«DƏDƏ qorqud kitabi»nin diLİ


Sağ-əsən varıb gələsən. Dünya-aləm



Yüklə 47,41 Kb.
səhifə3/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI

Sağ-əsən varıb gələsən. Dünya-aləm gözünə qaranqu oldu. Doyunca tıxa-basa yeyər. QonĢu haqqı, Tanrı haqqı deyib söylər. Qırx gün – qırx gecə toy-düyün elədilər. Gördü kim, oğru köpək yeyə-dada evini bir-birinə qatmıĢ. Tanrı-təala bizə bir yetman oğul verməz. Bəzən həmcins üzvlər kimi işlənir: Bir yigidin Qaradağ yumrusunca malı olsa, yıqar, dərür. Bəy yigitlər, cilasunlar, bir-birinə qoyulan çağda. Yazıdan, yabandan evə bir qonaq gəlsə...ol onu yedirər, içirər, ağırlar, əzizlər. Dədəm Qorqud... bu oğuznameyi düzdi, qoşdı. Uruşımdan, döyüşümdən aləmi doldurayım, Dönə-dönə savaşayım, dönə-dönə çəkişəyim.

Belə halda sürəklilik, qüvvətləndiricilik kimi üslubi məqsəd izlənir. Eyni məna müxtəlif sözlərlə verildikdə eyni sözün təkrarındakı üslubi iş icra olunur. Dastanda belə nümunələr var: zarlıq elədi, ağladı (bu,‖ağladı, ağladı‖ təkrarına bərabərdir). Yaxud: sağdır, əsəndir - sağdır, sağdır: qorxma, qayırma – qorxma, qorxma; ağlar, bozlar - ağlar, ağlar...və s.

Bəzən belə sözlər ayrı-ayrı səhifələrdə, müxtəlif cümlələrdə, işlənir: bəzən-yazı-yaban, bəzən də bir məqamda yazı, başqa məqamda yaban. Bu sinonimlərin müvaziliyi eyni zamanda onların bir-biri ilə mübarizəsi prosesidir. Gələcəkdə bunlardan ya biri (və ya bir neçəsi) arxaikləşir, digəri işlək qalır, ya da hər ikisi (və ya hamısı) dildə sabitləşir.

Dastanın dilində morfoloji (I şəxsin təkini bildirmək üçün həm –ayın, həm də-ayım, I şəxsin cəmini bildirmək üçün həm –alım, həm də -avuz, müzare üçün həm –ır, həm də -ar şəkilçilərindən və s. istifadə olunur). fonetik (uca-yuca, en-yen; binət-minət, yesir-əsir, əyər-yəhər, yiyə-iyə və s.), həmçinin fono-morfoloji (kiçi-kiçik, başla-başda, yanındakı-yanındaqı, qəribligə-qəribliqə, söyləməgim-söyləməğim və s.) tipli parale- lizimlər mövcuddur.

Abidənin dili morfoloji quruluş baxımından da qədimliyi ilə səciyyələnir. Həm qrammatik, həm də leksik şəkilçilərdə ilkinlik xüsusiyyətləri seçilir. Sözün morfoloji təkamülü haqqında müəyyən təsəvvür yaranır. Bir-iki konkret nümunəyə baxaq: kimi qoşmasının tərkibi: Anun biginin, xanım, bəbəkləri bitməsün. Bigi-// kibi/kimi silsiləvi inkişafı. Hələ -i mənsubiyyət şəkilçisi tək (kim+i) mənasını saxlayır, daşlaşmayıb. Yoxsa kimi+si şəklində işlənərdi. Bu gün tamam qrammatikləşən idi ünsürü abidənin dilində olmaq köməkçi felinin mənasına uyğun məqamlarda leksik vahid kimi işlənir. Yəni idi leksik mənadan hələ təcrid olunmayıb: –Dirsə xan burada oğlancığı sağ idigün yenə bildi‖, –Selcan xatun hal nə idigün bilüb söyləmiĢ‖, –Kim idigün bilin‖, –Oğlum idigin ondan biləyim‖. Sözün asemantikləşməməsinə başqa bir misal: –Böylə oğul mənə gərəkməz‖ Göründüyü kimi, gərək müstəqil leksik mənalı fel kimi işlənir. əvəzliyinin sonu saitli isim kimi mənsubiyyət şəkilçisi qəbul etməsi: –Ġç Oğuzda kimin nəsisən‖. Deməli, əvəzlik hələ isim-əşya mənşəyindən təcrid olunmayıb. Bəzən isimlərin atributivləşmə mövqeyi kəsb etmədiyi görünür: Bir yerdə ipək xalçası döĢənmiĢ idi (yoxsa –ipək xalça‖ olardı).

Qrammatik şəkilçi itir, ancaq izi qalır.‖Dayağı gedürsələr, dam yıqılur‖. Gedürmək burada götürmək, qaldırmaq mənasındadır. Şübhəsiz, onun əsli belədir: get+ir/dir (təsirlilik əlaməti). Götürmək feli də, görünür, həmin sözün (getmək) fonetik və semantik şəkildəyişməsidir. Abidənin dilində -(ə)t, - (ə)r, -(ə)l şəkilçiləri eyni hüquqda fəaliyyət göstərir. Hələ bu sinonim morfemlərdən heç birinə işləmə tezliyinə görə üstünlük vermək olmur: gözətmək, donatmaq, evərmək, oyarmaq, önəlmək, ulalmaq.

Aqlütinativlik dastanın dilində qədim toxunulmazlıq əlamətini saxlayır. Söz yaradıcılığında morfoloji üsul əsas yer tutur, nəinki müasir dilimizə, hətta milli-təşəkkül dövrünün sonlarına görə müqayisədə perifrastik şəkildə söz yaradıcılığı məhduddur. Aqlütinativliyin mahiyyəti burada nisbətən təmiz halda təzahür edir, analitiklik hələ dar və qırıq-kəsik cığırlarla gəlir, hələ özünə aydın yol açmamışdır.

Aqlütinativliyin sistemi bir bu cəhətdə görünür ki, leksik şəkilçi müəyyən nitq hissəsinə aid sözlərə artırılarkən təxminən məhdudlaşmır, geniş areal əhatə edir: quşlamaq (quş ovlamaq), boylamaq (boy söyləmək), ədəblənmək (ədəb göstərmək), casuslamaq (casusluq etmək), davalamaq (haqq- hesab çəkmək), qonaqlamaq (qonaq etmək), ulalmaq (ulu olmaq-böyümək), önəlmək (önə getmək felinin çoxmənalılıqları: sağalmaq, irəliləmək. Görünür, qorqudşünaslar tərəfindən onarmaq şəklində oxunub aşırmaq, avand eləmək mənalarını verən sözü də məhz önərmək kimi almaq lazımdır; -əl və -ər şəkilçilərinin sinonimliyini nəzərə alsaq, önəlönər eyni məna verir), aşıqlamaq (aşıq olmaq, vurulmaq ). Aqlütinativliyin başqa cəhəti budur ki, məna və fikir verilməsində ifadə, vasitə yığcamlığını təmin edir. Çapmaq, sürətlə getmək mənasını bildirmək üçün önəlmək felinə dərəcə məzmunu bildirən - şəkilçisi artırılır: ön-cə-lə(mək. Bu halda – şəkilçisi həm məntiqi, həm də emosional bir mətnin enerjisini özündə cəmləşdirir. Eyni sözü ərcil leksik vahidinin yaranması haqqında demək olar: -cil şəkilçisi heç olmasa bir cümləni əvəz edir. Yenə intensivlik məqamında şəkilçidən istifadə: yarımasın-yarcımasın. Yaxud cins, çeşid mənasını bildirmək üçün şəkilçinin işlənməsi: buğa – buğra və s.

Bütün bu məqamlarda aşkar qənaət məqsədi izlənir. Hətta qənaət bu mənada da müşahidə olunur ki, çoxsəsli şəkilçi daha yığcamı ilə növbələşir: bayımaq–la əvəzinə -ı; yünü (yüngüllük) -üllük əvəzinə -ü. Yaxud müasir dil baxımından müəyyən şəkilçilərin buraxılması:

Oğul atanun yetiridir-yetirmə əvəzinə yetir: ər ağırın, ər yünüsin at bilür-ağırlıq-ağır; Qolça qopuz götürüb eldən –elə, bəydən-bəyə ozan gəzə – bəylikdən-bəyliyə-bəydən-bəyə. Gəldi, geyəsisün geydi – geyinməlisini-geyəsisini.

Burada “geyəsisün” sözü vacib, lazım olan paltar, silah anlayışlarını bütünlükdə ehtiva edir. Söz mətn mövqeyində durur.

Kitab‖ın dilindəki canlı danışıq ifadələri də dövrümüzə qədər gəlmiş, bu gün də loru söz-ifadələr kimi yaşayır. Bir neçə misal: cici-bacı (nərmə-nazik qadın mənasında eynən qalır): Pəs varasan, bir cici-bacı türkmən qızını alasan, nagəhandan dayanam, üzərinə düĢəm, qarnı yırtıla? –dedi‖. Xurd, xurd-xaş (indi xurd-xəşil şəklində işlənir ) – Sükükləri xurd oldu; Qara buğa gəldigündə xurd-xaş elədün; Geyim- keçim: Geyimini, keçimini doğradı. Dözmək, tab gətirmək mənasında qatlanmaq, parçalanmaq əvəzinə qol-budaq olmaq, çatıb üstünü almaq yerində haqlamaq kimi danışıq dilinə məxsus söz-ifadələr «Dədə-Qorqud kitabı»nda eyni şəkildə, eyni mənada işlənir.

Yaxud tərəf, istiqamət bildirmək üçün indi danışıqda əl sözündən istifadə olunur. Eyni xüsusiyyət «Kitab»da bol-bol görünür: Sağım ələ baxdığumda qarındaşım Qaragüneyi gördüm, solum ələ baxdığumda dayım Aruzu gördüm, QarĢım ələ baxdığumda səni gördüm.

Sözün təhrifli təkrarı nəticəsində mürəkkəb söz almağa aid əsərdə geniş nümunələr vardır: qan-qun, yamrı-yumru, yolçu- yolaqçı, çoban-çoluq, dadım-dayəm... Bu forma da danışıq qəlibidir.

Həm canlı dil, həm də qədimlik elementlərindən biri kimi yamsılamalar diqqəti cəlb edir. Abidənin dilində bunlar həm söz yaradıcılığında kök kimi iştirak edir, həm də tərz, ton vermək üçün fe‘lə xidmət göstərir. Bu ikinci cəhət daha çox üslubi-ritmik keyfiyyətlə bağlı olduğundan (əsərin bədii nitq abidəsi olduğunu nəzərə alırıq ) daha çox maraq kəsb edir: Qaranqu axĢam olanda vaf-vaf ürən, Acı ayran töküləndə çap- çap içən. Köpək Qazanuŋ atınuŋ ayağına çap-çap düĢər, sək- sək səkilər. Söyləmdilər fısıl-fısıl. Bıldır-bıldır gözünün yaĢı rəvan oldu. Gumbur-gumbur nağaralar döyüldi. Gumbur- gumbur davullar çalındı. Qızı-gəlini qas-qas gülməz oldu. Qazan sağına baxdı, qas-qas güldi. Kömləgi görcək bəglər ökür-ökür ağlaşdılar. Ġt kimi gü-gü edən çirkin xırslı və s.

Məlumdur ki, adətən belə təqlidlər təqlid üstdə qurulan felin ilk hecasının alınıb, açıqdırsa, müvafiq samit artırılıb təkrar edilməsi ilə düzəlir və fe‘lin mənasına intensivlik, sürəklilik verir. Məsələn, gurlamaq – gur-gur gurlamaq, zarımaq – zar-zar zarımaq və s. Bu təqlidlər tərz-hərəkət zərfi mövqeyindədir. İlk yarandığı dövrdə ancaq müvafiq fe‘l səmtində işlənən bu təqlidlər sonrakı abstraksiya nəticəsində qrammatikləşir, əsası sayılan fe‘ldən təcrid olunur, məhvərindən uzaqlaşır. Beləliklə, konkret tərz-hərəkət zərfinə çevrilir və semantikası uyğun gələn (demək, şəkli vacib olmur, məna əsas götürülür ) hər bir fe‘llə işlənir. İndi dilimizdə yanmaq fe‘li ilə işlənən par-par (par-par yanmaq) təqlidi əslində par-par parlamaq qəlibindən gəlir. Yaxud zar-zar ağlamaq modelinin əsası zar-zar zarımaq qəlibidir və s.

«Kitab»dan verdiyimiz nümunələrdə ilk etimoloji sifətində ancaq bir təqlid işlənir: sək-sək səkilmək. Şübhəsiz ki, başqa təqlidlər də öz fe‘l kökündə istifadə olunmuşdur: gumbur- gumbur gumbuldamaq, fısıl-fısıl fısıldamaq, qas-qas qaqqıl-damaq, ökür-ökür ökürmək (hönkür-hönkür hönkürmək) və s. Nümunələr göstərir ki, bu təqlidlər çox qədimlərdən zərf kimi işlənməyə başlamış, artıq ilkin orta əsrlərdə (I minillikdə) abstrakt şəkildə özünü təqdim etmişdir. Bu o cəhətlə də bağlıdır ki, müasir dilimizdəkindən fərqli olaraq, tarixən zərfin diferensial göstəriciləri dolğundur. «Kitab»ın dilində –yumru-yumru ağlamaq‖ ifadəsinə də təsadüf olunur. Görünür, bunun əsasında yığlamaq feli dayanır: forma (yumru-yumru yığlamaq) ya təqlid kökü, ya da alliterasıya ritmi üzrə yaranır.

Yeri gəlmişkən qeyd edək ki, dilçilikdə daxili obyektli fe‘l adlanan forma da Azərbaycan dilində məhz bu motivdə, təqlidlə, təqlidi fe‘lin analogiyası üzrə meydana çıxır: burada da ilk mərhələ kimi fe‘lin konkret əşya-obyektlə bağlılığı var: sonrakı abstraksiya prosesində fe‘l öz obyektindən təcrid olunur və sərbəstləşir. Eyni zamanda üslubi ritmik məqsəd izlənir. Nümunələr: iş işləmək – Hər nə olsa, Qorqud ataya danışmayınca işləməzlərdi. Boy boylamaq, söy-söyləməkDədəm Qorqud gəldi, Ģadlıq çaldı, boy boyladı, söy söylədi. Ün ünləmək, av avlamaq, quş quşlamaqÜnüm ünlən, sözüm dinlən, bəglər!.. Av avlayalım, quş quşlayalım... yeyəlim, içəlim. Gözə gözükmək Gözükməyəsən, yoxsa səni öldürərəm - dedi. Casusu casuslamaq - Kafirüŋ casusu bunları casusladı. İz izləmək - İzin izlədi getdi. Maraqlıdır ki, bunlardan bəziləri abstraksiya həddinə çatıb yaşayır: avlamaq (av avlamaqdan), söyləmək (əsli: söy söyləmək və ya söz söyləmək), yollamaq (yol yollamaqdan). Ancaq bəziləri təcrid oluna bilmir, arxaikləşir: quş-quşlamaq, ün ünləmək. Quşlamaq anlayışı avlamaqda ehtiva olunur. «Dədə-Qorqud kitabı» üçün daxili obyektli fellərin ünsiyyət əhəmiyyətindən daha ziyadə melodiya yaratmaq əhəmiyyəti vardır. Bu, əsərin dilində şeiriyyət yaradan çoxlu üslub fiqurlarından biridir.

«Dədə Qorqud»un dili ilkin orta əsrin dil xüsusiyyətlərinin təsəvvürünü verir. Şübhəsiz ki, əsərin XI və XV əsrdə yazıya alınmış nüsxəsində yazılı dövrün əks-sədası olmalı idi və var. Bu, birinci növbədə, dastanın dilinə ərəb-fars sözlərinin daxil edilməsidir – yəqin ki, bu leksika artıq XV əsr üçün

arxaikləşmiş türk mənşəli sözlərin müqabili idi. Yaxud onomastik vahidlərdə əlavələr hiss olunur. Müqəddimədə ərəb mənşəli xüsusi isimlərin-islam antroponimiyasının işlənməsi, dastanda İstanbul adının çəkilməsi (yazıya alan şəxs mövcud coğrafi koordinatdaki keçmiş adı müasiri olduğu, tanıdığı toponim ilə avtomatik əvəz edir və bu halda İstanbuldakı Aya-Sofya da əlavə olunur) və s.

Eyni zamanda dastanın dilində XI əsrdən əvvəli göstərən xüsusiyyətlər də var. Əvvələn, dastanın qədimliyinə aid ekstra- linqvistik işarələr buna misaldır. Dastanın birinci cümləsi belədir: –Rəsuləleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata deyərlər bir ər qopdı‖ - bu, birinci minilliyin VII əsridir. Əlbəttə, bunu tarixi fakt saymaq mümkün deyil, ən azı ona görə ki, «Dədə Qorqud» hadisələri daha qədimlərə gedir (Domrul obrazının qədim mifoloji məzmunu ilə bağlı bu kitabın əvvəlki bəhsinə bax). Görünür, qəhrəmanlıq dastanında bu xüsusiyyət olur ki, xalqın tarixində siyasi- mənəvi dönüş nöqtələri onda əks olunur. Həm də abidədəki Dədə Qorqudda kahin-şaman-peyğəmbər əlamətləri olduğundan dastana islam dünyagörüşü vizası verilərkən o, Məhəmməd peyğəmbərlə əlaqələndirilir. Bu ifadə XV əsrdə də əlavə oluna bilərdi, XI əsrdə də, əvvəlki əsrlərdə şifahi dilimizdə də. Hər halda bu hadisə dastanın VII əsrdə meydanda olduğuna dəlalət edir. Oğuzların bol-bol şərab işlətmələri, məstliyin etnik mərasim faktı kimi görünməsi də süjetin islamdan əvvələ getdiyinə dəlalətdir. Dastandakı güclü qadın kultu da islamla bir araya sığmır. Əsərin dini-mifolji ruhunda islam yoxdur, islam ona ara-sıra yapışdırılır və həmin yamaq yerləri aydınca görünür. Başqa qədim bir adətin izi – oğlu Buğacı Dirsə xana şeytanlarkən namərdlər bir –dəlil‖ gətirirlər: –Qalxıbanı, Dirsə xan, sənüŋ oğlıŋ yeründən uru turdı... Al Ģərabuŋ istisindən aldı, içdi. Anasıyla söhbət elədi, atasına qəst eylədi. Dirsə xan bu xəbərə inanır və oğlunu öldürmək qərarına gəlir. Görünür, dastanın yaranması zərdüştlüyün hökm sürdüyü dövrə aiddir, ya da zərdüştlükdən yeni ayrılmışlar. Əgər oğulun anası, bacısı ilə, ərin qızı ilə yaşamaq hüququnu qanuni sayan bidət bu mühitə yad olsa idi, Dirsə xan həmin böhtana inanmazdı və namərdlər də beləsini yox, ayrısını uydurardılar. Dastanın sonrakı islamlaşma proseslərində bu bidət təshihçilərin nəzərindən yayınıb. Hətta bu detal onu da göstərir ki, dastan, görünür, daha qədimlərdən yazıya alınıbmış, şifahi yaşanışda, bu dərhal düzəldilməli idi.

Qədimliyə aid hadisə-faktları xeyli artırmaq olar. Dil faktları da hadisə-süjet elementləri ilə üst-üstə düşür. Antroponimlər islamdan qabaqkıdır – bizim istər məhəbbət, istərsə qəhrəmanlıq dastanlarımızdan heç birində bu ad sistemi görünmür. Nə islam dini, nə də ərəb-fars lüğətləri bu adlara müdaxilə etməyib: Qorqud, Bayındır, UlaĢ oğlu Salur Qazan, Uruz, Səlcuq oğlu Dəli Dondar, Qaragünə oğlu Qarabudaq, Aruz Qoca, Qazlıq Qoca, Baybura, Bamsı Beyrək, Yegnək, Duru, Qaracıq Çoban, Qabangüc, Dəmirgüc, Əmən Qoca oğlu Alp Ərən, Duxa Qoca oğlu Dəli Domrul, Basat, UĢun Qoca oğlu Səgrək, Qanlı Qoca oğlu Qanturalı, Dirsə xan, Buğac, Qoğan Aslan, Qıyan, Bəkil, Əgrək, QılbaĢ, Yalançı oğlu Yalıncuq, Boyu uzun Burla xatun, Banıçiçək, Qısırca Yengə, Selcan xatun, Qarıcıq, Qaba Ağac, TərsuzamıĢ və s.

Bilindiyi kimi, qədim türk-Azərbaycan şeiri üçün heca və alliterasiyanın ikisi də başlanğıcdır. Ancaq tarixən alliterasiya nisbətən fəal olmuşdur. –Dədə-Qorqud‖da da şeir tərəzisinin alliterasiya gözü ağırdır. Halbuki «Dədə Qorqud»un yazıya alındığı vaxtda yazılmış M.Kaşğari –Divan‖ında toplanan xalq yaradıcılığı nümunələrində heca fəaldır, alliterasiya epizodikdir və dördlüklərdə məhz hecanın tərkib hissəsidir, hecanın ritminə xidmət edir. Deməli, –Dədə-Qorqud‖ daha qədim şeir texnologiyası ilə yazılmışdır.

–Dədə-Qorqud‖ dilinin daha qədim dövrlərin məhsulu olmasının dəlaləti kimi iki sintaktik xüsusiyyətinə diqqət yetirək.

Diqqəti ilk çəkən etnik-kulturoloji əlamətlərlə səciyyələnən intonasiya sintaksisi təmiz türkcədir. ‖Dədə- Qorqud‖un son yazıya alındığı vaxta yaxın – XVI əsrin əvvəlinə aid bir nəsr nümunəsinin sintaktik intonasiyası ilə müqayisə: –Hər yerdə ki, məhəbbət binasunı qoyubdur, asari-möhnətdən bir qapu ana açubdurlar və hər meydana ki, dostlığ aləmi durğuzubdurlar, bəlalar qoĢunı ana mülazim eyləyübdürlər. Hər kim, həqq-təala anı sevər, anı bəlalara mübtəla eylər və möhnətlərə giriftar edər və...‖ (–ġühədanamə‖); –Dəmir qapu Dərvənddəki dəmir qapuyi qapub alan, altmıĢ tutam ala göndərinün ucında ər bögürdən, Qazan kibi pəhləvani bir savaĢda üç kərrə atundan yıqan Qıyan Səlcuq oğlı Dəli Tondar çapar yetdi: –Çal qılıcın, ağam Qazan, yetdim‖ - dedi.




Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin