AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
FAKULTƏ: “UÇOT-İQTİSAD”
KAFEDRA: “İQTİSADİ TƏHLİL VƏ AUDİT”
İXTİSAS: “MÜHASİBAT UÇOTU VƏ AUDİT”
KURS İŞİ
MÖVZU: “MÜƏSSİSƏNİN ÖDƏMƏ
QABİLİYYƏTİNİN TƏHLİLİ”
QRUP: 478
TƏLƏBƏ: Kazımova Gülnar
RƏHBƏR: Dos. Hacıyev F
Bakı - 2009
Plan
-
Müəssisənin ödəmə qabiliyyətinin təhlilinin vəzifələri və informasiya mənbələri
-
Müəssisənin ödəmə qabiliyyətinin göstəricilər sistemi və onların hesablanması metodikası
-
Müəssisənin ödəmə qabiliyyətinin təhlili metodikası
-
Müəssisənin maliyyə vəziyyətinin kompleks təhlili və reytinqinin qiymətləndirilməsi
-
Müəssisənin müflisləşməsi ehtimalının analitik qiymətləndirilməsi
Nəticə və təklif
Ədəbiyyatlar
1.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİLİNİN VƏZİFƏLƏRİ VƏ İNFORMASİYA MƏNBƏLƏRİ
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə vəziyyəti onun ödəmə qabiliyyəti ilə müəyyən olunur.Ödəmə qabiliyyəti də öz növbəsində bilavasitə üç fondun vəziyyətindən asılıdır:satış, mənfəət, dövriyyə vəsaitləri.
Müəssisənin maliyyə vəziyyətinə “mənfəət” və “satış” amilinin təsiri “məhsul satışından mənfəət planının yerinə yetirilməsi” və “məhsul satışı planının yerinə yetirilməsi” göstəriciləri vasitəsi ilə əks olunur.Dövriyyə vəsaitləri fondunun vəziyyəti onların yaradılma mənbələrinin tamlığından və vəsaitin istifadə istiqamətlərindən asılıdır.Dövriyyə vəsaitlərinin tamamlanma mənbələrinin tamlığının xarakteristikası üçün “xüsusi dövriyyə vəsaitinin çatışmazlığı (artıqlığı)” göstəricisindən istifadə edilir.
Göründüyü kimi mühasibat hesabatı məlumatları əsasında müəssisınin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili müxtəlif detallaşdırma dərəcəsində aparıla bilər.Müəssisənin iqtisadi potensialının vəziyyətinin və dinamikasının, nəticələrin və onlardan istifadənin səmərəliliyinin təşkilini əks etdirən göstəricilər sistemi və analitik cədvəllər bu istiqamətdə təhlilin əsasını təşkil edir.Dərin maliyyə təhlili çərçivəsində uçot məlumatlarının keyfiyyəti qiymətləndirilir və müəssisənin ödəmə qabiliyyətini xarakterizə edən əsas göstəricilər, onların hesablanması və analitik qiymətləndirilməsi aparılır.
Bazar iqtisadiyyatı şəraitində maliyyə təhlili aşağıdakı əsas metodlardan istifadə olunmaqla aparılır:
1)balansın hər bir mövqeyinin və ya ötən dövrün məlumatları ilə üfqi-müqayisəsi;
2)göstəricilərin strukturunun (hər bir mövqenin bütövlükdə nəticələrə təsirinin) şaquli təhlili;
3)bir neçə il ərzində göstəricinin trend təhlili.
Təhlil həm mütləq, həmçinin də nisbi göstəricilərə əsasən aparılmalıdır. Bu zaman müəssisənin nisbi göstəricilərinin hesablanması mühüm əhəmiyyət kəsb edir.
Müəssisənin maliyyə vəziyyəti müəssisənin vəsaitinin yerləşdirilməsi və istifadəsini xarakterizə edir.Bu. maliyyə planının icra səviyyəsi, mənfəət və digər mənbələr hesabına, eləcə də istehsal fondlarının, xüsusilə dövriyyə vəsaitinin dövranının sürətləndirilməsi hesabına xüsusi vəsaitlərin tamamlanması ilə şərtlənir.
Maliyyə vəziyyəti, ilk növbədə, müəssisənin ödəmə qabiliyyətində, təsərrüfat müqavilələrinə müvafiq texnika və materiallara görə mal göndərənllərin ödəmə tələblərinin vaxtında təmin edilməsində, kreditlərin qaytarılmasında, fəhlə və qulluqçulara əmək haqqının ödənilməsində, büdcəyə ödəmələrin vaxtında köçürülməsi qabiliyyətində öz əksini tapır. Ödəmələrin vaxtında və tam aparılması təsərrüfat subyektinin ödəmə qabiliyyətinin xarici görünüş formasidir.Maliyyə sabitliyi isə həmin halın daxili tərəfini əks etdirir.
Bazar iqtisadiyyatı şəraitində təhlil zamani konkret müddətə və perspektive ödəmə qabiliyyətinin hesablanmasına xüsusi diqqət verilməlidir.
Əgər ödəmə üçün vəsait öhdəlikləindən çox olarsa, onda müəssisə ödəmə qabiliyyıtinə malikdir.Belə hesablamaları aparmaq üçün analitik malgöndərənlərlə hesablaşmalar üzrə hesablaşma hesabında vəsait çatışmazlığı, ssuda üzrə banka, maliyyə orqanlarına borcun gecikdirilməsi haqqında informasiyadan istifadə edir.
Yuxarıda qeyd olunduğu kimi, balansın likvidliyi səhmdarlar, banklar, malgöndərənlər tərəfindən müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsində mühüm meyar hesab olunur.Balansın likvidliyinin təhlili və ona nəzarət yalnız hesablaşmaların cari vəziyyəti ilə deyil, eləcə də onun gələcək perspektivi ilə xarakterizə olunur.Ona görə də müəssisənin ödəmə qabiliyyətinin təhlili qarşısında aşağıdakı əsas vəzifələr qoyulur:
1)müəssisədə maliyyə resurslarından istifadənin obtektiv qiymətləndirilməsi və təhlili;
2)müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün daxili ehtiyatların müəyyən edilməsi;
3)müəssisə ilə xarici maliyyə, kredit orqanları arasında münasibətlərin yaxşılaşdırılması;
Mühasibat balansı (1 saylı illik və rüblük hesabat forması) müəssisənin ödəmə qabiliyyətinin təhlili üçün əsas informasiya mənbəyi hesab edilir.Bu istiqamətdə dərin təhlil aparmaq üçün balansa əlavənin (5 saylı illik hesabat forması) məlumatlarından da istifadə edilir.
2.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN GÖSTƏRİCİLƏR
SİSTEMİ VƏ ONLARIN HESABLANMASI METODİKASI
Məlim olduğu kimi, ödəmə qabiliyyəti müəssisənin maliyyə vəziyyətini xarakterizə edən mühüm göstəricidir.Ödəmə qabiliyyətinin qiymətləndirilməsi balans məlumatlarına əsasən aparılır.
Müəssisənin ödəmə qabiliyyətinin (likvidliyinin) əmsalları müəssisənin özünün asan realizə edilən vəsaitləri hesabına qısa müddətli öhdəlikləri ödəmək qabiliyyətini əks etdirir.Həmin göstəriciləri hesablayarkən qısa müddətli öhdəliklər əsas götürülür.
Müəssisənin ödəmə qabiliyyətini əks etdirən əsas göstəricilər
aşağıdakılardır:
1.Mütləq likvidlik əmsalı (Əm.l.):
Əml = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu (1)
Qısamüddətli öhdəliklər
Bu göstəricinin minimum həddi 0.2-0.25 hesab edilir.Bu əmsal material resursları ilə təmin edən mal göndərənlər və müəssisəni kreditləşdirən banklar üçün mühüm əhəmiyyət kəsb edir.Əgər Əml>0.5 olarsa, müəssisənin ödəmə qabiliyyəti yüksək hesab edilir.
2.Aralıq (“kritik”) likvidlik əmsalı (Əa.l.)
Əal = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +Debitor borcları (2)
Qısamüddətli öhdəliklər
Bu əmsalın minimum həddi 0.7-0.8 hesab edilir.Bu göstərici səhm sahiblərini daha çox maraqlandırır.
3.Cari likvidlik əmsalı (Əc.l.)
Əül = Pul vəsaiti + Qısamüddətli maliyyə qoyuluşu +Debitor borcları Ehtiyatlar və xərclər (3)
Qısamüddətli öhdəliklər
Cari ödəmə qabiliyyətini hesablayarkən gələcək dözrün xərcləri ehtiyat və xərclərin məbləğinə daxil edilmir.Bu əmsal vahiddən aşağı olmamalıdır.İnkişaf etmiş ölkələrdə bu göstəricinin “təhlükəsizlik həddi” 2-2.5 hesab edilir.
Ödəmə əmsallarının mahiyyətində olan fərqlər sahənin xüsusiyyətləri, mal və xidmətlərə gorə hesablaşma formaları, istehsal tsiklinin müddəti, əmtəə-material dəyərləri ehtiyatının strukturu ilə bağlıdır.Ödəmə əmsalı yüksək olduqca kreditorların müəssisəyə inamı artır.
4.Əmtəə-material dəyərləri ehtiyatının likvidlik əmsalı (Əə.m.l.)
Əəml = Ehtiyat və xərclər (4)
Qısamüddətli öhdəliklər
Bu əmsal onu göstərir ki, əgər müsəssisə əmtəə-material dəyərlərini satarsa qısa müddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər.
5.İnkişaf etmiş bir sıra ölkələrdə likvidliyin daha bir göstəricisi hesablanır:
Əi.t.h = Pul vəsaiti + debitor borcları (5)
Gözlənilən gündəlik pul gəliri
Bu əmsal mövcud likvid aktivlər hesabına kömoaniyanın hansı müddətə öz fəaliyyətini davam etdirə biləcəyini xarakterizə edir.
Pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşları (qiymətli kagızlar) dövriyyə vəsaitinin daha mobil hissəsi hesab olunur.Dövriyyə vəsaitləri pula çevrilmə müddətinə görə fərqlənirlər.Belə ki, debitor borclarının və material dovriyyə vəsaitlərinin likvidlik səviyyəsi aşağıdır.Material dövriyyə vəsaitlərinin tərkibində hazır məhsul, əmtəə və material ehtiyatları, bitməmiş istehsalat və yarımfabrikatlar likvidlik səviyyəsinə görə fərqlənirlər.Debitor borcların likvidliyini banka ödəmə sənədlərinin hərəkəti surətindən, bank sənədlərinin vaxtında tərtibindən, ayrı-ayrı alıcılara verilən kommersiya kreditinin müddətindən, onların ödəmə qabiliyyətindən və s. aslılıdır.
Müəsisənin ödəmə qabiliyyətinin perspektiv vəziyyətini nəzərdən kecirərkən gələcəkdə daxil olacaq xalis pul dəlirini nəzərdən qacırmaq olmaz. Bura amortizasiya ayırmaları və satışdan daxil olan ümumi pul gəlirinin tərkibində xalis mənfəət də daxildir.Gəlirin qalan hissəsi istehsal amillərinin təkrar istehsalına, büdcəyə ödəmələrə və digər məqsədlərə yönəldilir.
Səhmdar və korporotiv müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər üçün nizamnamə, səhm və ya pay fondlarında toplanmış xüsusi maliyyə resurslarının saxlanılmasının qiymətləndirilməsi çox aktualdır.Bu müəssisələrin xüsusi maliyyə resursları səhmdarların, iştirakçıların nizamnamə və ya digər fondlara yönəltdiyi üzvlük haqqı hesabına yaradılıq.Qanuna müvafiq olaraq belə müəssisənin nizamnamə kapitalı nizamnamələrində göstərilən həddən aşağı olmamalıdır.
İqtisadi təhlil prosesində yuxarıda nəzərdən keçirilən əmsallarla yanaşı aşağıdakı göstəricilər də müəyyən edilir.
a)Xüsusi dövriyyə vəsaitinin həcmi.Bu göstəricini hesablamaq üçün xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəmindən əsas vəsiat və qoyuluşları və cari öhdəlikləri çıxmaq lazımdır.
Xüsusi dövriyyə vəsaitinin həcmi müəssisənin xüsusi kapitalının cari aktivlərinin (bir ildən az müddətə dövrana malik olan aktivlər) ödənmə mənbəyi olan hissəsini xarakterizə edir.
Xüsusi dövriyyə vəsaitləri aktivləri, eləcə də vəsait mənbələrinin strukturundan çox asılıdır.Bu göstərici kommersiya fəaliyyəti və digər vasitəçilik əməliyyatları ilə məşğul olan müəssisələr üçün əhəmiyyətə malikdir.Başqa şərtlər dəyışməz qaldığı halda bu göstəricinin yüksəlməsi müsbət meyl kimi qiymətləndirilir.
b)Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı.Bu əmsal ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır. Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı xüsusi dövriyyə vəsaitinin pul formasında olan hissəsinin əks etdirir.Normal fəaliyyət göstərən müəssisələr üçün bu əmsal 0 və 1 həddində dəyişilir.
v)Aktivlərdə dövriyyə vəsaitinin payı.
Bu göstərici cari xərclərin müəssisənin sərəncamında qalan bütün vəsaitinə nisbətən xarakterizə edir.Qeyd etmək lazimdır ki, o ehtiyatların dəyərlərinin xüsusi dövriyyə vəsaiti hesabına ötürülən hissəsini xarakterizə etməklə əsasən ticarət müəssisələrinin maliyyə vəziyyətinin təhlilində mühüm əhəmiyyət kəsb edir.Bu göstəricinin aşağı həddi 50% səviyyəsində müəyyən edilmişdir.
q)Cari aktivlərdə istehsal ehtiyatlarının payı.Bu göstərici ehtiyat və xərclərin cari aktivlərə nisbəti kimi müəyyən edilir və vahiddən aşağı olduqda müəssisənin maliyyə vəziyyəti qeyri-sabit hesab olunur.Ona görə də müəssisələrdə müəyyən həcmdə istehsal cehtiyatlarının yaradılması onların maliyyə vəziyyətinin sabitliyinə şərait yaradır.
3.MÜƏSSİSƏNİN ÖDƏMƏ QABİLİYYƏTİNİN TƏHLİL METODİKASI
Bazar iqtisadiyyatı şəraitində balansın likvidliyinin təhlilinə tələbat maliyyə məhdudiyyəti və müəssisənin kredit qabiliyyətinin qiymətləndirilməsi zərurəti ilə bağlıdır.Balansın likvidliyi müəssisənin öhdəliklərini öz aktivləri ilə örtmə dərəcəsi ilə xarakterizə olunur.Bu zaman həmin aktivlərin pula cevrilmə müddəti ğhdəliklərin ödənmə müddətinə müvafiqdir.Aktivlərin likvidliyi – aktivlərin pul vəsaitinə çevrilmə müddəti üzrə balansın likvidliyinin tərsinə olan kəmiyyətidir.Aktivlərin pula cevrilməsinə nə qədər az müddət tələb olunarsa , onun likvidliyi bir o qədər yüksək olacaqdır.
Likvidlik dərəcəsindən asılı olaraq, daha doğrusu pul vəsaitinə çevrilmə sürətinə görə müəssisənin vəsaitləri aşağıdakı qruplara bölünür:
1)daha yüksək likvid aktivlər – müəssisənin pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşu (qiymətli kağızlar);
2)tez realizə olunan aktivlər – debitor borcları və digər dövriyyə aktivləri;
3)yavaş realizə olunan aktivlər – balansın aktivinin P, “Ehtiyatlar və xərclər” bölməsinin maddələri (“gələcək dövrün xərcləri” maddəsi istisna olmaqla), eləcə də aktivin I bölməsini “Uzunmüddətli maliyyə qoyuluşu (digər müssisələrin nizamnamə fonduna yönəldilmiş məbləğdə azaldılmış) və təsisçilərlə hesablaşmalar”.
4)çətin realizə olunan aktivlər –balansın aktivinin I bölməsinin maddələri (əvvəlki qripa daxil edilən maddələr çıxılmaqla).
Balansın passivi ödəmələrin müddətinə görə aşağıdakı qaydada qruplaşdırılır:
1)Daha təcili öhdəliklər – kreditor borcları (balansın passivinin II bölməsinin maddələri), dividentlər üzrə hesablaşmalar, eləcə də vaxtında ödənilməmiş ssuda;
2)qisamüddətli passivlər- qisamüddətli kredit və borc vəsaitləri;
3)uzunmüddətli passivlər- uzunmüddətli kredit və borc vəsaitləri;
4)daimi passivlər – balansın passivinin I “Xüsusi vəsaitlərin mənbələri” bölməsinin maddələri.
Balansın likvidliyinin müəyyən edilməsi üçün aparılan iqtisadi təhlil prosesində balansın aktivi və passivi üzrə yekunları müqayisə etmək lazımdır.Aşağıdakı nisbətlərdə balans mütləq likvidli hesab edilir:
1A≥1P;2A≥2P; 3A≥3P; 4A≥4P
Üç qeyri-bərabərliyin yerinə yetirliməsi dördüncü bərabərsizliyi də həll eməyi tələb edir.Buna görə də balansın aktiv və passivinin ilk üç qrupunun yekununu müqayisə etmək məqsədəuyğun hesab edilir.Dördüncü bərabərsizlik “balanslaşdırma” xarakterini daşıyır, eyni zamanda dərin iqtisadi məzmuna malikdir: Onun yerinə yetirilməsi maliyyə sabitliyinin minimum şərtinin gözlənilməsini (müəssisədə xüsusi vəsaitinin mövcudluğu) əks etdirir.
Əgər bir və ya bir neçə bərabərsizlik optimal varianta zidd olarsa balansın likvidliyi onun mütləq likvidliyindən az və ya çox fərqlənəcəkdir.Bu zaman bir qrup aktiv üzrə vəsait çatışmazlığı digər qrup aktivlərdə vəsait artıqlığı ilə kompensasiya olacaqdır.Balansın likvidliyinin təhlili aşağıdakı formada tərtib edilmiş cədvəl əsasında aparılır.
1 saylı cədvəl
Balansın likvidliyinin təhlili (min.man.)
Aktiv
|
Dövrün əvvəlində
|
Dövrün sonunda
|
Passiv
|
Dövrün əvvəlində
|
Dövrün sonunda
|
Ödəmə artıqlığı və ya çatışmazlığı
|
Dövrün əvvəlində
|
Dövrün sonunda
|
.Daha likvid aktivlər
|
771
|
8118
|
1.Təcili öhdəliklər
|
847
|
21552
|
-76
|
-13434
|
2.Surətlə realizə edilən aktivlər
|
5704
|
20286
|
2.Qısamüd-dətli öhdəliklər
|
3600
|
11000
|
+2164
|
+9286
|
3.Zəif realizə edilən aktivlər
|
4151
|
31014
|
3.Uzunmüddətli öhdəliklər
|
3778
|
098
|
+373
|
+27916
|
4.Çətin realizə edilən aktivlər
|
5219
|
39942
|
4.Daimi passivlər
|
7620
|
63710
|
-2104
|
-23768
|
Balans
|
15845
|
99360
|
Balans
|
15845
|
9930
|
x
|
x
|
Daha likvid vəsaitlərin və sürətli realizə edilən aktivlərin təcili öhdəliklər və qısamüddətli öhdəliklərlə müqayisəsi cari ödəmə qabiliyyətini müəyyən etməyə imkan verir.Zəif realizə edilən aktivlərin uzunmüddətli və orta təcili passivlərlə müqayisəsi perspektiv ödəmə qabilyyətini xarakterizə edir.Cari likvidlik müəssisənin yaxın və ya nəzərdən keçirilən müddətdə ödəmə qabiliyyətinin olub-olmamasını sübut edir.Perspektiv likvidlik isə gələcək daxil olmalar və ödəmələrin müqayisəsi vasitəsi ilə müəssisənin ödəmə qabiliyyətinin proqnozumu əks etdirir.
Balansın likvidliyinin yuxarıda göstərilən sxem üzrə təhlili tam dəqiq deyildir.Bu. mühasibat hesabatı əsasında xarici təhlili aparan analitik üçün informasiyanın məhdudluğu ilə şərtlənir.Təhlilin nəticələrini dəqiqləşdirmək üçün şərh edilən metodikanın göstəricilərinə düzəliş edilməsinə imkan verən xüsusi metodlardan istifadə tələb olunur.
Müəssisənin ödəmə qabiliyyətinin iqtisadi təhlili prosesində balansın aktivinin və passivinin I bölməsinin yekunlarının müqayisəsi cari ödəmə və daxilolmaların nisbətini əks etdirir.Aktiv və passivin II bölməsinin yekununun müqayisəsi yaxın gələcəkdə cari ödəmə qabiliyyətinin artım və ya azalma meylini xarakterizə edir.
Balansın likvidliyinin yuxarıda əks etdirilən metodikası müəssisənin qısamüddətli öhdəliklərini ödəmək imkanı haqqında tam təsəvvür yaratmır.Ona görə də müəssisənin ödəmə qabiliyyəti qısamüddətli öhdəlikərin tamamlanması kimi likvid vəsaitlər dəsti ilə fərqlənən üç nisbi likvidlik göstəricisi vasitəsi ilə qiymətləmdirirlir.
2 saylı cədvəldə müəssisənin ödəmə qabiliyyəti göstəricilərinin hesablanması üçün məlumat verilmişdir.
2 saylı cədvəl
Müəssisənin ödəmə qabiliyyətinin hesablanmasında istifadə edilən məlumatlar (min.man.)
Göstəricilər
|
Dövrün əvvəlində
|
Dövrün sonunda
|
1.Pul vəsaiti
|
771
|
8118
|
2.Qisamüddətli maliyyə
Qoyuluşu
|
-
|
-
|
3.Debitor borcları
|
5704
|
20286
|
4.Ehtiyat və xərclər (gələcək dövrün xərcləri istisna olmaqla)
|
4151
|
31014
|
5.Qısamüddətli öhdəliklər
|
4350
|
32552
|
Cədvəlin məlumatlarına əsasən müəyyən etmək olar ki, mütləq ödəmə əmsalı dövrün əvvəlində 0.18(771:4350), dövrün sonunda 0.25 (8118:32522) təşkil etmişdir.Göründüyü kimi, hesabat dövründə qısamüddətli öhdəliklərin 25%-i dərhal ödənilə bilər.Əlbəttə, dövrün əvvəlində mütləq likvidlik əmsalı onun nəzəri həddindən aşağı olsa da (0.18) dövrün sonuna yüksəlmiş və qəbul həddi təmin edir.
Likvidlik əmsallarını hesablamaqla yanaşı likvidlik dərəcəsinə görə müəssisənin aktivlərinin strukturnu təhlil etmək məqsədəuyğundur.
3 saylı cədvəl
Likvidlik dərəcəsinə görə aktivlərin strukturu
(min.man.)
Aktiv maddələrin adı
|
İlin əvvəlində
|
İlin sonunda
|
1.Likvidlik dərəcəsinə malik aktivlər
a)kassa
b)hesablaşma hesabı
v)Valyuta hesabı
q)Digər pul vəsaitləri
d)Qısamüddətli maliyyə qoyuluşu
Yekunu
II likvidlik dərəcəsinə malik aktivlər
a)Debitorlarla hesablaşmalar:
-mala, iş və xidmətlərə görə
-alınmış veksellər üzrə
-törəmə müəssisələrlə
-büdcə ilə
-digər əməliyyatlar üzrə heyətlə
-digər debitorlarla
b)mal göndərənlərə və podratçılara verilmiş avans
Yekunu
|
-
362
-
409
-
771
4536
-
792
2
374
-
5704
|
-
8059
-
59
-
8118
13980
-
4907
322
1077
-
20286
|
III likvidlik dərəcəsinə malik aktivlər
a)istehsalat ehtiyatları
b)azqiymətli tezxarab olan əşyalar
v)bitməmiş istehsalat
q)gələcək dövrün xərcləri
d)hazır məhsul
j)mallar
z)digər dövriyyə aktivləri
Yekunu
|
1767
65
1184
-
1101
9
-
4127
|
10333
616
1592
-
10517
685
-
30743
|
IV likvidlik dərəcəsinə malik aktivlər
a)əsas vəsait
b)qeyrimaterial aktivlər
v)qurulmaqda olan avadanlıqlar
q)bitməmiş kapital qoyuluşu
d)uzunmüddətli maliyyə qoyuluşu
j)təsiscilərlə hesablaşmalar
z)digər qeyri-maddi aktivlər
Yekunu
Cəmi
|
3880
1112
227
-
-
-
5219
15821
|
33016
4572
2354
-
-
-
39942
99089
|
Cədvəlin məlumatlarından göründüyü kimi, müəssisənin aktivlərinin yekununda IV likvidlik dərəcəsinə malik olan aktivlərin xüsusi cəkisi daha yüksək – 40.3% (39942 : 99089x100), III likvidlik dərəcəsinə malik olan aktivlər üzrə nisbətən az – 31% (30743:99089x100), II likvidlik dərəcəsinə malik olan aktivlər üzrə 20.5% (20286:99089x100) təşkil etmişdir.
4.MÜƏSSİSƏNİN MALİYYƏ VƏZİYYƏTİNİN KOMPLEKS TƏHLİLİ
VƏ REYTİNQİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Kompleks iqtisadi təhlil prosesində göstəricilər sistemi ilə xarakterizə olunan təsərrüfat proseslərinin keyfiyyət və kəmiyyətcə təhlili əsasında müəssisənin fəaliyyətinin nəticələrinin yekunlaşdırılması mühüm yer tutur.Obyektin fəaliyyətinin qiymətləndirilməsi kompleks təhlilin birinci mərhələsində aparılır.Bu zaman analitik işlərin əsas istiqamətləri müəyyən edilir.Son mərhələdə isə təhlilin nəticələri yekunlaşdırılır.Son qiymətləndirmə hər bir konkret situasiya üçün əsas informasiya mənbəyi hesab edilir.
Maliyyə vəziyyəti müəssisənin işgüzar fəaliyyətinin və etibarlılığının mühüm xarakteristikasıdır.O müəssisənin rəqabətə davamlılığını və işğüzar əməkdaşlıqda onun potensialini müəyyən edir, yalnız müəssisənin deyil, eləcə də onun portnyorlarının iqtisadi maraqlarının səmərəli təmin edilməsi üçün təminatdır.
Bazar iqtisadiyyatı şəraitində iqtisadi proseslərin iştirakçılarının müəssisənin maliyyə vəziyyəti və işgüzar aktivliyi haqqında obyektiv və düzgün informasiya əldə edilməsinə marağı daha da artmşdır.Bazar münasibətlərinin bütün subyekləri (mülkiyyətçilər, investorlar, banklar, mal göndərənlər, sifarışçilər və s.) öz portnyorlarının rəqabətə davamlılığı və etibarlılığının birmənalı qiymətləndirilməsində maraqlıdır.
4 saylı cədvəl
Nəşr olunan hesabat məlumatlarına əsasən
reytinq qiymətləndirmə üçün ilkin göstəricilər sistemi
I qrup
Təsərrüfat fəaliyyətinin gəlirliyinin qiymətləndirilməsi
|
II qrup
İdarəetmənin səmərəliliyinin qiymətləndirilməsi göstəriciləri
|
III qrup
İşgüzar aktivliyin qiymətləndirilməsi
|
IV qrup
Likvidliyin və bazar sabitliyinin qiymətləndirilməsi
|
1.Müəssisənin ümumi rentabelliyi
|
1.Məhsul satışının hər manatına düşən xalis mənfəət
|
1.Bütün aktivliyin qiymətləndirilməsi
|
1.Cari likvidlik əmsalı
|
2.Müəssisənin xalis rentabelliyi
|
2.Məhsul satışı həcminin hər manatına məhsul satışından mənfəət
|
2.Əsas fondların səmərəliliyi
|
2.Kritik (aralıq) likvidlik əmsalı
|
3.Xüsusi kapitalın rentabelliyi
|
3. Məhsul satışı həcminin hər manatına bütün məhsul satışından əldə edilən mənfəət
|
3.Dövriyyə fondlarının dövranı
|
3.Daimi aktiv indeksi
|
4.İstehsal fondlarının rentabelliyi
|
4. Məhsul satışı həcminin hər manatına düşən ümumi mənfəət
|
4.Ehtiyatların dövranı
|
4.Müstəqillik əmsalı
|
|
|
5.Debitor borclarının dövranı
|
5.Ehtiyatların xüsusi dövriyə vəsaiti ilə təmin olunması
|
|
|
6.Bank aktivlərinin dövranı
|
|
|
|
7.Xüsusi kapitalın səmərəliliyi
|
|
Müəssisənin maliyyə vəziyyətinin və işgüzar aktivliyinin kompleks müqayisəli reytinq qiymətləndirilməsi metodikasının tərkib mərhələləri aşağıdakılardır:hesabat dövrü üçün ilkin informasiyanın toplanması və analitik işlənməsi; müəssisənin maliyyə vəziyyətinin reytinqinin qiymətləndirilməsi üçün göstəricilər sisteminin əsaslandırılması və onların təsnifləşdirilməsi; reytinq qiymətləndirmənin yekun göstəricisinin hesablanması; reytinqə görə müəssisələrin təsnifləşdirilməsi.Yekun reyqtinq qiymətləndirmədə müəssisənin istehsal və maliyyə fəaliyyətinin bütün vacib göstericiləri nəzərə alınır.Onun tərtibatı zamanı müəssisənin istehsal potensialı, onun məhsulunun rentabelliyi, istehsal və maliyyə resurslarından istifadənin səmərəliliyi, vəsaitlərin vəziyyətivə yerləşdirilməsi haqqında və digər göstəricilərdən istifadə olunur.
İqtisadi ədəbiyyatlarda müəssisənin reytinqinin qiymətləndirilməsi üçün ilkin göstəricilər dörd qrupda cəmləşdirilir (4 saylı cədvəl).Birinci qrupa müəssisənin təsərrüfat fəlaiyyətinin gəlirliyinin (rentabelliyinin) qiymətləndirilməsinin daha ümumi və zəruri göstəriciləri daxildir.Ona görə də müqayisəli qiymətləndirmədə rentabellik göstəricisindən (xalis mənfəətin bütün əmlakın dəyərinə və ya müəssisənin xüsusi vəsaitlərinin həcminə nisbəti) istifadə edilir.
İqtisadi təhlil prosesində xalis mənfəətin həcmi müəssisənin maliyyə nəticələri və onlardan istifadə haqqında hesabat (2 saylı forma) məlumatları əsasında aşağıdakı formulaya əsasən müəyyən edilir.
Pr=Po-Pn (7)
burada, Pr - müəssisənin xalis mənfəəti;
Po – müəssisənin ümumi balans mənfəəti;
Pn – mənfəətdən vergi
İkinci qrupda idarəetmənin səmərəliliyinin qiymətəndirilməsi göstəriciləri (mənfəətin müəssisəsinin dövriyyəsinin yekununa – məhsul, iş, xidmət satışından əldə edilən pul gəlitinə nisbəti) aiddir.
Üçüncü qrupa müəssisınin işgüzar aktivliyinin qiymətləndirilməsi göstıriciləri daxildir:bütün aktivlərin (bütün kapitalın) səmərəliliyi məhsul satışından pul gəlirinin balansın valyutasına nisbəti kimi müəyyən edilir.Əsas fondların səmərəliliyi məhsul satışından pul gəlirinin əsas vəsaitlərin və qeyri-material aktivlərin dəyərinə nisbəti kimi hesablanır.Dövriyyə fondlarının dövranını müəyyən etmək üçün məhsul satışından əldə edilən pul gəlirinin ehtiyat və xərclərin orta dəyərinə nisbəti kimi hesablanır.Debitor borclarının dövranı məhsul satışından əldə edilən pul gəlirinin debitor borclarının ümumi məbləğinə nisbəti kimi müəyyən edilir.Debitor borclarının müəyyən edilməsi üçün müəssisənin balansına əlavədə göstərilən məlumatlardan istifadə etmək mümkündür.
Dördüncü qrupa müəssisənin likvidliyinin və bazar sabitliyinin qiymətləndirilməsi göstəriciləri daxildir.Cari likvidlik (ödəmə) qabiliyyəti dövriyyə aktivlərinin təcili öhdəliklərinin məbləğinə nisbəti kimi hesablanır. Kriktik likvidlik əmsalı pul vəsaitləri və debitor borclarının təcili öhdəliklərə nisbəti kimi xarakterizə olunur.Daimi (sabit) aktivin indeksini hesablamaq üçün əsas vəsaitlərin və qeyri dövriyyə aktivlərini dəyərini xüsusi vəsait mənbələrinə bölmək lazımdır.
Müəssisənin maliyyə müstəqilliyi onun xüsusi vəsaitinin balansın valyutasına nisbətini xarakterizə edir.Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaiti ilə təmin olunmasını müəyyən etmək üçün xüsusi dövriyyə vəsaiti məbləğini ehtiyat və xərclər məbləğinə bölmək lazımdır. Səhmdar kompaniyaların bazar sabitliyini xarakterizə etmək üçün nisbi göstəricilərdən -bir səhmə düşən mənfəətin həcmi, bir səhmə düşən divident və s. Göstəricilərdən istifadə olunması məqsədəuyğundur.
Beləliklə, yalnız müəssisənin cari maliyyə vəziyyətinin deyil, eləcə də həmin vəziyyətin dinamikada yaxşılaşdırılması üzrə onun səyinin qiymətləndirilməsini müəyyən etmək mümkündür.Həmin əmsal həmçinin müəssisənin istehsal və maliyyə resurslarından istifadəsinin səmərəlilik səviyyəsini müəyyən etməyə imkan verir.
5.MÜƏSSİSƏNİN MÜFLİSLƏŞMƏSİ EHTİMALININ ANALİTİK QİYMƏTLƏNDİRİLMƏSİ
Müəssisənin müflisləşməsi bazar iqtisadiiyyatının inkişaf yolu seçmiş respublikanın müasir iqtisadiyyatında yeni haldır.
Müəssisənin müflisləşməsi dedikdə borclunun öhdəliklərinin onun əmlakının dəyərindən çox olması və ya balansın quruluşunun qeyri-qənaətbəxş olması və səbəbindən büdcəyə və qeyri-büdcə fondlarına məcburi ödəmələri təmin etməməsi daxil olmaqla malların (iş, xidmətin) dəyərinin ödənilməsi üzrə kreditorların tələbini yerinə yetirə bilməməsi başa düşülür.Balansın strukturunun qeyri-qənaətbəxş olması borclunun əmlakının və öhdəliklərinin elə vəziyyəti ilə xarakterizə olunur ki, burada əmlakın likvidlik səviyyəsinin hədsiz aşağı olmasından kreditorların öhdəliklərinin vaxtında ödənillməsi təmin edilmir.Bu zaman əmlakın dəyəri borclunun borclarının ümumi məbləğinə bərabər ola bilər və ya ondan artıq ola bilər.
Müflisləşmə vəziyyətinin yaranmasının əsas səbəbləri aşağıdakılardır:
1.Təsərrüfatçılıq şəraitinin yaratdığı obyektiv səbəblər – maliyyə, pul, kredit, vergi sisteminin və iqtisadiyyatın yenidən qurulmasının qanuni bazasının təkmilləşdirilməsi;
2.Bilavasitə təsərrüfatçılığın özünə aid subyektiv səbələr- müflisləşməni qabaqcadan görmək və həmin təhlükəni vaxtında aradan qaldırmaq bacarığının olmaması;tələbin zəif öyrənilməsi və reklamın olmaması səbəbindən satışın həcminin azalması, məhsulun keyfiyyətinin və qiymətinin aşağı düşməsi, özünü döğrultmayan yüksək xərclər, məhsulun aşağı rentabelli olması, istehsal tsiklinin həddindən çox olması, böyük miqdarda borc və qarşılıqlı ödəmələrin mövcudluğu, rəhbərlərin bazarın formalaşmasının reallığına uyğunlaşması, yüksək tələbata malik məhsul buraxılışının tənzimlənməsində onların təşəbbüskarlığınını olmaması və s.
Müəssisənin müflisləşməsi ehtimalını maliyyə təhlili vasitəsi ilə qiymətləndirmək olar.Məhz onun vasitəsi ilə müəssisənin iqtisadiyyatında mövcud konkret “xəstəliyi” və onun aradan qaldırılması üçün əməli tədbirləri müəyyən etmək olar.Maliyyə təhlili müəssisənin müflisləşmə ehtimalını proqnozlaşdırmaq və onun krizis vəziyyətindən çıxması üçün qabaqcadan fikirləşmək və tədbirlər görməkdə geniş vasitələrə malikdir.
Hər hansı müflisləşmədən uzaq olmaq üçün universal yol müflisləşmə ehtimalının qiymətləndirilməsi üçün müəssisənin fəaliyyətinin vaxtaşırı maliyyə təhlililin aparılmasıdır.Maliyyə təhlili iqtisadi nəzəriyyə,hüquqi biliklərə,mühasibat uçotuna əsaslanır.
Müasir iqtisadi ədəbiyyatlarda maliyyə göstəricilərinin proqnozlaşdırılmasının çoxsaylı üsul və metodları verilmişdir.Lakin müəssisənin maliyyə vəziyyətinin ekspres təhlili üçün onların hamısından istifadəyə lüzum qalmır.Müəssisənin müfliləşməsi mümkünlüyü baxımından maliyyə vəziyyətinin proqnozlaşdırılmasına yanaşmanın üç əsas formasnı nəzərdən keçirək:
1)krediti ödəmə qabiliyyəti indeksinin hesablanması
2)göstəricilər sistemindən və qeyri formal meyarlardan (əlamətlər) istifadə
3)ödəmə qabiliyyəti göstəricilərinin proqnozlaşdırılması
Müəssisənin müflisləşmə ehtimalının qiymətləndirilməsi zamanı məşhur qərb iqtisadçısı E.Altman tərəfindən hazırlanmış metoddan geniş istifadə olunur.
Həmin modulun ən sadəsi ikiamilli modul hesab olunur.Bu zaman iki əsas göstərici götürülür ki,E.Altmana görə müflisləşmə ehtimalı onlardan asılıdır.Həmin göstəricilər ödəmə əmsalı və maliyyə asılılığı göstəriciləri aid edilir.Təhlil nəticəsində qərb təcrübəsində həmin amillərin hər birinin kəmiyyət əmsalı müəyyən edilmişdir.
Z= -0,3877-1,0736Əö+0,0579Əma (9)
Burada Əö – ödəmə əmsalı (cari aktivlərin cari öhdəliklərə nisbəti)
Əma-maliyyə asılılığı əmsalı (borc vəsaitlərin passivin yekununa nisbəti)
Əgər Z=0 olarsa həmin müəssisə üçün müflisləşmə ehtimalı 50%, Z<0 olarsa müflisləşmə ehtimalı 50%-ədən aşağıdır və Z-in azalması ilə azalır.Əgər Z>0 olarsa müflisləşmə ehtimalı 50% yuxarıdır və Z-in artması ilə həmin ehtimal daha da artır.Bu modulun üstünlüyü onun sadəliyi, müəssisə haqqında məhdud informasiya şəraitində belə onun tətbiqinin mümkünlüyü ilə xarakterizə olunur.Lakin müflisləşmə ehtimalının yüksək dəqiqliklə proqnozlaşdırılmasında bu moduldan istifadə olunur.Çünki müəssisənin maliyyə vəziyyətinə təsir edən digər vacib göstəricilər (müəssisənin rentabelliyi,aktivlərin səmərəliliyi,işguzar aktivliyi) bu modulda öz əksini tapmamışdır.İki amilli modulun köməkliyi ilə proqnozda səhv ∆Z=±0,65 intervalında qiymətləndirilir.
Qərb təcrübəsində E.Altmanın 1968-ci ildə hazırladığı beşamilli modulundan geniş istifadə olunur.İndeksi tərtib edərkən müəllif 66 müəssisəni tədqiq etmiş,onların yarısı 1946 ve 1965-ci illərdə müflisləşmiş,qalanları öz fəaliyyətini uğula davam etdirmişlər.Bu zaman müflisləşmə ehtimalının proqnozlaşdırılması üzrə 22 analitik əmsal öyrənilmişdir.
Bəzi ədəbiyyatlarda xüsusi kapitalın bazar qiyməti ilə örtülməsi əmsalının səhm kapitalının bazar dəyərinin qısamüddətli öhdəlikləri kimi hesablanması tövsiyyə edilir.
Lakin hal-hazırda respublikada səhmlərin bazar dəyəri haqqında məlumatın olmaması səbəbindən və həmin göstəricinin əksər müəssisələr üçün özünün həqiqi variantında hesablanmasının mümkün olmadığından bəzi iqtisadçılar bütün aktivlərin dəyərinin borc vəsaitlərinin cəminə bölünməsini təklif edirlər.
Əlbəttə,həmin göstəricinin bu qaydada hesablanması real deyildir.Ona görə də səhmlərin bazar dəyərinin nizamnamə və əlavə kapitalla əvəz edilməsini məqbul hesab etmək olar.Çünki bu zaman müəssisənin aktivlərinin dəyərinin artması və ya nizamnamə kapitalının artmasına (səhmin nominal dəyərinin artması və ya əlavə səhm buraxılması) ve yaxud da əlavə kapitalın artmasına (səhmlərin kursunun artması) səbəb olur.Lakin bu halda xarici amillərin və investorların davranışından (əlavə səhm buraxılışınn onların emitentinin müflisləşməsinə səbəb olacağını güman edir və onları almaqdan imtina etməklə səhmlərin bazar dəyərini aşağı salır) asılı olaraq səhmlərin kursunun mümkün dəyişilməsi nəzərə alınmır.
Altmana görə Z indeksinin kritik kəmiyyəti 2,675 hesab edilir.Konkret hər hansı bir müəssisə üçün onun kredit ödəmək qabiliyyəti bu kəmiyyətlə müqayisədə müəyyən edilir.Belə ki,müflisləşmə ehtimalı Z<2,675 olduqda mümkün,Z>2,675 olduqda müəssisənin normal maliyyə sabitliyinə malik olduğundan həmin ehtimalın olmaması kimi qiymətləndirilir.
Bəzi iqtisadçılara (Artmenko V.Q, Bellendir M V) görə müflisləşmə ehtimalı həmin əmsalın (Z) kəmiyyətinin 1,8-ə qədər olması şəraitində ən yüksək 1,81-2,7 həddində yüksək, 2,8-2,9 həddində mümkün, 3,0-dan yuxarı olduqda isə aşağıdır.
Beşamilli modulun proqnoz dəqiqliyi bir il üçün 95%, 2 il üçün isə 83%-ə qədərini təşkil edir ki,bu da həmin modulun üstünlüyünü əks etdirir.Müəssisənin müflisləşməsi ehtimalı ilin əvvəli ilə müqayisədə sonrakı dövrlərdə artır.Bu müəssisənin rentabelliyinin aşağı düşməsi onun qısamüddətli öhdəliklərinin və aktivlərinin artmas səbəbilə izah edilir.E.Altman tərəfindən 1977-ci ildə hazırlanmış beşamilli modul 5 il müddətindı müəssisənin müflisləşməsi ehtimalını 70%-ə qədər dəqiqliklə proqnozlaşdırmağa imkan verir.Həmin modula aktivlərin rentabelliyi, mənfəətin dəyişkənliyi, kreditlər üzrə faizlərin örtülməsi əmsalı, toplanmış mənfəət, örtülmə amsalı, müstəqillik amsalı və aktivlərin məcmuu göstəriciləri daxil edilmişdir.
Digər qərb ölkələrində də müəssisələrin müflisləşməsi ehtimalının proqnozlaşdırılması üçün müxtəlif modullar hazırlanmışdır.Məsələn,Böyük Britaniyadakı audit yoxlaması təcrübəsinin ümumiləşdirilməsi üzrə komitənin tövsiyyələri işlənib hazırlanmışdır ki burada müəssisənin müflisləşməsi ehtimalının qiymətləndirilməsi üçün kritik göstəricilər verilmişdir.Həmin göstəriciləri iki qrupa bölmək olar.
Birinci qrupa mövcud dəyişilmə dinamikasını,gələcəkdə müəssisənin maliyyə çətinliyi ilə üzləşəcəyini, o cümlədən müflisləşəcəyini əks etdirən meyar və göstəricilər aid edilir.Onlara aşağıdakılar daxildir:
-
əsas istehsal fəaliyyətində təkrar olunan əhəmiyyətli itkilər
-
vaxtı keçmiş kreditor borclarının kritik səviyyəni ötməsi
-
uzunmüddətli maliyyə qoyuluşu mənbəyi kimi qısamüddətli borc vəsaitindən həddən çox istifadə edilməsi
-
likvidlik əmsalının çox aşağı olmas
-
dövriyyə vəsaitlərinin daima çatışmaması
-
vəsait mənbələrinin tərkibində borc vəsaitlərinin xüsusi çəkisinin təhlükəli həddə qədər çatması
-
qeyri düzgün maliyyələşdirmə siyasətinin aparılması
-
investorlar,kreditorlar və səhmdarlar qarşısında öhdəliklərin daima yerinə yetirilməməsi
-
debitor borclarının böyük xüsusi çəkiyə malik olması
-
normadan artiq və satılmayan malların və istehsal ehtiyatlarının movcudluğu
-
bank sistemi idarələri ilə münasibətlərin pisləşməsi
-
qeyri səmərəli şərtlərlə maliyyə mənbələrindən istifadə olunması
-
uzunmüddətli potensial kontraktların itirilməsi
-
sifarişlər portfelində qeyri qənaətbəxş dəyşikliklər
İkinci qrupa müəssisəsin cari maliyyə vəziyyətinin kritik olmasa da müəyyən şəraitdə zəruri tədbirlər görülmədikdə pisləşəcəyini xarakterizə edən meyarlar və göstəricilər daxildir.Həmən göstəricilərə aşağıdakılar aid edilir:
-
Idarəetmə aparatının aparıcı əməkdaşlarının itirilməsi
-
İstehsal texnoloji proseslərdə məcburi dayanmalar
-
Müəssisənin naməlum nəticəli məhkəmə araşdırmasında iştirakı
-
Aparıcı kontragentlərin itirilməsi
-
Qeyri səmərəli uzunmüddətli müqavilələr.
Bu tövsiyələrin üstünlüyü müflisləşmənin mümkünlüyü baxımından müəssisənin maliyyə vəziyyətinə sistemli,kompleks yanaşma ilə xarakterizə edilir,hər hansı bir sahə üzrə müəssisədə müəyyən düzəlişlərə tətbiqi mümkündür.
ƏDƏBİYYAT
-
Namazəliyev H. İ. Sənaye müəssisələrinin təsərrüfat fəaliyyətinin iqtisadi təhlili
-
Анализ хозяйственност деятельности впромышленности Минск., выш. Шк 1997
-
Ковалев B.B. Финансовый анализ. М. Финанcы и статистика, 1998
-
Pycak H.A. Pycak B.A. Финансовый анализ cyбъекта xoзяствoвания. Минск., выш. Шк 1998
-
Шepeмeт A.Д.,Баkaнoв M.И. Tеopия экoномического aнaлиза.
M., Финанcы и статистика, 2000
6. Шepeмeт A.Д., Caйфyлин P.C. Meтодика финансового aнaлиза. M. 19960>
Dostları ilə paylaş: |