Fənn: Mühəndis Fizikası Müəllim: Zeynalov Şücaət



Yüklə 116,64 Kb.
səhifə3/3
tarix19.06.2022
ölçüsü116,64 Kb.
#117065
1   2   3
sər.iş.elektromaqnit

Elektromaqnit dalğaları - dövri olaraq dəyişən elektrik və maqnit sahələrinin fəzada yayılmasıdır. Elektromaqnit dalğasında elektrik sahəsinin intensivlik vektoru (E) və maqnit induksiya vektoru (B) bir-birinə, həm də dalğanın yayılma istiqamətinə perpendikulyar istiqamətdə rəqs edir, yəni eninə dalğadır.
Elektromaqnit dalğalarının yayılma sürəti - sonludur və işıq sürətinə bərabərdir, c=300 000km\san=3·108m/san. Vakuumdan mühitə keçdikdə dalğanın tezliyi dəyişmir. Sürəti və deməli dalğa uzunluğu azalır. 
Görünən işıq - dalğa uzunluğu 0,4mk÷0,76mk (1mk=10-6m) intervalında olan elektromaqnit dalğalarıdır.
Ultrabənövşəyi şüalar - dalğa uzunluğu 4·10-7÷4·10-9m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
Rentgen şüaları - dalğa uzunluğu 2·10-9÷6·10-10m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
ɣ (qamma) şüalanma - dalğa uzunluğu 10-11÷10-13m intervalında olan elektromaqnit dalğalarıdır. ɣ - şüaları güclü ionlaşdırıcı təsirə malik olduğuna görə canlı orqanizmlər üçün təhlükəlidir və hətta qısa müddətdə qəbul edilən yüksək doza ölümlə nəticələnə bilər.
İnfraqırmızı şüalar - dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olub 5·10-4 ÷ 7, 6·10-7m intervalında yerləşən elektromaqnit dalğalarıdır.
Radio dalğaları - dalğa uzunluğu 3000m ÷ 5·10-5m intervalında olan dalğalardır. Elektromaqnit dalğaları şüalananda və udulanda özünü zərrəciklər( fotonlar) seli kimi aparır, yəni ikili təbiətə malikdir. Radio dalğaların dalğa uzunluğu radiotexnikada aşağıdakı kimi qruplaşdırılır :

  • Uzun dalğalar - dalğa uzunluğu 30000-3000 m olan dalğalardır.

  • Orta dalğalar - dalğa uzunluğu 3000-200 m olan dalğalardır

  • Qısa dalğalar - dalğa uzunluğu 200-10 m olan dalğalardır.

  • Ultraqısa dalğalar - dalğa uzunluğu 10-0,1 mm olan dalğalardır.

Dalğanın 2 növü vardır :

  1. Uzununa dalğa – rəqs istiqamətində yayılan dalğaya deyilir.

  2. Eninə dalğa – rəqslərə perpendikulyar istiqamətində yayılan dalğaya deyilir.

Eninə dalğa zərrəciklərin rəqs istiqamətinə perpendikulyar istiqamətdə yayılan dalğaya deyilir. Eninə dalğa dalğa qabarıqlarının və çökəkliklərinin növbə ilə təkrrlanmasıdır.
Eninə dalğalar elə mühütdə yayıla bilər ki, orada mühütün formasının dəyişməsi nəticəsində elastiklik qüvvələri yaransın. Ona görədə eninə elastik dalğalar ancak bək cisimlərdə yayılır. Qaytanın bir ucunu divara bərkidib digər ucunu yuxarı-aşağı rəqs etdirməklə eninə dalğaların qaytan boyunca necə yayıdığını görə bilərik. Mayenin səthindədə eninə dalğalar yarana bilər. Lakin həmin dalğalar elastiklik qüvvəsinin hesabına deyil, ağırlıq qüvvəsinin təsiri və mayenin səthi gərilməsi nəticəsidə yaranır. Bu səbəbdən onları qravitasiya dalğaları adlandırırlar.
Uzununa dalğalar zərrəciklərin rəqsi istiqamətində yayılan dalğaya deyilir. Uzununa dalğada hər bir zərrəciyin rəqsi hərəkətinin istiqaməti dalganın yayılma istiqaməti boyunca yönəlir. Elastik yayın bir ucunu stolun o biri başına bərkitməklə digər ucunu irəli-geri hərəkət etdirib sıxılma və seyrəkləşmənin necə təkrarlanmasını görmək olar. Səs dalğaları mühütdə yayılan və səs duyğusu yarada bilən mexaniki dalgalardır. Uzununa dalğalar bütün mühütlərdə-bərk cisimlərdə maye və qazlarda yayılır. Səs dalğaları uzununa dalğalardı və havanın sıxılma və seyrəklşmənin mühütdə təkrarlanaraq yayılmasıdır. Əgər telefonu vakuum balonun altına qoyub balonun havasın sorsaq səsin kəsildiyin görərik. Havsız mühütdə yayılmır. İnsan qulağının səs şəklində qəbul etdiyi dalğaların tezliyi 16 hs 20.000 hs intervalında yerləşir. Səs vibratoru Səs tezliyi ilə rəqs edən istənilən cisimdir.
Dalğanın gücü onun amplituduna görə ölçülür.Dalğanın amplitudu yırğalanmadan fərqli olaraq skalyar kəmiyyətdir.Lakin Dalğanın enerji daşınmasını daha dəqiq öyrənmək üçün Dalğa axınının sıxlıq vektoru kəmiyyətindən istifadə edilir: I = kA2 (I – dalğa axınının sıxlıq vektoru, k – proporsionallıq faktoru, A-amplitud).
Yüklə 116,64 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin