Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə31/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   ...   26   27   28   29   30   31   32   33   34
ək, əkin, əkinçi, əkinçilik

süd, südçü, südçülük

nənə, nənələr və s.

Azərbaycan dilində sözün fonem və heca tərkiblərinin dəyişməsindən asılı olaraq onların prosodik strukturları da dəyişmişdir. Bunun üçün /ək/, /süd/ və s. sözlərin müxtəlif heca tərkibli sözlərin daxilində tələffüzü zamanı prosodik vasitələrin fəaliyyəti nəzərdən keçirilmişdir. Birinci olaraq ayrıca tələffüz edilmiş /ək/ sözünün prosodik xüsusiyyətlərinə aydınlıq gətirilmişdir: /ək/ sözünün tələffüzünə, 4 saniyə sərf olunmuşdur, ƏTT = 237 hs, i=73 db səviyyəsində qeydə alınmışdır. Sözün tələffüzü zamanı /ə/ saitinin akustik göstəriciləri də təhlil olunmuşdur:

I d. /ə/ t=0,17 san; ƏTT=236 hs; i=77 db.

II d. /ə/ t=0,1 san; ƏTT=277 hs; i=78 db. (Bax: Qr 27)

Sonra həmin söz /əkin/ düzəltmə sözünün tərkibində təhlilə cəlb olunmuşdur. Bu strukturda /ək/ sözünün struktur göstəriciləri:

I d. /ə/ t=0,1 san; ƏTT=218 hs; i=73 db.

II d. /ə/ t=0,1 san; ƏTT=292 hs; i=71 db.

Həmin sözün ikinci hecası ƏTT-nə görə 1-ci hecadan yüksək olsa da, intensivlik göstəricilərinə görə (71 db) aşağı olmuşdur. Sözün temporal strukturu da dəyişikliyə uğrayıb. Ayrıca tələffüzünə 0,4 saniyə sərf olunduğu halda, /əkin/ sözünün tərkibində buna 0,3 saniyə, yəni 1-cidən 0,1 saniyə az vaxt sərf edilib (Bax: Qr 27). /əkin/ sözünə növbəti /-çi/ şəkilçisinin artırılması sözün fonem və heca tərkiblərinin dəyişməsinə səbəb olduğu kimi, prosodik struktur da dəyişmişdir. /əkin/ sözündə ikinci hecanın, yəni son mövqedə işlənən hecanın saiti kimi çıxış edən /i/ saiti, /əkinçi/ sözündəki müvafiq sait ilə müqayisədə fərqli tələffüz edilmişdir. /əkin/ sözündə son mövqedə işləndiyi halda, /əkinçi/ sözündə bu penultin hecanın tərkib hissəsi kimi çıxış etmişdir. Deməli, bu sözdə həmin hecadan sonra daha bir heca /-çi/ işlənmişdir. /əkin/ sözündən fərqli olaraq /əkinçi/ sözündə son hecada ƏTT aşağı (227 hs) vəziyyətdə olmuşdur. İntensivlik göstəricinə görə isə fərq başqa formada özünü göstərmişdir, çünki son hecada işlənən /i/ saiti intensivliyə görə özündən əvvəl işlənən eyni keyfiyyətli /i/ saitinin intensivliyindən üstün olmuşdur.

Sözlərin tələffüzündən əldə edilən ossiloqramlardan məlum olmuşdur ki, 2-ci diktorun tələffüzündə bu, fərqli halda özünü göstərmişdir. /əkin/ sözünün tələffüzünə ayrılıqda 0,6 san sərf olunduğu halda, /əkinçi/ sözünün tərki­bində bu göstərici 0,4 saniyəyə bərabər olmuşdur. Bu sözün tərkibində /ək/ sözü 0,2 saniyədə reallaşmışdır. /əkinçi/ sözünə yeni bir /-lik/ suffiksi əlavə edildikdə /əkin­çi­lik/ sözü formalaşmışdır. Qeyd edilmiş /əkin/, /əkinçi/ və /əkinçilik/ sözlərinin təhlili sayəsində belə demək olar ki, əsas tonun tezliyinə görə 2-ci heca dominant əlamət kimi çıxış etmişdir. Bu dəyişikliyi dəqiqləşdirmək məqsədilə /əkinçilik/ sözü­nün tələffüzü zamanı saitlərin tələffüzündə prosodik vasitələrdən hansının üstünlük təşkil etdiyi yoxlanılmışdır. Yoxlamanın və təhlilin nəticələri aşağıda əks olun­muşdur:

I d. ə k i n ç i l i k

t 0,02 0,7 0,6 0,1 san.

ƏTT 227 235 235 220 hs.

İ 75 68 66 70 db.

II d. t 0,05 0,04 0,04 0,08 san.

ƏTT 235 254 235 217 hs.

İ 68 71 65 71 db.

Sözün tələffüzündə əsas tonun tezliyi parametri hər iki diktorda 2-ci heca ilə, intensivlik parametri isə birinci diktorda 1-ci, ikinci diktorda 2-ci heca ilə əlaqəli olmuşdur temporal parametrin göstəricilərinə görə hər iki diktorun tələffüzündə son hecanın saiti fərqlənmişdir (Bax: Qr. 28). Son hecadakı saitin tələffüzünə, ondan əvvəlki hecanın eynicinsli saiti (/i/) ilə müqayisədə çox vaxt sərf olunmuşdur. /əkinçilik/ sözünün tərkibində /ək/, /əkin, /kinçi/ kimi çıxış edən hissələrin dildə işlənən müstəqil variantlarının temporal və ritm kimi prosodik vasitələri ilə müqayisə olunmuşdur. Məsələn, /əkinçilik/ sözünün kök hissəsinin /ək/ tələffüzünə 1-ci diktor 0,02 san, 2-ci diktor isə 0,05 san. sərf etdikləri halda, /ək/-in müstəqil söz kimi işlənən variantının tələffüzünə hər iki diktor 0,4 san (əvvəlkindən 2 dəfədən də çox) vaxt sərf etmişdir.

Müstəqil söz kimi /əkin/ sözünü 1-ci diktor 0,3 saniyədə, 2-ci diktor 0,6 saniyədə, tərkib hissəsi kimi variantını 1-ci diktor 0,4, 2-ci diktor 0,32 saniyədə tələffüz etmişdir.

/əkinçi/ sözünün tələffüzünə 1-ci diktor 0,8, 2-ci diktor 0,6 saniyə; tərkib hissəsi kimi variantına 1-ci diktor 0,6, 2-ci diktor 0,5 saniyə vaxt sərf etmişdir. Deməli, hər hansı bir sözün müstəqil işləndiyi variantı ilə onun başqa sözün tərkib hissəsi kimi çıxış edən variantının temporal strukturları fərqli olmuşdur. Müstəqil leksik vahid kimi işlənən variantın tələffüzünə daha çox vaxt tələb olunmuşdur.

Oxşar vəziyyət təhlil olunmuş digər sözlərdə də müşahidə olunmuşdur. Məs.: dam – badam – badamlı; toz – tozlu; daş – sirdaş – qardaş; nə – nənə; quş – quşçu – quşçuluq və s.

Təhlil olunmuş müstəqil /dam/ sözünün prosodik strukturu /badam/ və /badamlı/ sözlərində tərkib hissə kimi işlənən variantlarının prosodik strukturlarına münasibət parametrlər üzrə aşağıdakı kimi əks olunmuşdur:

dam (ba)dam (ba)dam(lı)

t 0,5 0,3 0,2 san.

ƏTT 228 232 226 hs.

İ 74 77 76 db.

/dam/ sözünün tərkib hissəsi kimi çıxış etmiş sözlərdə hecaların sayı artdıqca, temporal parametrin göstəricilərində azalma baş vermişdir.

ƏTT və intensivlik parametrlərinin maksimum göstəriciləri /(ba)dam/ sözündə tərkib hissəsi kimi çıxış etmiş heca ilə bağlı olmuşdur.

Həmin sözlərdə eyni hecalarda çıxış edən eyni /a/ saitini /a/1, /a/2 və /a/3 kimi işarələməklə onların tələffüzündə prosodik vasitələrin fəallığı dəqiqləşdirilmişdir:

/a/1 /a/2 /a/3

I d. t 0,13 0,1 0,07 san.

ƏTT 241 235 224 hs.

İ 77 77 75 db.


II d. t 0,15 0,08 0,07 san.

ƏTT 223 222 213 hs.

İ 79 79 76 db. (Bax: Qr 29, 30).

Qrafiklər əsasında aparılmış hesablamalar göstərmişdir ki, söz müstəqil leksik vahid kimi işlən­dikdə özünə xas prosodik strukturu daşıyır, lakin başqa dil vahidinin tərkib hissəsi kimi çıxış etdikdə daxil olduğu vahidin prosodik strukturu daxilində fəaliyyət göstərir və tərkibində işləndiyi vahidin strukturundan və bu strukturdakı mövqe­yindən asılı olaraq onun ifadəsinə xidmət göstərən prosodik vasitələrin təsir xüsusiyyətləri dəyişmişdir.

/əkinçilik/, /südçülük/, /tütünçülük/ və s. kimi model sözlərin qurulmasında və tələffüzündə dilin ritmik strukturuna əmək olunmuşdur, yəni sözlərə əlavə olunan suffikslərin saitləri keyfiyyətcə sözün son saitinin ahənginə uyğunlaşmışdır. Məsələn, /südçülük/ sözünün kök saiti incə, dodaqlanan sait olduğundan, ona əlavə olunan şəkilçilərdə də bu ahəng gözlənilmişdir və dildə mövcud olan bu qanunauyğunluq müəyyən prosodik vasitələrin norma ilə tənzimlənən təsiri sayəsində reallaşmışdır. Qeyd olunmuş söz üç hecadan ibarətdir, bu hecaların özəyində eyni bir /ü/ saiti durur. Bu hecalar öz keyfiyyətlərinə və fonem strukturlarına görə fərqlidirlər. Birinci və üçüncü heca qapalı, ikinci heca isə açıqdır. Hecanı yaradan saitlər müxtəlif xüsusiy­yətli samitlərlə əhatə olunmuşdur. Şübhəsiz ki, fonetik əhatənin müxtəlifliyi onların tələffüzünə qarşılıqlı təsir göstərmiş və bu da danışıq aktında müxtəlif prosodik vasitələrlərin fərqli göstəriciləri ilə reallaşmışdır (Bax: Qr 59).

Sözün prosodik strukturunda baş verən dəyişiklikləri üzə çıxarmaq üçün işdə olan təhlil materiallarından çıxış etməklə /ü/ foneminin tələffüzü üçün orta riyazi qiymət hesablanmışdır. Hesablamalara əsasən material üzrə /ü/ səsinin akustik parametrlərinin orta riyazi qiymətləri aşağıdakı kimi olmuşdur:

t ƏTT İ

I d. 0,1 san. 241,1 hs. 71 db.

II d. 0,7 san. 247,2 hs. 70 db.

Əldə edilmiş bu göstəriciləri /ü/ foneminin invariant göstəriciləri kimi qəbul edərək, bu səsin işləndiyi /süd/, /südçü/, /südçülük/, /tütün/, /bütün/, /kükü/, /ütü/ və s. sözlərin prosodik strukturlarında baş vermiş dəyişikliklərə aydınlıq gətirilmişdir.

/südçülük/ sözündəki /ü/ səslərini, ardıcıllıq halında /ü/1, /ü/2 və /ü/3; orta qiymətin daşıyıcısı /ü/o kimi nömrələnmiş və prosodik dəyişiklikləri əks etdirən faktlar müəyyənləşdirilmişdir. Bu da müqayisələr etməyə imkan vermişdir. Akustik parametrlərin təhlilindən əldə edilən göstəricilər aşağıda verilmişdir.

Temporal xüsusiyyətlərin göstəriciləri (saniyələrlə):







/ü/o

/ü/1

/ü/2

/ü/3

I d.

0,1

0,09

0,08

0,16

II d.

0,07

0,06

0,03

0,1

ƏTT xüsusiyyətlərinin göstəriciləri (herslə):






/ü/o

/ü/1

/ü/2

/ü/3

I d.

241,1

247

250

226

II d.

247,2

258

268

221

İntensivlik parametrləri üzrə göstəricilər (db.-lə):






/ü/o

/ü/1

/ü/2

/ü/3

I d.

71

70

68

71

II d.

70

71

71

75

Təhlil göstəricilərindən aydın olur ki, sözü təmsil edən hər üç hecanın nüvəsi eyni sait olsa da, onların tələffüzündə prosodik vasitələrin rolu müxtəlifdir. Şübhəsiz ki, burada hecaya daxil olan samitlərin də rolu danılmazdır. Hecanın fonetik strukturu və söz daxilindəki mövqeyi onun ifadə olunmasına təsir göstərmişdir. Temporal xüsusiyyət­lərə görə hər iki diktorun ifasında yalnız son heca orta temporal göstəricidən yüksək olmuşdur. /ü/1 və /ü/2-nin qiymətləri orta qiymətdən aşağı olmuşdur. ƏTT-yə görə isə 1-ci diktorun ifasında ü/2-nin qiyməti orta göstəriciyə nisbətən yüksək, /u/1 və /ü/3-ün göstəriciləri isə aşağı səviyyədə olmuşdur. 2-ci diktorun ifasında isə əsas tonun tezliyi /ü/2-də pik vəziyyətə çatmışdır.

Bu sözün tələffüzündə melodik mərkəz hər iki diktor üçün 2-ci hecada mərkəz­ləşmişdir. Hər iki diktor son hecanı minimum ton yüksəkliyi ilə tələffüz etmişdir. ƏTT-dən fərqli olaraq intensivlik parametrinə görə üçüncü, son heca fərqlənmişdir. Fakta əsaslanaraq belə bir fikir söyləmək olar ki, Azərbaycan dilində sözün prosodik strukturunda ƏTT və İ para­metr­lərinin maksimum göstəriciləri eyni heca ilə deyil, müxtəlif hecalarla əlaqə­lənmişdir. Ayrılıqda tələffüz edilmiş /süd/ sözünün tələffü­zünün, /südçülük/ sözünün kökünü təşkil edən /süd/-lə müqayisəsi, onların fərqli prosodik xüsusiyyətlərə malik olduğunu bildirmişdir. Müstəqil söz kimi /süd/ün akustik parametrlərinin göstəriciləri aşağıda verilmişdir:

I d. t=0,2 san; ƏTT=239 hs; i=72 db;

II d. t=0,07 san; ƏTT=255 hs; i=73 db.

Ayrılıqda tələffüz edilmiş /süd/ sözünün prosodik strukturu cümlə daxilində işləndiyi vəziyyətdəki strukturu ilə müqayisə olunmuşdur. Bir daha təsdiq olun­muşdur ki, cümlə strukturuna daxil olan söz nəinki semantik, sintaktik xüsusiyyət­lərinə görə, həm də prosodik xüsusiyyətlərinə görə cümləyə daxil olan digər sözlərlə əlaqəyə girir (Bax: şəkil Qr 30). Bu, həmin sözün mənasını və funksional xüsusiyyətlərini müəyyənləş­dirdiyi kimi, onun prosodik strukturunun formalaşmasına da təsir göstərmişdir. /Nənə uşağa süd verdi// cümləsində işlənən /süd/ sözünün funksional xüsusiyyəti bəllidir. O, xəbərlə sintaktik əlaqədə olmaqla obyekt kimi çıxış etmiş və aktual üzvlənməyə görə cümlədə fokus nöqtəni təmsil etmişdir. Cümlə daxilində işlənən /süd/ sözünə orta göstərici ilə müqayisədə az vaxt sərf olunmuş, ƏTT də aşağı səviyyədə olmuşdur. İntensivlik göstəricisi orta qiymətə uyğun olmuşdur (Bax: Qr 32). Həmin cümlədə işlənən /nənə/ sözünün də prosodik göstəriciləri onun ayrılıqda tələffüz edilmiş variantının göstəriciləri ilə müqayisə edilmişdir. Qeyd edək ki, burada da oxşar vəziyyət alınmışdır. /Nənə/ sözünün ayrıca tələffüzünü əks etdirən göstəricilər:

t=0,5 san; ƏTT=249 hs; i=73 db.

Həmin sözün /Nənə uşağa süd verdi// cümləsindəki variantının tələffüzünü əks etdirən göstəricilər:

t=0,38 san; ƏTT=272 hs; i=75 db.

Cümlə daxilində /nənə/ sözünün ikinci hecasının yüksək tona malik olması (ə1=242 hs; ə2= 322 hs) onun cümlədəki mövqeyi ilə bağlı hadisədir. Bu, cümlədə tema kimi çıxış edən /nənə/ sözündən sonra əlavə bir cümlə üzvünün işlənməsi, fikrin bitmədiyini göstərmişdir.

Fərqli prosodik xüsusiyyət /kükü/, /ütü/, /bütün/, /tütün/ və s. kimi model sözlərin də tələffüzündə müşahidə edilmişdir. Birinci diktorun ifasında /ütü/ sözündə birinci /ü/ reduksiya olunmuşdur. /kükü/ sözündə eyni /k/ samitindən sonra işlənən /ü/ saiti ƏTT-nə görə müxtəlif tezlikdə qeydə alınmışdır. Bu ikihecalı sözdə də 1-ci heca tonun səviyyəsinə görə maksimum səviyyəyə çatmışdır. Temporal parametrə dair göstəricilər isə bunun əksini göstərmişdir. Birinci /ü/ səsi 0,05, 2-ci isə 0,25 saniyəyə reallaşmışdır. Bu fakt /ütü/ sözündə də müşahidə olunmuşdur. Hər iki heca açıq olsa da, birinci bir fonemdən /ü/, ikinci isə iki fonemin birləşməsində /tü/ ibarətdir. Birinci heca ilə ikinci hecanın qovuşuğunda ikinci hecanın önündə işlənən /t/ samiti işləndiyindən birinci /ü/-nün son fazası ondan sonra tələffüz edilmiş /t/ samitinin ön fazası ilə üst-üstə düşdüyündən, birinci /ü/ saiti temporal xüsusiyyətinə görə ikinci eynicinsli saitdən az olmuşdur.

Eksperimental təhlil vasitəsi ilə Azərbaycan dili ilə bağlı digər bir dil hadisəsinə də aydınlıq gətirilmişdir. Bu hadisə Azərbaycan dilində sonu cingiltili samitlərlə bağlı sözlərin tələffüz xüsusiyyətləri ilə əlaqəlidir. Sonu cingiltili samitlərlə bitən /süd/, /göz/, /şad/, /dız/, /sız/, /köz/, /söz/, /boz/, /qoz/, /toz/, /poz/, /bağ/, /dağ/, /qəlb/, /ad/, /az/, /təb/, /həb/, /dib/ və s. və s kimi oxşar sözlərin tələffüzündə cingiltili samitlər üçün xarakterik olan osilloqrafik görüntü öz əksini tapmamışdır. Həmin sözlərə sait və sonor samitli şəkilçilərin artırılmış vəziyyətdəki ossilloqrafik görün­tüsü dəyişmişdir. Bu mövqe cingiltili samitlər üçün güclü mövqe hesab edil­diyindən, cingiltililiklə bağlı bütün xüsusiyyət tam şəkildə əks olunmuşdur. Bunun üçün /toz/ və /tozlu/ sözlərində /z/ samitinin ossilloqramını müqayisə etmək kifayətdir. /tozlu sözündə /z/ samiti tam cingiltili səs kimi tələffüz edilmişdir. Belə tələffüz formasının reallaşması həmin səsdən əvvəl və sonra işlənən samitlərin xüsusiyyətləri ilə tənzimlənmişdir (Bax: Qr.64, 65). /şad/ və /daş/ sözlərinin təhlili zamanı /ş/ samiti sözün əvvəlində sait qarşısında zəif küyü ilə fərqləndiyi halda, sonda, saitdən sonra küyün yüksək səviyyədə olması ilə nəzərə çarpmışdır.

/daş/ sözündə isə /d/ samitinin tələffüzündə yaranan partlayışdan sonra intensivliyi əks etdirən amplitudaların sıfır xəttindən aralanması tədricən artır. Sözün sonunda saitin tələffüzü üçün yaranan ton güclü küyü əks etdirən ossilloqrafik görüntü ilə əvəz edilmişdir.

Azərbaycan dilində cingiltili samitlərdən sonra tələffüz edilmiş saitlərin əsas tonunun tezlik qiymətinin kar samitlərdən əvvəlki vəziyyəti ilə müqayisədə yüksək olduğu osilloqramlarda da müşahidə olunmuşdur. /dam/, /toz/, /tel/,/boz/, /bel/, /qoz/, /tam/ və s. kimi sözlərin ossilloqramlarında bu variativ xüsusiyyət tam aydınlığı ilə ifadə olunmuşdur (Bax: Qr.29, 32, 33, 34).



Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin