir növ ümidvarlıq hissi keçirir. Bu da məhz Allaha və tövhidin həqiqətinə diqqət yetirməkdən ibarətdir.


AYƏ 41:


﴿ بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاء وَتَنسَوْنَ مَا تُشْرِكُونَ ﴾

TƏRCÜMƏ:


«Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - (Ona) qoşduğunuz şərikləri unudacaqsınız

TƏFSİR:

FİTRƏT HƏMİŞƏ ALLAH TANIMAĞA DOĞRU BİR YOLDUR.


Xalis niyyətlə edilən dua dünyadakı təhlükələrdən və ağır hadisələrdən nicat tapmaq üçün yoldur. Amma Qiyamətdə kafirin istək və duasına cavab verilmir. Buna əsasən, nə üçün yalnız təhlükə hiss etdikdə Allah dərgahına gedib özünüzün puç məbudlarınızı unudursunuz? Amma adi hallarda Allahı yad etmirsiniz?14


AYƏ 42:


﴿ وَلَقَدْ أَرْسَلنَآ إِلَى أُمَمٍ مِّن قَبْلِكَ فَأَخَذْنَاهُمْ بِالْبَأْسَاء وَالضَّرَّاء لَعَلَّهُمْ يَتَضَرَّعُونَ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə ( peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq kasıblığa, xəstəlik cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr yalvarıb-yaxaralar

TƏFSİR:


«Bəsa» kəlməsi müharibə çətinlikləri, yoxsulluq, qəhətlik, sel, zəlzələ və batini xəstəliklər, «zərra» isə qəm-qüssəyə düçar olmaq, abır-heysiyyətin aradan getməsi, cəhalət, nadanlıq və müflisləşmə mənasına gəlmişdir.

Əlbəttə, tarix boyu bütün peyğəmbərlərin və ilahi höccətlərin göndərilməsi Allahın qoyduğu qanunlardan biridir. Keçmiş ümmətlərin tarixi gələcək nəsillər üçün ibrət dərsidir. Qeyd etmək lazımdır ki, çətinliklər insanların Allaha təvəssül etmələri, zorluların ram olması üçün bir yoldur. Buna görə də hər rifahda lütf, hər əzab-əziyyətdə qəhr və qəzəb yoxdur.

Çətinliklərə düşən zaman bəndələrin ehtiyac əlləri Allah dərgahına qaldırılır.15



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin