F. H. Zeynalov


VI.2. İşarələr axını haqqında



Yüklə 1,55 Mb.
səhifə32/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   28   29   30   31   32   33   34   35   ...   83
VI.2. İşarələr axını haqqında
İşarələr axını sonsuz bir prosesdir, kontinuumdur (semantik cərgə), sinonimlər cərgəsi: /dahi, böyük, tanınmış, istedadlı, talantlı/ və s. Bu cərgəni davam etdirmək də olar. Onlar bir növ qarşılaş­ma­lar yaradır, ortada isə bir-birindən çox az fərqlənən əlamətlər olur.

Başqa bir misal: kişi, qadın, ortada isə hermofrodit.

Dünyanın semiotik mənzərəsini vermək üçün hər bir sahədə gerçəkliyin taksonomik bölgüsünü işləyib hazırlamaq lazımdır.

İşarə sistemlərini 3 əlamətə görə səciyyələndirmək olar:

I.Fiziki (maddi) əlamətə görə; II.İşarələrin genezisinə görə; III.İşarə sistemlərinin strukturuna görə.

I.Fiziki əlamətinə görə insanın ətraf aləmi qavraması baxımından 5 cür işarə sistemi var:

1. Optik, görmə vasitəsiə qavrama (uzaq və yaxın məsafədən əşya və prdmetləri görüb fərqləndirmək);

2. Eşitmə, insan ünsiyyətində aparıcı yer tutan qavrama vasitəsi (insan qulağının yuxarı və aşağı eşitmə həddi vardır);

3. İybilmə, burun vasitəsilə ətrafdakıların iyini duymaq və reaksiya vermək (iylənmiş yumurta və ya digər ərzaq məhsulundan yaranan təəssüratlar);

4. Lamisə və ya bədənin istənilən yerinə toxunmaqla yaranan qıcıqlanma (isti və ya soyuq suda əllərimizi çox saxlayanda yaranan təəssüratlar);

5. Dadbilmə, ağızda dilin fəallığı ilə qavrama və reaksiya (çox duzlu, acı, şirin şeyləri yeyəndə alınan təəssüratlar).

II. Genezisinə görə təbii (anadangəlmə, bioloji); qeyri-bioloji (mədəni, etnik dillər, davranış, paltar, etiket, din, incəsənət); süni semiotiklər (insanların şüurlu şəkildə yaratdıqları sistemlər (xəri­tələr, riyazi simvollar, yol hərəkəti qaydaları, süni dillər və s.) fərqləndirirlər1.

III. İşarə sistemlərinin strukturuna görə birsəviyyəli (birlaylı, məsələn, meymunların çığırtısı, yol hərəkəti nişanları) və səviyyəli (etnik dillər, ərəb rəqəmləri, incəsənətin böyük hissəsi) və s. işarələr fərqləndirirlər.

Birincidə fiziki əlamətinə görə işarə sistemləri ən mühüm vasitədən-görmədən ən az əhəmiyyətliliyə -dadbilməyə doğru düzü­lüb. Bu da yer üzündə həyatın evolyusiyasını əks etdirir. Heyvan­larda və insanlarda 5 sistemin 5-i də var. Jestlər, mimika və into­nasiya görmə və eşitmə ilə həyata keçirilir. Paltar, davranış və etiqat bütün növlər vasitəsilə mümkündür. Dində dadbilmədən başqa hamısı iştirak edir, incəsənətdə görmə və eşitmə, riyazi formullarda görmə, yol hərəkətində görmə və eşitmə vasitəsilə olur.

Optik işarələr: bizdə deyirlər on dəfə eşitməkdən bir dəfə görmək yaxşıdır. Ancaq bəzi heyvanlarda lamisə 1-ci yerdədir. Deməli, təkamül baxımından filogenetik birincidir.

Görməni axırıncı hissetmə orqanı hesab edirlər, ancaq o intel­lektin formalaşmasına daha çox təsir edir. Görmə maksimum ötü­rücülük qabiliyyətinə malik kanaldır: uzaqdan görmək, fiqurları və rəngləri, obyektləri seçmək. Görmə sensor informasiyanın 80-85%-ni təşkil edir.

Optik işarələrə aiddir: 1. Arıların rəqsi. Qidanı axtarmağa ge­dən arılara ana arı rəqslərlə qidanın yerini və istiqamətini ötürür. Arılar təkcə rəqslə yox, həm də rəqsin intensivliyi və vızıltı ilə xəbər verirlər. Deməli, informasiyanın ötürülməsində həm də audi­tiv kanal iştirak edir.

2. Ağalıq etmə və tabeolma pozası (duruşu). Güclü erkək heyvanlar arasında hər şeyin yaxşısını və çoxunu seçir (qidanı, dişini, ərazini və s.). Ancaq onlar balacalara güzəşt edirlər. Bu instinktdir. Quşlarda, balıqlarda və yüksək inkişaf səviyyəsinə çatmış heyvanlarda bu çox yayılıb.

Məsələn, canavarlar güclülərin qarşısında oturub quyruqlarını qısırlar. Yüksək səviyyəli heyvanlarda erkəklər xüsusi vəziyyətdə durub, səs çıxardır. Holland etoloqu Y.van Hoof şimpanzelərdə 60-a qədər müxtəlif poza və bədən hərəkətləri müşahidə edib. Şim­panze əsəbləşəndə iki ayağı üstə qalxır, tükünü tərpədir, ağacın budaqlarını silkələyir, sərələnərək oturur.

3. Heyvanların ünsiyyətində rəng də mühüm rol oynayır. Dişi balıqda döl vaxtı qarında al qırmızı rəng əmələ gəlir. Oxuyan quşların dimdiyi sarı, dimdikyanı sahə isə sarıya çalır. Bu da qaranlıqda ana quşun balasını tapmasına kömək edir.

4. Jestlər və mimikalar optik işarələrdir. Buraya proksemika (latınca “proximo”-yaxınlaşıram) ünsiyyət zamanı kommunikantlar arasındakı məsafə, taktil hərəkətlər (əl sıxma, çiyninə vurma, sığallama, qucaqlama, öpüş və s. başqa adama toxunma (həm də görmə), həmçinin baxış (mahnıda deyirlər: baxışından qanıram mən), baxışla ən incə və açıq siqnallar vermək olur, insanın gözləri çox hərəkidir.

Bunlar paralinqivistik vasitələrdir. Çox təssüf ki, bəzi alimlər intonasiyanı da bura daxil edirlər. Ancaq intonasiyanı yalnız emo­sional və ekspressiya mənasında paralinqvistik vasitələrə aid etmək olar.2 Davranışda optik işarələr (bayram paltarı, hərbi parad paltarı) çox yer tutur. Optik işarələr (dində; müxtəlif pozalar, əyilmə, hindularda əllərini qaldırıb alnında birləşdirmə, türklərdə əlindən öpmə və s.)

İncəsənətdə optik işarələr (səhnədə, pantomimdə, orkestrdə çalanların paltarı və pozası, rejissorun frakı) belə işarələrdəndir və s.

Təbii dildə optik işarələr-yazı, Brayl və Morze əlifbası, lal-karlarda, surdopedaqogikada və s. Əl hərəkətilə həyata keçirilən ünsiyyət (Manuel dil- lat.manus-əl deməkdir) də optik iıarələrə əaslanır.

Hieroqliflər hər hansı bir hərəkət və ya hadisə haqqında təsəvvürdür. Yol hərəkəti nişanları, coğrafi xəritə, riyazi simvolika da optik işarələrə aiddir.

Eşitmə (səsli və ya auditiv) işarələr. İnsanlarada və əksər heyvanlarda eşitmə gözdən sonra ikinci mühüm informasiyanı dərketmə kanalıdır.

Heyvanlarda səs işarələri: hürmə və zingilti (itdə), mələmə (inəkdə) myoldama (pişikdə), meymunun çığırtısı, canavarın ula­ması və s. bu cür işarələrdir.

Məcburi deyil ki, səs ağızdan çıxsın, quşlar qanadlarını şappıldadırlar, qorilla gah bir, gah da o biri əlilə döşünə vurur.

Oxuyan quşlara oxumağı öyrətmək olur, ancaq meymunlar yalnız jest dilini öyrənə bilirlər.

Davranış və etiketdə eşitmə işarələri (Yemək yeyəndə danış­ma, danışanda hıqqıldama, dilini marçıldatma və s.). Qapını döymək, qonaq gələndə yaylım atəşi açılır, himn oxunur və s.

Dində əzan, kilsə zənglərinin səsi,

İncəsənətdə: opera, teatr, musiqilə izləmə və s.

Təbii dildə: fonematik eşitmə gec formalaşır. Eşitmə zonaları sol yarımkürədə, qeyri-dil səsləri isə sağ yarımkürədə qəbul olunur.

N.İ.Jinkinə görə insanda dillə yanaşı metadil formalaşır. Metadil eşidilən səslərə qulaq asıb, onların yaranmasını nizamlamaq deməkdir. Fonematik eşitmə elə metadil eşitməsidir ki, insan eşitdiyinin düzgünlüyünü müəyyən edə bilir.3

Pıçıltılı danışıq informasiyanın fonoloji strukturunun akustik-artikulyator cəhətdən güclü reduksiyası şəraitində olur.

Fit çalmaqla və ya təbiətlə informasiyanın ötürülməsi də, T.Se­beok demişkən, dilin yardımçılarıdır. Adamlar fitlə fikirlərini deyə bilir.4 Məşədi İbadda Sərvər fitlə Gülnazı çağırır.

Yol hərəkəti siqnallarında avtomobilin və ya qatarın siqnalı, nizamlayıcının fiti, kar və lallar üçün işıqtaforun səsli işarələri və s. Coğrafiya və riyaziyyatda səsli işarələr olmur.

İybilmə işarələrinə aiddir: dişi heyvan erkəyin iyini 2 km-dən bilir, böyük gözlü kəpənəklər öz dişi taylarının iyini 8 km-dən duyur.5

Belarus inanclarına görə, güclü sarımsaq iyinə dözməyənlər, cadugər və vedmadırlar. İy xeyir və şərin, ağlın və axmağlığın, sadəlövhlüyün və lovğalığın, əməksevərliyin və tənbəlliyin bildiri­cisidir. Sevginin əsas göstəricisidir. Pis iyi gələni heç kəs sevməz.

Heyvanlarda iybilmə: özününkülərini tanıması, məs., pinqi­vin öz balasını iyindən, qarışqa öz yuvasından azmış qarışqanı tanıyır. İyin jestukulyasiya və mimikaya dəxli yoxdur.

Davranışda iybilmə: İncildə 30-a qədər iy növləri göstərilir. Toyda ətir vurarlar, yasda onu qadağan edərlər.

Dində: xiristianlıqda balzamdan xaç suyuna salanda bədənə sürtmək üçün istifadə edirlər. Müsəlmanlarda, gül yağından dəfindən sonra istifadə edirlər.

İncəsənətdə: iydən demək olar ki, istifadə olunmur. Ancaq K.S.Stanislavski (1863-1938) MKAİ-da “Albalı bağını” tamaşaya qoyanda albalı çiçəyindən istifadə edib.

Süni sistemlərdə çox nadir halda iydən istifadə olunur. Şaxtada xüsusi qazdan istifadə olunur.

Toxunma işarələri:

Heyvanlardan meymunlar bir-birinin tükünü təmizləyir. Şimpanzelərin qucaqlaşması toxunmaya misal ola bilər.

Bəzən jest və mimika ikisi birləşir. Öpüş həm jestdir (görün­mə), həm də toxunmadır.

Davranışda və etiketdə: salamlaşma, vidalaşma, öpüş. Brej­nevin Honekerlə öpüşü. Razılığa gələndə əl-ələ vermə. Baltik ölkə­lərində minlərlə adamın əl-ələ verib (1991) azadlıq uğurunda kütləvi hərəkatı buna bariz nümunədir.

Dində: əl öpmə, ikondan öpmə.

İncəsənətdə toxunmadan, demək olar ki, istifadə olunmur.

Təbii dildə: əl əlifbası, yəni L.Brayl əlifbası. Hər işarədə 6 nöqtə var. Kor nöqtə kombinasiyalarını xüsusi kağızda basır və barmaqları ilə “oxuyanda” sözü tanıyır. İlk dəfə Brayıl əlifbası ilə kitab Fransada 1837, Rusiyada isə 1885-ci ildə çapdan çıxıb. İncəsənətdə demək olar ki, bu cür əlifba yoxdur.

Dadbilmə işarələri:

Heyvanlarda:

heyvanlar əmməklə ləzzət alırlar. Arılar matkanı yalamaqla yumurtalıqların inkişafını dayandırır.

Mimika və jestukulyasiyanın birbaşa təsiri yoxdur. Ancaq məc­lislərdə tost deyəndə bu həm görmə, həm eşitmə, həm də dad­bilmə ilə səciyyələnir.

Davranış və etiketdə. Müxtəlif mərasimlər, banket hörmətin simvoludur.

Qonağın duz və çörəklə qarşılanması.

İncəsənətdə işlənmir.

Təbii dildə: gürcülərdə buynuzdan çaxır içmək, almanlarda bruderşaft (qardaşlıq), freundşaft (dostluq) rəmzi olan içki məclisləri də toxunma işarələrinə aiddir. Süni semiotika sahəsində əsasən görmə və eşitmə siqnalları çıxış edir. Şifahi və yazılı danışıq təbii dilin özünəyetərlilik və avtonomluq prinsiplərinə əməl edir. Eşidilən nitq kifayət qədər yetərlidir ki, informasiya etibarlı sayılsın. Yazı isə məlumatı uzaq məsafələrə vermək ucbatından yaranmışdır. O, bəzən şifahi nitqi üstələyir. Məsələn, janrlar ancaq mətndə mövcuddur: arayış və ensiklopediyalar, elmi-texniki dokumentasiya, kataloqlar, patentlər, biblioqrafiyalar süni semiotika işarələrdir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin