223) Fermentlərin tez-tez rast gəlinən irsi defekti necə adlanır?
A) Enzimopatiya
B) Kollagen xəstəliyi
C) Qalaktozemiya
D) Albuminuriya
E) Hemoqlobinopatiya
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
224) Dərman maddələrinin bədəndə paylanmasında hansı sistem iştirak edir?
A) Tənəffüs sistemi;
B) İfrazat sistemi.
C) Cinsiyyət sistemi;
D) Qan və ya limfa sistemi;
E) Həzm sistemi;
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
225) Hansı növ dərman uyuşmazlığı zamanı dərman vasitəsinin sorulma xassələri dəyişir?
A) Fiziki-kimyəvi uyuşmazlıq
B) Psixoloji uyuşmazlıq
C) Farmakodinamik uyuşmazlıq
D) Metabolik uyuşmazlıq
E) Farmakokinetik uyuşmazlıq
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
226) Hansı növ dərman uyuşmazlığı zamanı dərman maddələrinin biomənimsənilməsində iştirak edən mikrosomal fermentlərin əmələ gəlmə prosesi dəyişir?
A) Farmakokinetik uyuşmazlıq
B) Metabolik uyuşmazlıq
C) Farmakodinamik uyuşmazlıq
D) Psixoloji uyuşmazlıq
E) Fiziki-kimyəvi uyuşmazlıq
Ədəbiyyat: Ağayev E., Rəhimov İ. Farmakologiya. Bakı, “Elm və təhsil”, 2014, 592 s.
227) Aqreqat (fiziki) vəziyyətlərinə görə dərman formalarının hansı növləri vardır?
A) Əlaqəli-dispers sistemli dərman formaları ( həblər,draje)
B) Spumoidlər dərman formaları (qatı emulsiya, suspenziya);
C) Sərbəst hərtərəfli-dispers sistemli dərman formaları ( poroşoklar, yığıntılar);
D) Enteral və parenteral dərman formaları
E) Bərk, maye, yumşaq dərman formaları;
Ədəbiyyat: Vəliyeva M. Dərmanların texnologiyası. Bakı , 2014, 350 s
228) Dispersioloji xüsusiyyətlərinə görə dərman formalarının hansı növləri vardır?
A) Sərbəst hərtərəfli-dispers və əlaqəli-dispers sistemli dərman formaları
B) Bərk, maye dərman formaları
C) Enteral dərman formaları
D) Parenteral dərman formaları
E) Yumşaq dərman formaları;
Ədəbiyyat: Vəliyeva M. Dərmanların texnologiyası. Bakı , 2014, 350 s
Dostları ilə paylaş: |