Fənn: Fizika
Fakültə: Təbiət Elmləri və Mühəndislik
İxtisas: Riyaziyyat İnformatika müəllimliyi
Qrup: 4 cü qrup
Müəllim:Şəhla
Tələbə: Aqil Həsənov
Mövzu: Kepler qanunları. Ümumdünya cazibə qanunları
Kepler Brahenin 1580–1600-cü illərdə apardığı 20 illik planet müşahidələrinin və Mars üzərində şəxsən özünün apardığı müşahidələrin təhlilindən qərara gəldi ki, Mars üçün dairəvi orbit seçmək mümkün deyil. O, qəti qərara gəldi ki, planetlərin orbitləri dairədən fərqlidir. Uzun illərin müşahidələri əsasında o, planetlərin 3 emprik hərəkət qanunıarını verdi.[ Kepler qanunları (Planetlərin hərəkət qanunları) — planetlərin hərkətlərinə dair İohan Kepler tərəfindən tapılmış üç qanun.
Bütün Planetlər Günəş ətrafında fokuslarının birində Günəş yerləşən elliptik orbitlər boyunca dövr edirlər.
Planetlərin radius-vektorları bərabər zaman fasiləsində bərabər sahələr cızır.
Planetlərin Günəş ətrafında siderik dolanma dövrlərinin kvadratı onların böyük yarımoxlarının kubları ilə mütənasibdir.
Günəş ətrafında siderik dolanma dövrlərinin kvadratı onların böyük yarımoxlarının kubları ilə mütənasibdir.[1]Düsturla bu qanunu belə ifadə etmək olar:
-burada T1 və T2-iki planetin siderik periodları, m1 və m2-onların kütlələri, m0-mərkəzi nöqtənin kütləsi, a1 və a2 orbitlərin böyük yarımoxlarıdır.
III qanun elliptik orbitlər üçündür. I və II qanunlar 1609-cu ildə, III qanun isə 1619-cu ildə kəşf edilmişdir. Kepler qanunlarının doğruluğun şübhə Keplerin özündə də vardı. Lakin sonralar onun qanunlarını təkmilləşdirən Ptolomey və Brahe həmçinin Nyutonun cazibə qanunun köməyi ilə qanunlardakı çatışmazlıqları aradan götürdülər.
Kepler planetlərin hərəkət qanunlarını uzun illərin müşahidələrinin təhlili əsasında vermişdir. Bu qanunlar bütün göy cisimlərinə şamil oluna bilmir. Məsələn, Keplerin I qanunu yalnız Günəş ətrafında qapalı orbitə malik olan göy cisimləri üçün doğrudur. Belə göy cisimləri Günəş sisteminin böyük planetləri, bəzi kometlər və kiçik planetlər-asteroidlərdir. Kepler qanunları Nyuton tərəfindən ümumiləşdirilmiş və dəqiqləşdirilmişdir.
Ümumdünya cazibə qanunu — məşhur ingilis fiziki İsaak Nyutonun təklif etdiyi qanuna görə aralarındakı olan iki maddi nöqtə bir- birini kütlələrinin hasili ilə düz,aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olan qüvvə ilə cəzb edir: Qravitasiya sabiti – kütlələri 1 kq, aralarındakı məsafə 1 metr olan iki bircins kürə arasındakı cazibə qüvvəsinə bərabər olan sabitdir, G=
Qravitasiya sahəsinin əsas xassəsi budur: -Qravitasiya sahəsini mənbəyi kütlədir:böyük kütləli cisimlərin qravitasiya sahəsi kiçik kütləli cisimlərin qravitasiya sahəsinden daha böyükdür.Bilirik ki bütün cisimlər yer tərəfindən cazibə olunur.Həm də Günəş bütün planetləri həmçinin də Yeri cəzb edir.Buna səbəb Günəşin kütləsinin planetlərin kütləsinin hamısından böyük olmasıdır.Ümumdünya cazibə qanunu belə ifadə olunur:
Kepler astronomik optika problemləri ilə də məşğul olurdu. Fizika elminin bir hissəsi kimi optika öz mənşəyini böyük ölçüdə Keplerin əsərlərinə, xüsusən də onun "Dioptrika" kitabına borcludur. Maraqlıdır ki, Kepler təkcə teleskopun optik sxeminin işlənib hazırlanmasında öz ifadəsini tapan texniki optika ilə məşğul olmayıb, həm də görmənin fizioloji mexanizminin hərəkətini və onun qüsurlarını öz əsərlərində ətraflı öyrənib və düzgün ifadə edib. miyopi və hipermetropiya kimi.
C.M.Quluzadə Klassik Astronomiya "QAPP-POLİQRAF" Bakı,2004