İran xalqı və İslam Respublikası quruluşu müsəlmanların ümidi kimi
Bu gün müsəlmanların bütün bu problemlərin arasında baxıb ümidvar olduqları xalq və mərkəz İran xalqı və İslam Respublikası quruluşudur. Hər gün İsrailin cinayətkar hücumlarına məruz qalan, bu günlərdə də gəlib bombaladıqları və bu cinayətlərin davam etdiyi məzlum Fələstin və Livan müsəlmanlarının bu qüvvələrin və iddia edən iddiaçıların heç birinə ümidi yoxdur; əgər ümidləri olsa - təbii ki, var - İslam inqilabına və bizim müsəlman xalqımızın səmərəli hərəkətinədir. Siz müsəlmanların ümidisiniz.