Cihan bulut elçin SÜleymanov döVLƏt maliYYƏSİ Bakı 2015



Yüklə 0,73 Mb.
səhifə102/171
tarix19.11.2022
ölçüsü0,73 Mb.
#119724
1   ...   98   99   100   101   102   103   104   105   ...   171
DovletMaliyesiEnSonHali2015

8.8. FİSKAL SİYASƏT


Makroiqtisadi tənzimləmənin əsas vasitələrindən biri fiskal siyasətdir. Fiskal siyasət dedikdə dövlət xərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi isti-qamətində dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür.
Dövlət fiskal siyasət vasitəsi ilə iqtisadi proseslərə onların gedişatını tənzim-ləmək məqsədi ilə daim müdaxilə edir. Bu müdaxilə dövlət büdcəsinin gəlir hissə-sinin formalaşdırılması məqsədilə vergitutma sahəsində, milli iqtisadiyyatın səmə-rəliliyinin yüksəldilməsi, iqtisadi artımın, əhalinin məşğulluğunun, pul dövriyyəsi-nin sabitləşdirilməsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin məcmusudur.
Fiskal siyasət milli iqtisadiyyata həm faydalı, həm də kifayət qədər ağrılı təsir göstərə bilər. Dövlət maliyyəsinin sabit iqtisadi artımın edilməsində əhəmiyyətli rol oynaması fiskal siyasətin işlənib hazırlanmasını və ardıcıl olaraq həyata keçirilmə-sini tələb edir.
Dövlətin həyata keçirdiyi fiskal siyasət aşağıdakı ictimai məqsədlərə cavab verməlidir:
- iqtisadiyyatda dövri tərəddüdlərin hamarlaşdırılması;
- iqtisadi artım sürətinin yüksəldilməsi;
- əhalinin tam məşğulluğuna nail olunması;
- infilyasiyanın mülayim sürətinə nail olunması.
Fiskal siyasətin əsas alətləri isə aşağıdakılardır:
- müxtəlif növ vergilər və vergi dərəcələri ilə manipulyasiya edilməsi;
- transfer ödənişlər;
- dövlət xərclərinin digər növləri.
Fiskal siyasətin alətləri iqtisadiyyata müxtəlif cür təsir göstərirlər. Dövlət satın-almaları dövlətin məcmu xərclərinin əsas elementlərindən biridir və onlar xərclərin səviyyəsinin artırılmasına səbəb olur.
Dövlət xərclərinin stimullaşdırıcı təsir göstərməsi üçün onlar vergi daxilolma-ları balansına maliyyələşdirilməməlidirlər. Vergi dərəcələrinin artımı işgüzar fəal-lığa olan stimulu azaldır, bu isə istehsalın həcminin aşağı düşməsinə səbəb olur. Buna görə də dövlət xərclərinin artımı bir qayda olaraq büdcə kəsiri ilə müşayiət olunur.
Beləliklə, istehsalın tənəzzülü dövrində öz xərclərini artırmaqla və inflyasiya ilə müşayiət olunan iqtisadi yüksəliş dövrində öz xərclərini azaltmaqla müşayiət olunan iqtisadi böhranları yüngülləşdirir, milli istehsalın həcminin artımına nail olur.
Avtomatik fiskal siyasət məcmu gəlirin dövri tərəddüdləri nəticəsində dövlət xərclərinin, vergilərin və dövlət büdcəsinin saldosunun avtomatik olaraq dəyişmə-sidir. Avtomatik fiskal siyasət iqtisadi yüksəliş dövrində dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik olaraq artmasını, iqtisadi tənəzzül za-manı isə dövlət büdcəsinə xalis vergi daxilolmalarının həcminin avtomatik olaraq azalmasını nəzərdə tutur. Bu müxtəlifliklər “quraşdırılmış özü tənzimləyici”lərin təsiri ilə baş verir.
Quraşdırılmış özütənzimləyici-dövlətin iqtisadi siyasətində müxtəliflik etmə-dən istehsalın və məşğulluğun səviyyələrindəki tərəddüdləri azaltmağa imkan ve-rən bir mexanizmdir. Belə avtomatik tənzimləyicilər aşağıdakılardır:
- iqtisadi yüksəliş dövrində məcmu tələbin qarşısını alan proqressiv vergi sistemi. Belə ki, əhalinin gəlirləri artdıqca bu gəlirlər daha yüksək dərəcə ilə ver-giyə cəlb olunurlar. Bu isə məcmu tələbin qarşısını alır. İqtisadi tənəzzül nəticəsin-də gəlirlər azaldıqda isə vergi dərəcələrinin aşağı salınması, əldə olan gəlirin art-masına səbəb olur. Bunun da nəticəsində məcmu tələbin stimullaşdırılması baş verir.
- iqtisadi tənəzzül dövrində işsizlərin sayının artması nəticəsində işsizliyə görə ödənilən müavinətlərin və digər sosial ödənişlərin həcmi artır. İqtisadi yüksəliş zamanı isə işsizliyin səviyyəsi aşağı düşür, bu isə öz növbəsində avtomatik olaraq həmin ödənişlərin həcminin azalmasına gətirib çıxarır.
Avtomat fiskal siyasətin əsas üstünlüyü ondadır ki, iqtisadi şəraitin azacıq də-yişməsi nəticəsində quraşdırılmış tənzimləyicilər yubanmadan işə düşürlər.
Avtomat fiskal siyasətin çatışmayan cəhəti isə odur ki, o, dövri tərəddüdləri yalnız hamarlayır, onları tamamilə aradan qaldıra bilmir.
İnflyasiyanın sürətinin aşağı salınması üçün isə restriksionist fiskal siyasət hə-yata keçirilir. Restriksionist siyasətə bəzən “qarşısını alan” siyasət də deyirlər. Bu siyasət dövlət xərclərinin azaldılması və vergi dərəcələrinin yüksəldilməsi yolu ilə həyata keçirilir. Qısamüddətli dövrdə restriksionist siyasət məcmu tələbi azaltma-ğa imkan verir və bununla da inflyasiyanın aşağı salınmasına köməklik edir. Uzun-müddətli dövrdə isə restriksionist siyasət istehsalın tənəzzülünə və işsizliyin artımına gətirib çıxara bilər.97

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin