İmam hüseyniN (ələyhissalam)



Yüklə 0,77 Mb.
səhifə59/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

ATIN ƏZADARLIĞI


İmam Hüseyn (ələyhissalam) atın üstündən yerə yıxıldığı zaman “Zul-Cinah”5 Həzrətin pak cəsədinin ətrafında fırlanıb ayaqlarını yerə möhkəm vuraraq nalə və fəryad çəkirdi. O, qəzəbli halda düşmən qoşununa həmlə edərək qırx nəfəri qətlə yetirdi. Sonra xeymələrə doğru hərəkət edərək atlara məxsus olan şivən qoparır və bu növhəni oxuyurdu:

“Dad, aman o zalım ümmətin əlindən ki, öz Peyğəmbərinin qızının oğlunu qətlə yetirdilər.”1

Zul-Cinah xeymələrə çatdıqda onun miniksiz olduğunu görən İmamın (ələyhissalam) əhli-əyalı fəryad çəkib ağlamağa başladılar. Ümmü Gülsüm əllərini atın boynuna salıb nalə çəkib deyirdi: “Vay, ey babam Muhəmməd! Eymənim cəddim! Ey bizim Peyğəmbərimiz! Ey Əbəl Qasim! Ey Əli! Ey Cəfər! Ey Həmzə! Vay Hüseyn! Bu O Hüseyndir ki, biyabanda tək-tənha qalıb! Onun başını arxadan kəsib, əmmamə və əbasını oğurladılar!” Sonra bihuş olub yerə yıxıldı.

Tarixdə İmam Hüseynin (ələyhissalam) atı Zul-Cinahın aqibəti haqqında müxtəlif nəzərlər vardır. O cümlədən belə nəql olunur: “Həzrət atdan yıxılıb al-qana bulaşdıqda, Zul-Cinah öz alnını İmam Hüseynin (ələyhissalam) qanına bulaşdırdı. Sonra xeymələrə yetişib ayaqlarını möhkəm yerə çırparaq şivən qoparmağa başladı. O, başını o qədər torpağa vurdu ki, axırda canını tapşırdı.”

Başqa bir rəvayətdə isə belə deyilir: “O, İmamın (ələyhissalam) şəhadət xəbərini xeymələrə gətirdikdə iki dəfə Həzrətin qətlgahına qayıtdı və elə orada başını yerə möhkəm çırparaq canını tapşırdı.”

Digər rəvayətdə əsasən Abdullah ibni Qeys deyir: “İmam Hüseynin (ələyhissalam) şəhadətindən sonra Zul-Cinah Fərat çayının sahilinə yetişib özünü çaya atdı.”



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin