Zəlimxan Yaqub sözün əsl mənasında milli şairimizdir.
şair Fikrət Sadıq
Onun yaradıcılığı mənim türkcəmin çox doğma sözlərindən, duyğularından hörülüb ki, bu duyguların, sözlərin minlərlə yaşı var... Min illiklərin də ruhunu ifadə eyləyir.
Zəlimxan Yaqub Güneydə orduların görə bilməyəcəyi işi gördü.
xalq yazıçısı Mövlud Süleymanlı
Borçalı çökəkliyinin bütün dərd ağrısı Zəlimxan poeziyasının canına hopubdur. Ancaq Borçalı xalqının həyat eşqi, sevinci, gümrah ruhu da bu şeirlə həmişə yanaşı, qoşa səslənmişdir. Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir.