İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə11/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   7   8   9   10   11   12   13   14   ...   79

ACI HƏQİQƏT


Bəzi şəxslər özlərini necə deyərlər, reklam edərək “kəramət sahibi” və ya “vergili” olduğunu iddia edir və din barəsində zəif anlayışı olan camaata kələk gələrək onları aldadırlar. Belələrinin məqsədi var-dövlət toplamaqla yanaşı xalq arasında şöhrət tapmaqdan ibarətdir. Onlar şeytanın və kafir1 cinlərin köməyi ilə bəzi məlumatları doğru-yalan xəbər verərək həm özlərini, həm də onlara pənah gətirmiş camaatı birbaşa Cəhənnəmin oduna atırlar. Əslində isə “vergili” şəxslərin iddia etdiyi kəramət yox, cadu və ya sehrdir. Halbuki, Allah-təala bu kimi əməllərlə məşğul olanları öz rəhmətindən uzaqlaşdırmış və onları nicat tapmayanlardan qərar vermişdir.2

Həmçinin bəzi şəxslər “seyyid”likdən3 istifadə edərək camaatdan pul yığaraq öz həyat yaşayışlarını rahatlıqla təmin edirlər. Həmin “seyyid” və ya “vergili” şəxslərdən İslam dininin adi yaxud zəruri məsələlərini xəbər aldıqda ya bilmir, ya da ki, biabır olmamaqdan ötrü yalan cavab verirlər. Halbuki İslamda alın təri ilə halal ruzi qazanmaq cihadla bərabər tutulmuşdur. 1 İş o yerə gəlib çatmışdır ki, dini anlayışı olmayan və ya az olan adi camaat etdikləri günahlara görə Allahdan yox, həmin “seyyid”lərdən qorxurlar. Onları az qala ilahiləşdirir və sözlərinin yalan-doğru olduğunu araşdırmadan qəbul və itaət edirlər. Daha bilmirlər ki, istər Peyğəmbərin əmisi,2 istər Peyğəmbərin oğlu,3 istərsə də Peyğəmbərin həyat yoldaşı4 olsalar belə, əgər Allahın əmrlərinə itaət etməyiblərsə, Cəhənnəmdə əzab içində olasıdırlar. Allah-təalanın yanında ən sevimli və ən üstün şəxs var-dövlət, vəzifə, məqam sahibi yox, məhz Onun buyuruqlarına əməl edən kəsdir. Qurani-Kərim bu barədə belə buyurur:




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin