Əlavə 3 azərbaycan respublikasi


Sözün prosodik strukturunun formalaşmasında ton, intensivlik, temporal, temp, ritm kimi parametrlərin rolu



Yüklə 465,34 Kb.
səhifə19/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
2.2. Sözün prosodik strukturunun formalaşmasında ton, intensivlik, temporal, temp, ritm kimi parametrlərin rolu
Sözün prosodik strukturunun müəyyənləşdirilməsi üçün, ilk növbədə, onun akustik parametrlərinin xüsusiyyətlərinə, onların işlənmə tezliklərinə, bir-birləri ilə nə səviyyədə qarşılıqlı əlaqədə olmaları məsələlərinə aydınlıq gətirilməlidir. Qeyd etmək lazımdır ki, “danışıq dili zaman baxımından keçən əsrin ortalarına qədər dilçilərin maraq dairəsində olmamışdır” [182, s.2]. Son dövrlər bu sahəyə maraq artmışdır. Biz də bu problemlə bağlı tədqiqat işimizdə ilk növbədə, bu parametrlərin hər biri haqqında məlumat verilməsini məqsədəuyğun hesab etmişik.

Ton hər hansı bir səsin fiziki xüsusiyyətidir. Tələffüz zamanı hava axınının təsiri ilə səs telləri sıfır nöqtədən tərpənməklə hərəkətə başlayır. Titrəmədən əmələ gələn səslərin təkrarı sədanı əmələ gətirir. Səs tellərinin hərəkət sürətindən asılı olaraq tonların xarakteri fərqli olur” [174, s.252]. Səs tellərinin zəif titrəyişi aşağı tezlikli səslərin, sürətli hərəkəti isə yüksək tezlikli səslərin yaranmasına səbəb olur. Tonun yüksəkliyi bir neçə formada xarakterizə oluna bilər. Bəzi mənbələrdə qeyd olunur ki, “tonun tezliyi bir zaman vahidi ərzində səs tellərinin titrəmə tezliyinin ən yüksək səviyyəsidir. Bu da səsin yaranması ilə bağlı ümumi fiziki qanunauyğunluqla eyniyyət təşkil edir. Səsin yüksəkliyi cismin rəqslərinin tezliyindən asılıdır. Tezlik isə özlüyündə cismin kütləsilə tərs, gərginliyi ilə düz mütənasibdir. Cisim nazik və gərgin olarsa, onun tezliyi çox və alınan səs də yüksək olar” [19, s.142].

Tələffüzdə sədanın yaranmasında ən aşağı səviyyəli ton əsas ton (Grundton), digər tonlar isə obertonlar adlanır” [174, s.252]. “Hər hansı bir səsin səslənməsindəki çalarlıq partiel tonların sayından, nizamlığından və intensivliyindən asılıdır. İstər ingilis, istərsə də Azərbaycan dillərində saitlərin yaranmasını şərtləndirən əsas əlamət tondur. Bu da səsin spektrində ən aşağı səviyyədə özünü əsas ton kimi göstərir. Bunu da eksperimental fonetikada F0-la (sıfır formant) göstərirlər” [51, s.147].

L.R.Zinderin fikrincə eyni, “əsas ton səviyyəsində bütün saitlər tələffüz oluna bilər. Əsas tonun tezliyi saitin xarakterinə təsir göstərmir” [97, s.184]. Belə bir hal da müşahidə olunmuşdur ki, müxtəlif saitlər eyni vəziyyətdə (yəni eyni vurğulu və eyni intonasiyalı) əsas tonun tezliyinə görə müxtəlif yüksəkliklərlə tələffüz olunur. Məs: /i/ saiti /a/ saiti ilə müqayisədə yüksək tələffüz olunur. Linqvistik cəhətdən bu, fərq həlledici rol oynamır, çünki canlı danışıqda müxtəlif növlü saitlərin tonunun yüksəkliyi bütün istiqamətlərdə dəyişə bilir. Hər bir sait səsin tələffüzündə tonun hərəkətinin dəyişməsi nizamlı şəkildə baş verdiyindən canlı danışıqda baş vermiş yayınmalar hecanın xarakteri və intonasiya ilə bağlıdır.

İngilis dilində səslərin sonorluq dərəcələri kimi problemdən bəhs edən Q.P.Tor­suyev yazmışdır ki, küysüz tələffüz edilən bütün sait səslərin əsasında ton durur və bunlar tonlu səslərdir. Tonun xüsusiyyətinə görə saitlər fərqlidir [128, s.20]. Bu saitlərin nə sə­viy­yədə açıq və qapalı olmasından asılı olaraq onların tələffüzündə sonorluğun səviyyəsi dəyişkən olur. Açıq saitlər aşağı ton səviyyəsində olur. Eyni vəziyyətli şəraitdə sonor səslər daha aydın tələffüz olunur. Bu cür səslər uzaq məsafədən öz yüksəkliyi ilə seçilir. Bu da bu cür səslərin heca yaratma xüsusiyyətinə malik olduğunu göstərir. Heca daxilində bu səslərin tələffüzündə ton maksimum səviyyədə olur. Prosodik informasiyanın əsas hissəsi məhz tonun tezliyinin konturlarında ifadə olunur. Avropa dillərində, eləcə də ingilis dilində tam mənalı səslərin aydın, ritmik, melodik strukturu vardır. Bu strukturda hecalardan hər biri intensivliyə və tonun səviyyəsinə görə fərqlənir. Şübhəsiz ki, bu dillərin nə cür bir prosodik struktura malik olmasından da asılıdır. Kommunikativ prosesdə həlledici əhəmiyyət kəsb edən sözlər diskret vahidlərin düzülüşündən və onları bir bütöv halında birləşdirən prosodik vasitələrdən ibarətdir. Dildə olan seqmentlər və ya hecalar ona görə söz yarada bilir ki, bu prosesdə onlara prosodik vasitələr xidmət göstərir. Hər bir dilin leksik sistemin­də onun fonetik strukturuna uyğun müxtəlif heca tərkibli sözlər mövcuddur. Həmin sözlərə daxil olan hecalardan biri tələffüz zamanı tonun səviyyəsinə görə digər­lə­rindən fərqlənir. Bu heca ingilis dili sözlərində müxtəlif mövqelərdə işlənə bilir. İşləndiyi mövqedən asılı olaraq, hecanın ton göstəriciləri də dəyişmiş olur. Dəyişiklik həm heca səviyyəsində, həm də söz səviyyəsində baş verir. Belə bir ton dəyişikliyinin üçhecalı sözlər daxilində necə nizamlandığını aşağıdakı kimi əks etdirə bilərik:

Qrafiklərdən məlum olur ki, ingilis dilində söz daxilində melodik pik müxtəlif mövqelərdə özünü müxtəlif formalarda göstərə bilir. Bundan asılı olaraq da, sözün prosodik strukturunda dəyişikliklər baş verir. Söz daxilində enən-yüksələn və ya yüksələn-enən ton kəsikləri ayırma funksiyasını yerinə yetirir. Söz daxilində vurğulu saitlər vurğusuz saitlərə nisbətən yüksək ton tezliyi ilə seçilir. Əsas tonun tezliyinin yüksəlməsi aksentin yaranmasının ən çox işlənən vasitəsidir. Bu, ingilis dilində də belədir. Baxmayaraq ki, ingilis dilində intensivlik relevant aksent xüsusiyyətidir. Hətta ingilis dilində əsas tonun tezliyinin artması aksentləşdirmədə vacib elementdir. Belə aksentlilik çox vaxt melodik və ya tonal aksentlik adlanır.

Sözün tələffüzündə əsas tonun dəyişməsinə təsir edən faktorlar müxtəlifdir. İstər ingilis, istərsə də Azərbaycan dilində sözün tələffüzü zamanı əsas tonun tezliyi (ƏTT) heç də sözün əvvəlindən sonuna qədər bərabər səviyyədə olmur. Əsas tonun tezliyi sözdə hecaların strukturu və mövqe xüsusiyyətlərindən, hecaların vurğuya münasibətindən asılı olaraq, variasiya olunur. İngilis dilində kontekst və situasiyadan, ifadə olunan məqsəddən asılı olaraq, onların tələffüzü zamanı ƏTT müxtəlif strukturlarda öz ifadəsini tapmışdır.

“Dilçilik ensiklopediyası”nda qeyd olunmuşdur ki, danışıq aktında tonun dəyişməsi, söyləmin, cümlənin, mətnin melodik səviyyəsi, ingilis dilində söz səviyyəsində tonun 6 cür hərəkətini fərqləndirirlər:

1. Alçaq enən /˛two/; (iki) müəllim şagirdə qiymət elan edir.


Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin