Bu sahədə yeni model Isveç tədqiqatçıları Eli Xekşer və Bartel Olin tərəfindən işlənib hazırlanmışdır. XX əsrin 60-cı illərinədək bu model iqtisadi ədəbiyyatda "hökmranlıq" etmişdir. 1977-ci ildə isə Olin iqtisadiyyat sahəsində xidmət-lərinə görə Nobel mükafatına layiq görülmüşdür. Bu mode-lin inkişaf etdirilməsi və zənginləşdirilməsində P.Samuelsonun çox böyük xidmətləri olmuşdur. Odur ki, onun bu xidmətlərinin şərəfinə modeli bir çox hallarda Xekşer – Olin – Samuelson modeli də adlandırırlar.
Beynəlxalq ticarətə və ixtisaslaşdırmaya neoklassik yanaşmanın mahiyyəti belədir: maddi və insan ehtiyatları tarixi və coğrafi səbəblərə görə ölkələr arasında qeyri-bərabər bölünmüşdür. Neoklassiklərin fikrincə əmtəələrin qiymətlərindəki nisbi fərqlər və müqayisəli üstünlüklər də məhz bunlarla əlaqədardır.
Xekşer – Olinin beynəlxalq ticarət modelinə uyğun olaraq, bu prosesdə istehsal amillərinin qiymətləri tarazla-şır. Tarazlaşma mexanizminin mahiyyəti belədir: Ölkədə hansı istehsal amilləri (əmək haqqı, borc faizi, renta və i.a.) boldursa, onların qiyməti aşağı, hansılar azlıq edirsə, onların qiyməti baha olur.
Bu və ya digər bir ölkənin kapital tutumlu əmtəələr sahəsində ixtisaslaşması kapitalın ixrac üçün məhsullar istehsal edən sahələrə getməsinə şərait yaradır. Nəticədə kapitala olan tələb artır, onun qiyməti (kapitala görə faiz) isə yüksəlir. Əksinə, digər ölkələrin əməktutumlu əmtəələr istehsalı sahəsində ixtisaslaşmaları əmək ehtiyatlarının xeyli hissəsinin müvafiq sahələrə getməsinə və deməli, iş qüvvəsi dəyərinin (əmək haqqının) artmasına səbəb olur.
Beləliklə, bu modelə uyğun olaraq, hər iki ölkələr qrupu özlərinin ilkin üstünlüklərini itirirlər və onların inki-şafında tarazlaşma gedir. Bu, ixrac üçün əmtəələr istehsal edən sahələrin dairəsini genişləndirir, onların beynəlxalq əmək bölgüsünə daha dərindən nüfuz etmələri üçün şərait yaradır.
Rus mənşəli, məşhur amerika iqtisadçısı V.Leontyev 1956-cı ildə ABŞ-ın ticarət balansının strukturunu təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, Xekşer–Olin nəzəriy-yəsinin əksinə olaraq, ABŞ-ın ixrac etdiyi məhsullar içəri-sində əmək tutumlu əmtəələr, idxal etdiyi məhsullar içəri-sində isə kapital tutumlu məhsullar üstünlük təşkil etmişdir. Buna iqtisadi ədəbiyyatda Leontyevin paradoksu1 deyilir.
Müqayisəli üstünlük nəzəriyyəsi amerika iqtisadçısı Maykl Porterin2 əsərlərində daha da inkişaf etdirilmişdir. M.Porter, sənayecə inkişaf etmiş 8 ölkənin iqtisadiyyatının 100-ə yaxın sahəsini əhatə edən geniş statistik materialları təhlil etmək əsasında ölkələrin rəqabətdə üstünlüklərinə dair nəzəriyyə işləyib hazırlamışdır. Onun bu nəzəriyyəsində əsas yeri iqtisadiyyatda dörd başlıca müəyyənedicini (determinantı) aşkara çıxaran, həmin ölkəyə məxsus olan firmanın fəaliyyət göstərməsi üçün rəqabət makromühitini formalaş-dıran "milli nişan" təşkil edir.
Dostları ilə paylaş: |