Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə18/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   131
Üçüncü problem

Empirik sosiologiyada biliyin əldə edilməsi prosesinin çətinliyi. Bizim elmimizin spesifikası həm də ondadır ki, başqa elmlərdən fərqli olaraq onun qarşısında dörd məqsəd durur: anlamaq, təsvir etmək, izah etmək, gələcəyi qabaqcadan demək.

Adətən elmin məqsədlərinin təsvir edildiyi bütün lüğətlərdə ancaq son üç məqsəd göstərilir. [21, səh.403] Bu funksiyalardan birincisi bir çox müxtəlif nəzəriyyə və cərəyanların mövcudluğunda öz təcəssümünü tapıb. Təsvir etməyin məqsədinə gəldikdə isə etiraf etmək lazımdır ki, sosioloqlar sosial reallığı təsvir etməyi yaxşı öyrəniblər. Hansı paradiqmanın çərçivəsində (statistik və ya humanitar) keçirilmələrinə baxmayaraq, tədqiqatların demək olar ki, əksəriyyəti təsviri xarakter daşıyır. İzahetmənin məqsədinə gəldikdə isə ona ayrıca götürülmüş nəzəriyyələrin hüdudlarında anlamanın müəyyən xarakteri əsasında nail olmaq olur. Ayrıca götürülmüş nəzəriyyə sosial reallığın müəyyən anlanmasından yaranır. Gələcəyi qabaqcadan bildirməyə gəlincə isə, buna ancaq sosial sistemlərin analizi sahəsində nail olmaq olar. Həm də bu zaman qabaqcadan gələcəyi demək kifayət qədər dar şəkildə şərh olunur.

«Biz nə qədər çox bilməliyik ki, nə qədər az bildiyimizi başa düşək» kimi tezisin anlanması gələcək sosioloqlar üçün xüsusilə mühümdür. Sosial reallıq o qədər mürəkkəbdir ki, dərketmə prosesi, göründüyü kimi, təkcə bir sosioloji nəzəriyyəyə əsaslana bilmir. Buna görə də eyni bir tədqiqat məsələsi çoxlu yanaşmaların, üsulların, yolların, metodların, texnikaların istifadə edilməsi ilə həll oluna bilər.

Yuxarıda qeyd olunmuş anlayışlar həm də empirik interpretasiyaya malikdirlər. Məsələn, «anlamaq» empirik səviyyədə «metodun dərk olunma imkanı», «adekvatlıq», «interpretasiya sərhədləri» və s. kimi anlayışlarla əlaqədə olur. İzah etmənin məqsədlərinə məlumatların analizinin alçalan strategiyaları xidmət edirlər.

Gələcəyi qabaqcadan deməyin məqsədlərinə modelləşdirmə metodları, o cümlədən də riyazi modelləşdirmə metodları xidmət edirlər. Təəssüf ki, biz yenə də yeni termin işlətdik. O, çox geniş izah olunur. Bizim üzləşəcəyimiz hər şeyi modelləşdirmənin fraqmentləri kimi göstərə bilərik. Sadə göstəricinin yekunu – modelləşdirmədir. Sosial fenomenin öyrənilməsinin məntiqi sxemi – modelləşdirmədir. Amma, eyni zamanda elə bir bütöv elm sahəsi mövcuddur ki, həmin sahə sosial proseslərin modelləşdirməsi adlandırılır.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin