Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Bugünkü sionizm rejiminin bir neçə il öncəki sionizm rejimindən olduqda zəif olması



Yüklə 2,59 Mb.
səhifə58/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   54   55   56   57   58   59   60   61   ...   376

Bugünkü sionizm rejiminin bir neçə il öncəki sionizm rejimindən olduqda zəif olması


Bu gün Allaha həmd olsun ki, bizim mövqeyimiz möhkəmdir. Əksinə, düşmənlərin və bizim müxaliflərimizin mövqeyi isə zəifdir. Mən dünən və srağagün də dedim ki, bugünkü Amerika 10 il və 15 il bundan öncəki Amerika deyil. Bugünkü sionizm rejimi də bir neçə il öncəki sionizm rejimi deyil. Bu rejim güclü zərbəyə məruz qalmışdır.

Sionizm - İslamın və İslam Respublikası quruluşunun qan düşmənlərinin qəlbi


Hələ ki, İslam dünyasında islamçılığın zirvəsi olan İslam Respublikası quruluşu qarşısında bu gün müxtəlif düşmən sıraları vardır. Beynəlxalq hegemonluq o sıraların qəlbindədir; sionizm o sıraların qəlbindədir. Bunlar açıq şəkildə İslamın qan düşmənləridirlər. Deməli, İslam Respublikasının da qan düşmənləridirlər. Bu bir meyardır. Əgər bu düşmənin xeyirinə bitən bir hərəkət etsək, bir iş görsək, qafiliksə, ayılmalıyıq, yanlış yol getdiyimizi bilməliyik. Əgər bu düşməni qəzəbləndirən bir hərəkət etsək, bilməliyik ki, yolumuz düzgündür. Düşmən İran xalqının inkişafına qəzəblənir, sizin uğurlarınıza qəzəblənir, İslam quruluşunun möhkəmlənməsinə qəzəblənir. Siz görün düşmən bizim işlərimizdən hansına qəzəblənir. Düşməni qəzəbləndirən iş düzgün xətdir. Düşməni sevindirən, ürəkləndirən, təbliğatda və siyasətdə həmişə üzərində dayanmağa çalışdığı iş əyri xətdir. Bu meyarları nəzərə alın. Bu meyarlar həqiqətləri aydınlaşdıracaq. Səhvin qarşıya çıxdığı bir çox yerlərdə bu meyarlarla o səhvləri aradan qaldırmaq olar.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin