Фязлуллащ компани


SÜNNƏ ƏHLİNİN DƏLİLLƏRİNİN İNKARI



Yüklə 1,55 Mb.
səhifə53/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   50   51   52   53   54   55   56   57   58

SÜNNƏ ƏHLİNİN DƏLİLLƏRİNİN İNKARI


Birinci dəlil: Sünni alimləri iddia edirlər ki, Əbu-Bəkr hicrət zamanı fədakarlıq göstərdiyi üçün xəlifəliyə daha layiqli idi.

Birinci dəlilin inkarı: Hicrət zamanı Əbu-Bəkrin Peyğəmbərlə (s) birlikdə Məkkədən çıxması onların təsadüfi görüşü nəticəsində olmuşdur. Təbəri öz tarix kitabının üçüncü cüzündə bu görüşün təsadüfi olduğunu bildirir. Bundan əlavə, ünsiyyət, yoldaşlıq fəzilət əlaməti deyil. Həzrət Yusif zindanda iki kafirlə birlikdə qalmışdı. Göründüyü kimi, əqidəcə düşmən olan insan da yoldaş ola bilər.

İkinci dəlil: Sünni alimləri iddia edirlər ki, Peyğəmbər xəstələndiyi vaxt Əbu-Bəkr pişnamaz dayandığından onu daha fəzilətli hesab etməliyik.

İkinci dəlilin inkarı: Əgər müsəlmanlara pişnamaz dayanmaq xəlifəlik meyarı sayıla bilərsə, onda xəlifəliyə İtab ibn Üsəyd seçilməli idi. Çünki Məkkənin fəthi zamanı həzrət Peyğəmbər Məkkədə olduğu halda İtab camaat namazında imam dayanmışdı. Bundan əlavə, Peyğəmbər (s) xəstələndiyi vaxt pişnamaz dayanmaq üçün Əbu-Bəkri göndərməmişdi. Əbu-Bəkr özbaşına olaraq Bilalın azan səsindən sonra namazda pişnamaz durmuşdu. Hansı ki, Əbu-Bəkrin pişnamaz dayandığını eşidən Peyğəmbər (s) yataqdan qalxıb məscidə tələsmişdi.

Üçüncü dəlil: Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: «Məndən sonra bu iki nəfərə (Əbu-Bəkr və Ömərə) iqtida edin».

Üçüncü dəlilin inkarı: Əgər bu hədisi düzgün saysaq, sünni mənbələrində həzrət Əli (ə) haqqında nəql olunmuş hədislərin taleyi necə olmalıdır? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) həm Əbu-Bəkri, həm də Əlini (ə) özü üçün canişin təyin etsin? Əgər Peyğəmbər (s) bu iki nəfəri rəhbər təyin etmişdisə, nə üçün Səqifədə altı nəfərdən ibarət şura toplandı? Doğrudan da, Peyğəmbərin belə buyurduğu vardısa, nə üçün Əbu-Bəkr ətrafdakı adamlar tərəfindən seçilməli idi?

Sünni alimlərinin söhbətlərində və yazılarında bu sayaq dəlillər kifayət qədərdir. Bütün bu yanlış dəlillər şiə alimləri tərəfindən yetərincə cavablandırılmışdır.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin