ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə37/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

111-Cİ ƏSAS


Din alimlərimiz Qurani-kərimdən ilham alaraq, “Əşratüs-saət» (Qiyamətin əlamətləri) mövzusunda söz açmışlar. Qiyamət gününün əlamətləri iki qismə bölünür:

Birincisi: Qiyamət günü başlanmamış və varlıq aləmi dağılmamışdan qabaq baş verəcək hadisələrdən ibarətdir ki, o vaxt yer üzərindəki insanlar hələ də həyat sürəcəklər. “Əşratüs-saət» kəlməsi çox vaxt bu cür hadisələr üçün işlədilir.

İkincisi: Varlıq aləminin (kainatın) dağılacağına səbəb olan hadisələr. Bu hadisələrə “Təkvir», “İnfitar», “İnşiqaq» və “Zəlzələ» surələrində işarə olunmuşdur. Birinci əlamətlər aşağıdakılardan ibarətdir.

1-Həzrət Mühəmməd (s)-in peyğəmbərliyi. (“Mühəmməd» surəsi, ayə 18).

2-Yəcuc və Məcuc bəndinin sınması, (“Kəhf» surəsi, ayə 98-99).

3-Göy üzünün qəliz tüstü ilə tutulması, (“Duxan» surəsi, ayə 10-16).

4-Həzrət İsanın (ə) yer üzünə qayıtması (“Zuxruf» surəsi, ayə 57-61).

5-Yerin altından bir canlının xaric olması. (“Nəml» surəsi, ayə 82).

Bu əlamətlər haqda ətraflı izahlar üçün təfsir və hədis kitablarına baxmaq lazımdır.

Qurani-kərim ikinci qismin əlamətləri haqqında da ətraflı söz açmış, vəziyyətin tam dəyişməsindən, günəşin, ayın, dənizlərin, dağların, yerin və göylərin dağılacağından xəbər vermişdir. Ümumiyyətlə Qurani-kərim hazırkı kainatın dağılıb onun yerinə ayrı bir kainatın yaranacağından xəbər verir. Bu da Allah-taalanın sonsuz qüdrətindən irəli gəlir. Qurani-kərimdə buyurulur:

º†ÈÓËtÂÓ† Ô»ÓœsÓ‰Ô†«‰«Ó—t÷Ô†⁄ÓÈt—Ó†«˘Ó—t÷†ËÓ†«‰GsÓÂÓË«“ Ô†ËÓ†»Ó—ÓGÔË«†‰‰tÁ†«‰tË«“Õœ†«‰tvÓÁs«“—;

“O gün yer və göylər dəyişiləcək və insanlar yeganə və qüdrətli Allah qarşısında hazır olacaqlar.»249



112-Cİ ƏSAS

Qurani-kərim “surun» iki dəfə çalınmasıdan xəbər verib buyurur:

1-İlk dəfə sur çalınmaqla (Allahın istədiyi şəxslərdən başqa) yerdə və göylərdə olan bütün canlılar öləcək.

2-İkinci dəfə isə surun səsi ilə bütün ölülər dirilərək Allah qarşısında hazır olacaqdır.250 Belə ki, buyurulur:


“Sur çalınacaq və Allahın istədiyi şəxslərdən başqa, göylərdə və yerdə olanlar öləcək, sonra bir daha sur çalınmaqla, insanlar birdən-birə (qəbirdən) ayılıb məhşər səhnəsində öz (müqəddəratlarına) baxacaqlar.»251

Qurani-kərim insanların qiyamət günü (ikinci sur vasitəsi ilə) dirilmələrini belə vəsf edir:

º†ÈÓŒt—ÔÃÔËÊÓ†ÂÊÓ†«˘ÓÃtœ«“À†„Ó√ÓÊsÓÁÔÂt†ÃÓ—«“œÏ†ÂÔÊt Óg—Ï;

“(O gün ölülər) həşəratlar kimi öz qəbirlərindən xaric olacaqlar.»252



113-CÜ ƏSAS


İnsanlar dirildikdən sonra məhşərə daxil olub və hələ behişt və ya cəhənnəmə getməzdən əvvəl bir neçə iş həyata keçməlidir. Quranda və hədislərdə bu işlər və hadisələrdən söz açılmışdır:

1-Müəyyən yolla bütün insanların əməlləri hesablanacaqdır. Onlardan biri də hər insanın əməl kitabının (nameyi-əmalının) özünə verilməsidir. (“İsra» surəsi, ayə 13-14).

2-İnsanın dünyada əncam verdiyi böyük və kiçik əməllərin hamısının əməl kitabında yazılmasından əlavə, bir sıra xarici və daxili şahidlər də insanın dünyada etdiyi əməllərə şəhadət verəcəkdir. Xarici şahidlər aşağıdakılardan ibarətdir:

-Allah-taala, (“Ali-İmran» surəsi, ayə 98).

-Hər ümmətin peyğəmbəri, (“Nəhl» surəsi, ayə 89).

-İslam Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və sələm), (“Nisa» surəsi, ayə 41).

-İslam ümmətindən seçilmiş böyük şəxslər, (“Bəqərə» surəsi, ayə 143).

-Allahın mələkləri, (“Qaf» surəsi, ayə 18).

-Yer, (“Zilzal» surəsi, ayə 4-5).

Daxili şahidlər isə bunlardır:

-İnsanın bədən üzvləri, (“Nur» surəsi, ayə 124 və “Fussilət» surəsi, ayə 20-21).

-İnsanın təcəssüm edən öz əməlləri, (“Tövbə» surəsi, ayə 34-35).

3-İnsanların əməllərini hesablamaq üçün qeyd olunanlardan əlavə, Allahın ədalət tərəzisi qurulacaq və hər kəs özünün layiq olduğu məqama çatacaqdır. Belə ki, buyurulur:

º†Ë†ÊÓ÷ÓŸÔ†«‰tÂÓË«“GÈÊÓ†«‰tvGt◊Ó†‰ÈÓËtÂ†«‰tvÈ«“ÂÓ:†bÓ‰«“† Ôÿt‰ÓÂÔ†ÊÓbtGφgÓÈt∆«Î†ËÓ†«Êt†„«“ÊÓ†ÂÀtv«“‰Ó†ŒÓ»sÓ:n†ÂÊt††ŒÓ—tœÓ‰n†¬ ÓÈÊÓ«

†»ÁÓ«†ËÓ†„ÓbÈ”†»ÊÓ«††Õ«“G»ÈÊÓ†;

“Qiyamət günü ədalət tərəzilərini qurarıq və heç bir kəsə zülm olunmaz. Xardal dənəsi kimi (azacıq) əməli belə hesablayacağıq və Bizim hesablamağımız kafidir.»253

4-Rəvayətlərdən məlum olur ki, qiyamət günündə “Sirat» adlanan bir körpü də vardır ki, bütün insanlar onun üzərindən keçməlidir. Təfsir alimləri “Məryəm» surəsinin 71-72-ci ayələrini “Sirat» körpüsü kimi təfsir etmişlər. Allah-taala bu ayələrdə buyurur:

º†ËÓ†«Êt†ÂÊt„ÔÂt†«˙”†Ë«“—œÔÁÓ«†„«“ÊÓ†ŸÓ‰È”†—Ó»s„Ó†ÕÓ t«Ά†ÂÓvt÷Èt«Î††ÀÔÂsÓ†ÊÔÊÓÃsȆ«‰sÓ–ÈÊÓ†« sÓvÓËt«†ËÓ†ÊÓ–Ó—Ô†«‰ÿs«“‰ÂÈÊÓ

†bÈÁÓ«†ÃÀÈt«Î†;

“Sizdən elə bir kəs olmaz ki, cəhənnəmə varid olmasın. Bu sənin Rəbbinin buyurduğu vacib bir hökmdür. (Hamını cəhənnəmə daxil etdikdən) sonra pərhizkarlara nicat verib, kafirləri isə diz üstə çökən halda cəhənnəmdə saxlayacağıq.»254

5-Behişt əhli ilə cəhənnəm əhli arasında pərdə olacaqdır. Qurani-kərim onu “hicab» adlandırır. Həmçinin qiyamət günündə uca məqamlı insanlar uca yerlərdə duracaq, behişt və cəhənnəm əhlinin hər birini onların simasından tanıyacaqlar. Qurani-kərimdə buyurulur:

“Onların arasında pərdə və hicab olacaq və məhşərin uca yerlərində elə kişilər duracaqdır ki, hər bir kəsi öz simasından tanıyacaqdır.»255

Rəvayətlər əsasən, uca yerlərdə duran bu böyük məqamlı şəxslər Peyğəmbər və onların canişinləri olacaqdır.

6-Qiyamət günü hesab işi sona yetib hər kəsin müqəddəratı aydın olduqdan sonra Allah-taala tərəfindən “Livaul-həmd» (tərif bayrağı) deyilən bir bayraq İslam Peyğəmbəri Həzrət Mühəmmədə (s) veriləcək və o Həzrət behişt əhlinin önündə olaraq behiştə doğru hərəkət edəcəkdir.256

7-Bəzi rəvayətlərdə məhşər səhrasında “Kovsər» adı böyük bir hovuzun olduğu xəbər verilir.

İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) hamıdan qabaq bu hovuzun kənarına gələcək, öz Əhli-beyti (ə) ilə ümmətinin nicat tapanlarını o hovuzun suyundan sirab edəcəkdir.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin