217) Verilənlərdən hansı prodərmanların yaradılması məqsədlərinə daxildir?
A) Dərman maddələrinin orqanizmə təsirinin öyrənilməsi,
B) Farmakoterapiyanın təhlükəsizliyinin yüksəlməsi;
C) Rasional dərman formasının hazırlanmasının həyata keçirilməsi
D) Bitki və heyvan mənşəli bioloji fəal maddələrin axtarılması
E) Dərman maddələrinin fiziki və kimyəvi xassələrinin, alınma və təmizlənmə qaydalarını öyrənilməsi.
Ədəbiyyat: Онлайн Медицинская энциклопедия.
218) Prodərmanların yaradılmasında məqsəd nədir?
A) Dərman preparatlarının təsir seçiminin yüksəlməsi.
B) Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması
C) Daha səmərəli dərmanların axtarılması.
D) Bitki və heyvan mənşəli xammalın t oplanması
E) Dərman vasitələrinin selektiv yanaşma metodunun işləyib hazırlanması.
Ədəbiyyat: Онлайн Медицинская энциклопедия.
219) Ampisillinin farmakokinetik xassələrinin təkmilləşməsi (sorulmasının artması və sürətlənməsi) üçün hansı prodərman işlənib hazırlanmışdır?
A) Standasillin
B) Talampisin.
C) Zetsil
D) Ampireks
E) Upsampi
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
220) İltihab əleyhinə qeyri-steroid preparatın farmakoterapevtik təhlükəsizliyinin yüksəlməsi (mədə seliyinin qıcıqlandırılmaması) üçün hansı prodərman işlənib hazırlanmışdır?
A) Sulindak
B) Metindol
C) İndokollir
D) Algometasin
E) İndosid
Ədəbiyyat: Онлайн Медицинская энциклопедия.
221) Hipotenziv dərman preparatlarının təsir seçiminin yüksəlməsi üçün hansı prodərman işlənib hazırlanmışdır?
A) Dopegit
B) Aldomet
C) Qlutamil-dofa
D) Hipotonal
E) Dopanol
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
222) İrsi faktorların nəsildən-nəslə ötürülməsi mexanizmlərini hansı elm sahəsi öyrənir?
A) Farmakogenetika
B) Farmakoqnoziya
C) Farmakokinetika
D) Farmakodinamika
E) Farmakoepidemiologiya
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
Dostları ilə paylaş: |