Diplom iŞİ Tələbə : Bayramov Rauf Maliyyə, 4-cü kurs, bakalavr dərəcəsi Elmi rəhbər: Əsgərzadə Qədir Bakı 2019


II Fəsil Beynəlxalq Valyuta Fondu və onun maliyyə böhranlarında rolu



Yüklə 365,8 Kb.
səhifə4/6
tarix10.01.2022
ölçüsü365,8 Kb.
#109215
1   2   3   4   5   6
II Fəsil

Beynəlxalq Valyuta Fondu və onun maliyyə böhranlarında rolu.

2.1. Beynəlxalq Valyuta Fondunun yaranması, məqsəd və vəzifələri.

Beynəlxalq Valyuta Fondu dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən, maliyyə resurslarının bölgüsünü təmin edən ən mühüm beynəlxalq təşkilatlardan biridir. Dünya valyutasının monitorinqini həyata keçirmək, müxtəlif ölkələr arasında ödəmə sistemini təşkil etmək, ödəmə balansında borcu olan ölkələrə kreditlər vasitəsi ilə yardım etməyi qarşısında məqsəd qoyan Fond qlobal inkişaf və iqtisadi sabitliyə kömək etmək məqsədi ilə fəaliyyət göstərir.

Beynəlxalq Valyuta fondunun yaradılmasının labüdlüyü hələ 1922-ci ildə yaradılmış Gemeya valyuta sisteminin dağılması, 1929-1933-cü illər iqtisadi bühranın dağıdıcı təsirləri, İkinci Dünya müharibəsi illərində və sonra əksər ölkələrin iqtisadiyyatında sabitliyin olmaması ilə bağlı dünyada valyuta –iqtisadi tənzimlənmənin yaradılması ilə bağlı olmuşdur. [24.s.16]

Hələ 1943-cü ildə müharibədən sonrakı dövrdə Beynəlxalq Valyuta münasibətlərinin qaydaya salınması ilə bağlı C.Keyns (Böyük Britaniya) və H. Uayt (ABŞ) iki layihə təqdim etmişdi. Onlar texnokratik layihələr kimi təqdim edilsələr də, hər bir layihə öz ölkəsinin maraqlarını ön plana çekirdi. Məhz bu amil Fondun fəaliyyətinin ilk başlanğıcından siyasiləşməsini müəyyən etmişdi. Fondun yaradılmasında hər iki layihənin müəyyən müddəalarını qəbul etməklə kompromis variantdan istifadə edilmişdir: yəni “Keynsin irəli sürdüyü Beynəlxalq Valyuta Vahidinin yaradılması və dondurulmuş kreditllərin bərpa edilməsi ideyalarını saxlamaq şərti ilə amerikan layihəsində nəzərdə tutulan qızıla böyük yer verilməsi önə çəkilmişdir”. [24.s.27]

1944-cü ilin 1-22 iyul tarixlərində ABŞ-ın Nyu-Hempşir ştatının Bretton – Vuds qəsəbəsində keçirilən Birləşmiş Millətlər Təşkilatının Beynalxalq Valyuta Konfransında yeni, daha sabit beynəlxalq iqtisadi sistem qurmaq və böyük səhvli xərclərdən qaçmaq məqsədi ilə Beynəlxalq Valyuta Fondunun yaradılması qərara alınmışdır. Konfransda qızıla və iki əsas valyutaya ABŞ dolları və ingilis funt – sterlinqinə əsaslanan qızıl deviz standartı qəbul edildi ki, ona çox zaman qızıl valyuta standartı deyilir. Lakin Bretton – Vuds valyuta sistemi dolları, üstün mövqəyə çıxarmaqla Amerika Birləşmiş Ştatlarına siyasi və iqtisadi üstünlük verdi. Dollar xarici ticarət hesablaşmalarını inhisarlaşdırdı. [8.]

Bretton – Vuds Konfransının qəbul etdiyi qərarla 1945 – ci ilin dekabr ayında BMT – nin iki xüsusiləşmiş təşkilatı – Dünya Bankı və Beynəlxalq Valyuta Fondu təsis edildi, 1946-cı ilin may ayında isə bu təşkilatlar fəaliyyətə başladı.

Beynəlxalq Valyuta Fondu rəsmi olaraq 1945-ci ilin dekabr ayında ilk 29 üzv ölkənin onun Razılaşma Maddələrinin imzalamasından sonra yaranmışdır. Fond 1947-ci ilin mart ayının 1-indən fəaliyyətə başladı. Elə həmin il Fransa Beynəlxalq Valyuta Fondundan borc alan ilk ölkə oldu. [8.s.17] SSRİ Bretton – Vuds Konfransında iştirak etsə də soyuq müharibə ilə əlaqədar BVF-nun Razılaşma Maddələrini ratifikasiya etmədi. SSRİ və sosialist ölkələri Fonda üzv olmadılar. Lakin XX əsrin 50-60-cı illərində müstəmləkə sisteminin dağılması ilə bağlı müstəqil dövlətlərin yaranması təşkilatın üzvlərinin sayının artmasına səbəb oldu. 90-cı illərdə Dünya Sosialist Sisteminin və SSRİ – nin dağılması ilə əlaqədar soyuq müharibənin qurtarması bu dövlətlərin də Fonda daxil olması ilə nəticələndi. Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fondu ilə 1992 –ci ilin 18 sentyabrından əməkdaşlıq edir. [32] 2004 – cü ildə Beynəlxalq Valyuta Fondu – qlobal üzvlüyə malik 188 dövləti əhatə edirdi.

Beynəlxalq Valyuta Fondunun I maddəsində onun yaradılmasının məqsədləri, aşağıdakılar elan edilmişdir:



  • Beynəlxalq valyuta əməkdaşlığına imkan yaratmaq;

  • Beynəlxalq ticarətin artımını və inkişafını təmin etmək, əhalinin məşğulluğunun və real gəlirlərinin yüksək səviyyəsinə, istehsal ehtiyatlarının inkişafına nail olmaq;

  • Sabit valyuta mübadiləsinə kömək etmək və rəqabətlə əlaqədar valyutaların qiymətdən düşməsinə imkan verməmək;

  • Dünya ticarətinin inkişafına maneə yaradan valyuta mübadiləsi məhdudiyyətlərinin ləğv edilməsi və çoxtərəfli hesablaşmalar sisteminin yaradılması;

  • Hər ölkənin tədiyyə balansının disproporsiyalarının artmasının qarşısını almaq, müvazinətinin pozulmasına imkan verməmək məqsədi ilə onlara müəyyən müddətə xarici valyuta vermək. [38.]

Beləliklə, Beynəlxalq Valyuta Fondunun əsas məqsədi beynəlxalq valyuta əməkdaşlığının stimullaşdırılması, pul – kredit sahədsində beynəlxalq əməkdaşlığın təşviq edilməsi, mübadilə məzənnələrinin sabitliyinə kömək edilməsi və valyuta sahəsində qaydaların tənzimlənməsi, üzv dövlətlərin tədiyyə balasında kəsirin aradan qaldırıması v.s ibarətdir.

Bu gün Beynəlxalq Valyuta Fondu 150 milyard SDR (xüsusi əvəzetmə hüququ) yəni 200 milyardan dollardan çox kapitala 189 dövlətin üzv olduğu BMT-nin ixtisaslaşmış orqanı formasında səhmdar sxemi üzrə beynəlxalq təşkilatdır.[38.]

Dünya valyuta sisteminin təkamülü və BVF – nın fəaliyyətinin transformasiyası ilə əlaqədar olaraq onun Nizamnaməsinə 3 dəfə yenidən baxılmışdır:


  • 1969-cu ildə SDR sisteminin tətbiqi ilə əlaqədar;

  • 1976-78 -ci illərdə Yamayka valyuta sisteminin yaradılması ilə əlaqədar;

  • 1990 -1992-ci illərdə Fonda borclarını geri qaytarmayan ölkələrin səsvermə hüququndan məhrum edilməsi ilə əlaqədar;

Bunlardan əlavə, BVF-nin Müdirlər Şurasının 1997-ci ildə SDR – in xüsusi birdəfəlik buraxılışı ilə əlaqədar qəbul etdiyi Nizamnaməyə dördüncü əlavələr üzv dövlətlər tərəfindən ratifikasiya mərhələsindədir.[25.s.394]

Dünya iqtisadiyyatının tənzimlənməsində Beynəlxalq Valyuta Fondunun ən əsas funksiyaları aşağıdakılardır:



  • Fonda üzv ölkələrin valyuta siyasətinə nəzarət etmək;

  • Maliyyə - kredit fəaliyyəti;

  • Texniki kömək;

  • SDR (special drawing rights) emissiyası;

Beynəlxalq Valyuta Fondunun əsas vəzifəsini beynəlxalq pul-kredit və maliyyə sisteminin sabitliyinin təmin olunması təşkil etdiyindən nəzarət funksiyası xüsusi əhəmiyyət kəsb edir. Bu funksiya üzv ölkələrin valyuta kurslarının müəyyən olunması sahəsində siyasətlərinə nəzarət etməklə bağlıdır. Hər bir üzv ölkə Beynəlxalq Valyuta Fondun tələbi ilə ölkə iqtisadiyyatının real pul, büdcə və xarici bölmələrinin vəziyyəti barədə Fonda məlumat verməyə borcludur. Nəzarət zamanı valyuta kurslarını destabilizasiya edə biləcək disbalanslar müəyyən olunur. Nəzarət funksiyası dialoq rejimində iqtisadi siyasət məsələləri üzrə müntəzəm məsləhətləşmələr vasitəsi ilə tətbiq olunur. İldə bir dəfə Fond üzv ölkələrdə iqtisadi vəziyyətin hərtərəfli qiymətləndirilməsini həyata keçirdir. Onların nəticələri Beynəlxalq Valyuta Fondunun xüsusi hesabatında (World Economic Outlook) dərc olunur.

Texniki kömək ölkələrin səmərəli maliyyə - kredit siyasətini işləmələri və həyata keçirilmə imkanlarının genişləndirilməsi məqsədi ilə BVF tərəfindən əvəzsiz olaraq vergi və pul – kredit siyasəti, valyuta siyasəti, bank və maliyyə sistemində tənzimləmə, milli statistika indikatorlarının beynəlxalq standartlara uyğunlaşdırmaq üçün statistika sahəsində həyata keçirilir.

Beynəlxalq Valyuta Fondunun maliyyə - kredit fəaliyyəti ilə bağlı funksiyasının əsas mahiyyətini üzv ölkələr tədiyyə balansının ödənilməsi zamanı çətinliklər çəkəndə, bu çətiniklərin aradan qaldırılması üçün BVF – ə islahatlar proqramını təklif edir. Bu maliyyə köməyi ölkələrə tədiyyə balansının problemlərini həll etməyə imkan yaradır. BVF tərəfindən maliyyələşdirilən müvafiq proqramlar milli hökumətlər tərəfindən fondla sıx əlaqəli şəkildə işlənilir. Fond tərəfindən bu proqramların işlənilməsinə maliyyə yardımı göstərilməsi məsələsi isə ölkənin işlənmiş proqramı hansı dərəcədə səmərəli tətbiq etməsindən asılı olaraq müəyyənləşdirilir.

BVF-nin fəaliyyətində əsas istiqamətlərdən birini ilk növbədə kredit fəaliyyətini tam təmin etmək üçün resursların artırılmasının yeni mənbələrinin axtarılması təşkil edir. Əvvəlcə onu qeyd edək ki, BVF-in maliyyə resursları fərdi resurslardan (kvotasına müvafiq hər bir ölkənin nizamnamə kapitalına ödənişləri) BVF – nın resurslarından istifadə müqabilində faiz gəlirlərindən və bir çox borc vasitələrindən ibarətdir. Ölkə BVF - yə üzv olanda onunla eyni iqtisadi ve maliyyə parametrlərinə sahib üzv dövlətlərin kvotası miqdarında ilkin kvota qoyulur. (26 dövlət) ödənişlərindən əldə olunan kapital yalnız 8 milyard dollar təşkil edirdi. Üzv dövlətlərin sayının artması (188 dövlət kimi) və 5 ildən bir kvotaların miqdarına yenidən baxılması nəticəsində Fondun kapitalı 2014 – cü ildə 250 milyard dollardan çox olmuşdur.

BVF beynəlxalq valyuta rezervlərini (ehtiyatlarını) bərpa etmək üçün SDR (xüsusi əvəzetmə hüququ) emissiya etmək funksiyasına malikdir. XX əsrin 60 – cı illərində qızıl hasilatının çox yüksək artımı beynəlxalq likvidliyin artırılmasının zəruriliyini ortalığa atdı. BVF xüsusi əvəzetmə hüququndan istifadə edilməsini təklif etdi. SDR –lə işləmək üçün Fondun Nizamnaməsinə dəyişiklik edildi. SDR - ə digər valyutalara yanaşılan kimi yanaşılmalı idi. SDR – in kursu gündəlik olaraq bir neçə aparıcı dönərli valyutanın kursu ilə müəyyənləşdirilir. SDR – in ilk emissiyası 1970 – ci ildə oldu. SDR beynəlxalq ehtiyat aktividir və BVF – nin üzv ölkələri tərfindən hesablama vahidi kimi işlədilir. Bir çox hallarda “kağız qızıl” adlandırılan SDR – in emissiyasında əsas məqsəd BVF – nin üzv dövlətlərinin dünya rezervlərini qızıldan və ya ABŞ valyutasından asılı halda qalmasını istəməməsi idi. Beynəlxalq iqtisadiyyatda SDR dünya rezervlərinin 2%-ni təşkil edir və üzv dövlətlər arasında onların kvotasına görə paylanır. [25.s.398]

Nizamnaməsində təsbit olunmuş məqsədlərin uğurla həyata keçirmək və funksiyalarını yerinə yetirmək üçün Fond dolğun informasiyaya malik olmalıdır. Bu səbəbdən də hər bir üzv dövlət aşağıdakılarla əlaqədar Fonda müfəssəl məlumat verməlidir:



  • Özünün qızıl və valyuta ehtiyatları barədə;

  • Tədiyyə balansının ödəmə qabiliyyəti barədə;

  • Ölkədə pul tədavülünün vəziyyəti haqqında;

  • Xarici investisiyalar haqqında;

Məhz bu məlumatların əsasında Beynəlxalq Valyuta Fondu üzv dövlətlərin müasir iqtisadi durumunu analiz edir, öz kredit resurslarını onların arasında bölüşdürür və hər ildə iki dəfə nəşr olunan World Economic Outlook (Dünya İstisadi Durumu) və Global Financial Stability Report (Qlobal Maliyyə Sabitliyi haqqında Məruzə) dərgilərində ayrı –ayrı ölkələrin və bütövlükdə dünyanın valyuta sisteminin inkişafı haqqında proqnozlarını nəşr etdirir.

Reallıqda Beynəlxalq Valyuta Fondu üç məsələni həll edir:



  • Özünün Nizamnaməzi ilə müəyyən olunmuş pozitiv valyuta davranışı kodeksinin tətbiqinə nəzarət edir (valyuta mübadiləsinin sabitliyi, cari hesablaşmaların azad şəkildə həyata keçirilməsi, ayrıseçkiliyin olmaması, valyutaların dönərliyi, xarici tarazlıq), xüsusilə üzv ölkələrin iqtisadi siyasəti üzərində “ciddi nəzarətin” həyata keçirilməsi;

  • Lazımi iqtisadi siyasət vasitəsi ilə ödəmələrin tarazlığının pozulmasının qarşısının alınması və ona düzəlişlər etməklə maliyyə resurslarının verilməsi;

  • Valyuta sahəsində ölkələrin əməkdaşlığı və fəaliyyətinin razılaşdırılması istiqamətində xüsusi bir mexanizm kimi çıxış etməsi. [8.]

Beynəlxalq Valyuta Fondunun fəaliyyəti bir neçə prinsipə əsaslanmaqla gərçəkləşir. Bunlar aşağıdakılardır:

  • Tənzimlənmədən yayınmaq üçün beynəlxalq valyuta sistemi və valyuta kursu ilə bağlı manipulyasiyaların qadağan olunması;

  • Valyuta böhranlarını aradan qaldırmaq üçün (lazım olanlar) valyuta bazarlarına müdaxilə edilməsi;

  • Hər bir üzv ölkənin özünün maliyyə və valyuta siyasətində valyutasından istifadə etdiyi tərəfdaş dövlətlərin müdaxiləsini nəzərə alınması.

Təşkilati cəhətdən Beynəlxalq Valyuta Fondu səslərinin sayı iştirakçı dövlətlərin əsas kapitaldakı payı ilə müəyyən olunan səhmdar cəmiyyətinə oxşadır. Belə ki, Fondda səslərin 60 % - çoxu İnkişaf etmiş dövlətlərin payına düşür.

Beynəlxalq Valyuta Fondunun ali rəhbər orqanı Müdürlər Şurasıdır. Buna hər üzv dövlətdən bir müdir və onun müavini daxil olur və o ildə bir dəfə toplanır. Bu şuranın tərkibində müvəqqəti komitə (24 üzv) yaradılır. Şura öz səlahiyyətlərin müəyyən qisminin icrasını İcrayyə Komitəsinə tapşırır. Müdirlər Şurasında qərarlar səs çoxluğu ilə qəbul olunsa da, ABŞ və Avropa Birliyi Fondun hətta maksimum səs tələb edən (85 %) qərarlarının qəbulunda veto qoya bilərlər. Bu da o deməkdir ki, ABŞ aparıcı qərb dövlətləri (AB) ilə birlikdə BVF – də qərar qəbulu prosesinə nəzarət etmək imkanlarına malikdir və bu səbəbdən də Fondun fəaliyyətini öz maraqlarına uyğun istiqamətə yönəldə bilir.[9.s.361] İnkişaf etməkdə olan ölkələr də onlara sərf etməyən qərarların qəbuluna yol verməyə bilərlər, lakin onlar arasında birliyin olmaması bunu mümkünsüz edir.

BVF – nin İcrayyə Komitəsi 5 illiyinə onun İcarçı Direktorunu (Executive Board) seçir və o, Fondun əməkdaşları ştatına rəhbərlik edir.

Beynəlxalq Valyuta Fondunun təşkilatı quruluşunda Beynəlxalq Valyuta və Maliyyə komitəsi (İnternational Monetary and Financial Committee) olub, dünya valyuta sisteminin fəaiyyəti üçün strateji qərarlar hazırlayır, İcraiyyə Komitəsinin fəaliyyətini istiqamətləndirir.

Cədvəl 1: BVF-nun idarəetmə orqanları:

BVF eyni zamanda dünyada yoxsulluğun aradan qaldırılmasına yönəldilmiş fəaliyyətlə də məşğul olur. Güzəştli kreditlər verilməsi yolu ilə göstərilən maliyyə köməyi yoxsulluğun aşağı salınması və artımın stimullaşdırılması proqramı (Poverty Reduction and Growth Facility, PRGF), eləcə də yüksək böyük xarici borcları olan kasıb ölkələrdə borc yükünün aşağı salınması (Heavily Indebted Poor Countries; HIPS initiative) proqramına uyğun olaraq həyata keçirilir. [9.s.361]

BVF – nın kapitalı yazılma yolu ilə üzv dövlətlərin ödədikləri haqqlardan əmələ gəldiyindən hər bir ölkə SDR-də ifadə olunmuş kvotaya malik olur. Kvota aşağıdakıları müəyyənləşdirir:


BVF – də hər bir ölkənin kvotasının miqdarı həmin ölkənin dünya iqtiadiyyatı və ticarətindəki xüsusi çəkisi əsasında müəyyənləşdirilir.

Mənzil qərargahı Vaşinqton şəhərində yerləşən BVF borclu ölkələr üçün mütləq xarakter daşıyan tövsiyyələrində ciddi monetar siyasət rəhbər tutmaqla kreditləşmənin şərtləri və məqsədlərindən asılı olaraq borc verilməsində kreditləşmənin adi praktikasından ehtiyat payları “Stendbay” sazişi təkrar və əlavə maliyyələşdirmə, genişləndirilmiş kreditləşdirmə mexanizmlərindən istifadə edir.

Dünya Bankı yalnız kasıb ölkələrə kredit verdiyi halda, BVF qısa müddətli maliyyə öhdəliklərinin ödənilməsi üçün xarici valyutanın çatışmazlığı ilə qarşılaşan istənilən üzv ölkəsinə kredit verə bilir.

BVF – nin fəaliyyətinin ABŞ yönümlü olması böhran vəziyyətindən çıxmaq üçün tövsiyyələrinin səmərəsiz olması, kredit ayrılması zamanı kifayət qədər ağır şərtlər irəli sürməsi onun fəaliyyətinin tənqid olunmasının əsas səbəbləridir.

2.2. Beynəlxalq Valyuta Fondunun maliyyə böhranlarında rolu.

Fransa tədqiqatçısı M.Lelart Beynəlxalq Valyuta Fondunun fəaliyyətinin əsas istiqamətlərinin təkamülünün aparıcı səhmdarlarının görmək istədikləri iqtisadi inkişaf modelinə uyğun tərzdə olduğunu qeyd edir. Yəni, dünya maliyyə və valyuta –kredit münasibətlərinin tənzimlənməsində BVF –nin səlahiyətləri və rolu (“BVF jandarm”, “BVF professor”, “BVF orkestr dirijoru”) aparıcı üzv ölkənin razılaşdırılmış oyun qaydalarına riayət olunması istəyi ilə müəyyən olunur. [30.s.334] Beynəlxalq Valyuta Fondunun sadaladığımız şərtlər daxilində fəaliyyətinin əsas istiqamətlərini resurslarının artırılması və kredit fəaliyyətini həyata keçirmək məqsədi ilə vəsaitlərin kifayət etməsi problemini həll etmək üçün yeni vəsait mənbələrinin formalaşdırılmasında yanaşmanın təkamülü, kredit siyasətinin müəyyınləşdirilməsi və.b. təşkil edir. BVF-nın fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxaql və məhəlli maliyyə kredit böhranları və onların nəticələrinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Maliyyə böhranları zamanı Beynəlxalq Valyuta Fondunun fəaliyyətlərindən danışarkən ilk növbədə onun Təftiş-Nəzarətlə əlaqədar iqtisadi və maliyyə sahələrindəki monitorinqlərin həyata keçirilməsindən, borc verilməsi ilə bağlı maliyyələşdirmə siyasətindən və texniki yardımlar ilə əlaqədar fəaliyyətdən ibarət olduğunu qeyd etmək lazımdır. Bu qeyd edilən fəaliyyət növləri içərisində ən mühüm fəaliyyət sahəsi borc vermə və ya kredit ayırmadır. BVF kreditləri xarici valyuta üzv dövlətlərə iki məqsədlə verir:


  • Tədiyyə balansında yaranmış defisiti doldurmaq üçün

  • İqtisadiyyatın struktur yenidənqurulması və makroiqtisadi sabitliyin təmin olunması üçün, bu isə hökumətin büdcə xərclərinin kreditləşdirilməsi anlamına gəlir. [25.s.396]

Üzv dövlətlərə maliyyə resursları BVF – nin maliyyələşdirmə siyasəti və mexanizmləri çərçivəsində ümumi resurslar hesabından verilir. Hər bir konkret halda Fond kreditlər verilməsi barədə qərarı öz mülahizəsinə əsasən qəbul edir.

BVF 1970 – ci illərdə neft qiymətlərinin kəskin artması nəticəsində yaranan enerji böhranı zamanı neft ixrac edən ölkələrin valyuta profisitlərinin dövriyyəyə qaytarılması və idxal edən ölkələrin neft alışı ilə bağlı yaranan kəsirlərini maliyyələşdirmək üçün neft fondu (Oil Facility, OF) mexanizmi vasitəsi ilə kreditlər vermişdir.

1974 –cü idə tədiyyə balansı ilə bağlı problemlərlə üzləşən üzv dövlətlərə ortamüddətli yardım göstərilməsi məqsədi ilə BVF – nin genişləndirilmiş kreditləşmə mexanizmi yaradıldı. Bu fəaliyyət İEOÖ –in xarici borc problemlərinin tənzimlənməsinə yönəldilmişdi. 1967 – 78 –ci illərdə İEOÖ –in Beynəlxalq Valyuta Fondu tərəfindən verilmiş kreditlərdə payı 49.8 % , 1979 – 90 – cı illərdə isə 98.8 % olmuşdur. [25.s.324]

1989 – cu ildən etibarən BVF Mərkəzi və Şərqi Avropa, Baltikyanı ölkələrinə, Rusiyaya və keçmiş Sovet ittifaqının digər ölkələrinə iqtisadiyyatlarını mərkəzləşdirilmiş planlaşdırılma sistemindən bazar iqtisadiyyatına transformasiya etmək üçün aktiv şəkildə yardım göstərməkdədir. BVF bazar iqtisadiyyatı üçün hüquqi və institusional əsas yaradılması məqsədi ilə adı çəkilən ölkələrə yardım göstərilir. [10.s.58-59] Lakin son dövrlərdə xüsusən Rusiya iqtisadi fikrində BVF-nin bu istiqamətdə fəaliyyəti kəskin tənqid olunur. Bəzi rusiyalı ekspertlər 90-cı illərdə BVF – nin Rusiyada transformasiyalara köməyini, ölkənin təbii resurslarının ələ keçirilməsi üçün edildiyini bildirirlər. Onlar V. Putinin ən böyük xidmətlərindən biri kimi bütün dövlət borclarının ödənilməsini hesab edirlər. Rusiyada baş vermiş bir çox maliyyə və iqtisadi fırıldaqları (Xodorkobski və YUKOS-un işi, Saxalin adasında neft və qaz çıxarılması ilə bağlı müqavilələr, 1992 – ci ildə qəbul edilmiş malların bölüşdürülməsi ilə bağlı qanun) birbaşa ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə qanunlarının, o cümlədən BVF – nın fəaliyyəti ilə əlaqələndirirlər. [40]

1994-1995-ci illərin Meksika maliyyə böhranında “tekila effektindən” çəkinən beynəlxalq maliyyə təşkilatları, o cümlədən BVF Meksikanın təcili kredit alması xahişini qəbul etdilər. Meksikaya edilən kredit köməyinin ümumi həcmi o zaman üçün görünməmiş bir məbləğdə 51.8 milyard ABŞ dolları həcmində olmuşdur. Bu kredit paketinin formalaşmasında ABŞ (20 milyard), Latın Amerikas ölkələri (1 milyard dollar), Avropanın və Yaponiyanın mərkəzi bankları (3 milyard dollar) və BVF (17.8 milyard dollar) iştirak etmişdirlər.

Bu köməyi almaq üçün Meksika hökuməti böhranla mübarizədə daha sərt addımlar atmağa məcbur oldu. Fövqəladə tədbirlərin yeni proqramı ƏGV - nin 10% - 15% qədər artırılmasını, dövlət sektoru məhsullarının qiymətlərinin artırılmasının (benzinin qiyməti 45%, elektrik enerjisininki 29% artırıldı), 1995 – ci ildə kredit emissiyasının 10 milyard peso həcmində saxlanılması, dövlət xərclərinin daha da azaldılmasını nəzərdə tuturdu. Əmək haqqının 10% qaldırılması, əmanətlətin indeksasiyası və pul dövranının tənzimlənməsinin yeni sisteminin tətbiqi bu tədbirlərə kompensasiya kimi çıxış etməli idi. [19.]

Meksika maliyyə böhranı ilk növbədə onunla əlamətdar idi ki, BVF –nun böhranları qabaqcadan görməsinin və onların qarşısını almaqda aciz olduğunu göstərdi.

Digər tərəfdən bir çox iqtisadçılar Meksikada maliyyə böhranının başlanmasında əsas səbəb kimi özəlləşdirmə, azad kapital axınına dəstək vermə, azad ticarət tətbiq edilməsi səbəbləri olmuşdur. Meksikada bu tədbirlərin həyata keçirilməsi isə BVF –nin tələbi ilə olmuşdur. Meksika keçən əsrin 80 – ci illərinə qədər neft qiymətlərinin yüksək olması və onun gəlirləri sayəsində Latın Amerikasının ən çox inkişaf etmiş ölkəsi idi. Lakin 80 – ci illərin ikinci yarısında neft qiymətlərinin kəskin düşməsi ölkə iqtisadiyyatına zərbə vurdu. Klassik dövlət kapitalizmi ölkəsi olan Meksika yeni texnoloji sıçrayış etmək naminə, nəhəng layihələri reallaşdırmaq üçün BVF – dan böyük miqdarda kreditlər aldı və onları qaytara bilmədi. Dövlət müflis elan edildi, BVF ölkə iqtisadiyyatını tam nəzarətinə götürdü. Ölkədə məcburi şəkildə həyata keçirilən Beyker planına əsasən daxili bazarı qoruyan bütün proteksionist tədbirlər ləğv edildi, daxili istehsalçıları qoruyan qaydalar yeniləndi, kapitalların sərbəst hərəkətinə imkan verildi (ölkədən ABŞ-a 45 milyard dollar aparıldı). Bu islahatlar prezident Karlos Salinase de Qortarinin dövründə (80 – ci illərin sonu, 90 – cı illərin əvvəlləri) daha geniş miqyasda olduğundan onları “Salina yenidənqurması” adlandırırlar. BVF isə “Meksika iqtisadi möcüzəsində” dəm vururdu. Yalnız 1991 – 1993-cü illərdə ABŞ Meksikaya 100 milyard dollar kapital yatırmışdı. Xüsusən ABŞ-dan ölkəyə mal idaxlı (1993 – cü ildə 50 milyard dollar həcmində) yerli istehsalçıları müflisləşdirirdi. Məhz bütün bunlar böhrana səbəb oldu. Beləliklə görürük ki, Meksika maliyyə böhranının yaranmasında əsas səbəblərindən biri BVF – nın ölkədə həyata keçirdiyi tədbirlər olmuşdur. [26.]

XX əsrin sonlarında baş vermiş maliyyə və borc böhranları arasında Cənub – Şərqi ya da (Tailand, Malaziya, Cənubi Koreya, İndoneziya və qismən Filippin) olan böhran həm nəticələri, həm də ayrı-ayrı beynəlxalq maliyyə qurumlarının antiböhran tədbirlərinin xüsusiyyətləri ilə seçilir.

Asiya maliyyə böhranından çıxmaq üçün əsas fəaliyyət göstərmiş maliyyə qurumu BVF olmuşdur. Fondun köməyi və təzyiqi ilə böhrandan çıxmaq üçün maliyyə, iqtisadi və sosial yönümlü tədbirlər planı hazırlanıb, reallaşdırılmışdır. İlk əvvəl qeyd edək ki, BVF – nın tövsiyyə və tələblərinin həyata keçirilməsi müəyyən müsbət nəticələrlə müşayət olunmuşdur. Asiyanın yeni sənaye dövlətləri ilə BVF - nun birlikdə hazırladıqları antiböhran tədbirləri aşağıdakıları ehtiva edir:



  • Milli valyutaların sərbəst üzən məzənnə sisteminə keçirilməsi və “təbii səviyyəsinə qədər düşməsinə” imkan yaradılması;

  • Milli valyutanı möhkəmləndirmək üçün yenidən maliyyə dərədələrinin artırılması;

  • Milli maliyyə və təsərüfat institutlarının borcları problemlərinin yoluna qoyulması. Bunu onların xarici tərəfdaşları ilə danışıq apararaq borcların restrukturaziyası vasitəsi ilə, xarici borcun ödənilməsi üçün dövlət tərəfindən maliyyə yardımı (o cümlədən BVF-dan alınmış kreditlər hesabına) etmək tövsiyyə edilirdi;

  • Bank sisteminin sağlamlaşdırılması “ümidsiz” bankların milliləşdirilməsi və ardınca xarici və ya milli maliyyə institutlarına satılması, dövlətin tələbi və problemli lakin mövcudluğu üçün tam təhlükə olmayan bankların möhkəm banklarla birləşdirilməsi;

  • Fiziki şəxslər qarşısında bankların öz öhdəliklərini tam ödəməsi;

  • Milli iqtisadiyyatların beynəlxalq xarakter alaması və rəqabətin gücləndirilməsi üçün ölkə maliyyə bazarının xarici kapital üçün açılması;

  • Mərkəzi bankların müstəqilliyi prinsipinin tam formatda reallaşdırılması;

  • Milli fond bazarında və mülkiyyət bazarında səhmlərin və topağın qiymətinin əsaslandırılmamış şişməsinə imkan verməmək;

BVF sosial-iqtisadi sahədə isə:

  • Çox bahalı iqtisadi layihələrin və istənilən mallara dövlət subsidiyalarının ləğv olunmasını;

  • “Biznes – həmkarlar ittifaqı – siyasi hakimiyyət” üçbucağıda qarşılıqlı münasibətlərin dəyişməsi. Bu Cənubi Koreya və Tailand klan, İndoneziya isə ailə maliyyə imtiyazlarının ləğv olunmasını, ömürlük işə götürmə sistemindən imtina edilməsini və sosial sığortalanmanı ehtiva etməli idi.

  • PİS “kreditlərin meydana gəlməsinin qarşısını almaq üçün sənaye – maliyyə qruplaşmaları arasında (xüsusən Cənubi Koreyada) daxili – korporativ əlaqələrin islah olunmasını tələb edirdi. [27.s.78-79]

Bunların müqabilində BVF Cəənub – Şərqi Asiya ölkələrinə aşağıda qeyd etdiyimiz maliyyə yardımı etmişdir.

Tailand: BVF İcrayyə Şurası 1997 – ci ilin avqustunda bu ölkəyə 2.9 milyard SDR (4 milyard dollar) 34 ay müddətinə kredit ayırdı. Sonralar Tailand üçün ayrılmış bütüb paket 17.2 milyard dollar təşkil etmişdi ki, ölkə onun yalnız 14.1 milyardından istifadə etmişdi.

C. Koreya BVF-dan 1997 – ci ilin dekabr ayında 15.5 milyard SDR (təxminən 21 milyard ABŞ dolları) həcmində kredit aldı.

İndoneziya digər ölkələrdən fərqli olaraq başqa maliyyə institutlarından da yardım almışdı. İndoneziyaya verilən ümumi kreditin (37.8 milyard dollar) 10 milyard dolları BVF tərəfindən 3 illiyinə, “Stand – bay” xətti üzrə aparılmışdır.

Malaziya kredit götürməkdən imtina etdiyindən, Filippində isə böhran səthi olduğundan bu ölkələrə maliyyə yardımları ayrılmamışdır.

BVF – nın tövsiyyə və tələb etdiyi tədbirlərin reallaşdırılmasının bir çox ciddi mənfi nəticələti də oldu. Belə ki, bu ölkələrdə xırda və orta biznesin kütləvi müflisləşməsi baş verdi, sosial müdafiə və tibbi təminat sistemləri çökdü, işsizlik artdı, idxal azaldı,daxili tələbatın azalması, həyat səviyyəsinin aşağı düşməsi bu ölkələrdə ictimai və siyasi gərginliyi artırdı. Bu prosesin nəticələri əvvəlki fəsildə şərh edilmişdir.

Təsadüfi deyil ki, bu ölkələr daxili iqtisadi durum qismən sabitləşən kimi bu tövsiyyələrin bir çoxundan imtina etməyə başlamışdılar. Məsələn C. Koreya yenidən maliyyələşdirmənin dərəcəsini BVF tələb etdiyi 25 % səviyyəsindən 10 % səviyyəsinə endirdi. Bu dövlətin mərkəzi bankları dövlətin nəzarətində qaldılar. BVF – nın qəti qadağa qoyduğu hökumətin iqtisadiyyata birbaşa müdaxiləsi də aradan qaldırılmadı v.s.

BVF – nın senarisi əsasında Asiyanın Yeni Sənaye Ölkələrində aparılan iqtisadi islahatlardan əsasən iri xarici kapital qazanc əldə etdi. Belə ki bu şirkətlər ən iri və fəaliyyət qabiliyyətli Asiya şirkətlərinin səhmlərini ucuz və asan yolla əldə etmək imkanı qazandılar.

İstər beynəlxalq iqtisadi təşkilatlar, istər amerika siyasi dairələri, istərsə də Asiya ölkələrinin daxilində iqtisadçılar BVF – nın bu ölkələrdə reallaşdırıdğı islahatlara birmənalı yanaşmırlar. ABŞ –da belə hesab edirlər ki, BVF – nın bu ölkələrdə yenidən maliyyələşdirmə dərəcələrini artırması və büdcə kəsiri ilə mübarizəsi, yalnız bu ölkələrdə iqtisadi istehsalı azaltmır, eyni zamanda defilyasiya mərhələsinə qədəm qoymuş dünya iqtisadiyyatının inkişafı üçün də təhlükəlidir. BVF Asiya iqtisadiyyatlarını canlandırmaq üçün ona ayrılmış lider rolunu oynaya bilmədi. Onun tövsiyyələri sabit maliyyə və fond bazarlarına malik müxtəlif ölkələrdən olan ekspertlər tərədindən hazırlanır. Bu səbəbdən də inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik ölkələrin kor – koranə onlara riayət etməsi, bu ölkələri fəlakəti sürükləyə bilər.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, asiya böhranı böhran baş verən ölkələrdə yaranmış şəraitlə bağlı BVF – nın hazırladığı antiböhran tədbirlərinə yenidən baxmaq və lazım olanda ona dəyişikliklər etməyə də hazır olduğunu göstərir. C. Koreyada yenidən maliyyələşdirmə dərəcəsinin kəskin şəkildə azaldılması buna əyani şəkildə sübutdur.

1999 – cu ildə BVF 285 milyard dollar resursa malik idi. Bir çox dövlətlər uzun müddət Fonddan borc alırlar. Yalnız onu demək kifayətdir ki, Misir, Hindistan, Türkiyə 40 ildir ki Fonddan kredit alırlar, 73 dövlət Fonda üzv olduğu dövrün 90 % ərzində kredit götürmüşdür. Ümumiyyətlə isə 1947 – 2003 – cü illərdə BVF üzv dövlətlərə 277.9 milyard SDR (412.9 milhyard dollar) məbləğində kredit vermişdir ki, onlardan da xüsusi fondlardan ən kasıb ölkələrə 15.9 milyard SDR (23.6 milyard dollar) güzəştli kredit təşkil edir.

BVF yalnız özü kredit verməklə kifayyətlənmir, eyni zamanda üzv dövlətlərin digər kreditorlardan kredit almasına da yardım edir. Hətta BVF – dan kiçik miqdarda borc alınması belə ölkələrə dünya borc kapitalı bazarına girmək imkanı yaradır. BV üzv ölkəyə kredit ayırmaqla onun ödəmə qabiliyyətində olduğunu təsdiq etmiş olur, əksinə onun kredit ayırmağından imtina etməsi, rədd cavabı almış ölkənin dünya borc bazarına girməsi yolunda böyük bir maneəyə çevrilir.

III Fəsil

Beynəlxalq Valyuta Fondu və Azərbaycan .

Azərbaycanın maliyyə təşkilatları ilə münasibətləriinin əsasları keçən əsrin son onilliyindən- Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra başlayır. Belə ki, digər sovet respublikaları- Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Estoniya, Litva, və b. kimi ilk olaraq Beynəlxalq Valyuta Fonduna üzv olmuşdur. Azərbaycan Respublikası və bu təşkilat arasında münasibətlər 1992-ci ilin 18 sentyabrında yaranmış, 1995-2005-ci illərdə daha intensiv səciyyəli olmuşdur. Bu illərdə tez-tez hökümətin iqtisadi proqramlarını dəstəkləmək məqsədilə BVF-nın konsultativ və maliyyə yardımlarından istifadə etmişdir. BVF ilə əməkdaşlıq xüsusən respublikanın dərin iqtisadi və maliyyə böhranı keçirdiyi-müstəqilliyinin ilk illərində daha səmərəli olmuşdur.

Hal-hazırda Azərbaycan Respublikasının BVF-də kvotası 160.9 milyon SDR (üzv olanda 117 milyon SDR olmuşdur) və ya BVF-nin ümumi kvotasının 0,07%-i, səs hüququ isə 2346 və ya ümumi səslərin 0,09%-i həcmindədir.[35] Azərbaycan dövləti ölkədə iqtisadi vəziyyəti sabitləşdirmək və inkişafı bərpa etmək üçün Fondun dəstəyindən istifadə etməsi çox önəmli idi.

Azərbaycan Respublikasının Maliyyə Naziri Azərbaycanın BVF-də Müdiri, Azərbaycan Mərkəzi Bankının (AMB) Sədri isə əvəzedici müdiridir.

BVF-un Azərbaycanla əməkdaşlıq əlaqələri Struktur İslahatlar Proqramı (SİP) kontekstində qurulmuşdur. Əməkdaşlıq əlaqələrinin ilkin qiymətləndirilməsi dövründə BVF Müdirlər Şurası 1992-1995-ci illərdə 20-dək müxtəlif missiyalar vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatlarla yaxından tanış olduqdan və onun əsaslarını təhlil etdikdən sonra, bütövlükdə bəyənmişdir. Bunun nəticəsi kimi, BVF Müdirlər Şurası Azərbaycana 1995-ci ilin aprelin 19-da 58,5 milyon SDR (təxminən 89 milyon ABŞ dolları) məbləğində vəsait təqdim etmişdir ki, ayrılmış bu kredtitin məqsədi ölkəmizin tədiyyə balansında mövcud olan kəsirin maliyyələşdirilməsi olmuşdur. Başqa sözlə kredit “STF” xətti- Sistemli Transformasiyanın maliyyəşdirilməsi mexanizmi üzrə ayrılmışdır. [11.s.115] Kredit orta hesabla 1,9-3,5 olmaqla (güzəşt müddəti 4,5 il) 10 il müddətində verilmişdir.

Kredit 2 mərhələdə həyata keçirilmişdir.

1) 1995-ci ilin apreli -46 milyon ABŞ dolları

2) 1995-ci ilin noyabrı -43 milyon ABŞ dolları

Azərbaycan təcrübəsində beynəlxalq maliyyə institutlarından alınmış ilk borc olan “STF” kreditinin əsas məqsədi makro-iqtisadi stabilliyin yaradılması və sistemli islahatların başlanması idi. Bu sahədə qarşıya qoyulan əsas vəzifələr isə bunlar idi.



  • Qiymətlərin stabilləşdirilməsi;

  • Iqtisadi inkişafın yenidən başlanması üçün əlverişli şəraitin yaradılması;

  • İnflyasiyanın azaldılması;

  • Kompleks struktur, hərtərəfli islahatların həyata keçirilməsinə başlanılması.

Bu proqramın məqsədləri aşağıdakılar olmuşdu məqsədləri aşağıdakılar olmuşdu:

  • Real məcmu daxili məhsulun aşağı düşməsinin 6%-lə məhdudlaşdırılması;

  • 1995-ci ilin sonuna kimi aylıq inflyasiya tempinin 2%-ə qədər endirilməsi;

  • Cari əməliyyatlar üzrə kəsirlərin ümumi daxili məhsulun 10%-dən yuxarı olmamasının və Mərkəzi Bankın xarici ehtiyatlar üzrə mövqeyinin möhkəmləndirilməsininb təmin edilməsi.

Bu məqsədlərə nail olmaq üçün hökümət pul-kredit siyasəti sahəsində ciddi və sərt addımlar atmalı olur. Büdcə kəsirini 1994-cü ildə olan 13,2%-dən 1995-ci ilin sonuna kimi ÜDM-in 4,8%-i həcminə kimi endirilməli hökümətə bank sisteminin təmiz kreditləri ÜDM-nin həcminin 2%-nə qədər azaldılmalı, faizlər isə müsbət real səviyyədə saxlanılmalı idi. Eyni zamanda ölkədə dövlət xərcləmələrinin azaldılması və sərt pul-kredit siyasətinin formalaşdırılması mühüm əhəmiyyətə malik oldu.1995-ci ilin sonuna kimi inflyasiyanın tempinin sabit qalması tədiyyə balansının kəsirinin azalması, verilən proqnozların özünü doğrultmasını nəzərə alan BVF gələcək iqtisadi islahatlar proqramını dəstəkləmək məqsədilə 1995-ci ilin noyabrında Azərbaycana “Stend bay” mexanizmi üzrə vəsait ayrılmasına qərar verdi. 90 milyon ABŞ dolları (Azərbaycam kvotasının 50% həcmində) qədər olan bu kreditin verilməsi 5 mərhələ üzrə nəzərdə tutulmuş və verilmişdir.

BVF bu krediti, hökümətin 1996-cı ilin iqtisadi proqramında sərt maliyyə siyasətinin davam etdirilməsi, büdcə kəsirinin emissiya yolu ilə maliyyəşdirilməsindən imtina edilməsi və ölkədə banklar tərəfindən verilən kreditlərə ciddi və sərt limitlərin qoyulması şərti ilə aparılmışdı. 1996-cı ilin sonuna kimi kimi iqtisadiyyatın artımının bərpa edilməsi, özəl bölmənin inkişaf etdirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, birbaşa xarici investisiyaların həcminin artırılması vəzifələri də bu proqrama daxil edilmişdir. Proqram ümumi büdcə kəsirini 1996-cı ildə 3%-ə endirməyi qarşısına məqsəd qoymuşdu. [35]

Bu proqramaların həyata keçirilməsinin başa çatdığı vaxtda- 1995-ci ilin sonlarında Azərbaycanın BVF qarşısında yerinə yetirmədiyi öhdəlik qalmadığından, Fond Azərbaycan hökümətinin 1996-1999-cu illər iqtisadi proqramını dəstəkləmək üçün 152,1 milyon SDR (219 milyon ABŞ dolları məbləğinə) ekvivalent olan daha iki kredit verməyi qərara aldı. Bu məbləğdən 93.6 milyon SDR(135 milyon ABŞ dolları) struktur yenidənqurmanın genişləndirilmiş maliyyələşdirilməsi – ESAF mexanizmi xətti üzrə, 58,5 milyn SDR(84 milyon ABŞ dolları) məbləğ isə genişləndirilmiş kreditləşmə- EEF mexanizmi xətti üzrə müəyyən olmuşdu.

Bu proqramın yerinə yetirilməsi üçün ənənvi olaraq bir sonra məqamlar üzrə BVF öz çərçivə məhdudiyyətlərini qoymuşdur. Bu şərtlərə aşağıdakılar daxildir:



  • Qeyri-neft bölməsinin inkişafı üçün ixracın normativ bazasının liberallaşdırılması;

  • kapital əməliyyatlarının liberallaşdırılması; dövlət idarəetmə sektoru kəsrinin azaldılması;

  • infilyasiyanın aşağı səviyyəsinin (illik 5%) saxlamaqla çevik valyuta kursunun vasitəsilə dövlət valyuta ehtiyatlarının qorunması;

  • bütövlükdə 1998-1999-cu illər ərzində 9%-lik ümumi artımın təmin olunması;

  • büdcə gəlirlərinin 1999-cu ildə ÜDM-in 22,4%-nə xəclərin isə 23,3%-nə çatdırılması;

  • vergi sisteminin unifikasiyası;

  • sosial müdafiə sistemində ünvanlığı artırmaqla güzəştlər tecrübəsinin ləğvi;

  • pensiya sisteminin ikipilləli formasının tətbiqi;

  • bank sisteminin möhkəmləndirilməsi ilə yanaşı maliyyə bazarının inkişaf etdirilməsi, dövlət banklarının restruktrizasiyası;

  • iri müəssisələrin özəlləşdirilməsinin sürətləndirilməsi;

  • dövlət sektorunu yeni idarəetmə strukturunun formalaşdırılması, səhiyyə, təhsil, sistemini yenidən qurulması;

  • ekoloji tarazlığın qorunması və işğaldan azad edilmiş zonaların bərpasının yeni kordinasiya mexanizminin yaradılması;

  • xarici borcların idarə olunması və s.

Bu proqramların reallaşdırılması da uğurla başa çatdırılmışdır. Belə ki, artıq 1997-ci ildə ölkədə illik artım tempi 5%, sonrakı illərdə 7-8% təşkil etmişdir, inflyasianın tempi isə 1999-cu ildə illik 6%-ə enmişdir. Tədiyyə balansının xarici defisiti göstərildiyi kimi, 1999-cu ildə ÜMD-un 24%-nə qədər artmışdı, 1996-ci ildə bu rəqəm 16% təşkil etmişdi. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün dövlət büdcəsinin kəsiri 1996-cı ildə ÜMD-nin 2,7%-dən, 1999-cu ildə isə 0,5%-ə qədər azaldılmışdı. Ölkdə milli valyutaya inamın daha da artması, dövlət xərclərinin azaldılması dövlət büdcəsinin kəsirlərini çox aşağı həddə saxlamağa imkan vermişdi. Vergi gəlirləri dövlətin cari xərclərinin böyük bir hissəsini təmin etdiyindən, xaricdən alınan vəsaitlər kapital investisiyaların maliyyələşdirilməsinə və respublikanın xarici borcunun ödənilməsinə sərf edilmişdi. [35]

Proqramlar həmçinin ölkədə struktur islahatların aparılmasını da qarşıya məqsəd qoymuşdu. Bu islahatlardan ən əhəmiyyətliləri bank islahatları, özəlləşdirmə və dövlətin ticarət və istehsal sahələrində fəal iştirakından imtina etməsi idi. Artıq 1997-ci ilin sonu üçün dövlət müəssisələrinin 70%-i özəlləşdirilməşdi. 2001-ci ilin noyabr ayının 1-nə respublikada 24557 xırda müəssisə milliləşdirilmişdi.

Kiçik müəssisələrin özəlləşdirilməsi başa çatsa da, iri müəssisələrin özəlləşdirilməsi çox ləng gedirdi.

Proqramın həyata keçirilməsinin ilk ilində bir neçə qanun qəbul edilmişdi ki, bunlarda kommersiya qaydaları və mülkiyyət hüququ ilə (müflisləşmə haqqında) bağlı olmuşdu. Proqramın reallaşması dövründə respublikada ticarətin liberallaşdırılmasının başa çatdırılacağı da gözlənilirdi.

BVF SSFF krediti üzrə Azərbaycana 1999-cu ildə 56,3 milyon SDR (təqribən 100 milyon ABŞ dolları) məbləğində vəsait ayırmışdır. Kreditin əsas məqsədi həmin dövrdə Rusiya Federasiyasında baş vermiş iqtisadi böhranın və hiperinflyasiyanın Azərbaycana göstərə biləcəyi ani neqativ təsirlərin qarşısının alınması olmuşdur. Kredit orta hesabla illik 1,9-3,5% olmaqla (qüzəşt müddəti üç il) 5 il müddətində verilmişdir. [12.s.225] BVF verdiyi bu kreditlə dövlət sektorunun yenidən qurulması istiqamətində struktur islahatlarına da dəstək verməyə davam etmiş olurdu.

Azərbaycan hökümətinə iqtisadi islahatlarını dəstəkləməyə davam etdirmək üçün BVF 2001-ci ilin iyulunda “yoxsulluğu azaltma və böyümə asanlığı” (PRGF) adı altında Azərbaycan hökümətinə 100 milyon ABŞ dolları həcmində kredit verilməsinə qərar vermişdi. Bu kreditin əsas məqsədi, makroiqtisadi stabilliyi yenidən əldə etmək, iqtisadiyyatın qeyri-neft sektorlarının böyüməsini təşviq etmək olmuşdu. 2002-ci ilin iyulunda Azerbaycan ilk dilim olaraq 16,1 milyon SDR aldı. Ancaq bundan sonra tərəflər arasındakı anlaşmazlıq üzündən proqram bir il donduruldu. 2003-cü ilin mayında BVF 12,87 milyon SDR-lik üçüncü dilimin ayrılmasına qərar verdi.

Azərbaycan BVF-dən “yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” çərçivəsində də kredit almışdır. BVF yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (PRGF) çərçivəsində Azərbaycana 80,49 milyon SDR (119 milyon dollar) ayırmışdır. Həyata keçirlməsinə 6 iyul 2001-ci ildə başlanan proqram çərçivəsində kredit 10 illiyinə, illik 0,5%-lə 5,5 il sonra qeri ödəmək üzrə verilmişdir. [12.s.212-213]

“Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafın təmin olunmasına dair kredit mexanizmi” BVF-in gəlir səviyyəsini aşağı olan ölkələr üçün nəzərdə tutduğu az faizli kredit mexanizmidir. PRGF vasitəsi ilə həyata keçirilən proqramlar, tətbiq edildiyi ölkə vətəndaşlarının geniş iştirakı ilə hazırlanaraq təsdiq edilir, yoxsulluğun azaldılması haqqında BVF-in strateqiyasına xidmət edir. Bu mexanizm ilə həyata keçirilən hər bir proqramın məqsədi ölkənin mikroiqtisadi strukturunu sosial siyasətlə əlaqələndirmək, bu yolla ölkədə yoxsulluğun azaldılmasını təmin etmıkdir.

2005-ci ildən başlayaraq Azərbaycan Respublikası və Beynəlxalaq Valyuta Fondu arasında əməkdaşlıq konsultasiyalar (məsləhətlr) səviyyəsində davam edir. Belə ki, həmin ildən Azərbaycan höküməti BVF-dən kredit almağı dayandırmışdır. [12]

2009-cu ilin 1 iyuluna kimi Azərbaycanın BVF-ə borcu 69,9 milyon dollar həcmində olmuşdur. 2013-cü ilə kimi respublikamız BVF-ə olan borclarını ödəməkdə davam edirdi. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikası BVF-na 10,29 milyon SDR borc qaytarmışdır ki, bu məbləğin də 10,05 milyonu əsas, 0,94 milyon SDR isə faizlərlə bağlı borcun qapanmasına sərf edilmişdir. Azərbaycan hökümətinin 2015-ci il yanvar ayının 1-nə olan məlumatına əsasən ölkənin BVF-ə borcu 1,86 milyon dollar təşkil etmişdir ki, həmin il bu borc da ləğv edilmidir. [41]

Azərbaycan Respublikasının bərpa edilməsi dövründə BVF-in dəstəyi ilə aparılmış struktur islahatlar proqramı daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyi tımin etməsinə tövhə vermişdir. BVF tərəfindən Azərbaycanda yocsulluğun azaldılması, iqtisadi inkişaf və struktur quruculuğunun artırılması sistem dəyişikliyi və əlavə maliyyələşmə kimi müxtəlif proqramlar həyata keçirmişdir.

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Respublikası arasında Maddələr sazışının IV maddəsinə uyğun olaraq Azərbaycan hökümətinə iqtisadi proqramların həyata keçirilmısinin dəstəklənməsinə təqdim edilmiş maliyyə yardımları ilə yanaşı BVF texniki yardəm instutisional və monetar idarəetmə üzrə potensialın artırılması üzrə Azərbaycanda bir sıra sahələrdə, o cümlədən dövlət xərclərinin idarə olunması vergi-gömrük siyasəti və idarə olunması, mərkəzi zahələrdə texniki yardımlar da göstərilmişdir. [33]

BVF Azərbaycan Respublikasında makroidtisadi təhlillər və siyasət, maliyyə proqramlaşdırması, fiskal siyasət və idarəçilik, mərkəzi bank mühasibatlığı və bank nəzarəti sahələrində təlimlər keçirmişdir. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin Azərbaycan Mərkəzi Bankına mütəmadi səfərləri təşkil edilir. Bu səfərlər zamanı qısa müddətdə inflyasiyaların səviyyəsini azaltmaq və orta müddətdə inflyasiya proqnozlarının sabitləşdirilməsi üçün Mərkəzi Bankın apardığı siyasətlər, ölkənin bank sisteminin həssaslığının qiymətləndirilməsi, məzənnə və faiz dərəcəsi siyasi müdaxilə və sterilizasiya, manatla pul bazasının artımı, bank sistemində likvidlik şəraitinin inkişafı, və xarici valyuta ehtiyatlarının diversifikasiya planları və digər məsələlər barədə BVF ekspertləri ilə müzakirələr aparılmışdır və hal-hazırda da bu münasibətlər davam etdirilir.[32]

Yuxarıda qeyd etdiyimiz kimi 2005-ci ildən Azərbaycan höküməti ilə BVF arasında əməkdaşlıq məsləhətləşmələr səviyyəsində davam etdirilir. Belə ki, Azərbaycan höküməti Fonddan kredit almaqdan imtina etmişdir. Lakin vaxtilə BVF tərəfindən Azərbaycan hökümətinə təqdim edilən kreditlər müqavilədə nəzərdə tutulan vaxtda hər il gecikdirilmədən ödənilmişdir.

BVF ilə əməkdaşlıq çərçivəsində bank nəzarəti çərçivəsinin gücləndirilməsi məqsədilə tənzimləyici normativ aktların və likvidlik normalarının təhlil edilmiş, likvidlik tələblərinin təkmilləşdirilməsi üzrə tövsiyyələrin verilmısi nəzarət təcrübəsi, həmçinin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması, bu sahədə bank nəzarətin gücləndirilməsi, pul və məzənnə siyasəti çərçivəsinin təkmilləşdirilməsi, orta müddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçid, Mərkəzi Bankın monetar makroiqtisadi, real və xarici sektorlar üzrə statistik göstəricilərindəki kəmiyyət və keyfiyyət meyalarının artırılması, statistik proseslərin formalaşması işini təkmilləşdirilməsi üzrə məsləhət xidmətinin göstərilməsi məqsədilə BVF-in bir neçə missiyasının respublikaya səfərləri təşkil etmişdir.[35]

Azərbaycan Respublikası BVF-dən ilk kredit payını alandan sonra 1996-ci ilin aprelində Fondun icraçı-müdiri Mişel Kamdesyunun ölkəmizə səfəri çərçivəsində ölkə prezidenti Heydər Əliyevlə görüşü keçirilmişdir. Bu görüşdə və bundan sonra yüksək səviyyədə mütəmadi keçirilən görüşlərdə Azərbaycan Republikası ilə BVF arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuş və onların yüksək səviyyədə olduğu qeyd edilmişdir.

2001-ci ilin sonlarında Azərbaycanda səfərdə olan BVF-nun şöbə rəisinin müavini Jon Uikman Linn Heydər Əliyevlə görüşündə səfərlərinin əsas məqsədinin ölkənin illik göstəricilərinin nəzərdən keçirilməsi və ölkədə iqtisadi islahatların həyata keçirilməsinin vəziyyətinin aydınlaşdlrmasıdır. BVF funksioneri ölkədə aparılan iqtisadi islahatların nəticələrindən çox razı qaldığını bildirmişdir.

Prezident İlhan Əliyevin dövründə də BVF ilə əməkdaşdlıq yüksək səviyyədə davam etdirilir. 2005-ci ilin dekabr ayında BVF-nun Mərkəzi Asiya və yaxın Şərq Departamentinin müdir müavininin Julian Berenqantın başçılığı ilə nümayəndə heyətini qəbul edən prezident BVF ilə Azərbaycan Republikası arasında münasibətlərin daha da yüksək səviyyəyə qalxacağına əminliyini bildirmişdir. BVF nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarıdan məmnunluğunu ifadə etmişdir. Azərbaycan Republikasının Prezidenti İlham Əliyev büdcənin artmasını, qlobal enerji layihələrinin həyata keçirilməsini və ölkənin digər iqtisadi nailiyyətlərini iqtisadi inkişafın əsas göstəricisi olduğunu qeyd etmişdir.[32]

Lakin 1990-cı illərin sonları və 2000-ci illərin əvvəllərində Azərbaycan hökümətinin Neft fondu vəsaitlərinin bir hissəsini Bakı-Ceyhan kəmərinin inkişafına yönəlməsi, enerji daşıyıcılarına daxili qiymətlərin uzun müddət qaldırılmaması (Fond hələ 2000-ci ildə bunu tələb edirdi, hökümət yalnız 2006-cı ildə bu addımı atmışdı) həmin dövrdə iki dövlət bankı – Kapitalbank və Xarici Bankın özəlləşdirilməsi ilə bağlı olan ziddiyətlərin və dövlət büdcəsinin cari xərcləri ilə bağlı müzakirələrdəki fikir ayrılıqları Fond funksionerlərini qane etmirdi. Lakin indi geri boylandıqda bütün bu məsələlərdə Azərbaycan hökümətinin haqlı olduğunu görürük. Belə ki məhz bu addımlar sayəsində ölkə özünün tam iqtisadi müstəqilliyini təmin etmiş, regionda böyük məhəlli iqtisadi layihələri reallaşdıra bilmişdir.

Ölkə iqtisadi müstəqillini artıran kimi BVF ölkəmizlə bağlı iddialarını sərtləşdirdiyindən Azərbaycan höküməti BVF-dən kredit almaqdan imtina etməyə məcbur olmuşdur.

Müasir dövrdə Azərbaycan Respublikası ilə BVF arasında münasibətlər yeni formatda davam edir. Hazırda Fondun Azərbaycan üzrə nümayəndəsi yoxdur. 2016-cı ildən Azərbaycanı BVF-də Azərbaycan üzrə missiyanın rəhbəri təmsil edir ki, bu vəzifəni 2016-2018-ci illərdə Məhəmməd əl-Qorci icra etmişdi. 2019-cı ilin yanvarında Nataliya Tomizisa missiyanın yeni rəhbəri təyin olunmuş və o cari ilin 11 aprelinə kimi respublikada ölkənin iqtisadi qurumları ilə tanış olmuşdur. [36.]

Son dövrlərdə Azərbaycan Respublikası ilə BVF hüquqi xidmət göstərən və ya digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın legallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirməsinə qarşı mübarizə (bundan sonra PL/TMM) sahəsində əməkdaşlığa xüsusi önəm verilir. Hələ 2009-cu ilə BVF-nin PL/TMM sahəsi üzrə ekspertlərindən ibarət missiyasının Azərbaycana ilk səfəri olmuşdur. Həmin səfər çərçivəsində Azərbaycanda PL/TMM sisteminin inkişafı, o cümlədən yeni yaradılmış Maliyyə Monitorinqi Xidmətinin inkişafına müvafiq dəstəyin verilməsi ilə bağlı müzakirələr aparılmışdır.[8.]

BVF ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində 2015-ci ilin iyun-iyul aylarında Fondun PL/TMM sahəsi üzrə ekspertlərindən ibarət missiyasının Azərbaycana növbəti səfəri həyata keçirmişdir. Bu səfər nəticəsində BVF trəfindən Azərbaycanda PL/TMM sisteminin inkişafı ilə bağlı orta müddətli dövr ərzində göstərilən dəstək tədbirləri və digər əməkdaşlıq istiqamətləri barədə razılıq əldə edilmişdir. 2015-2016-cı illərdə bu razılaşmalar əsasında Fondla birlikdə Respublikada bir çox tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası 2007-2008-ci illərin Dünya Qlobal Maliyyə böhranından demək olar ki, zərər çəkmədən çıxsa da 2013-cü ildən sonra dünyada, və xüsusən də həmsərhəd və tərəfdaş ölkələrdə baş verən maliyyə, borc böhranları ökədəki iqtisadi, maliyyə və pul-kredit sisteminə güclü təsir etmişdir. BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi Fondun işçi-heyət üzvlərindən ibarət komandası 2016-cı ilin əvvəllərində Bakıda fakaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirısi məqsədini daşıyan səfərdə olmuşdur. Bu səfərin yekununa dair Məhəmməd əl-Qorçi aşağıdakıları bildirmişdir: “Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsı, iqrisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticari tərəfdaş olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində mənfi soklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, carı ilin profisiti isə heçə endi.” [37]

Lakin Azərbaycan hökumətinin həyata keçirdiyi antiböhran tədbirləri öz nəticəsini verdi. Belə ki, artıq BFV-nin işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətlə.mələri çərçivəsində Azərbaycan Respublikasına dekabr ayında baş tutmuş səfərinin yekunlarını şərh edən missiyanın rəhbəri Məhəmməd əl-Qorçu bildirmişdir ki, fəal makroiqtisadiyyat və daha üstün neft qiymətləri sayəsində iqtisadiyyat 2017-ci ildə sabitləşdi. Qeyri-neft iqtisadiyyatı əsasən xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı. Daha yüksək neft qiymətləri, qeyri-neft ixraclarının yaxşılaşması və idxalın dalarması cari hesabın profisitini bərpa etdi. Missiya Azərbaycanda real ÜDM-nin 0.3% azalmasını və orta illik inflyasiyanın 13% təşkil etdiyini bildirmişdir.[38.]

Məhəmməd əl-Qorçunun işçi qrupunun Azərbaycana son işgüzar səfəri 2018-ci ilin dekabr ayında gerçəkləşmişdir. Bu səfərin yekunlarına dair açıqlamasında o bildirmişdir ki, respublikada səlahiyyətli orqanlar maliyyə sabitliyinə rəvac etmək məqsədi ilə banklara nəzarət etməyə və onların sağlamlaşdırılması prosesini gücləndirməyə cəhd göstəriblər. Missiya Azərbaycan Mərkəzi Bankı və maliyyə tənzimləyicisi (Maliyyə Bazarlarına Nəzarət Palatası) kimi təsisatların müstəqilliyini qorumağın vacib olduğunu bildirmişdir. Ölkədə sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğu təsdiq edildi.

Ölkədə inflyasiyanın illik 7%-dən az olduğu və gələcəkdə də düşəcəyi bildirildi. Missiya ölkədə fiskal xərclərin azaldılması 2019-cu ildə fiskal qaydalar toplusunu tədbiq etməyi hökumətə məsləhət görür. Missiya bele hesab edir ki, bu qaydalar irəliyə aparan düzgün addım ola bilər və yaxşı tərtib edilsə iqtisadi siyasətin gözləniləbilən qaydada baş tutmasını və etimadlılığını yaxşılaşdıra bilər.[39] Görürük ki, BVF yenə Azərbaycan Respublikasında struktur islahatları daha da genişləndirməyə tövsiyyə edir.

Nəticə

Maliyyə böhranı anlayışı, bu gün ən məşhur kəlamlardandır desək yanılmarıq. Belə ki, hal-hazırda bütün dünya “böhran” kəlməsindən lərzəyə gəlir.

İqtisadi böhranların tarixi kifayət qədər bir zaman kəsiyini əhatə etsə də, deyə bilərik ki, yalnız son iki əsrdə onların nəticələri daha ağır olmuş, bəşər övladı üçün bir sınağa çevrilmişdir.

İqtisadi ədəbiyyatda böhranları bir neçə yerə ayırırlar. Sənaye böhranları, maliyyə böhranları, pul-kredit böhranları və başqaları. İkinci dünya müharibəsindən, sonra dünya iqtisadiyyatının həm yerləşməsində, həm də strukturunda baş verən köklü dəyişikliklər böhran vəziyyətlərinin təbiətinə də təsri etmişdir. Belə ki, o zamana kimi böhranlar əsasən istehsal sahələrini əhatə edib sənaye böhranları kimi zühur edirdi. Müasir dövrümüzdə isə onlar əsasən maliyyə, pul-kredit, fond birjaları, borc böhranları formasında meydana gəlir.

Maliyyə böhranlarının meydana gəlməsinin əsas səbəbləri bütün ölkələrdə izlənilir. Bu iqtisadi və maliyyə sisteminin daxili strukturu ilə əlaqədardır. Müxtəlif tədqiqatçılar Maliyyə böhranlarına fərqli tərzdə yanaşsalar da, demək olar ki, hamısı bu böhranların gəlişməsində maliyyə bazarı strukturunun , kredit miqdarında azalmalarının, yüksək inflyasiya şəraitində bank və pul dövriyyəsi sistemində təşvişin, ayrı-ayrı dövlətlərin idarə olunmayan borc yığımlarının bir çox hallarda iqtisadi konyuktura ilə əlaqədar fond və əmlak bazarında qiymətlərin şişməsi-maliyyə köpüyünün yaranmasının belə böhranlara yol açdığını qeyd edirlər.

Digər ictimai hadisələr kimi maliyyə böhranları da özünəməxsus xüxusiyyətlərə malikdir. Bu böhranlar maliyyə instutlarının borcunu ödəyə bilməməsində ifadə olunaraq maliyyə çaxnaşması ilə müşayət olunur və özünü bank, borc, valyuta sektorlarında olan böhranlar kimi biruzə verir.

Dünya ictimaiyyəti iqtisadi inkişafın təzadlarsız sxemini hazırlamaq, böhranlar zamanı antiböhran siyasətini həyata keçirmək və digər məqsədlərlə müxtəlif beynəlxalq və məhəlli təsisatlar (təşkilatlar, fondlar və s.) yaratmışdır. Müasir dünyada beynəlxalq maliyyə münasibətlərində əsas rol oynayan təşkilatlardan biri də Beynəlxalq Valyuta Fondudur

Beynəlxalq Valyuta Fondu dünya valyutasının monitorinqini həyata keçirmək, ölkələr arasında ödəmə sistemini təşkil etmək, ödəmə sistemində ciddi kəsiri olan ölkələrə yardım göstərməyi qarşısına məqsəd qoyan bir təşkilatdır.

BVF müxtəlif vaxtlarda dünyanın bir çox bir çox bölgələrində kifayət qədər antiböhran və stabilləşdirici proqramlar reallarşdırmış bir təşkilatdır. Lakin apardığımız tədqiqatdan da belə bir nəticə hasil olur ki, heç də BVF-lə əlaqələr quran dövlətlər o andan xoşbəxt olmur. Sadəcə olaraq bir çox hallarda , BVF ölkədə maliyyə xaosunun dayandırılmasına, milli valyutaya inamın bərpa olunmasına, daxili maliyyə sistemində nizam –intizamın möhkəmlənməsinə vəsilə ola bilər.

Bunu həyata keçirmək üçün, BVF ölkələr qarşısında kifayət qədər standart, çox sadə xarakterli tələblər qoyur. Əsas tələblər büdcə kəsirlərinin azaldılması, cari dövlət xərclərinin və həddində artıq bahalı layihələrin həyata keçirilməsinə ayırılan vəsaitlərin azaldılması, inflyasiyanın ram edilməsi, tədiyyə balansının qaydaya salınması və başqalarıdır. Bir çox hallarda BVF yerli iqtisadi və ictimai-siyasi xüsusiyyətləri nəzərə almadığı üçün irəli sürdüyü proqramlar effektli olmur, hətta xeyir verməkdən çox ziyanla nəticələnir.

BVF-nın kreditləri qeyri-inflyasiya imkanları hesabına ölkənin səmərəli həddə qədər azaldılmış büdcə kəsirinin maliyyələşdirmıək vasətəsidir. Yəni bu maliyyə vasitəsi onu istifadə edən ölkələrə imkan verir ki, məxariclərini azaldıb, mədaxillərini artırsınlar və beləliklə büdcə kəsirindən azad olsunlar.

BVF-nin kredəitləşdirmə mənbələrini, üzv dövlətlərin ödədiyi kvotalar, borclarla bağlı anlaşmalar, və qızıl avuarlar təşkil edir. Lakin üzv dövlətlərin kvotaları ilə bağlı ödənişləri BVF-nın əsas resursu hesab edilir. Kvota yalnız ölkənin Fondun qərarlarının qəbul edilməsinə təsirinin göstəricisi deyil, eyni zamanda bu ölkənin lazım olanda BVF-dən nə qədər kredit ala biləcəyini ifadə edən miqdardır. Fond tərəfindən xarici valyuta almaq üçün SDR adlanan maliyyə vəsaiti bölüşdürülür.

Müasir Maliyyə böhranlarının (1994-cü il Meksika, 1997-98-ci illər Cənub-Şərqi Asiya, 1999-cu il Rusiya, 2001-ci il Türkiyə və b.) nəticələrinin aradan qaldırılmasında BVF-nun fəaliyyəti və tövsiyyə və tələblərinə nəzər saldıqda bu qurumun özünün xarici maliyyələşdirmə bağlı kifayət qədər problemlərlə üzləşdiyini demək olar. Bir çox hallarda həyata keçirilən proqramların kifayət qədər səmərəli olmaması və buna görə də tənqid olunması, qərarların qəbul edilməsində iqtisadi yox, siyasi amillərin ön plana çəkilməsi, qərarların qəbul edilməsində ABŞ və Qərbi Avropanın inkiçaf etmiş dövlətlərinin həlledici rol oynaması BVF-nın özünün islahatlara ehtiyacı olduğunu göstərir. Xüsusən bu islahat yeni oyun qaydalarının müəyyən olunmasında, beynəlxalq kreditləşdirmənin yeni paradiqmalarının axtarılıb tapılmasında daha vacibdir.

Azərbaycan Respublikası yalnız müstəqillik qazanandan bir qədər sonra, BVf-nın üzvləri sırasına daxil olmuşdur. Baxmayaraq ki, Azərbaycanın BVF ilə əməkdaşlığı çox da uzun bir dövrü əhatə etmir, qurumla birlikdə Azərbaycan Mərkəzi Bankı ölkədə bir neçə proqram reallaşdırmışdır. Müstəqilliyimizin ilk illərində mövcüd olan dərin iqtisadi –maliyyə böhranı zamanı valyuta-pul, bank münasibətlərinin möhkəmləndirliməsində, tədiyyə balansının tarazlaşdırılmasında kifayət qədər önəmli rol oynamışdır. Bunun sayəsində keçən əsrin 90-cı illərində milli valyuta-manatın devalvasiyasının qarşısı alınmışdır.

Azərbaycan Respublikası 2005-ci ildən Fonddan kredit almaqdan imtina edəndən sonra da fondla əməkdaşlıq texniki yardım sahəsində davam etdirilmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbycan höküməti ilə fikri ayrılığı, hətta bir çox məsələlərdə ziddiyətlərin olmasına baxmayaraq, BVF həmişə ölkədə aparılan iqtisadi islahatların mahiyyətini və ümumiyyətlə iqtisadi siyasətin düzgünlüyünü dünya ictimayyətinə təhrif olunmadan çatdırmışdır.

Резюме

Выпускная работа посвящена одной из актуальных тем современной макроэкономической динамики мира. Современное мировое общество фактически охвачена паникой наступления новых экономических потрясений. Глобальный финансовый кризис во много раз увеличил интерес не только высоких умов общества, но и обыкновенных людей. Выпускная работа состоит из введения, трех глав и заключения.

Во введении обосновывается актуальность темы и определяется цели и задачи исследования.

Первая глава посвящена природе, причинам, характерным особенностям финансовых кризисов. В первом параграфе этой главы особое внимание уделяется содержанию финансовых кризисов, а во втором параграфе дается экономическая характеристика основных региональных финансовых кризисов XX - начала XXI вв..

Вторая глава посвящена Международному Валютному Фонду и роли этой организации в финансовых кризисах. Первый параграф этой главы называется «Возникновение, цели и задачи МВФ» и в этой части исследования раскрывается основные мотивы создания фонда и решаемые ими задачи. Второй параграф целиком посвящен экономическим механизмам, которыми пользуется МВФ для устранения последствий финансовых кризисов и последствиями действий фонда для страны, в котором произошел кризис.

Третья глава посвящена взаимоотношениям Азербайджанской Республики и МВФ с момента вступления Азербайджана в эту организацию. Особое внимание при этом было уделено антикризисным и другим программам осуществленым фондом в Азербайджане.

В заключении подводятся общие итоги работы.

Summary

Graduation thesis is devoted to one of the current topics of the modern macroeconomic dynamics of the world. Modern world society is in fact covered by the panic of the onset of new economic shocks. The global financial crisis has greatly increased the interest not only of the high minds of society but also of ordinary people. Graduation thesis consists of the introduction, three chapters, and the conclusion.

The introduction justifies the relevance of the topic and defines the goals and objectives of the study.

The first chapter is devoted to the nature, causes, and characteristics of financial crises. The first section of this chapter focuses on the content of financial crises, and the second section gives the basic economic characteristics of the main regional financial crises of the 20th and early 21st centuries.

The second chapter is devoted to the International Monetary Fund and its role in financial crises. The first section of this chapter is called “The Emergence, Goals, and Objectives of the IMF” and this part of the study revealed the main motives for the creation of the fund and its tasks. The second section is entirely devoted to the economic mechanisms used by the IMF to eliminate the effects of financial crises and the consequences of the fund’s actions for the country in which the crisis occurred.

The second paragraph is entirely devoted to the economic mechanisms that the IMF uses to eliminate the effects of financial crises and the consequences of the fund’s actions for the country in which the crisis occurred.

The third chapter is devoted to the relations between the Republic of Azerbaijan and the IMF since the entry of Azerbaijan into this organization. Particular attention was paid to crisis management and other programs undertaken by the funds in Azerbaijan.

The conclusion gives a general summary of the work.

Ədəbiyyat siyahısı




Yüklə 365,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin