Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Yazılı mənbələrdə (Kitabi-Dədə Qorqud dastanında) rast gəlinən xrematonimlər



Yüklə 0,99 Mb.
səhifə70/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   66   67   68   69   70   71   72   73   ...   103
2.2.Yazılı mənbələrdə (Kitabi-Dədə Qorqud dastanında) rast gəlinən xrematonimlər
Dilimizdə işlənən bir çox xrematonimlərin tarixi çox qədimə gedib çıxır və onların izahında, etimologiyalarının açılmasında qədim mənbələrimiz yolumuza çıraq tutur. Bu mənbələr xalqımızın maddi və mənəvi mədəniyyətinin izlərini özündə qoruyub saxlayır. Belə mötəbər mənbələrdən biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Türk dünyasının ən möhtəşəm abidələrindən hesab olunan “Kitabi-Dədə Qorqud” dastanının dili öz zənginliyi ilə seçilir, dilimizin onomastik vahidlərinin tədqiqində bizə yaxından kömək edir, bir çox sualların cavablandırılmasına şərait yaradır. Dastanda işlənən onomastik vahidlərin bir qismini ktematonimlər təşkil edir. Ktematonimlərin bəziləri arxaikləşib, bəziləri isə müasir dilimizdə, dialekt və şivələrimizdə ya olduğu kimi, ya müəyyən fonetik dəyişikliyə uğramış şəkildə, ya da hər hansı bir ifadənin tərkibində işlənməkdədir. Bu onomastik vahidləri tədqiq edərkən bizə qaranlıq qalan məqamlara aydınlıq gətirilir, onların izahında bizə yardımçı olur. Bunlardan bir neçəsini nəzərdən keçirək.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin