Məzlumluqla yanaşı Fələstin xalqının qüdrəti, qəddar və zalım sionistlərin acizliyi
Bu gün Fələstin xalqı məzlum olmaqla yanaşı, arxalarında Amerikanın durduğu qəddar və zalım sionistlərin qüvvəsini əngəllə üzləşdirmiş və onları aciz etmişdir. Bu gün İsrail hiss edir ki, fələstinli mübarizlərin qarşısında heç bir düzgün və məntiqli yolu yoxdur. Bu, o xalqın müqavimətinə görədir. Çünki o xalq dayanmışdır.
Bir gün onların düşməni bugünkündən daha zəif idi, amma Fələstin xalqına hakim ola bildi. Çünki müqavimət yox idi. Bu gün düşmənləri o zamandan yüz dəfə artıq güclüdür. Amma Fələstin xalqının qarşısında aciz qalmışdır. Çünki bu xalq dayanmış və qiyam etmişdir. Hansı nöqtədə olursa olsun, İslam ümmətinin müqavimətinin mənası budur. Bu gün gündəlik olaraq sionizm rejiminin fəlakətlərinə və qəddarlığına düçar olan məzlum Fələstin əhalisi o zalım və haqsız rejimi problemə düçar etməyi bacarmışdır. Bu gün bir çox ərəb ölkələri və Fələstinin qonşuları İsrailin hücumuna məruz qalmırlarsa, o məzlum xalqın müqavimətinə görədir. Onların bütün İslam ümmətinin və ərəb xalqlarının - xüsusən də Fələstinin qonşuları üzərində böyük haqları vardır.
Bu gün düşmən öz məqsədlərini açıq söyləyir. Açıq şəkildə deyir ki, İslam oyanışına qarşıdır və onu məhv etmək istəyir. Açıq şəkildə deyir ki, Orta Şərqin xəritəsini dəyişdirmək istəyir. Orta Şərqin xəritəsini dəyişdirmək nə deməkdir? Mənası budur ki, beynəlxalq hegemonluğun muzduru olan zalım sionistləri regionun sahibi etsinlər. Bu regionda sionistlərin istismar pəncəsində olmayan heç bir ölkə, hökumət, qüdrət və xalq olmasın. İslam ümməti bu məqsədlərin qarşısında dayanmalıdır.
Dostları ilə paylaş: |