edilməsi yolu ilə həyata keçirilən iddia sistemidir.
İşgüzar kommunikasiya təcrübəsində müxtəlif metodlar arqumentləşdirilir:
• fundamental metod (faktların və konkret məlumatların şərhi);
• ziddiyyət metodu (opponentin fikirlərində ziddiyyətlərin aşkarlanması);
• nəticə çıxarma metodu (dəqiq arqumentə əsaslanma, lazım olan nəticəyə
gətirib çıxarma);
• müqayisə metodu (mülahizələrə aydınlıq gətirmə, onu daha əyani etmə);
•
hə... amma metodu (rəqib diqqətini müzakirə olunan məsələdə yalnız
üstünlüklərinə, ya müzakirə
edilən problemin həllinə, ya da yalnız zəif
tərəflərinə yönəltdiyi halda istifadə olunması);
• replikanın seçmə üsulu (öz arqumentini gücləndirmək məqsədilə rəqibin
replikasını tətbiq etmək bacarığı).
Leksik norma
Leksik norma hər bir şəxsdən sözün mənasını bilməyi, ona həssas
yanaşmağı, onu düzgün, yerində işlətməyi, nitqdə ondan öz məqamında istifadə
etməyi tələb edir.
Leksik vasitələr hansılardır? Leksik vasitələr: sözlər və frazemlərdir. Bunlar
leksik normanın obyektidir. Leksik norma nə deməkdir?
Dil, nitq sistemi səslər, sözlər, ifadələr-frazemlər və cümlələr təşkil edir.
Sözlər-səslər və cümlələr arasında orta mövqe təşkil edir və nitqin qurulmasında
mühüm yer tutur. Dilə dair əsərlərdə, dərsliklərdə göstərilir ki, ünsiyyəti təmin
edən dilin əsas vahidi sözdür. Akademik Afad Qurbanov “Müasir
Azərbaycan
ədəbi dili” kitabında yazır: “Leksik vahid – söz dilin daha konkret və əsas
vahididir. Belə ki, dilin bütün digər vahidləri sözün zəminində əmələ gəlir”.
Gördüyümüz kimi, sözə leksik vahid də deyilir. Leksik vahidlərin əsas
xüsusiyyəti məna tamlığına malik olmasıdır. Bu cəhətdən iki və daha artıq sözün
birləşməsindən ibarət olub məna bütövlüyü ifadə edən frazeoloji birləşmələr-
frazemlər də leksik vahidlər sırasına daxildir. Hər bir söz- leksik vahid tarixi
inkişaf prosesi nəticəsindəmüəyyən semantikaya- yəni məzmuna, mənaya malik
olur. Sözlərin mənasının subyektiv, obyektiv səbəblərdən pozulması,
dəyişdirilməsi nitqin mənasına xələl gətirir, nitqin leksik normasını pozur. Sözlər
öz
yerində işlənmirsə, mənası tam anlaşılmır, fikir düzgün ifadə olunmur və
nəticədə nitq mədəniyyətinin tələbi ödənilmir.
Leksik vahidlər- sözlər, frazemlər nitq prosesində konkret məqamlardan asılı
olaraq müxtəlif mənalar daşıyır. Sözdən düzgün istifadə etməklə yanaşı, leksik
norma tələb edir ki, söz dəqiq və ifadəli olsun. Sözlərin məna
incəliklərinə diqqət
yetirməklə, müvafiq variantlardan (sinonim, omonim, çoxmənalı) istifadə edilsin,
sözlərin müstəqim mənaları ilə yanaşı məcazi mənalılığı da nəzərə alınır.
Leksik norma dildə mövcud olan loru sözlərdən, söyüşlərdən, kobud
sözlərdən- vulqarizmlərdən və sairlərdən istifadə etməməyi tələb edir.
Leksin norma Funksional üslublara görə də sözə münasibətdə fərqlənir.
Məsələn, Elmi üslubda terminlərin işlənməsi məqsədəmüvafiq olduğu halda bədii
üslub, məişət üslubu üçün bu xarakterik deyil. Bu üslublarda obrazlı sözlər və
ifadələr üstünlük təşkil edir.
Beləliklə, leksik norma nitqdə aşağıdakı leksik vasitələrdən istifadə
etməyitələb edir: