Xəzər Universitəsi Musiqi və İncəsənət departamenti
Oğlanlar Üçün “Rəqs” Fənni
Rəqs fənnindən Syllabus
Müəllim: Telman Əliyev
Telefon: 055 950 77 03
Semestr: Spring 2016
Kredit: sayı 3 kredit
Final: 40 bal
Midterm: 30 bal
Davamiyyət: 10 bal
Tədbirlərdə iştirak: 20 bal
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir.Tələbələr hər hansı bir səbəbdən dərslərin buraxılması (xəstəlik,ailə vəziyyəti və s.) haqqında məlumatı fakultə dekanına təqdim etməlidirlər.20% artıq dərs buraxan tələbələr dərsə buraxılmır.
İmtahan qaydaları
Tələbələrin imtahanda iştirakı və ya imtahanaburaxılması ilə bağlı bütün məsələlər fakultə rəhbərliyi tərəfindən həll olunur. İmtahan hesabat və yekun konsertləri şəkilində keçirilir.
Fənni bitirmək qaydaları
Universitein qaydalarına üvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 bal və yuxarı hesab edilir. Kəsri olan tələbələr bu fənni növbəti il təkrar götürə bilər
Kursa Giriş
Rəqs-sadəcə hərəkətlər yığımı deyil, rəqs-hisslərin ifadə olunması,konkret xalqın əksidir.İstənilən xalq rəqsi özündə,məxsus olduğu xalqın mədəniyyətinin ruhunu yaşadır.
Amma bu günkü xalq rəqsi hər şeydə olmasa da bir çox şeylərdə ötən onilliklərin rəqslərindən fərqlənir. İfa etmə tərzi dəyişir. Yeni kolorit əlavə olunur, hərəkətlər yeni çalarlar ifadə edir, rəqs texnikası çətinləşir,
Düzgün və savadlı qoyulmuş rəqslə nifrətdən məhəbbətə qədər bütün hissləri, səmimiyyət və canlılıq, xalqın xarakterini ifade etmək olar.
Kursun məqsədi:
Hər bir təlim pilləsinin öz spesifik xüsüsiyyətləri ,öz çətinlikləri var. Əgər ilk təhsil ilində rəqsin bünövrəsi qoyulur , onun əsasında hərəkətlər öyrənilir, dözümlülük tərbiyə olunur, hərəkətin ifadəli olmasına diqqət yetirilirsə, ikinci və üçüncü təhsil illəri keyfiyyətcə yeni təhsil pilləsidir.
Sinif proqramından asılı olaraq, hər bir dərs bölməsi öz vəzifələri və müəyyən bir hərəkətin digərini əvəz etməsi qaydasına malikdir. Bu qayda iradi deyil. Pedaqoq dərsi öz şagirdlərinin professional və fiziki imkanlarını nəzərə almaqla qurmalı, fiziki yükü düşünülmüş qaydada növbələşdirməli və müəyyən əzələ və bağlara qrupuna yönətməli, güc və rəqs hərəkətlərinin məhdud ahəngi təmin etməyə çalışmalıdır.
Kursun məqsədi rəqsə məhəbbətin aşılanması, həm Azərbaycan, həm də bütün xalqların mədəniyyətinin öyrədilməsidir.
Musiqi duyumunun inkişaf etdirilməsi , düzgün və gözəl hərəkət etmək bacarığı, yaxşı fiziki normanı saxlamaq.
Pedaqoqun məqsədi tələbələri rəqs sənətinin daha dərin və nisbətən professional öyrənilməsinə cəlb etməkdir. Yaxşı nəticəni yalnız şüurlu iş, daimi özünü idarə sayəsində əldə etmək olar.
Yeni rəqslər öyrədərkən əvvəlki nəslin təcrübəsindən istifadə etmək lazımdır.
Yaddan çıxartmaq olmaz ki, eyni hərəkətlərin gündəlik təkrar olunması onların ifasında avtomatiklik yaradır.Böyük yaşlı şagirdlər hər bir hərəkətin düzgün necə ifadə olunduğunu bilməli və həmçinin onların ifa edərkən mümkün səhvləri təhlil etməyi bacarmalıdırlar.
Tələbələri daima rəqs metodikası ilə tanış etmək lazımdır.Özündə nəzəriyyə və praktikanı birləşdirən bu metod yaxşı nəticələr verir. Dərsin musiqi müşayiəti böyük əhəmiyyətə malikdr.
Tələbələr böyük tamaşaçı auditoriyası ilə rastlaşacaqları səhnədə işləməyə hazır olmalıdırlar.
Tələbələri daima rəqs metodikası ilə tanış etmək lazımdır.Özündə nəzəriyyə və praktikanı birləşdirən birləşdirən bu metod yaxşı nəticələr verir. Dərsin musiqi müşayiəti böyük əhəmiyyətə malikdir.Tələbələr böyük tamaşacı auditoriyası ilə rastlaşacaqları səhnədə işləməyə hazır olmalıdırlar.
Səhnədə olarkən,rəqsin quruluşuna daxil olmadığı hallarda tamaşaçıya arxasnı çevirmək, rəqsə müvafiq olan imkanı saxlamaq, həyəcanının, özünün pis hiss etməsini, səhnədə çaşqınlığa düşməsi büruzə verməmək kimi riayət olunması vacib olan qaydalar məcmusu mövcuddur.
Həmçinin dərslərdə istər tələbələr, istərsə də pedaqoqların daha yaxşı nəticələr əldə etmək üçün nizam intizama riayət etməsi və xüsusi əhval ruhiyyənin olması çox vacibdir.
Bir sözlə hər şey tələbələrin kursu bitirərkən müstəqil artistlik yoluna qədəm qoymaga hazir olmalarina yönəldilməlidir.
Dərs proqramı
N-si
|
|
saat
|
1
|
Rəqslərin məşq prosesində hərəkətlərin öyrədilməsi
|
2
|
2
|
Klassik və Azərbaycan əl ayaq pozisiyasının öyrənilməsi
|
2
|
3
|
Hazırlıq, klassik elementlərinin öyrənilməsi
|
2
|
4
|
Azərbaycan rəqslərinin, hərəkətlərinin öyrənilməsi
|
2
|
5
|
Sinxron ifası
|
2
|
6
|
Pozisiyaların düzgün yerinə yetirilməsi
|
2
|
7
|
Azərbaycan hərəkətlərinin cətilləşdirilməsi
|
2
|
8
|
Tələbələrin imtahanın keçirilməsinə hazırlıq
|
2
|
9
|
Musiqi duyumu
|
2
|
10
|
Azərbaycan hərəkətlərinin etyuda birləşdirilməsi
|
2
|
11
|
Keçirilən hərəkətlərin təkrarı
|
2
|
12
|
Məşqin orta hissəsində müasir rəqslərin öyrədilməsinə keçid
|
2
|
13
|
Hərəkətlərə uyğun səsli və mimika ilə ifadə olunan emosiyalar
|
2
|
14
|
Keçilən Az.elementlərinin
|
2
|
15
|
Rəqs etyudlarını yerinə yetirilməsi
|
2
|
16
|
Dünya rəqslərinin elementlərinin öyrənilməsi
|
2
|
17
|
Məzun konsertinə rəqsin quruluşu
|
2
|
18
|
Dairə,Sıra,Cərgə
|
2
|
19
|
Məzun konsertinə rəqsin quruluşu
|
2
|
20
|
Azərbaycan və Dünya rəqslərinin elementlərinin təkrarı
|
2
|
21
|
Tələbələri imtahan keçirilməsi hazırlıq
|
2
|
22
|
İmtahan keçirilməsi
|
2
|
23
|
Məsafələr əl və çırtma çalmaları
|
2
|
24
|
Baxışların, duruşların,çıxışların öyrənilməsi
|
2
|
25
|
Səhnə mədəniyyətinin öyrədilməsi
|
2
|
26
|
Ü.Hacıbəyli-Koroğlu operasından “Cəngi”
|
2
|
27
|
F.Əmirov- Azərbaycan siyutası
|
6
|
28
|
Köçəri yallısı
|
6
|
Cəmi 64 saat
Oğlan və Qızlardan ibarət rəqslər
1.T.Quliyev- Qaytağı
2.Yallı
3.Osetin rəqsi
4.Azərbaycan Suitası
5. Arif Məlikov- Məhəbbət haqqında əfsanə
6.Fikrət Əmirov- min bir gecə baletindən 30 dəq.
Oğlanlardan ibarət rəqs qrupunun repertuarı
-
Çobanlar
-
Şələqoy
-
İgidlər
Dostları ilə paylaş: |