Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Sionistlər – Mədəni NATO çərçivəsində beynəlxalq miqyasda mənfi hadisələrin proyektoru



Yüklə 2,59 Mb.
səhifə57/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   53   54   55   56   57   58   59   60   ...   376

Sionistlər – Mədəni NATO çərçivəsində beynəlxalq miqyasda mənfi hadisələrin proyektoru


Bundan təhlükəlisi odur ki, bu mənfi yeniliklərin ipucu beynəlxalq miqyasda elə şəxslərin əlində olsun ki, onlar bu yeniliklər vasitəsi ilə özlərinin qızıl, yaxud güc olan məqsədlərini təmin etsinlər. Onlar üçün xalqların kimliyi adlı bir şeyin ümumiyyətlə dəyəri yoxdur. Təəssüf ki, son 100-150 ildə bu, dünyada baş vermişdir. Yəni Asiya, Afrika və Latın Amerikası ölkələrinin yeniliyi beynəlxalq güc bandalarının tələsinə düşmüşdür. Bunların proyektoru sionistlər və beynəlxalq kapitalistlər olmuşlar. Bunlar üçün əhəmiyyətli olan siyasi gücü qazanmaqdır. Onlar bununla Avropa və digər ölkə və hökumətlərə nüfuz edib siyasi gücü ələ ala bilmək, pul qazana bilmək və bu kompaniyaları, əzəmətli kapitalları, kartelləri və trestləri vücuda gətirmək istəyirlər. Məqsəd bu olmuşdur. O zaman əgər xalqların cinsi əxlaqını pozmaq tələb edilmişsə, asanlıqla etmişlər. Onların arasında israfçılığı yaymaq lazım olmuşsa, asanlıqla bu işi görmüşlər. Onlarda milli kimliyə və mədəni təməllərə etinasızlığı yaymaq lazım olmuşsa, bu işi görmüşlər. Bunlar onların təsvir etdiyi böyük məqsədlər olmuşdur. Bunların əlində mədəni imkanlardan, mediadan, çoxlu qəzetlərdən və müxtəlif təbliğat vasitələrindən ibarət bir qoşun da olmuşdur. Bunlar bu gün yavaş-yavaş yayımlanır. Məs srağagün qəzetdə (əlbəttə, üç-dörd ay bundan əvvəl məqaləsini görmüşdüm) mədəni NATO təşkil etmək barəsində bir məlumat oxudum. Yəni amerikalıların Avropada keçmiş SSRİ qarşısında qüdrətli hərbi toplum yaradan NATO müqaviləsi qarşısında bir mədəni NATO da vücuda gətirsinlər (onlar hərbi NATO-dan Orta Şərqdə, Asiyada və digər bölgələrdə özlərinə qarşı ucalan hər bir səsi boğmaq üçün istifadə etdilər). Bu çox təhlükəli bir şeydir. Əlbəttə, indi deyil, illərdir bu baş vermişdir. Müxtəlif media qurumlarının bir-birinə bağlı məcmusu (indi internet də ona daxil olmuşdur; peyklər, televiziyalar və radiolar) cəmiyyətlərin yeniliyinin idarəsini əllərinə almaq üçün müəyyən istiqamətdə hərəkət edirlər. İndi çox asan olmuşdur.

Gürcüstanda bir siyasi yenilik baş verdi və hakimiyyət dəyişikliyi yarandı. Sionist yəhudi olan bir amerikalı milyarder (adı məşhurdur, mən adını çəkmək istəmirəm) elan etdi ki, mən Gürcüstanda on milyon dollar pul xərclədim və siyasi dəyişiklik yaratdım. Çox asan! On milyon dollar xərcləyirlər, bir hökuməti kənarlaşdırıb, başqa birisini iş başına gətirirlər. Bunlar xalq üzərində təsir qoymalıdırlar. Gərək toplantılar təşkil etsinlər. Ukraynada da eyni işi gördülər. Digər yerlərdə də bu işi gördülər. Bəzən təsirləri başqa formada və təyinedici olur. Bunu bəlkə başqa bir tələbə toplumunda demişəm ki, Malayziyanın keçmiş baş naziri, çox işgüzar, dəqiq, ciddi və sədaqətli adam olan Mahathir Məhəmməd Tehrana gəldi, mənimlə görüşdü. O zaman Şərqi Asiyada müxtəlif dəyişikliklər baş vermişdi, Malayziyada, İndoneziyada və Taylandda iqtisadi zəlzələ vücuda gəlmişdi. Həmin sionist kapitalist və sonra digər iri kapital sahibləri bank və pul oyunları ilə bir neçə ölkəni iflasa uğrada bildilər. O zaman Mahathir Məhəmməd mənə dedi: "Mən sizə təkcə bu qədər deyim ki, biz bir gecənin içində dilənçi olduq". Əlbəttə, bir ölkə iqtisadi cəhətdən müstəqil olmasa, Dünya bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi layhələrini icra etmək istəsə, belə də olacaq. Bu Dünya bankının və Beynəlxalq Valyuta Fondunun özü də bu böyük cədvəlin parçalarındandır. Bu çox təhlükəlidir ki, dünya yeniliklərinin ipucu beynəlxalq güc bandalarının əlində olsun; necə ki, bu gün belədir. Bunlar sionistlər və iri kapital sahibləridirlər; əsasən də Amerikada və Avropadadırlar. Bu iki-üç məqam yenilik və dəyişiklik barəsində idi. Deməli, yenilikdən qaçmaq olmaz, qorxmaq olmaz, onu hərc-mərcliklə və anarxizmlə səhv salmaq olmaz. Yenilik yaxşı və lazımdır.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin