Bu günün müsəlmanların təşəbbüsçülüyü ələ almaq günü olması
Bu gün elə bir gündür ki, müsəlman xalqlar və hökumətlər təşəbbüsçülüyü ələ alıb böyük iş başlaya bilərlər. Məzlum Fələstin xalqına yardım, ayıq İraq xalqını himayə, Livan, Suriya və digər region ölkələrinin sabitliyini və müstəqilliyini qorumaq ümumi vəzifədir. Siyasi, dini, mədəni və milli şəxsiyyətlərin, gənclərin və universitet mənsublarının vəzifəsi isə digərlərindən daha artıqdır. İslam məzhəblərinin ardıcılları arasında vəhdət və həmrəylik, firqə və milliyyət ixtilaflarından çəkinmək bu şəxsiyyətlərin ən mühüm şüarlarından olmalıdır. Elmi fəallıq, siyasi fəallıq, mədəni fəaliyyət və bütün qüvvələri bu əsas işlərə səfərbər etmək onların dəvətinin sərlövhəsi olmalıdır.